Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə115/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   111   112   113   114   115   116   117   118   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
347 
Fikrimizc
ə, texniki sahələrə  imtahan verən abituriyentlərə  on iki 
s
əhv olduqda da “üç” qiymət yazmaq məqsədəuyğun olardı. 
Aparılan tədqiqatlara və şəxsi təcrübəyə əsasən deyə bilərik 
ki,  inşa  yazmaq  başqa  yaradıcı  yazı  növlərinə  nisbətən bir qədər 
ç
ətindir.  İkinci  tərəfdən isə  orta məktəbdə  öyrədilən bəzi  əsərlər 
proqramlardan çıxarılmış, digərləri aktuallığını itirmiş, bir qisminin 
t
əhlili isə  müasir tələblərə  uyğun  gəlmir. Ona görə  də  pedaqoji 
sah
ələrə qəbul zamanı ifadə  yazılarından, texniki məktəblərdə isə 
imla m
ətnlərindən istifadə etmək, zənnimizcə, daha qanunauyğun-
dur.  
Ümumiyy
ətlə, müzakirəyə verilmiş təhsil konsepsiyası xal-
qımızın dil, tarix, mədəniyyət, din və əxlaqının layiqincə təbliğində, 
xal
qın ziyalılıq səviyyəsinin yüksəldilməsində kompas rolunu oyna-
malıdır.  
“Bakı” qəzeti, 28 aprel 1992 
(H
əmmüəllif: Şəmsi Abdullayev) 
 
 
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ MƏNƏVİ – ESTETİK 
DƏYƏRLƏRİN FORMALAŞDIRILMASI 
 
Obyektiv  varlığa,  gerçəkliyə  estetik  baxışın  formalaşdırıl-
ması  və  həyat həqiqətlərinin düzgün qiymətləndirilməsində 
ədəbiyyatın  böyük  əhəmiyyəti  vardır.  Ədəbiyyat həmçinin  insanı 
d
ərk etmək, onun mənəvi-estetik dünyasını zənginləşdirmək üçün 
d
ə geniş imkanlar açır. Məktəblilərin gözəllik aləminə qovuşması 
v
ə  onlarda gözəl  duyğuların  yaradılmasında  müstəsna rolu olan 
ədəbiyyatın tədrisi zamanı tədqiqatçıların diqqətini daha çox cəlb 
ed
ən aktual problemlərdən biri gənclərin mənəvi-estetik keyfiy-
y
ətlərinin təmin  olunması  və  tərbiyəsidir. Məşhur  filosof,  estetik, 
pedaqoq v
ə  metodistlərin bu problemin tədqiqinə  yanaşma  möv-
qel
əri müxtəlif olsa da, gəldikləri elmi qənaətləri belə  ümumiləş-
dirm
ək mümkündür ki, bədii ədəbiyyat gənc nəslin tərbiyə  olun-


Yusif Aslanov 
 
 
348 
masında, estetik hiss, zövq və yaradıcı qabiliyyətlərin inkişafında, 
ümumiyy
ətlə, gözəllik aləminə qovuşmaqda qüdrətli vasitədir.  
Bel
ə  bir imkandan səmərəli istifadə  olunmadıqda  bədii 
əsərin estetik zövq mənbəyinə  çevrilməsini, təbiət, cəmiyyət  və 
“bütün yaranmışların əşrəfi insan”dır (S.Vurğun) estetik tərəflərini 
aydın  dərk  olunmasını  şagirdlərə  dərindən, müasir dərsə  verilən 
t
ələblər baxımından öyrətmək mümkün deyildir.  
B
ədii  əsərlərin məzmunu, təhlili və  nəzəri məsələlərinin 
t
ədrisi ilə  bağlı  ədəbiyyat müəllimlərinin  maraqlı,  zəngin  iş 
t
əcrübəsi  vardır.  Lakin  bədii əsərlərin öyrənilməsində mühüm bir 
problemin - 
əsərin estetik mahiyyətinin şagirdlərin mənəvi-fikri də-
y
ərlərinin  formalşadırılmasına  göstərdiyi təsir metodik ədəbiy-
yatlarda tam elmi h
əllini tapmamışdır.  
Qabaqcıl ədəbiyyat müəllimlərinin təcrübəsi və bu sətirlərin 

əllifinin tədqiqatları belə bir nəticəyə gəlməyə əsas verir ki, həm 
t
əlim prosesində, həm də  sinifdənxaric və  məktəbdənkənar 
t
ədbirlərdə sistemli olaraq estetik – emosional vəziyyət yaratmaqla 
şagirdlərə bədii əsərləri sevdirmək, bu sənət incəliklərindən mənəvi 
qida almağın yollarını öyrətmək, estetik hisslərini inkişaf etdirmək 
mümkündür.  
Bu,  mü
əllimdən yüksək bilik və  bacarıq,  metodik  ustalıq 
t
ələb edir. Maraqlı iş təcrübəsi olan müəllimlər hər bir bədii əsərə 
müasir dövrün t
ələbləri  baxımından  qiymət vermək,  geniş  təhlil 
etm
ək və  sənətkar təxəyyülündə  həyat həqiqətlərinin  hansı 
probleml
ərinin nə səviyyədə həll olunduğunu şagirdlərə öyrətməklə 
kifay
ətlənmirlər.  
“Gül
ər üz və həzzlə elm badəsini necə içirtmək lazım oldu-
ğunu” (Y.A.Kamenski) dərindən dərk edərək şagirdlərə bədii əsərin 
daxili qatlarını “görməyi”, hadisələr və obrazlar aləminə dərindən 
nüfuz etm
əyi, surətlərin xarakterində  əmələ  gələn dəyişikliyi, 
psixoloji v
əziyyətləri müəyyənləşdirməyi və həmçinin təsvir olunan 
hadis
ələr, obrazlar əsasında  mənfi  hallara  qarşı  barışmaz  mövqe, 
müsb
ət ideallarla yaşamaq əzmi, bacarığını da aşılayır, öyrədirlər. 


Ədəbi axtarışlar və tədris 
 
 
349 
Şagirdlərdə  bədii  əsərə  maraq, yüksək estetik-emosional 
münasib
ətin  formalaşdırılması,  estetik  tərbiyənin səmərəli təşkili 

əllimin  ixtisas  hazırlığından,  peşə  ustalığından,  yüksək nitq 
m
ədəniyyətindən, məktəbliləri doğma övlad kimi sevərək qəlbini, 
varlığını onlara verməsi və şəxsi nümunəsindən daha çox asılıdır.  
Qeyd etdiyimiz keyfiyy
ətləri özlərində  daşıyan  ədəbiyyat 

əllimləri söz sərrafı  olmaqla  yanaşı,  insan  qəlbini  oxşayan, 
estetik qabiliyy
ətlərini  inkişaf  etdirən söz, ifadə  və  cümlələrlə
yaxud,  şifahi  xalq  ədəbiyyatı  inciləri, epik, lirik və  dram 
nümun
ələrindən müəyyən  parçaları  əzbər, ifadəli oxunun bütün 
t
ələblərinə riayət etməklə, yana-yana söyləməklə şagirdlərə sevdirir, 
insana m
əhəbbət, təbiətə  qayğı,  cəmiyyətə  gərəkli olmaq istəyini 
t
ərbiyə  edirlər.  Professor  C.Əhmədovun dediyi kimi, “belə 

əllimlərin  ədəbiyyat dərsləri  çox  zaman  şeir,  sənət dərslərinə, 
poeziya d
ərslərinə çevrilir”. 
B
ədii ədəbiyyatın əsas iştirakçısı obrazlar silsiləsi və təbiət 
hadis
ələrinin təsviridir.  Yazıçının  həyata  baxışı,  gözəllik, 
q
əhrəmanlıq,  vətənə  məhəbbət,  xeyirxahlıq,  sənət və  həqiqət 
haqqındakı estetik-bədii fikirləri obrazların xarakterində, surətlərin 
bir-birin
ə münasibətində, yaxud həyat eşqi, yaşamaq əzmi uğrunda 
apardığı  mübarizədə, mövzu, ideya, süjet və  kompozisiya, dil-
üslub, s
ənətkarlıq  xüsusiyyətlərində, mənəvi-estetik problemlərin 
b
ədii həllində öz ifadəsini tapır. Ona görə də əsərin mətni üzərində 
iş  apararkən sənətkarın  dünyagörüşünün,  mənəvi-estetik 
baxışlarının, əsərdəki obrazlar aləminin, həyat hadisələrinin, təbiət 
t
əsvirlərinin şagirdlərin estetik tərbiyəsinə göstərdiyi müsbət təsiri 
düzgün mü
əyyənləşdirmək və bu cəhəti tədrisdə diqqət mərkəzində 
saxlamaq 
ədəbiyyat müəllimlərinin  əsas vəzifələrindən biridir. 
M
əsələn, XI sinifdə tədris olunan Mikayıl Müşfiqin “Yenə o bağ 
olaydı” şeirindən aşağıdakı parçaya diqqət yetirək:  
 
Yen
ə o bağ olaydı, yenə yığışaraq siz 
o bağa köçəydiniz 
Biz d
ə muradımızca fələkdən kam alaydıq, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə