Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə122/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   118   119   120   121   122   123   124   125   ...   129

Yusif Aslanov 
 
 
368 
FOLKLORUMUZ  VƏ  TALEYİMİZ 
 
Şifahi  xalq  ədəbiyyatı  örnəkləri insan təfəkkürü və 
t
əxəyyülünün məhsulu, tarixi gerçəkliyin, həyat həqiqətlərinin bədii 
düşüncədə təsdiqi, müdrikliyin, mərdliyin, saflığın poetik ifadəsidir. 
X
əyal və reallıq, milli adət-ənənələr, Vətən sevgisi, düşmənə nifrət 
hissi, xeyir v
ə şər, iblis və mələk, altun və qurşun dünyasına nifrət, 
sülh, haqq v
ə  ədalətin tərənnümü  sözün  işığında,  rəngində  bədii 
obrazlı  ifadəsini  tapır,  nənələrin,  babaların  yaddaşında  yaşayır, 
aşıqların  sazında  köz  bağlayır,  regional  xüsusiyyətləri özündə 
birl
əşdirir. 
Q
ədim dövrlərdən süzülüb gələn,  zamanın  qaynaqlarında 
öz  saflığı,  duruluğu  və  müdrikliyini  yaşadan  ağız  ədəbiyyatı 
incil
ərini tədqiq etmək, toplamaq və çap etdirmək xalqa sevginin, 
m
əhəbbətin bariz nümunəsidir. F.Köçərli,  S.Mümtaz,  H.Zeynallı, 
H.Araslı,  Ə.Sultanlı,  M.H.Təhmasib,  Ə.Qarabağlı,  M.Seyidov, 
V.V
əliyev, A.Nəbiyev,  P.Əfəndiyev, Q.Namazov, M.Həkimov, 
S.Q
əniyev,  M.Qasımlı  və  başqalarının  tədqiqatlarında  biz  bu 
böyüklüyü  açıq-aydın  duyuruq.  Mövcud  ənənəyə  əsaslanmaqla 
Az
ərbaycan folklor atlasının sərhədlərini dəqiq müəyyənləşdirmək 
üçün Az
ərbaycanın  ayrı-ayrı  regionlarında,  xüsusən Qərbi 
Az
ərbaycanda  folklor  mühitinin  araşdırılması  M.Seyidov, 
İ.Abbasov, Ə.Yerevanlı, F.Fərhadov, Q.Namazov, İ.Ələsgərli, H.İs-
mayılov, Z.Məhərrəmov, N.Xəlilov və başqa folklorşünas alimlərin 
t
ədqiqat obyektinə  çevrilir.  Folklorşünas-alim,  şair-publisist 
Avtandil  Ağbabanın  “Folklorumuz  və  taleyimiz” (B., 2007) 
monoqrafiyası  da  folklorşünaslıqda  uğurlu  bir  addım,  Ağbaba-
Şörəyel mahalının folklor mühitini öyrənməkdə dəyərli mənbə kimi 
qiym
ətlidir. Həm sələflərinin və  həm də  xələflərinin fikirlərinə 
istinad etm
əklə  elmi qənaətlərini sübut etməsi,  aydın,  dəqiq və 
konkret fikirl
ər söyləməsi onun dərin tədqiqatçı  diapozonu 
olduğunu bir daha təsdiq edir. 
İki  fəsil  əsasında  yazılmış  monoqrafiyada  əvvəlcə  Qərbi 
Az
ərbaycan mühiti və onun başlıca xüsusiyyətləri, folklorşünaslar 


Ədəbi axtarışlar və tədris 
 
 
369 
t
ərəfindən  bu  problemin  araşdırılması,  ilkin  və  ənənəvi  janrların 
öz
əllikləri tədqiq olunmuş, elmidə olan mübahisəli fikirlər konkret 
faktlar 
əsasında sübuta  yetirilmişdi. 
İkinci  fəsildə  Ağbaba-Şörəyel bölgəsində  folklor örnəklə-
rinin yayılma arealı, nəğmə və mərasimlərin genetik-tarixi kökləri, 
bayatı,  nanay,  xalq  mahnıları  və  tırınqıların  poetik-regional 
xüsusiyy
ətləri araşdırılır, tədqiq olunur. 
Az
ərbaycan  folklorşünaslığının  ümumi  kontekstində 
araşdırılan  Qərbi Azərbaycan folklor örnəkləri sənətkarlıq 
baxımından  diqqəti daha çox cəlb edir. Monoqrafiyada nəinki 
folkl
orşünaslıq  sahəsində  olan yeniliklərlə  tanış  oluruq,  hətta 
ədəbiyyatşünas, dilçi, etnoqraf, tarixçi kimi də ideyalar irəli sürən 
v
ə bu fikirləri sübut etməyi bacaran alimin səsini duyuruq. Nanay 
v
ə tırınqıların xüsusi tədqiqat obyekti kimi də seçilməsi, müxtəlif 
janrların  poetikasının  açılması,  sənətkarlıq  xüsusiyyətlərinin təhlil 
edilm
əsi monoqrafiyanın dəyərini, sanbalını artırır, Qərbi Azərbay-
ca
nın bölgələrində geniş yayılan folklor örnəklərini itib-batmaqdan 
qoruyur v
ə  yaşadır.  A.Ağbaba  ilk  dəfə  olaraq bu monoqrafiyada 
nanay v
ə tırınqı janrlarını elmi şəkildə sistemləşdirmiş, bu sözlərin 
etimologiyasını  vermişdir.  Yaxşı  cəhətlərdən biri budur ki, bu 
folklor örn
əklərinin  əksəriyyətini müəllifin  özü  toplamış  və 
t
ədqiqata cəlb etmişdir: “Eşq ilən gəl”, “Yeri, yeri, yeri yar”, “Ay 
lala g
əlin”, “Ala gülbəndi”, “Xınalı” və s. nanaylar.  
Ağbaba-Şörəyel folklorunun genetik-tarixi, sosial-ictimai 
kökl
ərindən,  bu  region  üçün  xarakterik  olan  folklor  janrlarından 
(
əfsanə, toy mərasimləri,  nağıllar,  dastanlar,  rəvayətlər,  bayatılar, 
tırınqılar, lətifələr, oyunlar, düzgülər, nəğmələr, eydirmələr, ağılar, 
Novruzla  bağlı  adətlər, nanaylar və  s.) nümunələrin verilməsi, 
region xüsusiyy
ətlərinin özəlliklərinin  aşkara  çıxarılması  oxucu 
üçün yenidir v
ə maraqlıdır. 
T
ədqiqə cəlb olunmuş Qərbi Azərbaycanın Ağbaba-Şörəyel 
bölg
əsinin  şifahi  ədəbiyyatı  nümunələrinin həm Azərbaycan və 
h
əm də qonşu ərazilərin folklor mühiti ilə bağlılığı faktlar əsasında 
araşdırılır  və  dəqiqləşdirilir.  Tədqiqat obyektinə  çevrilən və  təhlil 


Yusif Aslanov 
 
 
370 
olunan seçm
ələrin digər türkdilli xalqların folklorundan nümunələr 
g
ətirilməklə izah edilməsi də monoqrafiyanın elmi dəyərini artırır. 

əllifin elmi faktlarla əsaslandırdığı elmi istiqaməti monoqrafiya-
nın əsas məğzini, mahiyyətini açır: “…Ağbaba-Şörəyel bölgəsinin 
folklorunun regional xüsusiyy
ətləri onun formalaşdığı tarixi-coğrafi 
şəraitlə, folklor mühiti ilə  əlaqəli  şəkildə  araşdırılmalı  və  tədqiq 
olunmalıdır”.  Eyni  zamanda  “Ağbaba-Şörəyel bölgəsinin  əhalisi 
ata-
babalarının toy və yas mərasimlərində, el şənliklərində qarslılar 
v
ə çıldırlılarla, axiskalılar və axilkələklilərlə eyni elin-obanın sakini 
kimi iştirak etmişlər”.  
Monoqrafiyada diqq
əti cəlb edən cəhətlərdən biri də “Dərzi 
şagirdi  Əhmədi”,  “Tacir  Mehdinin  nağılı”,  “Xəzinə”, “Keçəlin 
nağılı” və s. ilə bağlı aparılmış araşdırmalardır. Dərin məzmun və 
münd
əricəsi, bitkin süjeti, xarakterik obrazları ilə seçilən “Miskin 
Abdal v
ə Sənubər”, “Aşıq Alının Türkiyə səfəri”, “Aşıq Ələsgərin 
Qaraqoyunlu s
əfəri” (Göyçə folkloru), “Qaçaq Usuf”, “Aşıq Ələs-
g
ərin Ağbaba səfəri” (Ağbaba folkloru), “Qaçaq Səfo” (Dərələyəz 
folkloru) dastanlarının da təhlili, ideya-bədii və sənətkarlıq xüsusiy-
y
ətlərinin açıqlanması, ermənilərin məkrli, ikiüzlü siyasətində Azər-
bay
can  nağılının  erməniləşdirilməsi faktlar əsasında  izah olunur, 
yer-
yurd  adları  ilə  bağlı  maraqlı  faktlar  oxucuların  nəzərinə 
çatdırılır. 
Avtandil mü
əllim öz dəsti-xətti ilə seçilən, vətən həsrəti ilə 
yaşayan folklorşünas-şairdir. Onun içindən gələn fikirlər səmimi və 
t
əbii görünür, folklor dünyası ilə zəngindir. Onun həmişə içini bir 
arzu  didib  dağıdır  -Qərbi Azərbaycan  torpaqlarını  vəhşilərdən, 
quzğunlardan azad etmək, bu bölgənin folklor mühitini araşdırmaq 
v
ə  xalqa  çatdırmaq.  Bu  istəklə  də  “Folklorumuz və  taleyimiz” 
monoqrafiyası  yazıldı,  Qərbi Azərbaycanın  tarixi,  etnoqrafiyası, 
folkloru il
ə  bağlı  ağız  ədəbiyyatı  nümunələri  araşdırıldı,  tədqiq 
edilib Az
ərbaycan folklorşünaslığı zənginləşdirildi. 
 
“Az
ərbaycan müəllimi” qəzeti, 29 iyun, 2007-ci il 
                                    


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə