Úàâèäè õàòûðëàðêÿí
21
onun bütün pislikləri və çamırlıqları içində sürünməli, yaxud o
qeydləri, o ayrılıqları qırıb parçalayaraq mühiti istədiyi kimi
dəyişdirməli və istədiyi şəklə salmalı idi. Bunların heç birini
etmək iqtidarını özündə görmədiyindən o, mühitdən tamamilə
uzaqlaşmaq, dərdlərini, ələmlərini unutmaq məqsədilə təbiətin saf
və sakit köksü üzərinə atılmaq, orada həyacanlarını unutmaq
məcburiyyətində qalır. “İblis” fənalıqların simvoludur. O, mənə-
viyyatı və yaxşılıqları inkar edən bir ruhdur. Vəzifəsi insanlardakı
mənəvi qüvvələri söndürmək və maddi qüvvələri inkişaf etdir-
məkdir. Odur ki, Arifi iğva etmək və onun qəlbini təsxir edə bil-
mək üçün dürlü-dürlü planlar qurur və onu insani əxlaq və yüksək
duyğulardan uzaqlaşdırmağa, bataqlığa, adi və alçaq həyata
sürükləməyə çalışır...”
Abdulla Şaiq Arifin əqli təkamülündə, həyatı daha yaxşı dərk
etməsində, onun acı həqiqətlərini görüb duymasında, başqa sözlə,
məntiqi təfəkkürünün inkişafında İblisin oynadığı rola xüsusi
əhəmiyyət vermişdir. Onun düşündüyünə görə, “Arif XIX və
qismən XX əsrin yetişdirmiş olduğu türk xalqının nümayəndəsi
və tarixi tipidir. İblis isə Qərb mədəniyyətinin yetişdirmiş olduğu,
tam mənası ilə realist bir tipdir. O bütün qüvvətini və hərarətini
ağıl və mühakiməsindən alır.”
İblis romantik tipdir, mifoloji obrazdır. Onun irəli sürdüyü
fikirlərdə Zərdüşt fəlsəfəsilə səsləşən cəhətlər vardır. Belə olan
surətdə Şaiq İblisi nə üçün Qərb mədəniyyətinin yetişdirmiş ol-
duğu realist tip adlandırmışdır? Məncə, İblisi Qərb imperializmi-
nin simvolu kimi göstərmək, həyatda və cəmiyyətdə baş verən
hadisələri realistcəsinə qiymətləndirdiyi üşün Abdulla Şaiq onu
realist tip hesab etmişdir. İblis həqiqətən ictimai həyat hadisə-
lərinə və cəmiyyət qanunlarına münasibətdə, ona rasionalizm
mövqeyindən yanaşmaqda və məntiqi nəticələr çıxarmaqda böyük
realistdir. Bir bədii obraz kimi isə romantik surətdir. Abdulla Şaiq
demişkən, “İblis kəskin ağla və sarsılmaz iradəyə malikdir.
Dodaqlarından uçan hər söz məntiqli, hər bir hərəkət və fəaliyyət
ağıl və mühakiməyə uyğundur. Həyatdakı ahəng və intizamı
Úàâèäè õàòûðëàðêÿí
22
pozmaq üçün plan qurmaqda, məqsədinə irişmək üçün vasitələr
və səbəblər hazırlamaqda çox mahirdir. İsbata çalışdığı həqiqətlə-
ri müxatibinə o qədər böyük bir məharətlə anladır və elə füsunkar
bir təsir ilə nufüz edir ki, qarşısındakının məğlub olmaması imkan
xaricindədir... O amansız bir münəqqiddir. Bu cəhətdən də realiz-
min müəssisidir. Ariflə İblisi müqayisə edəcək olsaq. İblis ona
görə çox irəliləmişdir, nöqteti-nəzərləri yenidir.”
1
Şaiq İblisi maddi ehtirasatın, ağıl və elmin, ona qida verən
Qərb mədəniyyətinin, İngiltərə müstəmləkəçilərinin nümayəndəsi
kimi səciyyələndirmişdir. O, sufilərin hiss, rasionalistlərin isə ağı-
la münasibətlərini şərh edərək, dramaturqun ağıl və hissin vəhdəti
haqqındakı konsepsiyasını belə aydınlaşdırmışdır: “... Cavidcə
insanların səadəti ağıl ilə qəlb arasımda olan ahəng və uyğun-
luqdadır. O, qəlbsiz insanları bəşəriyyət üçün çox zərərli görür. O,
bu iki qüvvəni müsavi olaraq özündə inkişaf etdirmiş insanlar
görməyi arzu edir...”
O, bu baxımdan Elxan surətini, onun kəskin ağıl və iradəyə
malik olmasını təqdir etmişdir. Düşünmüşdür ki, dramaturq faciə-
nin son pərdəsində Arifin rolunu yeni bir qəhrəmana, Elxana
vermişdir ki, bu da faciə qanunlarına ziddir. Buna haqq qazandır-
mağa çalışan müəllif yazmışdır: “Arif həyata atılaraq ictimai
məsələləri həll etməyə hələ hazır deyildir. Cavidcə o ictimai
quruluşu bu gün əskilikdən çox uşaqlaşmış, bir çox qorxunc
vaqiələr, acı təcrübələr görmüş, həyata açıq gözlə baxan yeni
nəslin nümayəndələri yarada biləcək. Cavid bu həqiqəti, bu
qayəni göstərmək üçün hailə [faciə] çərçivəsini qıraraq onun
xaricinə çıxmaq məcburiyyətində qalmış.”
İyirminci illərdə “İblis” faciəsi barəsində yazılmış məqalə-
lərdə dramaturqa tutulan əsas iradlardan biri əsərdə şairin qayə-
sinin və tiplərin aydın olmaması, orada bədii təzada geniş yer
verilməsilə əlaqədar idi. Abdulla Şaiq bu cür düşünənlərlə açıq
1
Abdulla Şaiq. Cavidin “İblis” nam hailəsi haqqında duyğularım, “Maarif və
mədəniyyət”, 1925, № 2, səh. 45.
Úàâèäè õàòûðëàðêÿí
23
mübahisəyə girməsə də, həmin mülahizələrlə razılaşmamış və
demişdir: “Tiplərə gəlincə, doğrudur, İblisin sözlərində bir çox
təzad var. İblis mürəkkəb bir tipdir. Elə İblisi canlandıran, ona
qüvvət, rəng və ziya verən sözlərindəki təzaddır.”
III
1960-1970-ci illərdə Hüseyn Cavidin ədəbi irsinin öyrənil-
məsində yeni mərhələ başlanır. Azərbaycan ədəbiyyatşünaslı-
ğında yeni bir sahə - cavidşünaslıq formalaşıb inkişaf edir. XX əsr
Azərbaycan romantizminin nəızəri problemlərinin, estetik prin-
siplərinin araşdırılması dramaturqun ədəbi irsinin daha dərindən
öyrənilməsinə, yeni tədqiqat əsərlərinin, məqalələrin, elmi kon-
sepsiyaların yaranmasına səbəb olur. Həmin illərdə Hüseyn Cavid
haqqında yazılmış məqalələr, hər şeydən öncə, elmi-nəzəri səviy-
yəsinə görə seçilir; onun ayrı-ayrı əsərləri marksist-leninçi ədə-
biyyatşünaslığının metodoloji və ədəbi-nəzəri prinsipləri əsasında
qiymətləndirilir, tədqiq və təhlil edilir. Hüseyn Cavid irsinin araş-
dırılmasında yeni mərhələ başlanır. Onun yaradıcılığının, xüsusən
romantizminin tədqiq, təhlil və qiymətləndirilməsinin nəzəri mə-
sələləri və estetik prinsiplərinin işlənib hazırlanmasında müəyyən
işlər görülür. Ancaq qeyd etmək lazımdır ki, həmin dövrdə dra-
maturq haqqında yazılmış bəzi məqalələrdə onun əsərləri sənətin
nəzəriyyəsi baxımından deyil, ideoloji baxımdan qiymətləndi-
rilmişdir. Bəzi tənqidçi və ədəbiyyatşünaslar iyirminci-otuzuncu
illər tənqidinin təsiri altından çıxa bilməmiş, məlum və həqiqət-
dən uzaq fikir və mülahizələrə kor-koranə yanaşmışlar.
1956-cı ildə Sov. İKP MK-nın XX qurultayında Nikita Ser-
geeviç Xruşşovun təşəbbüsü ilə 1937-ci ildə və sonralar siyasi
repressiyaya məruz qalmış sovet vətəndaşlarına bəraət verilməsi
məsələsi müzakirə edildi və onlara bəraət verilməsi haqqında
qərar qəbul olundu.
Həmin ildə Cavid bəraət aldı. 20 illik fasilədən sonra Cavidin
rəsmi qadağam edilmiş ədəbi irsi xalqa qaytarıldı. Cavid irsinin
tədqiqi, nəşri və əsərlərinin tamaşaya qoyulmasında yeni mərhələ
Dostları ilə paylaş: |