Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə13/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

 
28
Cənazənin yanınca qurşağa kimi çılpaq, sinələrinə və başlarına yumruqla döyən azərbaycanlılar 
gedirdilər. 
Mərhum xanla təntənəli vidalaşma Bayıl burnuna qədər davam etdi. Döyüşçülər orada 
dayandılar. Axırıncı hörmət əlaməti olaraq tüfənglərdən üç dəfə yaylım atəşi açdılar. Sonra xanın 
ordenləri onu məzara qədər müşayiət edəcək azərbaycanlılara verildi”. 
 
 
GENERAL HƏSƏN AĞA BAKIXANOV 
 
Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və 
qızı Nurcahan xanım. 
Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük 
oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə  qədər 
yüksəlmişdir. 
Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis 
kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna 
daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə 
Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla 
təltif olunmuşdur. 
1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun 
təltif olunduğu orden və medallar qeydə alınmışdır. 
O, üçüncü dərəcəli Müqəddəs Vladimir, üzərində igidliyə görə yazısı olan dördüncü 
dərəcəli Müqəddəs Anna, ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, bundan başqa yüz on 
altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində  qızıl medalla, 
Müqəddəs hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877-1878-ci il 
müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif 
olunub. 
Bir müddət  İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə  Həsən ağa Bakıxanov 
həmin ölkənin ən ali ordeni olan “Şire-Xorşid” ordeninə layiq görülmüşdür. 
1856-cı ildə  Həsən ağa,  əmisi Abbasqulu ağa Bakıxanovun qızı Bikəxanımla ailə 
qurmuşdur. 1880-cı ildə isə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa Bakıxanov 
ömrünün axırınadək Qubada yaşamışdır. 
 
 
GENERAL ABDULLA AĞA BAKIXANOV 
 
Abdulla ağa Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşıdır. Onların atası II 
Mirzə Məhəmməd xan üç dəfə evlənmişdi. Birinci arvadı gürcü qızı Sofiyadan Abbasqulu ağa və 
Cəfərqulu ağa, ikinci arvadı Xeyransa xanımdan Qədir ağa, Mustafaqulu ağa, Cavad ağa və 
Abdulla ağa dünyaya gəlmişdi. Üçüncü arvadı Xanbikə xanımdan isə övladı olmamışdır. 
Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa 
olmuşdur.  
Etiraf etmək lazımdır ki, A.Bakıxanovun hərbi fəaliyyəti haqqında  əlimizdə  məlumat 
azdır. Hələlik onun general olmasını  təsdiq edən iki arxiv sənədi var. Birincisi Azərbaycan 
Dövlət Tarix Muzeyindədir. Həmin sənəd 29 aprel 1894-cü ilə  məxsusdur. Orada deyilir ki
1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini 
hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakıxanova dövlət qanunu ilə satmışdır. 
İkinci sənəd isə Respublika Əlyazmaları  İnstitutunda saxlanan general-mayor Abdulla 
ağa Bakıxanovun görkəmli maarifpərvər Həsən bəy Zərdabiyə yazdığı  məktublarıdır. Birinci 
məktubda - 4 may 1873-cü ildə general Abdulla ağa yazır ki, qəzet nəşr etmək xəbərini eşidəndə 
sevindim. Sizə mətbəə açmaqdan ötrü min manat vəsait göndərirəm. 24 oktyabr 1873-cü il tarixli 
ikinci məktubunda isə general-mayor Abdulla ağa Bakıxanov Zərdabiyə bildirir ki, “Əkinçi”ni 


 
29
çıxartmaq üçün heç şeydən, xüsusilə maddi çətinlikdən çəkinməsin, lazım gələrsə əlavə yenə pul 
verməyə hazırdır. 
Qəzetin kütlələrə, xüsusilə Azərbaycan xalqına böyük kömək edəcəyini yaxşı başa düşən 
general Abdulla ağa Bakıxanov müxtəlif idarələrə müraciət edib “Əkinçi”nin çıxması üçün var 
qüvvəsi ilə çalışmışdır. Zərdabiyə isə abunəçi toplamaqda çar çinovniklərini “narahat” etməməyi 
məsləhət görmüşdür. Məktubların məzmunundan məlum olur ki, maarifpərvər Zərdabi ilə 
general A.Bakıxanov yaxın dost olmuşlar. 19 iyul 1875-ci il tarixli məktubunda o yazırdı: 
 
“Əziz və istəkli Həsən bəy! 
Sizin məktubunuzu Tiflisdə aldım. Qəzetin nəşri haqqında elan isə Qubada mənə məlum 
oldu. Ona görə də mən Tiflisdən məktub yazmaq imkanından məhrum oldum. 
Qubaya gəldikdə öyrəndim ki, Əhməd ağa onları paylamış, bir neçə nüsxəni isə özündə 
saxlamışdır. Elə burada da öyrəndim ki, elanların paylanması üçün, siz hökumətə müraciət 
etmisiniz və onların vasitəsi ilə abunəçi toplamısınız. Onu da deməliyəm ki, yuxarı dairələri 
narahat etməkdənsə qəzetin labüdlüyünü dərk etdirmək yolu ilə abunəçilər axtarmaq daha yaxşı 
olardı. Onda xeyrini dərk edən xalq könüllü olaraq sizin qəzeti qəbul edərdilər. Qəzet möhkəm 
zəmin üzrə yayılardı. 
Nə isə, bu mənim şəxsi mülahizəmdir. Ona görə də sizi vadar etmirəm. 
Hər halda mən sizin tədbirə kömək etməyə çalışacağam. Allah eləsin ki, müsəlman  əhalisi 
arasında savadlanma geniş yayılsın. Sonra sizin qəzetin sadiq abunəçiləri olacaqdır. O zaman 
sizin qəzetin xalq kütlələrinə mənfəət gətirəcəyini inamla söyləmək olar. 
Başladığınız işdə sizə  səmimi qəlbdən muvəffəqiyyət arzulayıram. Baxmayaraq ki, ilk 
vaxtlar bəzi uğursuzluqlar da ola bilər. Yaxşı, olar ki, ruhdan düşməyərək   həmişə   olduğu   
kimi xeyirxah işi inamla davam etdirəsiniz. 
 
Sizin sadiq nökəriniz A.Bakıxanov. 
 
İki nüsxə   göndərin: birini mənim, o birini isə Əhməd ağanın adına”. 
19 iyul 1875-ci il. Q u b a. 
 
1877-ci il iyunun 23-də “Əkinçi” qəzeti birinci səhifəsində belə bir elan dərc etmişdi: 
“Cənab  şahzadə  sərəskər, Qafqazın ixtiyarında hesab olunan general Abdulla ağa 
Bakıxanov Bakı quberniyasına gəlib. Quba şəhərində olan zaman Qafqazda zəxmdar (yaralılar - 
Ş.N.) olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat
7
 siyahı ilə cəm edib, iyun ayının 
üçündə qubernatora göndərib. Cənab qubernator isə o məbləği və siyahını  cənab sərdarın 
övrətinin qofmeysteri Tolstoya göndərib ki, zəxmdar olanlara məsrəf olunsun”. 
Bakıxanovlar nəslinin sonuncu generalı Abdulla ağa Bakıxanov ömrünün sonlarını 
Tiflisdə yaşamışdır. O, 1878-ci ildə orada da vəfat etmişdir. 
Bir nəsildən, bir kökdən qanadlanan üç general oğlumuzun fəaliyyətindən sizə söhbət 
açdıq. Doğma Azərbaycanımızda belə adlı-sanlı nəsillər çox olub. Onların yetirdiyi sərkərdələr 
haqqında axtarışlarımızı davam etdiririk. Ümid edirik ki, general oğullarımızın həyatını, döyüş 
fəaliyyətini öyrənməkdə siz oxucular da bizə kömək edəcəksiniz. 
 
 
 
                                                 
7
 Bu ianə 1877-ci ildə başlayan Rusiya-Türkiyə muharibəsinin Qafqaz cəbhəsində vuruşub yaralanmış 
azərbaycanlılardan ibarət suvari dəstənin əsgərlərinə göndərilmişdir. Elandan görünür ki, general Abdulla ağa 
qocalığına görə müharibədə iştirak etməsə də, arxa cəbhədə fəaliətini dayandırmamışdır. 
  
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə