Yusif Aslanov
368
FOLKLORUMUZ VƏ TALEYİMİZ
Şifahi xalq ədəbiyyatı örnəkləri insan təfəkkürü və
t
əxəyyülünün məhsulu, tarixi gerçəkliyin, həyat həqiqətlərinin bədii
düşüncədə təsdiqi, müdrikliyin, mərdliyin, saflığın poetik ifadəsidir.
X
əyal və reallıq, milli adət-ənənələr, Vətən sevgisi, düşmənə nifrət
hissi, xeyir v
ə şər, iblis və mələk, altun və qurşun dünyasına nifrət,
sülh, haqq v
ə ədalətin tərənnümü sözün işığında, rəngində bədii
obrazlı ifadəsini tapır, nənələrin, babaların yaddaşında yaşayır,
aşıqların sazında köz bağlayır, regional xüsusiyyətləri özündə
birl
əşdirir.
Q
ədim dövrlərdən süzülüb gələn, zamanın qaynaqlarında
öz saflığı, duruluğu və müdrikliyini yaşadan ağız ədəbiyyatı
incil
ərini tədqiq etmək, toplamaq və çap etdirmək xalqa sevginin,
m
əhəbbətin bariz nümunəsidir. F.Köçərli, S.Mümtaz, H.Zeynallı,
H.Araslı, Ə.Sultanlı, M.H.Təhmasib, Ə.Qarabağlı, M.Seyidov,
V.V
əliyev, A.Nəbiyev, P.Əfəndiyev, Q.Namazov, M.Həkimov,
S.Q
əniyev, M.Qasımlı və başqalarının tədqiqatlarında biz bu
böyüklüyü açıq-aydın duyuruq. Mövcud ənənəyə əsaslanmaqla
Az
ərbaycan folklor atlasının sərhədlərini dəqiq müəyyənləşdirmək
üçün Az
ərbaycanın ayrı-ayrı regionlarında, xüsusən Qərbi
Az
ərbaycanda folklor mühitinin araşdırılması M.Seyidov,
İ.Abbasov, Ə.Yerevanlı, F.Fərhadov, Q.Namazov, İ.Ələsgərli, H.İs-
mayılov, Z.Məhərrəmov, N.Xəlilov və başqa folklorşünas alimlərin
t
ədqiqat obyektinə çevrilir. Folklorşünas-alim, şair-publisist
Avtandil Ağbabanın “Folklorumuz və taleyimiz” (B., 2007)
monoqrafiyası da folklorşünaslıqda uğurlu bir addım, Ağbaba-
Şörəyel mahalının folklor mühitini öyrənməkdə dəyərli mənbə kimi
qiym
ətlidir. Həm sələflərinin və həm də xələflərinin fikirlərinə
istinad etm
əklə elmi qənaətlərini sübut etməsi, aydın, dəqiq və
konkret fikirl
ər söyləməsi onun dərin tədqiqatçı diapozonu
olduğunu bir daha təsdiq edir.
İki fəsil əsasında yazılmış monoqrafiyada əvvəlcə Qərbi
Az
ərbaycan mühiti və onun başlıca xüsusiyyətləri, folklorşünaslar
Ədəbi axtarışlar və tədris
369
t
ərəfindən bu problemin araşdırılması, ilkin və ənənəvi janrların
öz
əllikləri tədqiq olunmuş, elmidə olan mübahisəli fikirlər konkret
faktlar
əsasında sübuta yetirilmişdi.
İkinci fəsildə Ağbaba-Şörəyel bölgəsində folklor örnəklə-
rinin yayılma arealı, nəğmə və mərasimlərin genetik-tarixi kökləri,
bayatı, nanay, xalq mahnıları və tırınqıların poetik-regional
xüsusiyy
ətləri araşdırılır, tədqiq olunur.
Az
ərbaycan folklorşünaslığının ümumi kontekstində
araşdırılan Qərbi Azərbaycan folklor örnəkləri sənətkarlıq
baxımından diqqəti daha çox cəlb edir. Monoqrafiyada nəinki
folkl
orşünaslıq sahəsində olan yeniliklərlə tanış oluruq, hətta
ədəbiyyatşünas, dilçi, etnoqraf, tarixçi kimi də ideyalar irəli sürən
v
ə bu fikirləri sübut etməyi bacaran alimin səsini duyuruq. Nanay
v
ə tırınqıların xüsusi tədqiqat obyekti kimi də seçilməsi, müxtəlif
janrların poetikasının açılması, sənətkarlıq xüsusiyyətlərinin təhlil
edilm
əsi monoqrafiyanın dəyərini, sanbalını artırır, Qərbi Azərbay-
ca
nın bölgələrində geniş yayılan folklor örnəklərini itib-batmaqdan
qoruyur v
ə yaşadır. A.Ağbaba ilk dəfə olaraq bu monoqrafiyada
nanay v
ə tırınqı janrlarını elmi şəkildə sistemləşdirmiş, bu sözlərin
etimologiyasını vermişdir. Yaxşı cəhətlərdən biri budur ki, bu
folklor örn
əklərinin əksəriyyətini müəllifin özü toplamış və
t
ədqiqata cəlb etmişdir: “Eşq ilən gəl”, “Yeri, yeri, yeri yar”, “Ay
lala g
əlin”, “Ala gülbəndi”, “Xınalı” və s. nanaylar.
Ağbaba-Şörəyel folklorunun genetik-tarixi, sosial-ictimai
kökl
ərindən, bu region üçün xarakterik olan folklor janrlarından
(
əfsanə, toy mərasimləri, nağıllar, dastanlar, rəvayətlər, bayatılar,
tırınqılar, lətifələr, oyunlar, düzgülər, nəğmələr, eydirmələr, ağılar,
Novruzla bağlı adətlər, nanaylar və s.) nümunələrin verilməsi,
region xüsusiyy
ətlərinin özəlliklərinin aşkara çıxarılması oxucu
üçün yenidir v
ə maraqlıdır.
T
ədqiqə cəlb olunmuş Qərbi Azərbaycanın Ağbaba-Şörəyel
bölg
əsinin şifahi ədəbiyyatı nümunələrinin həm Azərbaycan və
h
əm də qonşu ərazilərin folklor mühiti ilə bağlılığı faktlar əsasında
araşdırılır və dəqiqləşdirilir. Tədqiqat obyektinə çevrilən və təhlil
Yusif Aslanov
370
olunan seçm
ələrin digər türkdilli xalqların folklorundan nümunələr
g
ətirilməklə izah edilməsi də monoqrafiyanın elmi dəyərini artırır.
Mü
əllifin elmi faktlarla əsaslandırdığı elmi istiqaməti monoqrafiya-
nın əsas məğzini, mahiyyətini açır: “…Ağbaba-Şörəyel bölgəsinin
folklorunun regional xüsusiyy
ətləri onun formalaşdığı tarixi-coğrafi
şəraitlə, folklor mühiti ilə əlaqəli şəkildə araşdırılmalı və tədqiq
olunmalıdır”. Eyni zamanda “Ağbaba-Şörəyel bölgəsinin əhalisi
ata-
babalarının toy və yas mərasimlərində, el şənliklərində qarslılar
v
ə çıldırlılarla, axiskalılar və axilkələklilərlə eyni elin-obanın sakini
kimi iştirak etmişlər”.
Monoqrafiyada diqq
əti cəlb edən cəhətlərdən biri də “Dərzi
şagirdi Əhmədi”, “Tacir Mehdinin nağılı”, “Xəzinə”, “Keçəlin
nağılı” və s. ilə bağlı aparılmış araşdırmalardır. Dərin məzmun və
münd
əricəsi, bitkin süjeti, xarakterik obrazları ilə seçilən “Miskin
Abdal v
ə Sənubər”, “Aşıq Alının Türkiyə səfəri”, “Aşıq Ələsgərin
Qaraqoyunlu s
əfəri” (Göyçə folkloru), “Qaçaq Usuf”, “Aşıq Ələs-
g
ərin Ağbaba səfəri” (Ağbaba folkloru), “Qaçaq Səfo” (Dərələyəz
folkloru) dastanlarının da təhlili, ideya-bədii və sənətkarlıq xüsusiy-
y
ətlərinin açıqlanması, ermənilərin məkrli, ikiüzlü siyasətində Azər-
bay
can nağılının erməniləşdirilməsi faktlar əsasında izah olunur,
yer-
yurd adları ilə bağlı maraqlı faktlar oxucuların nəzərinə
çatdırılır.
Avtandil mü
əllim öz dəsti-xətti ilə seçilən, vətən həsrəti ilə
yaşayan folklorşünas-şairdir. Onun içindən gələn fikirlər səmimi və
t
əbii görünür, folklor dünyası ilə zəngindir. Onun həmişə içini bir
arzu didib dağıdır -Qərbi Azərbaycan torpaqlarını vəhşilərdən,
quzğunlardan azad etmək, bu bölgənin folklor mühitini araşdırmaq
v
ə xalqa çatdırmaq. Bu istəklə də “Folklorumuz və taleyimiz”
monoqrafiyası yazıldı, Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası,
folkloru il
ə bağlı ağız ədəbiyyatı nümunələri araşdırıldı, tədqiq
edilib Az
ərbaycan folklorşünaslığı zənginləşdirildi.
“Az
ərbaycan müəllimi” qəzeti, 29 iyun, 2007-ci il
Dostları ilə paylaş: |