Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə117/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   113   114   115   116   117   118   119   120   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
353 
m
əsinə xidmət edir, onları gözəllik aləminə qovuşdurur, həyatda ki-
mins
ə idealına çevirir.  
Böyük rus yazıçısı A.P.Çexovun “Vanya dayı” povestində 
Astrovun dilind
ən söylədiyi sözlər də bu məqsədin bir daha əsaslı 
oldu
ğunu sübut edir: “İnsanda hər şey gözəl olmalıdır – üz də, ge-
yim d
ə, ürək də, fikir də”. 
  
Filologiya m
əsələlərinə dair tematik toplu,  
Bakı, ADPU-nun nəşriyyatı, 2004, №1-2 (26-27),  səh. 98-101 
 
 
 
H.CAVİDİN “İBLİS” FACİƏSİNİN ÖYRƏDİLMƏSİ 
 
“Hüseyn Cavidin yaratdığı əsərlər  
Az
ərbaycan xalqının milli sərvətidir”. 
Heyd
ər Əliyev 
 
Mövcud 
ədəbiyyat proqramında H.Cavid sənətinin öyrədil-
m
əsinə 7 saat vaxt ayrılır. Bu saatlardan aşağıdakı ardıcıllıqla istifa-
d
ə etməyi məqsədəuyğun hesab edirik: :  
1.
 
Dramaturqun h
əyat və yaradıcılığınını öyrədilməsi – 1 
saat;   
2.
 
H.Cavid poeziyasında mövzu və ideya istiqaməti, milli 
v
ə ümumbəşəri problemlərin həlli – 1 saat;  
3.
 
H.Cavidin dram yaradıcılığı – 1 saat; 
4.
 
“İblis”  faciəsinin mövzu və  ideyası,  məzmunun 
öyr
ədilməsi – 1 saat; 
5.
 
Əsərin təhlili – 1 saat;  
6.
 
Faci
ənin dilinin öyrədilməsi – 1 saat; 
7.
 
“İblis” faciəsinin sənətkarlıq xüsusiyyətləri – 1 saat.  
Qeyd ed
ək ki, müəllimlərin daha çox metodik köməyə 
ehtiyac duyduqları əsərlərdən biri H.Cavidin “İblis” faciəsidir.  


Yusif Aslanov 
 
 
354 
Düzdür,  “İblis”  faciəsinin öyrədilməsi ilə  əlaqədar dos. 
T.Rza
yev, dos. İ.Orucəlili, 283 saylı məktəbin müəllimi S.Kərimo-
va v
ə b. filoloji tədqiqatlara əsaslanaraq pyesin yazılma səbəbi, ide-
ya
sı,  quruluşu,  obrazların  təhlili  haqqında  müəllimlərə  metodik 
istiqam
ət vermiş, ümumiləşdirmələr aparmışlar. Ancaq bu məqalə-
l
ərdə “İblis” faciəsinin daha çətin qavranılan, dərk edilən fəlsəfi qa-
tının (iblisliyin mahiyyətinin) açıqlanması, dil və sənətkarlıq xüsu-
siyy
ətlərinin öyrədilməsi imkanları öz həllini geniş tapmamışdır.  

əllim şagirdlərə H.Cavidin keçdiyi mürəkkəb həyat yo-
lu, poeziya v
ə dramaturgiyası haqqında tarixi, filoloji məlumatları 
öyr
ətməklə  kifayətlənməməli, eyni zamanda onlarda H.Cavid 
s
ənətinin böyüklüyünə  inam, sevgi, məhəbbət  oyatmalı,  şeiri, 
poeması  və  dram  əsələri üzərində  geniş  iş  aparmalıdır.  Xüsusən, 
H.Cavidin şah əsəri sayılan “Şeyx Sənan” və “Peyğəmbər” faciələri 
geniş təhlil edilməli, bunlarla “İblis”in ideya istiqaməti arasındakı 
oxşar və fərqli cəhətlər dəqiqləşdirilməlidir.   
Filoloji t
ədqiqatlarda  “İblis”  faciəsinin  yazılma  səbəbləri 
birinci dünya müharib
əsi, ermənilərin 1918-ci ildə Bakıda törətdiyi 
mart  qırğını  ilə  bağlanır.  Əlbəttə, bu məsələlər H.Cavidi narahat 
etm
əyə,  düşündürməyə  bilməzdi. H.Cavid çox gözəl bilirdi ki
h
əyatı  quran,  yaradan,  dəyişən  insandır,  onun  əqli və  idrakıdır. 
H
əyatda “qan püskürən, atəş savuran kinli krallar”, “altun və qadın 
düşkünü  divanə  bəbəklər” olduqca və  “bin hiylə  quran tülki si-
yasil
ər”, “yol ayıran xadimi-ədyan”lar, “idrakı sönük başçılar” ad-
san qazandıqca “hər qülbədə, kaşhanadə, viranədə, Kəbədə, bütxa-
n
ədə, meyxanədə” haqq-ədalət  tapdanacaq,  insanların  hüquqları 
əlindən alınacaqdır. “Əgər insan qüdrətli bir varlıq kimi ucalmaq, 
pis 
əməlləri, ictimai və şər qüvvələri – çirkin ehtirasları “daxili hə-
yatdan” silib atmaq ist
əyirsə, qoy əqlin ziyası ilə könlün nurunu bir-
l
əşdirsin. Buna görə  də  insan  konsepsiyasının  fəlsəfi mahiyyətini 
b
ədii formada tədqiq etmək  “İblis”  faciəsinin  yazılmasına  səbəb 
olmuşdur.  
Metodik m
əqalələrdə  “İblis”  faciəsi  quruluşuna,  məzmun 
v
ə  formasına,  həll  edilmiş  problemlərə, dil və  üslubuna görə 


Ədəbi axtarışlar və tədris 
 
 
355 
mür
əkkəb  əsər  olduğu  qeyd  olunur.  Ümumiləşdirilmiş  fikirlərin 
b
əzilərində  həqiqət  olsa  da  ancaq  “İblis”  faciəsinin  quruluşunun 
mür
əkkəb  olması  ilə  razılaşmaq  olmaz.  Çünki  “İblis”  faciəsi 
h
əcminə  görə  geniş  əsər deyildir. Burada hadisələrin biri digəri 
üçün z
əmin  yaradır,  əlavə  süjet xəttinə  və  obrazların  təsvirinə 
imkan  verilmir.    Əsərdə  iştirak  edən  obrazların  sayının  azlığı  və 
hadis
ələrin şaxəli, geniş verilməməsi də bu fikri bir daha təsdiq edir.  
 
“İblis”  faciəsinin əsas məğzi,  mahiyyəti, ideya və  estetik 
qay
əsinin dərk olunmasında mühüm rol oynayan əsas məsələlərin 
h
əllinə  üç istiqamətdən  yanaşmaq  şagirdlərə  daha  ətraflı  bilik 
verm
əyə zəmin yarada bilər: 
Birinci istiqam
ət  iblisliyin mahiyyətinin  açıqlanması, 
insanın  iblisləşməsinə  imkan yaradan zərurətin  araşdırılması  ilə 
bağlıdır.  
Şagirdlərə məlumat vermək lazımdır ki, İblis bir varlıq kimi 
h
əyatda  mövcud  deyildir.  İblis  həm mifologiyada, həm də  bədii 
ədəbiyyatda simvolik obraz kimi əksini tapmışdır. Ədəbi tənqiddə 
İblisin  mahiyyətinin  açıqlanmasına  iki  mövqedən  yanaşılır.  Bəzi 
t
ədqiqatçılar  İblisi  şər qüvvələrinə  imkan  yaratdığına  görə  mənfi 
obraz kimi götürür, dig
ər alimlər isə İblisi şər qüvvələrin ittihamçısı 
sayır və hərəkətlərində müsbət məqamlar axtarırlar. 
Müşahidələr gösətərir ki, sinifdə:  a)  İblis  haqqında  hansı 
t
əsəvvürünüz  var;  b)  İblisin  zahiri  görkəmini necə  təsvir etmək 
mümkündür;  c)  İblisin  sinonimləri olan cin,  şeytan  mifik  simvol 
sur
ətlərinin  yaranmasının  kökü  hansı  səbəblərlə  bağlıdır  tipli 
sualların  müzakirəsini keçirmək  faydalıdır.  Bundan  sonra 

əllimin iki mühüm problemə  aydınlıq  gətirməsini də  unutmaq 
olmaz: a) mifologiyada, klassik v
ə  dünya  ədəbiyyatında  İblisə 
münasib
ət;  b)  H.Cavidin  yaratdığı  İblisin  yeniliyi,  müasirliyi  və 
s
ələflərindən fərqli xüusiyyətləri.  
Qabaqcıl  ədəbiyyat müəllimləri iblisliyin mahiyyətini, 
xarakter xüsusiyy
ətlərini açarkən  əsərin  əvvəlində  və  sonunda 
verilmiş İblisin monoloqlarından istifadə edir, mənalarını beyt-beyt 
t
əhlil edir, İblisin kimliyini, xüsusiyyətlərini müəyyənləşdirirlər. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə