Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   57

52-ci dərs. BRUT (2 saat) 
Motivasiya
Müəllimin nəzərinə! Bu dərs ümumi tarix fənninin “3.1.1. Qədim dövlət -
lə rin (Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Әhəməni, Hun, Çin,
Par fiya, Hindistan, Yunanıstan və Roma dövlətləri) yaranmasını, ida -
rəetmə qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir” standartı
ilə inteqrasiya üzərində qurulmuşdur. 
Anlayışın çıxarılması üsulu tətbiq edilir. Şagirdlər tarixdən öyrəndiklərinə
və V sinifdə keçdikləri “Romul və Rem” mətninə əsasən sxemdə verilmiş
anlayışların qədim Romaya aid olduğunu müəyyənləşdirirlər.
Oxu
(St. 2.1.1)
Mətn səsli oxu ilə oxunur.  Bu mətndə kifayət qədər ümumişlək
olmayan sözlər var. Onların bir qismi tarix və həyat bilgisi fənlərindən şagird -
lə rə tanışdır. Oxu zamanı lüğət ehtiyatı üzərində iş aparılır (1-ci tapşırıq). Söz -
lə rin kontekstdən çıxış edərək mənaları müəy 
yənləşdirilir, daha sonra
şa girdlər sözlərin izahını lüğət vasitəsilə dəqiq ləşdirirlər. 
(St. 2.2.3) 
2-4-cü tapşırıqlar üzərində iş aparılır. 
3-cü tapşırıq debat xarakterlidir. Müəllim şagirdləri qruplara bölmədən
onların bu sualla bağlı fikirlərini soruşa bilər. Bu zaman şagirdlər öz fikirlərini
əsaslandırmalıdırlar.
Müəllimin nəzərinə! Mətnə çəkilmiş illüstrasiyada kahinin qadın ob ra zın -
da verilməsi tarixi həqiqətə uyğundur: Delfa kahinləri yalnız qadınlar
olurdu.   
Standartlar
Təlim nəticələri
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Әsərdəki obraz və onun hərəkətlərinə
münasibət bildirir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Qrafik informasiyanı (sxemi) rabitəli
mətnə çevirərək şifahi təqdim edir.
4.1.1. Cümlənin qrammatik əsasını
müəyyənləşdirir.
Cümlədə mübtədanın ifadə vasitələrini
müəy yənləşdirir.
plebeylər
senat
patrisilər
konsul
?
162
VI BÖLMƏ
162
VI BÖLMƏ
162
VI BÖLMƏ
162
VI BÖLMƏ
162
VI BÖLMƏ
  Çap üçün deyil


Sonra müəllimin hazırladığı Səbəb-nəticə cədvəli asılır və şagirdlərə boş
xanaları doldurmaq tapşırılır.
Danışma
(St.1.2.1) 
5-ci tapşırıqla bağlı şagirdlərə aşağıdakı sxem təqdim olunur.
On lar sxemi diqqətlə araşdırıb bildikləri əlavə məlumatlardan istifadə etməklə
Roma respubli ka sında idarəçilik sistemi ilə bağlı şifahi təqdimat hazırlayırlar.
Dil qaydaları
(St. 4.1.1)
6-cı tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri da şı -
yır. Şagirdlərə sözlərin cümlə üzvü kimi bir suala, nitq hissəsi kimi başqa suala
cavab verə bilmələri xatırladılır. Dil qaydası mənimsədildikdən sonra 7-8-ci tap -
şı rıqlar yerinə yetirilir. 9-cu tapşırıqda eyni sözlərin hansı cümlədə mübtəda
vəzifəsində işləndiyi müəyyənləşdirilir.
Әlavə olaraq şagirdlərə aşağıdakı tapşırığı vermək olar:
1. Gənclər bizim gələcəyimizdir.
2. Birincilər çox yaxşı çıxış etdilər.
3. Beş üçdən iki vahid çoxdur.
4. Qorxaq gündə yüz dəfə ölər, igid ömründə bir dəfə.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
Səbəb
Nəticə
Brut özünü təlxəkliyə qoydu. 
Delfa kahini Brutun ağıllı olduğunu
anladı.
Brut torpağı öpdü.
Brut əhalini Tarkviniyə qarşı qaldırdı.
Xalq forumu 
Plebeylər
Patrisilər
Konsullar
(ölkəni idarə
edənlər)
Tribun
(veto qoymaq
hüququna 
malik idi)
Senat
(taleyüklü
məsələləri 
həll edirdi)
seçirdi
tabe idi
daxil idi
163
FƏRD VƏ CƏMİYYƏT
163
QƏDİM DÜNYA
163
QƏDİM DÜNYA
163
QƏDİM DÜNYA
163
QƏDİM DÜNYA
  Çap üçün deyil


53-cü dərs. MARAFON QAÇIŞININ TARİXİ (2 saat) 
Motivasiya
Auksion. Beynəlxalq Olimpiya oyunlarına daxil olan hansı idman növlərini
tanıyırsınız?
“Marafon qaçışı” ifadəsi səsləndikdən sonra BİBÖ cədvəli çəkilir:
Oxu
(St. 2.2.1).
Sürətli oxu. Sinfin səviyyəsinə uyğun vaxt müəyyən edilir və
mətni 10 dəqiqə müddətində səssiz oxu ilə oxumaq tapşırılır. Nəzərə almaq
lazımdır ki, mətn məlumatlarla zəngindir, ona görə də sürətli oxu üçün
müddəti bir qədər çox vermək olar. Vaxt bitdikdən sonra müəllim qısa sual-
cavab yolu ilə mətnin qavranılmasını yoxlayır. Yaxşı olar ki, suallar mətnin
son hissələrinə aid olsun, çünki sürətli oxunun məqsədi müəyyən müddət
ərzində mətni sona qədər oxuyub anlamaqdır.
Qruplarla iş. Şagirdlər mətni oxuduqdan sonra onlara mətndən 7 əsas
mə lumatı seçmək və hər məlumatı bir cümlə ilə ifadə etmək tapşırılır. Şa gird -
lər qruplara bölünürlər və hər qrup öz yeddiliyini təqdim edir. Məsələn:
1. Marafon qaçışı Olimpiya oyunlarına daxil olan yüngül atletika yarışla -
rından biridir.
2. Әvvəllər Yunanıstanda Marafon qaçışı idman növü olmamışdır və bu
ifadənin yaranması tarixi hadisə ilə bağlıdır.
3. Miladdan öncə 490-cı ildə Yunanıstanın Marafon şəhəri yaxınlığında
Yunanıstanla Әhəmənilər arasında döyüş olur.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki elmi məlumatları ümumi ləş -
dirib lakonik tezislərlə ifadə edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Öyrəndiyi yeni sözləri nitqində məna -
sına uyğun istifadə edir (cümlələr
qurur).
3.1.2. Mətni mövzuya uyğun fakt və
hadisələrlə zənginləşdirir.
Müxtəlif mənbələrdən istifadə etməklə
mətnə yeni məlumatlar əlavə edir.
4.1.1. Cümlənin qrammatik əsasını
müəyyənləşdirir.
Feili və ismi xəbəri müəyyənləşdirir.
Olimpiya oyunları haqqında 
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
164
VI BÖLMƏ
164
VI BÖLMƏ
164
VI BÖLMƏ
164
VI BÖLMƏ
164
VI BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə