İXRACATÇILAR ÜÇÜN
TƏLİMAT KİTABI
%DN×
Müəlliflər:
İlkin Qarayev,
AzEkoKonsaltinq şirkətinin prezidenti,
Xarici Ticarət üzrə beynəlxalq dərəcəli ekspert
Elxan Mikayılov,
ASR Konsaltinq və Araşdırma Qrupunun baş direktoru,
Xarici Ticarət və ÜTT üzrə beynəlxalq ekspert
Fuad Rəsulov,
Xəzər Universitetinin İqtisadi və Biznes Araşdırmaları və
Təhsil Mərkəzinin professoru
Gerry Morrissey,
Ticarətin təşviqi üzrə beynəlxalq ekspert
Redaksiya heyəti:
Vidadi Quliyev,
AZPROMO-nun vitse prezidenti
Anar Qasımlı,
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru
Gülnarə Məmmədova,
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə işçisi
ISBN 978-9952-452-42-6
© “AZPROMO”, 2013
© “GIZ”, 2013
Bu kitab Avropa Ittifaqı və GIZ-in texniki və maliyyə dəstəyi ilə AZPROMO tərəfindən tərtib edilib.
Kitabın məzmunu Avropa Ittifaqının baxışlarını əks etdirmir.
MÜNDƏRİCAT
BEYNƏLXALQ MARKETİNQ VƏ BAZAR ARAŞDIRMALARI 7
XARİCİ BAZARLARA GİRİŞ 45
QABLAŞDIRMA VƏ SERTİFİKATLAŞDIRMA 67
BEYNƏLXALQ TİCARƏTDƏ ALQI-SATQI MÜQAVİLƏLƏRİ 93
MALIN ÇATDIRILMASI ŞƏRTLƏRİ 101
İXRAC QİYMƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 109
GÖMRÜK VƏ GÖMRÜK YÜK BƏYANNAMƏSİ 119
DAŞINMA VƏ LOGİSTİKA 171
BEYNƏLXALQ TİCARƏTİN MALİYYƏLƏŞDİRİLMƏSİ 183
MODUL I.
MODUL II.
MODUL III.
MODUL IV.
MODUL V.
MODUL VI.
MODUL VII.
MODUL VIII.
MODUL IX.
ÖN SÖZ
Son illər ərzində ölkəmizdə aparılan iqtisadi islahatlar, yaradılmış əlverişli biznes
və investisiya mühiti, sahibkarlığın inkişafı, iqtisadiyyatın yüksək templərlə artması
və şaxələndirilməsi, habelə qeyri-neft sektorunun iqtisadi inkişafda istiqamətverici
və hərəkətverici rol oynaması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün
geniş imkanlar açmışdır. Bunun fonunda Azərbaycanın ixrac potensialı əhəmiyyətli
dərəcədə güclənmiş, ölkənin xarici ticarət əlaqələri xeyli genişlənmişdir. Belə ki, son
on il ərzində xarici ticarətimiz 6.4 dəfə, o cümlədən ixrac 9.2 dəfə və qeyri-neft ixracı
4.5 dəfə artmışdır. Qeyri-neft məhsullarının ixrac coğrafiyası da ilbəil artır. Yüksək
keyfiyyəti ilə seçilən məhsullarımız ənənəvi bazarlarla yanaşı, ABŞ, Kanada,
Avstraliya, Yaponiya, Yeni Zelandiya, Afrika və Latın Amerikası ölkələri kimi uzaq
ölkələrə də ixrac olunur.
Yerli sahibkarlarımızın ilbəil artan ixrac potensialı və ixrac coğrafiyası onların
potensial bazarlardakı mövcud tendensiyalar, tətbiq olunan qayda və tələblər, bir
sözlə xarici ticarət sahəsində ətraflı və dəqiq məlumatlara malik olunması ilə sıx
bağlıdır. Bu prosesdə iş adamlarına dəstəyin göstərilməsi, onların maarifləndirilməsi
sahəsində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun
da (AZPROMO) özünəməxsus rolu var. Belə ki, 2003-cü ildə İqtisadi İnkişaf
Nazirliyi tərəfindən təsis edilən AZPROMO onillik fəaliyyəti dövründə ixracının
təşviqi, o cümlədən məhsullarımızın xarici bazarlarda tanıdılması istiqamətində fəal
işlər görmüşdür. Bu illər ərzində AZPROMO müxtəlif səpklili tədbirlər və sərgilərlə
yanaşı mütəmadi olaraq yerli şirkətlər üçün çoxsaylı maarifləndirmə və təcrübə
mübadiləsi tədbirləri də təşkil etmişdir. Biz mütəmadi olaraq, yerli sahibkarlarımıza
Azərbaycanın və xarici ölkələrin ticarət və investisiya qanunvericiliyi, ixrac
prosedurları, investisiyaların qoyuluşu və s. mövzularda məsləhətlər veririk, təlimlər
təşkil edirik, habelə müxtəlif ölkələr üzrə bazar araşdırmaları apararaq, təmənnasız
olaraq onlarla paylaşırıq.
Yerli şirkətlərin ixrac sahəsində maarifləndirilməsi istiqamətində AZPROMO və
Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında yerli ixracatçılar
üçün ixracyönümlü tədbirlərin keçirilməsinə dair imzalanan Anlaşma Memorandumu
çərçivəsində yerli şirkətlərin ixrac sahəsində maarifləndirilməsi məqsədilə 9 moduldan
ibarət İxracatçılar üçün Təlimat Kitabı hazırlanmışdır. Təlimat kitabı ixracata yeni
başlayan və ya gələcəkdə öz məhsullarını xarici bazarlara çıxarmağı nəzərdə tutan
şirkətlər üçün nəzərdə tutulmuşdur. Kitabda beynəlxaq marketinq, xarici bazarlara
giriş, qablaşdırma və sertifikatlaşdırma, gömrük prosedurları, nəqliyyat, loqistika və
s. zəruri mövzular əhatə olunub.
Ümid edirəm ki, kitab sahibkarlarımızın ixrac sahəsində nəzəri və praktiki
biliklərinin artmasına və nəticə etibarilə onların ixrac imkanlarına müsbət töhfə
verəcəkdir. Fürsətdən istifadə edib, kitabın hazırlanmasında əmək sərf edən bütün
kollektivə öz təşəkkürümü bildirirəm.
Hörmətlə,
Rüfət Məmmədov
AZPROMO-da prezident vəzifəsini icra edən
Dostları ilə paylaş: |