Nəzarət Departamenti-PY/TMM Təlimi
İzahlı lüğət
Paket köçürmə
Eyni maliyyə institutuna göndərilən və sonunda fərqli şəxslər üçün nəzərdə tutula bilən, bir sıra fərdi pul
köçürmələrindən ibarət köçürmə.
Adsız forma
Sertifikat, səhm transferi, yaxud digər sənədlə bağlı adsız forma təyin edilmiş investisiya, yaxud depozitin
satılmasına, transferinə,
təhvil verilməsinə, yaxud əlavə yazılı təlimat əldə etmək ehtiyacı olmadan sahibinə
ünvanlamaq imkan verir.
Adsız dövriyyə alətləri
Adsız formada monetar alətlər daxildir, məs: ya adsız formada olan, məhdudiyyətli şəkildə indossament
edilən, saxta ödənilən şəxsə verilən dövriyyə alətləri (o
cümlədən, çeklər, sadə veksellər və pul baratları),
ya da elə bir şəkildə ki, onun adı çatdırılma zamanı ötürülür.
Adsız səhm
Korporasiyanın mülkiyyətçiliyini adsız səhm sertifikatına fiziki olaraq malik olan şəxsə təqdim edən
dövriyyə alətləri.
Adsız səhm sertifikatı
Bu və ya digər fərdə, yaxud təşkilata deyil, “Adsız” olaraq verilən dövriyyə korporativ səhm sertifikatı.
Benami hesabı
Nominal hesab da adlandırılır. Digəri, yaxud digərlərinin adından bir şəxs, yaxud müəssisə tərəfindən
saxlanan Benami hesabları Hindistan yarımqitəsinin havala xəlvəti bankçılıq sistemi ilə əlaqəlidir. Bir
yurisdiksiyada olan, vəsaitlərini havaladar vasitəsilə dugər yurisdiksiyaya hərəkət etdirmək yollarını
axtaran şəxs əsl kimliyini, yaxud vəsaitlərin resipientinin əsl kimliyini ört-basdır etmək üçün Benami
hesabı, yaxud Benami tranzaksiyasından istifadə edə bilər.
Benefisiar mülkiyyətçi
Yekun olaraq tranzaksiyanın həyata keçirildiyi hesaba malik, yaxud ona nəzarət edən fiziki şəxs. O,
həmçinin, hüquqi şəxs, yaxud quruluş üzərində son effektiv nəzarəti həyata keçirən şəxsləri də
özündə birləşdirir.
Benefisiar
Bütün trastların (xeyriyyə, yaxud qanunla icazə verilən qeyri-xeyriyyə trastlarından başqa) benefisiarları
olmalıdır ki, buraya təsisçi daxil ola bilər. Trastlara həmçinin maksimal
zaman kəsiyi daxildir ki, buna
“müddətsiz dövr” deyilir və normal olaraq 100 il davam edir. Trastların sonda təsdiq edilə bilən benefisiarı
olmalı olsa da, onların müəyyən edilməmiş mövcud benefisiarları olmaya bilər. Trastların yalnız müəyyən
səlahiyyətləri ola bilər.
68
Nəzarət Departamenti - PY/TMM Təlimi
İzahlı lüğət
Biometrika
Bir şəxsi digərindən fərqləndirən xüsusiyyətləri müəyyən edən elm. Biometrika texnologiyasının üç
forması vardır - barmaq izləri, səsin tanınması və gözün qüzehi qişasının skrininqi, bu, nə vaxtsa kağız
üzərində qələmlə çəkilmiş köhnəlmiş imzalara şamil edilə bilər. Müəyyən institutlar müştərilərinin
kimliyini verifikasiya etmək üçün biometrikadan istifadə edirlər. Müştərilərin identifikasiya qaydalarının
yaranması ilə biometric alətlər maliyyə institutunda daha geniş istifadə edilə bilər.
Qara Bazar Peso Mübadiləs (QBPM)
Kolumbiyanın Qara Bazar Peso Mübadiləsi (QBPM) ticarət əsaslı çirkli pulların yuyulmasının mürəkkəb
metoduna dair nümunədir. QBPM ilkin olaraq Kolumbiyanın alyuta mübadiləsi üzrə məhdudlaşdırıcı
siyasətlərindən yaranmışdır. Həmin siyasətlərdən yayınmaq üçün Kolumbiya biznesləri qara bazarda,
yaxud parallel maliyyə bazarında fəaliyyət göstərən peso brokerləri ilə iş birliyi aparmaqla dövlətin
vergilərindən yayınırdılar. Kolumbiya narkotik qaçaqmalçıları ABŞ-da yerləşən ABŞ narkotik dollarlarının
müqabilində Kolumbiyada Kolumbiya pesosu almaq üçün bu metoddan yararlanmışlar. ABŞ Dövlət
Departamentinin 2007-ci il Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası Sənədinə görə, oxşar qara bazar
mübadilə sistemlərinə Venesuelada və Argentina, Braziliya və Paraqvay arasındakı üç sərhəd zonasında
rast gəlinir. Dubaydakı ticari mallar, habelə Çin və Avropada istehsal edilmiş mallar QBPM-ə oxşar
narkotik yönümlü sistemlər vasitəsilə satın alınır. QBPM ABŞ-dakı kartellərdən narkotik gəlirini əldə edən
və pesoları Kolumbiya daxilindəki kartellərə transfer edən brokerlər vasitəsilə fəaliyyət göstərir.
Dollarlar diqqət cəlb etmədən peso brokeri tərəfindən ABŞ-ın maliyyə sisteminə yerləşdirilir, yəni
“yuyulur”. Sonra dollarlar brokerlər tərəfindən ixrac üçün ABŞ-dan mal almaq məqsədilə dollara ehtiyacı
olan biznesmenlərə “satılır”.
Çox vaxt ixraca hazır olan malların pulunu Kolumbya (yaxud digar ölkənin) idxalçısı adından faktiki olaraq
narkotiklərdən əldə edilən dollardan istifadə edən peso broker ödəyir.
Çek şirkəti
“Əks birləşmələr” vasitəailə açıq şəkildə alqı-satqısı həyata keçiriləcək səhmlər emissiya etmək niyyətində
olan özəl korporasiyalar tərəfindən istifadə edilmək üçün dizayn edilmiş şirkət növü, bu zaman onların ilkin
açıq yerləşdirməsi zamanı çox xərclər çəkilmir. Çek şirkətlərinin çox vaxt az aktivləri olur, kiçik biznes
fəaliyyəti ilə məşğul olurlar və biznes planları, yaxud təcrübəli rəhbərliyi olmur.
Bukmeyker
Bukmeyker, əsas etibarilə idman hadisələri olmaqla, ayrı-ayrı fərdlərdən müxtəlif məsələlərlə bağlı mərclər
qəbul edir. Bukmeykerlər pulların yuyulmasına həssasdırlar, çünki çirkli pul yuyanlar müştərilərinə “mərc
sürüşmələrini” əldə etmək üçün pul təklif edə bilərlər, bu, çox vaxt qələbənin dəyərindən 7-10% çox olur.
Pul yuyan şəxs sonra təmiz pulu bukmeykerdən toplayır.
69