Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


        1. Cədvəli iş vərəqinə köçürün və tamamlayın



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə6/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
 
 
16 
 
   
1. Cədvəli iş vərəqinə köçürün və tamamlayın. 
№ 
Quruluş səviyyəsi 
Təşkil olunduğu komponentlər 
Əsas xüsusiyyətləri 

 
…   

 
2. Cədvəlin xanalarına uyğun gələn quruluş səviyyələrinin nömrəsini qeyd edin.  
  
 
 
a) 
b) 
c) 
d) 
e) 
f) 
g) 
h) 
 
 
 
 
 
 
 
 
 
3.  Canlının quruluş səviyyələrini göstərən rəqəmləri sadədən mürəkkəbə olmaqla dü-
zün. 
1. İnsan orqanizmi 
2. Hüceyrənin tərkibinə daxil olan zülallar, yağlar və karbohidratlar 
3. Neyron 
4. Dərrakəli insan 
5. Ürəyin quruluşu 
6. Vəzili epiteli  
 
 
4. Əlavə mənbələrdən istifadə edərək sitologiya, histologiya və biokimya elmlərinin tədqiqat 
üsulları  və müasir dövrdə nailiyyətləri barədə elektron təqdimat hazırlayın. 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN 
1. Molekulyar  
2. Hüceyrə  
3. Toxuma-orqan  
4. Orqanizm  
5. Populyasiya-növ  
6. Biogeosenotik  
7. Biosfer
 
a)  Həyatın ən ali quruluş səviyyəsi.  
b)  Orqanizmin həyat fəaliyyəti proseslərinin sinir-humoral tənzimi.  
c)  Sitoplazmanın hərəkəti müşahidə olunur. 
d)  İrsi məlumatın ötürülməsi başlayır.  
e)  Şimal marallarının miqrasiyası. 
f)  Nüvənin bölünməsi həyatın bu quruluş səviyyəsində özünü büruzə verir. 
g)  Alma ağacının çiçəklənməsi müşahidə olunur. 
h)  Zülalların quruluşunu və funksiyalarını öyrənirlər.
 


 
 
 
I
 bölmə 
HÜCEYRƏ  
VƏ ORQANİZM  
CANLI SİSTEMİN  
ƏSASIDIR
 
 
I fəsil 
•  
Canlı orqanizmlərin kimyəvi tərkibi 
 •
 
 
II fəsil
 
•  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  

 
 
III fəsil 
•  
Orqanizm tam bir sistemdir 
 •
 


 
 
18 
 
 
 
 
 
 
 
 
H
ÜCEYRƏNİN KİMYƏVİ TƏRKİBİ 
 
 
 
 
Cədvəli nəzərdən keçirin. Suallara cavab verin. 
Element 
Canlı orqanizmlərdə, % 
Yer qabığında, % 
Dəniz suyunda, % 
Oksigen 
65–75 
49,2 
85,8 
Karbon 
15–18 
0,4 
0,0035 
Hidrogen 
8–10 
1,0 
10,67 
Azot 
1,5–3,0 
0,04 
0,37 
Fosfor 
0,2–1,0 
0,1 
0,003 
Kükürd 
0,15–0,2 
0,15 
0,09 
Kalium 
0,15–0,4 
2,35 
0,04 
Xlor 
0,05–0,10 
0,2 
0,06 
Kalsium 
0,04–2,00 
3,25 
0,05 
Maqnezium 
0,02–0,03 
2,35 
0,14 
Natrium 
0,02–0,03 
2,4 
1,4 
Dəmir 
0,01–0,015 
4,2 
0,00015 
– Canlılarda olan hansı elementin miqdarı digərləri ilə müqayisədə dəniz suyunda daha çoxdur?  
– Nə üçün canlı orqanizmlərdə oksigen və hidrogenin miqdarı dəniz suyundakına yaxındır? 
– Cədvəldə verilmiş hansı iki elementin miqdarı canlı orqanizmlərdə digərlərindən daha çox 
dəyişir?
 
 
Hüceyrənin element tərkibi. Dövri sistemdə olan təxminən 110 elementdən 
80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə 
müxtəlif  funksiya  yerinə  yetirdiyi  müəyyən  edilmişdir.  Hüceyrədə  kütlə  payı 
1
Fəaliyyət
 

– Kimyəvi element 
nədir? 
Kimyəvi elementlə 
maddənin fərqi 
nədədir? 
 
Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün 
səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur.  
Bu səbəbdən də atom səviyyəsində canlı 
və  cansızlar  arasında  heç  bir  fərq  ya-
ranmır. Bu, canlı və cansız təbiətin vəh-
dətini göstərir. Onlar arasında fərq yalnız 
molekulyar səviyyədə meydana çıxır. 
 
 
 
I fəsil 
CANLI 
ORQANİZMLƏRİN 
KİMYƏVİ TƏRKİBİ


 
 
19 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
0,001%-dən  çox  olan  elementlər  makroelementlər,  0,001%-dən  0,000001%-ə 
qədər olanlar isə mikroelementlər hesab olunur.  
 
 
 
Makroelementlərə  oksigen, karbon, hidrogen, azot, 
fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, nat-
rium  dəmir  aid edilir. Bu elementlər hüceyrədə vacib 
rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə he-
moqlobinin  struktur  komponentidir.  Kalsium  və  fosfor 
sümük  toxumasının  hüceyrəarası  maddəsinin  yaran-
masında  iştirak  edərək  sümüklərə  möhkəmlik  verir. 
Bundan  başqa,  kalsium  qanın  laxtalanmasında  iştirak 
edən  amillərdən  biridir.  Sink,  mis,  yod,  flüor,  kobalt, 
selen  və  bu  kimi  elementlər  mikroelementlər  adlanır. 
Mikroelementlərin  miqdarca  az  olmasına  baxmayaraq 
onlar  hüceyrədə  baş  verən  maddələr  mübadiləsində 
mühüm  rol  oynayır.  Belə  ki,  sink  mədəaltı  vəzi 
hormonunun – insulinin tərkibinə daxildir. Yod isə orqa-
nizmin  maddələr  mübadiləsini  və  böyüməsini  tənzim-
ləyən qalxanabənzər vəzi hormonunun – tiroksinin əsas 
komponentlərindən biridir. 
Hüceyrədə kimyəvi elementlər ionlar, yaxud maddə-
lər şəklində orqanizmin qurulmasında iştirak edir. Məsə-
lən, karbon, hidrogen və oksigen karbohidrat və yağların 
tərkibinə  daxildir.  Zülallarda  bu  elementlərdən  əlavə, 
azot, kükürd, dəmir, maqnezium, yod və s. elementlər də 
olur. Su və natrium-xlorid kimi qeyri-üzvi maddələrə həm canlı, həm də cansızlarda 
rast gəlinsə də, üzvi birləşmələr, əsasən, canlı təbiət üçün səciyyəvidir.
 
Cədvəli diqqətlə nəzərdən 
keçirərək hüceyrənin tərkibini 
elementlərə görə səciyyələndirin. 
Elementləri hüceyrədə faizlə 
miqdarına və əhəmiyyətinə görə 
qruplaşdırın: 
 Makroelementlər (0,001%-dən çox)
 Mikroelementlər (0,001%-dən 
0,000001%-ə qədər) 
  
 – Canlı orqanizmlərdə makroele-
mentlər hansı maddələrin tərki-
bində rast gəlinir  və onlar 
canlıların fəaliyyətində hansı rol 
oynayır?   
2
Fəaliyyət
 
• 
makroelement 
• 
mikroelement 
A ç a r   s ö z lə r  
Hüceyrələrdə kimyəvi 
elementlərin tərkibi 
Hüceyrədə kimyəvi elementlərin kütlə payı  
Element 
İşarəsi 
Kütlə payı (%-lə) 
Oksigen 

65–75 
Karbon 

15–18 
 
Hidrogen 

8–10 
Azot 

1,5–3,0 
Fosfor 

0,2–1,0 
Kalium 

0,15–0,4 
Kükürd 

0,15–0,2 
Xlor 
Cl 
0,05–0,10         
Kalsium 
Ca 
0,04–2,00 
Maqnezium 
Mg 
0,02–0,03 
Natrium 
Na 
0,02–0,03 
Dəmir 
Fe 
0,01–0,015 
Sink 
Zn 
0,0003 
Mis 
Cu 
0,0002 
Yod 

0,0001 
Flüor
F
0,0001 


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə