Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə120/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   116   117   118   119   120   121   122   123   ...   129

Yusif Aslanov 
 
 
362 
“M
əsud və Şəfiqə”, “Yadi-mazi”, “Gecəydi”, “Elmi-bəşər”, 
“Sevinm
ə, gülmə, quzum”, “Görmədim”, “Dün və  bu gün”, 
“Qürub
ə qarşı”, “Bir divanədən” və s. kimi süjetli lirik şeirlərində 
h
əyat və  kainat  haqqında  düşüncələrindən, qəlb  ağrıdan  acı 
h
əqiqətlərdən, saf məhəbbətdən danışılır. 
Bu lirik nümun
ələr bir daha təsdiq edir ki, Cavid süjetli lirik 
əsərlərin gözəl nümunələrini  yaratmışdır.  Şairin  düşündükləri ilə 
h
əyat həqiqətləri  arasında  fərq görünmür, hadisələrə  olduğu  kimi 
obyektiv qiym
ət  verilir,  şairin  lirik  qəhrəmanının,  bəzən özünün 
açıq münasibəti bildirilir. “Öksüz Ənvər”, “Kiçik sərsəri”, “Vərəmli 
bir  qız”,  “Bir  qızın  son  fəryadı”  və  “Gecəydi”  şeirlərində  dövrə, 
zamana, insanların yaratdığı ədalətsiz qanunlara qarşı etiraz səsini 
ucaldır, kimsəsiz, yetim, ac-susuz yaşayan kiçik uşaqların fəryad və 
iniltisini ür
ək ağrısı ilə söyləyir, Şərq qadınının əzablarına, “altun və 
d
əbdəbə” arzusu ilə  yaşayanların  taleyinə  acıyır,  “kimsəyə 
açılmamış,  gizli  qəmlərin  əlindən vərəm  almış  Şərq  qadınının” 
(M.C
əfər) halına yanır. Onun lirik qəhrəmanları “acı şikayətlər, acı 
xatir
ələrlə  yaşayan  məhkum vətəndaşlardır”  (M.Cəfər), “Dərdim 
çoxdur, ell
ər, ellər ay ellər” deyənlərdir.  
H.Cavidi h
əmişə  düşündürən problemlərdən  biri  insanın 
insanlığını  itirib  iblisə  çevrilməsidir. Belə  iblis  əməllərindən biri 
erm
əni xalqının törətdikləri ağılasığmaz vəhşi hərəkətlər olmuşdur. 
Bu bir faktdır ki, ermənilər tarix boyu Azərbaycan xalqının 
çör
əyinə,  yurduna,  yuvasına  göz  dikmiş,  havadarları  ilə  birləşib 
onları  ata-baba məskənlərindən didərgin  salmışlar.  Bu  hadisələr 
tarixin qan yaddaşında yazılıb, unudulmaz bir faciəyə çevrilmişdir. 
H.Cavid bu d
əhşətli hadisələrin şahidi olmuş və “Qaçqın” şeirində 
öz hissl
ərini yüksək səviyyədə verməyi bacarmışdır: 
 
Örtünm
ə, dur! Kimsən, nerəlisən sən? 
Göz
əl qaçqın, başı bəlalı qaçqın! 
Gülüms
ə, nur saçılsın üz-gözündən, 
Ey h
ər halı mələk ədalı qaçqın!... 
 


Ədəbi axtarışlar və tədris 
 
 
363 
H.Cavid  lirikasında  ana-qadın  şəxsiyyətinə, ləyaqətinə 
böyük hörm
ət və  ehtiram  vardır.  Şairin  qadın  –  anada görmək 
ist
ədiyi xüsusiyyətlər bunlardır: 
1.
 
Qadın əxlaqi saflığın və ruhi gözəlliyin timsalıdır; 
2.
 
Qadın ana kimi müqəddəsdir, şərəfli ad daşıyır, bütün 
t
əmiz duyğulardan yüksəkdir; 
3.
 
Qadın  vətəndaşdır,  məslək və  əqidə  dostudur. 
(M.Əlioğlu). 
 
Ana övladını bəslər, böyüdür,  
Anasız millət, əvət, öksüzdür
 
Yaxud: 
 
Qadın əlilə fəqət bəxtiyar olur şu cahan
O bir m
ələk... onu təqdis edər  
böyük yaradan  
O p
ək sevimli, gözəl incə, nazlı bir xilqət,  
Onun ayaqları altındadır fəqət cənnət, 
Qadın gülərsə şu issız mühitimiz güləcək,  
Sürükl
ənən bəşəriyyət qadınla yüksələcək... 
 
B
ədii təsvir və  ifadə  vasitələri, aforizmlərlə  zəngin olan 
H.Cavid lirikası fəlsəfi məzmunu və bədii dəyəri ilə fərqlənir: 
 
Ölüm var ki, h
əyat qədər dəyərli,  
H
əyat var ki, ölümdən də zəhərli. 
 
Bilgi saçar h
ər qaranlıq yurda işıq, 
Yalnız əmək verir bizə bəxtiyarlıq. 
  
H.Cavid 
əruz vəznini gözəl bilirdi. Ona görə də əsərlərini 
bu v
əznin müxtəlif bəhrlərində,  janrlarında  yazmışdır.  Bununla 
yanaşı “Çoban türküsü” və “İlk bahar” şeirləri heca vəznindədir. 


Yusif Aslanov 
 
 
364 
H.Cavid  şeirlərini məsnəvi  formasında,  dördlüklər, 
t
ərkibbəndlər  şəklində  yazmağa  geniş  yer  vermişdir. Dördlüyün 
yeni bir formasını da yaradır: 2 bənd 4 misra, 2 bənd isə 3 misra 
əsasında qurulur. Eyni zamanda “H.Cavid hər dörd misradan sonra 
dörd, yaxud 2 misra 
əlavə etməklə tərkibbənd formasına keçməyə 
üstünlük  vermişdir”  (M.Cəfər). “Dəniz pərisi”, “Son baharda”, 
“Kiçik s
ərsəri”, “Öksüz Ənvər”, “Hər yer səfalı”, “Sevinmə, gülmə, 
quzum”, “V
ərəmli qız”, “Mən istərəm ki” və s. şeirləri dördlüklərə 
misal göst
ərə bilərik. Məsnəvi şəklində yazdığı şeirlərə isə “Məsud 
v
ə  Şəfiqə”,  “İlk  bahar”,  “Hərb və  fəlakət”,  “Qız  məktəbində”, 
“M
əzlumlar üçün”, “Bir xatirə”, “Qadın” və s. əsərləri daxildir.  
H.Cavid  torpağa,  Vətənə, elə  qəlbən məftun  bir  şair
dramaturq idi. Cavid yaradıcılığı ilə ədəbiyyat tariximizdə mənzum 
faci
ənin  əsası  qoyulur.  Real  hadisələrlə  ideallığın vəhdətindən 
yazan H.Cavid 
ədəbiyyat tarixində  və  teatr aləmində  novator, 
yenilikçi s
ənətkar  kimi  tanınır,  dünya  xalqları  tərəfindən sevilə-
sevil
ə oxunur, insanların mənəviyyatını zənginləşdirən, onlara zövq 
ver
ən  əsərləri yüksək qiymətləndirilir. Məşhur  Ukrayna alimi 
astronom Nikolay Çernıx H.Cavid sənətinin böyüklüyünü dərk edib 
ona hörm
ət və ehtiram göstərərək kəşf etdiyi ulduza “Cavid” planeti 
adı vermişdir. Deməli, Cavidin adı, ideyaları doğma vətənində və 
türk  dünyasında  deyil,  ulduzlar  aləmində  də  əbədiləşir,  göylər 
s
əltənətində özünə layiqli bir yer tutur. Dahi öndərimiz, ümummilli 
liderimiz  H.Əliyevin  müdrik  bir  fikri  H.Cavid  yaradıcılığına 
verilmiş  böyük  fəlsəfi qiymətdir:  “Onun  bütün  yaradıcılığı 
Az
ərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır”.  
 
“Az
ərbaycan müəllimi” qəzeti, 21 oktyabr 2005 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə