Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

 
34
-  İsrafil bəy ucaboylu, enlikürəkli, qarayanız adam idi. Hüseyn dayı ilə birgə 
Yadigarovların həyətini, bərbad hala düşmüş bağlarını  gəzirik. O, mənə  nəvə  İsrafil bəydən 
söhbət açır.. - Bəy İngiltərədən bir at gətirtmişdi. Od parçası idi. Mən onda gənç idim, on dörd-
on beş yaşım ancaq olardı... Atam, əmilərim danışardılar ki, rus-yapon müharibəsində İsrafil bəy, 
döyüşlərin birində yaponların topunu qılınc gücünə əsir almışdı. 
Qafqaz süvari briqadasının tərkibində vuruşan mayor İsrafil bəy Yadigarov (nəvə) 1905-
ci ildə zabitlərə  məxsus müqəddəs Georgi ordeninin ikinci dərəcəsi ilə  təltif olunmuşdur. O, 
böyük dramaturqumuz Mirzə Fətəli Axundovla yaxın dost olmuşdur. 
1916-cı ildə çar soldatları kasıb kəndliləri çox incidirmişlər. Ağır vergi, müharibəyə əsgər 
toplanışı camaatı cana doydurubmuş. Yanı soldatlı pristav, uryadnikli qubernator kəndi çapıb 
talayırmış. Qaçağanlı Mustafa Tağı  oğlu, Məmmədtağı Axundoğlu və Qasımlı  Kərəm 
qubernatorun iki soldatını öldürürlər. Az keçmir ki, iki polk əsgər Qaçağan kəndini mühasirəyə 
alıb kasıb kəndliləri döyür, işgəncə verib cinayətkarları  tələb edir. Kəndin bir neçə  bəyi, hətta 
ortancıl qardaş Sadıq bəy Yadigarov da qubernatordan təvəqqe edir ki, camaatı nahaqdan 
incitməsin. Həsən bəy kənddə yox imiş, Tiflisdə imiş. Ona xəbər göndərirlər. O, dərhal kəndə 
gəlir. Çamaatı döydürən qubernator faytondan general düşdüyünü görüb özünü yığışdırır. 
Həsən bəy: - Bu nə özbaşınalıqdır, mənim kəndimdə? 
Qubernator: 
- Əlahəzrət, mən onlardan soldatları    öldürən cinayətkarları tələb edirəm. 
- Cənab qubernator, siz kasıb kəndlilərə vurduğunuz zərəri ödəyin, mən də bu saat sizin 
öldürülmüş əsgərlərin qan pulunu artıqlaması ilə verərəm. O ki, qaldı cinayətkar kəndlilərin sizə 
divan üçün verilməsinə... Nə qədər ki, mən sağam, siz onları (heç vaxt ala bilməyəcəksiniz... 
Dodaqaltı donquldanan qubernator: 
  
- Əlahəzrət, məndə o qədər pul hardandı? 
  
- Onda gedin işi divan-məhkəməyə verin... 
Suyu süzülən qubernator əsərləri də yığıb kəndi tərk edir. Bir daha geri qayıtmır. 
Ağsaqqal Hüseyn Eyyuboğlunun söhbəti: 
-  İnsani keyfiyyətlərə  məxsus olan Həsən bəy çox rəhmli və  səxavətli adam idi. 
Kəndlilərə icarəyə verdiyi yerin bəhrəsini məhsula görə alardı. Bacarıb verə bilməyənlərə, külfəti 
çox olanlara güzəştə gedərdi. Həyat yoldaşı Rüxsarə xanım əmisi qızı idi. Atalar məsəlidir,  ərlə 
arvadın torpağı bir yerdən götürülər. Həsən bəy kimi Rüxsarə xanım da kəndin, Borçalı 
mahalının bütün xeyir-şər işlərində iştirak edərdi. Kasıb da, ortabab da bəyin bəzəkli faytonunda 
gəlin gətirər, qız köçürərdi. Onlar heç kəsdən, heç nəyi  əsirgəməzdilər. Xoşxasiyyət və  rəhmli 
Rüxsarə  nənə  kənd qızlarının toylarına gedər, qız-gəlinlərə  hədiyyə alardı. Toyun bəyinə isə 
hədiyyəni Həsən bəyin özü alardı. Kasıblar üçün ayrıca qazan asdırardılar, onları yedizdirib-
içirdərdilər. 
Sadıq bəy Yadigarovun arvadı gürcü qızı idi. Üç oğlu vardı: Arçil bəy, Vəli bəy və 
Davud bəy. Otuz yeddinci il onları kəndimizdən yox, bütün ölkədən didərgin saldı. Heç kəsə də 
pislikləri dəyməmişdi. Çox sadə, əliaçıq adamlardılar: rəiyyətlə rəiyyət, bəylə bəy idilər. 
Deyirlər, Sadıq bəyin kiçik oğlu Davud bəy bir neçə il əvvəl gəlib nənəsinin qəbrini 
ziyarət edib. Deyib ki, Zestafoni şəhərində yaşayır. Azərbaycanlı familiyası ilə ona dinclik 
vermirmişlər. Ona görə də Davud Sadıqoviç Yadigaraşvili olub. 
İllər nə qədər amansız və sərt olsa da bu əsilzadə nəslin oğullarının əvəzsiz xidmətini nə 
hafizəmizdən silə bilib, nə də daş yaddaşlardan. Tbilisindən Gəncəyə qədər elə bir məclis yoxdur 
ki, onların adı anılıb, sözləri danışılmasın. Tiflis də imarəti, Borçalıda yurdu, qədim Gəncədə 
səxavəti qalıb bu nəslin oğullarının.  Əgər yolunuz Gəncəyə düşsə XVII əsrdə inşa edilmiş 
“İmamzadə” kompleksinə baş  çəkin. Bu qədim memarlıq abidəsinin giriş qapısındakı  qızılı 
rəngli yazıları oxuyun: 
“1296-cı ildə (1917-ci ildə) Tiflisin Borçalı qəzasından olan mayor İsrafil bəy Yadigarov 
bu müqəddəs qəbrin günbəzini öz pulu ilə ucaltdırmışdır”. 


 
35
Burda kiçicik bir haşiyə  çıxıb XIX əsrin  əvvəllərində yaşayıb-yaratmış qazaxlı  şair 
Mustafa ağa Arif Şıxlinskinin Borçalı  bəyləri haqqında olan bir şeri ilə oxucuları tanış etmək 
istəyirəm. 
“Yeni dövrün möcüzəli məxluqu” titulunu qazanmış general Aleksey Petroviç Yermolov 
Qafqaza hakim təyin olunan gündən yerli bəylərdən, ziyalılardan çar hökumətinə dönüklüyə görə 
şübhələnənləri dəstə-dəstə Sibirə sürgün etdirirdi. Mustafa ağanın sürgündən yazdığı 
“Düşmüşəm” qoşmasından məlum olur ki, bəylərdən biri namərdlik edib nahaqdan onun üzünə 
durub  şər atmışdır. Buna görə  də hökumət onu zaval təriqi ilə Rusiyaya sürgün etmişdir. 
“Ağlaram” qoşmasında isə Mustafa ağa Arif Qazax, Şəmşəddin və Borçalı bəylərinin mərdliyini, 
on dörd il həsrətini çəkdiyi sərçeşməli bulaqlarımızı, süsənli-sünbüllü dağlarımızı tərənnüm edir. 
Bu tuthatut günlərdə Borçalı  bəylərinin elinə, obasına sadiq qaldığını, ağır günlərdə, namərd 
zəmanədə möhkəm və dönməz olduqlarını iftixarla yazır: 
 
 
Qaldı paydar Borçalının bəyləri, 
Meydan günü bir-birindən yegləri, 
Mehman qarşısına mərd gəlməkləri, 
Yadıma düşəndə onlar, ağlaram! 
 
Hanı Qazax? Mehribanlıq gedibdir, 
Ağalıq, sultanlıq, xanlıq gedibdir, 
Nücəbədan alişanlıq gedibdir, 
İtibdir şövkətü şanlar, ağlaram! 
 
Təkəli kəndinin üst yanında kiçicik bir təpə var. Əsrləri yola salmış Babkər dağının 
ətəyindəki bu boz təpədə, salxım söyüdlər altındakı  məzarda bir igid, bir bəy uyuyur. Vaxtilə 
onun kəhəri Suqovuşanda kişnəyəndə Gümrüdə  bəd xəyallara düşənlər diksinib qorxardı. Bu 
kişnərtindən Çubuxlunun göy yaylaqları, Cəlaloğlu meşələri lərzəyə  gələrdi. Lori dərəsinin 
yalçın qayaları bu kəsilməyən kişnərtidən  əks-səda verərdi.  İndi bu təmtəraqsız məzar daşında 
çox qısa bir yazı var: general-mayor Həsən bəy İsrafil ağa oğlu Yadigarov, 1854-1934”. 
Çoxdan unudulmuş general babamızın məzarını gec də olsa yad etdik. Ruhuna rəhmət 
oxuduq. Dağılıb talan olmuş həyət-bacasına baş çəkdik. Ovlağından ötüb keçdik. Vaxtilə tərlan 
ilə  şikar elədiyi süsənli-sünbüllü dağlarını  gəzdik. Gəzdikçə kövrələ-kövrələ  əzabkeş  şair 
Mustafa ağa Arif Şıxlinskinin şerinə üz tutduq. 
 
Ellərimiz vardı bəyli-paşalı, 
Dağlarımız vardı əlvan meşəli. 
Süsənli, sünbüllü, tər bənövşəli 
Qaldı bağlar, xiyabanlar, ağlaram! 
 
 
NƏRMİN  XANIMLA  KİÇİK MÜSAHİBƏ 
 
General babasının sənədləri ilə tanış olmaq üçün Rəna xanımla yenidən görüşdüm. O 
dedi ki, Yadigarovun şəklini Azərbaycan Dövlət Tarix Muzeyinin elmi işçisi Nərmin xanım 
Tahirzadəyə göstərin, bəlkə o tanıdı. Məncə o, mərhum Sara xanım Talışinskaya-Xurramoviçlə 
görüşmüşdü. Sara xanım general Mirkazım xanın qızı idi. O, inqilabdan əvvəl Kiyev 
Universitetinin hüquq fakültəsini bitirmişdi... 
Belə axtarışlarda həmişə köməyimə çatan xeyirxah Nərmin xanım məni neçə aylıq 
intizardan qurtardı. Şəklə baxan kimi: 
- Bu, Ağabəy Yadigarovdur, - dedi, - Rusiyada təhsil   almış ilk azərbaycanlı ziyalılardan 
biridir. M.F.Axundovun əlifba islahatı haqqında olan məktublarının birində  Ağabəy 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə