Dərs 47. QUYRUQ NƏYƏ GƏRƏKDİR (2 saat)
Motivasiya.
Müəllim uşaqlardan canlıların bədən üzvlərinin (göz, burun, dodaq, qulaq,
pəncə, əl, qanad, üzgəc, ayaq) funksiyalarını soruşur. Şəkillər nümayiş olunur.
Hər orqanın bir funksiyanı yerinə yetirdiyi açıqlanır.
Sual: – Bəs, sizcə, quyruq nəyəsə lazım ola bilərmi?
Fərziyyələr söylənilir.
Dərsliklə iş. Mətn oxunur,
təhlil olunur, suallar cavablandırılır. 1-2-ci tapşırıqlar yerinə ye-
tirilir.
Müəllim: – Sizcə, tülküyə (izini silmək üçün),
kenquruya (müvazinətini saxlayır)
quyruq
nə üçün lazım ola bilər?
Nəticə:
Hər bir bədən üzvünün öz funksiyası var.
İş dəftərinin 72-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. İfadə mətni:
İş dəftərinin 72-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– 1.
Araşdırma aparın: filə xortum nə üçün lazımdır?
2. Dərsliyin 99-cu səhifəsindəki 3-cü tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri,
eşitdikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi məlumatlara əsaslanaraq fikrini
izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə
uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni təhlil etməklə şüurlu oxuduğunu
nümayiş etdirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeiri əzbərləyib qısa
məzmununu öz sözləri
ilə yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri müəyyən edir.
ANANIN SÖZLƏRİ
Anasının yanına
Qaçdı balaca Qəşəm,
Dedi: – Ana, ay ana,
Gözəl güllər dərmişəm.
Bundan bağban əminin
Heç olmadı xəbəri.
Gizlin dərib gətirdim
Mən sənə bu gülləri.
Ana söylədi: – Oğlum,
Çox məyus etdin məni.
Analar sevməyirlər
Oğurluq hədiyyəni.
Tofiq Mütəllibov
ЫВ бюлмя
120
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Yazı. Ən çox sevdiyim heyvan. (inşa)
Plan: 1. Ən çox sevdiyim heyvan hansıdır?
2. Onun hansı xüsusiyyətləri var?
3. Mən onun hansı xüsusiyyətlərini sevirəm?
Nəticə:
BİBÖ cədvəlində öyrəndiklərimiz qeyd olunur. Bir daha sadalanır.
Tətbiqetmə.
İş dəftərinin 73-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
–
Dərsliyin 100-cü səhifəsindəki 3-cü tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 49. XİLASKAR İT (2 saat)
Motivasiya.
Müəllim: – İtlərə hansı məqsədlərlə təlim keçirlər? (evi qorumaq, çobana
kömək etmək, sərhədçilərə və polisə iz tapmaqda kömək etmək və s.)
Sual: – İtlərin insanlara daha hansı köməyi dəyə bilər?
Dərsliklə iş. Mətn
hissə-hissə oxunur, təhlil olunur. Mətnin janrı (hekayə) müəyyən olunur.
101-ci səhifədəki tapşırıq yerinə yetirilir.
Aşağıdakı tapşırıqlar ətrafında
diskussiya aparılır:
1. İtin hansı xüsusiyyətlərinə görə yanğınsöndürənlər ondan istifadə edirlər?
A) iy bilməsinə görə
B) soyuğa, istiyə qarşı çox davamlı olduğuna görə
C) daha cəld, dözümlü və ağıllı olduğuna görə
2. Mətndəki it nəyə görə özünü təhlükəyə atıb gəlinciyi yanan evdən çıxardı?
A) gəlinciyi canlı bildiyinə görə
B) xilas etdiyi balaca qızı sevindirmək üçün
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi məlumatlara əsaslanaraq fikrini
izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli, ifadəli oxuyur. Suallara cavab
verməklə şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Mətnin hekayə janrına aid olduğunu müəy -
yənləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Öyrəndikləri və müşahidə etdikləri əsasında
esse yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri fərqləndirir və onları
zamana görə ayırır.
ЫВ бюлмя
122
Дярслярин планлашдырылмасы
Çap üçün deyil