Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə5/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
 
 
12 
 
 
 
3. Çoxalma. Orqanizmlərin özünütörətmə qabiliyyəti nəticəsində Yer üzərində 
həyat fasiləsiz olaraq mövcuddur. Valideynin özünəoxşar nəsil törətməsi irsiyyət sa-
yəsində mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu 
oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır. 
4. Böyümə və inkişaf. Böyümə orqanizmin kütlə və ölçülərinin artmasıdır. İnki-
şafla  müşayiət  olunan  böyümə  sayəsində  orqanizmdə  yeni  keyfiyyət  dəyişikliyi 
yaranır.  
 
 
 
5. Hərəkət. Canlıların xüsusiyyətlərindən biri onda hərəkətetmə, yəni fəzada yer-
dəyişmə qabiliyyətinin olmasıdır. İstənilən canlı orqanizmlərdə sitoplazmanın hərə-
kəti baş verir. Hətta müəyyən substrata yapışmış orqanizmlər də zəif hərəkətetmə 
qabiliyyətinə malikdirlər. Orqanizmlərdə aktiv və ya passiv hərəkətlər müşahidə edi-
lir. 
6. Qıcıqlanma. Canlının ən başlıca xüsusiyyəti olub xarici mühitin təsirinə qarşı 
orqanizmin  cavabvermə  qabiliyyətidir.  Amöbün  qidaya  doğru  hərəkəti  və  ya  duz 
kristalı  qoyulmuş  sahədən  uzaqlaşması,  bitkilərin  günəş  işığına,  rütubətə  qarşı 
verdiyi cavab reaksiyası qıcıqlanmaya misaldır. 
7. Yaşayış mühitinə uyğunlaşma.  Həyat  tərzi  ilə  əlaqədar  orqanizmin  qurulu-
şunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir. Nəticədə canlı sistem 
müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.  
8. Tarixi inkişaf xüsusiyyəti. Canlı aləmin sadədən mürəkkəbə doğru tarixi inki-
şafıdır. Belə inkişaf prosesi təkamül adlanır. 
 
– Canlı orqanizmlər üçün səciyyəvi olan xüsusiyyətlərdən hansılarına cansız 
təbiətdə rast gəlmək olar?  
 
 
Müzakirə üçün
Məsələni həll edin. Adətən, Xəzər suitisinin yeni doğulan balasının kütləsi təxminən 
4 kq olur. Balanın südlə bəslənmə dövründə kütləsi hər gün təqribən 0,5 kq artır.  
30 gün davam edən bu müddətin sonunda Xəzər suitisinin kütləsi nə qədər olar? 
 
 
 
Məsələ


 
 
13 
 
• • • 
   
 
1.  Cədvəli iş vərəqinə çəkin və tamamlayın. 
Canlıların əsas həyati xassələri    
İzahı 
Kimyəvi tərkibin xüsusiyyətləri 
 
Maddələr və enerji mübadiləsi 
 
Tarixi inkişaf xüsusiyyəti 
 
Yaşayış mühitinə uyğunlaşma 
 
 
2.  Canlıların əsas xassələrinə əsasən, verilmiş orqanizmin canlı olduğunu sübut edin. 
 
 
3.  Canlıların əsas həyati xassələri ilə onları səciyyələndirən xüsusiyyətlər arasında 
uyğunluğu müəyyən edin: 
Canlı orqanizmlərin xassələri 
Onların səciyyəvi xüsusiyyətləri 
1.  Maddələr və enerji 
mübadiləsi 
A.  Xarici mühitin təsirinə cavab vermək  
2.  Qıcıqlanma 
B.  Bədən ölçülərini böyütmək qabiliyyəti 
3.  Hərəkət 
C.  Tənəffüs, qidalanma, ifrazat 
4.  Çoxalma 
D. Öz növünə aid olan fərdlərin sayının 
artırılması 
5.  Böyümə 
E.  Yerdəyişmə qabiliyyəti 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN 
inək,  palıd ağacı,  kərtənkələ,  arı,  milçəkqıran 


 
 
 
14 
 
 
C
ANLILARIN QURULUŞ SƏVİYYƏLƏRİ 
 
 
   
 
 
Canlıların öyrənilməsi aşağıdakı quruluş səviyyələrində aparılır: 
 
 
 
 

– Toxumalar nədən təşkil olunmuşdur?

 
İnsan orqanizmində hansı toxuma qrupları var?  
– Bu toxumalar hansı orqanları əmələ gətirir? 
Canlı təbiət bir-biri ilə əlaqədə olan müxtəlif bioloji 
sistemlərdən – hüceyrə, toxuma və s.-dən təşkil olun-
muşdur. Bu sistemlər bir-birindən ölçülərinə, quru-
luşlarına və digər xüsusiyyətlərinə görə fərqlənir. 
 
A, B, C şəkillərində nəyin təsvir olunduğunu müəyyənləşdirin. Şəkildə göstərilən 
obyektlərin xüsusiyyətlərini qeyd edin.  
 
Fəaliyyət
 

 

?
” işarəsinin yerində nə təsvir olunmalıdır?  
– Təklif olunan sxemi necə davam etdirmək olar?  
– Sxem nəyi göstərir? 
?
 



Molekulyar səviyyə. Quruluş dərəcəsindən asılı olmayaraq 
bütün  canlılar  zülallardan,  nuklein  turşularından,  polisa-
xaridlərdən  və  digər  molekullardan  təşkil  olunmuşdur. 
Maddələr mübadiləsinin, irsi məlumatların ötürülməsi kimi 
bir  çox  bioloji  proseslərin  öyrənilməsi  məhz  molekulyar 
səviyyədən başlanır. Canlı orqanizmlərin kimyəvi tərkibini 
və  onların  həyat  fəaliyyətinin  əsasında  duran  kimyəvi 
prosesləri biokimya  elmi öyrənir.  
Hüceyrə  səviyyəsi.  Canlının  ən  kiçik  quruluş  və  inkişaf 
vahidi  hüceyrədir.  Hüceyrənin  quruluşunu,  kimyəvi  tərki-
bini, çoxalma və inkişafını sitologiya elmi öyrənir.  
1.  
• 
biosenoz 
• 
biosfer 
• 
populyasiya 
• 
histologiya 
A ç a r   s ö z lə r  


 
 
15 
 
• • • 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Toxuma  
 
orqan  səviyyəsi.  Çoxhüceyrəli  orqanizmlərin 
mənşəcə eyni olan, oxşar quruluşlu və eyni funksiya yerinə 
yetirən hüceyrələr qrupu toxumaları əmələ gətirir. Toxuma 
səviyyəsində  canlıları histologiya  elmi  öyrənir.  Toxumalar 
birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları 
yerinə yetirən orqanları əmələ gətirir.  
2.  
Orqanizm  səviyyəsi.  Ayrı-ayrı  fərdlərin  quruluşu,  həyat 
fəaliyyəti və s. xüsusiyyətləri orqanizm səviyyəsində tədqiq 
olunur. Bu tədqiqatlar fərdlərin doğulan andan ölənə qədər 
olan inkişaf dövrünü əhatə edir. 
3.  
Populyasiya-növ səviyyəsi. Bu səviyyənin struktur- funk-
sional  vahidi  növdür.  Eyni  növə  aid  olan  və  tarixən  mü-
əyyən ərazidə yaşayan fərdlər cəmi populyasiyalar yaradır. 
Növü  təşkil  edən  ayrı-ayrı  populyasiyalar  qismən  təcrid 
olunmuş ərazilərdə məskunlaşırlar. Populyasiya-növ səviy-
yəsində baş verən tarixi inkişaf prosesləri yeni növlərin ya-
ranmasına səbəb ola bilər.  
4.  
– Növün populyasiyaları arasında hansı qarşılıqlı münasibətlər mövcuddur?  
 
 
Müzakirə üçün
Biogeosenotik səviyyə (biogeosenoz səviyyə-
si).  Müəyyən  ərazidə  birgə  yaşamağa  uyğun-
laşan müxtəlif canlı qrupları və onların yaşayış 
mühitinin birgə cəmi biogeosenoz əmələ gəti-
rir. Bu səviyyədə orqanizmlərin bir-biri ilə və 
ətraf mühitlə qarşılıqlı təsiri öyrənilir.  
5.  
Biosfer  səviyyəsi.  Yer  üzərində  olan  bütün  biogeosenozlar  birləşərək  biosferi 
əmələ gətirir. Biosfer Yer kürəsinin canlılar yaşayan sahəsidir. Bu səviyyədə canlı 
orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri 
öyrənilir. 
6.  


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə