|
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun
59
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
əlaqələr prosesində dillər bir-birinə təsir göstərir. Bu təsir daha
çox leksik səviyyədə baş verir.
Azərbaycanda İran dilləri ailəsinə mənsub bir sıra dillər
yayılmışdır. Bu dill ər arasında tat dilinin öz yeri var. Tat lar
uzun əsrlər boyu azərbaycanlılarla yanaşı yaşamış, Azərbaycan
dili tatlar üçün canlı ünsiyyət vasitəsi olmuşdur. Hər iki xalq
arasında yaranan davamlı ictimai, iqtisadi v ə mədəni əlaqələrin
təsiri nəticəsində tat dilinin tərkibində Azərbaycan dilindən
alınmış türk sözlərindən ibarət xüsusi leksik lay
formalaşmışdır. Bu leksik lay həm tematik zənginliyinə, həm
də qarşılıqlı əlaqələrin tarixi xronologiyasını əks etdirməsinə
görə mühüm əhəmiyyət kəsb edir.
Q.Qeybullayev Zaqafqaziyada yayılmış dill ərdə qədim
türk sözlərindən bəhs edərkən tat dilində işlənən alınma söz-
lərə də xüsusi yer ayırmışdır. Onun tat dilind ə işlənən qədim
türk sözlərinə dair verdiyi nümunl ərdə aya (aya), aqu (ağu),
ağa (əğə), baxiçi (baxıcı), bo (bö), emr əq (ömrağ), bilerzik
(bilərzik), vergi (vergi), qiziz (qiziz), qedeş (ğadaş), qatanqaz
(gatangaz), qizluq (qizlug), qed (gad), qey qu (geygu), qisqi
(qisqi), qintir (qintir), burk (qaraqaş), qeteq (qətəv), qovuz,
qunum (qunum), diriq (diriv), qu den (qudön), qurqut (qurqut),
qundaq (qundağ), quzur (qüzür), dir rik, dirlik (dirlik, dirrik),
tirilik (tirilik), dəzgəçi (dözğaçi), dəzkə (gözgö), durlu (dürlü),
duş, zırlek (zırlak), z ələ (zölö), zinqilti (zingilti), zırp (zirp),
ərəmik (örömik), eçur (açur), key (key), kendu (köndü), künqür
(küngür), kuruk (kürük), kuşek (kusek), kube (kübö), kuşek
(ikindi), kür (kur), lalo (lalo), m əkəcin (mökaçin), oyna, ovna
(övna), uva, ünkər (ünkar), obur-sabur (ubur-sabur), sayki,
sayqi, tapxur (tapxur), sail (sail), suqra (suvra), öd, örük, ürük
(örük), tutmac (tutmoz), uqur (uğur), tanq (tang), tutam (tu -
tam), tuvenk (tuvenk), çənəx (çanak), ciqan (çigan), caq ra
60
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
(çaqra), cis (cis!), çiçirinq (çiçiring), çov, ş ire (şirə), hurt
(hurt), kərənti (kərənti), cir (zir) kimi sözlər var. Bunlar
müəllifin göstərdiyi sözlərin tam siyahısı olmayıb, onun yalnız
bir hissəsini təşkil edir (66, 452-453).
Tat dilində işlənən qədim türk sözləri, şübhəsiz ki, tari-
xən qədim dövrlərdə bu dilin lüğət fonduna daxil olmuşdur.
Eyni ərazidə yaşayan bu xalqlar arasında həm iqtisadi, həm də,
mədəni əlaqələr müntəzəm səciyyə daşımışdır. Nəticədə tat
dilinə bir çox Azərbaycan sözləri keçmişdir. Qeyd olun muş
sözlərin tarixi aspektdə leksik-semantik təhlilə cəlb olunması
dil tarixi üçün əhəmiyyətli olduğu kimi, tat dilinin lek -
sikologiyasının öyrənilməsi baxımından da böyük əhəmiyyət
daşıyır.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, yuxarıda ve ril-
miş qədim türk sözlərinin bir qismi müasir Azərbaycan dili və
başqa türk dillərində qalmaqdadır. Bir sıra sözl ərsə ar-
xaikləşmiş, dilin passiv lüğət fonduna keçmişdir. M əsələn,
Azərbaycan tatlarının dilind ə işlənən ağu – zəhər, acı, bo//bö
«böyə», bilərzik qizluq, şirə «qatı palçıq», dirrik, soqrak
«fincan», diriq «arıq», qədeş «qardaş», yaxın «doğma adam »
sözləri müasir Azərbaycan ədəbi dilində, dialekt və şivələrdə,
o cümlədən, danışıq dilində işlənir. Bununla yanaşı, həmin
sözlər dilin tarixən qədim dövrlərinə aid leksik qata aid olan
sözlərdir. Qeyd olunmuş sözlər müasir Azərbaycan dili ilə
müqayisədə tat dilində daha çox işləkdir.
Tat dilində işlənən türk-Azərbaycan sözlərini T.Əhmədov
dörd qrupa ayı rır: 1) abidələrdə, eləcə də, Azərbaycan dilinin
dialekt və şivələrində rast gəlinən sözlər; 2) yalnız ümumtürk
abidələrində və Azərbaycan klassiklərinin əsərlərində rast
gəlinən sözlər; 3) fonetik cildinə görə qədim formalara uyğun
gələn sözlər; 4) türk sözlərinə oxşayan, lakin abidələrdə və
61
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
Azərbaycan dilində qeydə alınmayan sözlər. Tədqiqatçı birinci
qrupa süskün, çig, ganıx//gonix, goğuş, keş, əbo, sürt, üğür,
gut, çuğ, geyğulu, səxən//səxtən, kəçü, üçüncü qrupa
gərliğaz//garinğaz, gəzğun, dördüncü qrupa qarağaz, küngür,
sağat sözlərini daxil etmişdir (22, 69-79).
Tat dilindəki türk sözlərinin hərtərəfli araşdırılması təkcə
tat dilinin leksik tərkibini öyrənmək üçün deyil, eyni zamanda
Azərbaycan dilinin tarixi inkişafı ilə bağlı bir sıra
problemlərin aydınlaşdırılması üçün də xüsusi əhəmiyyət kəsb
edir.
Məlumdur ki, dillər arasındakı əlaqələr ədəbi dil və dia-
lekt səviyyələrində baş verir. Tarixən müxtəlif sistemli dillər
arasındakı əlaqələr daha çox dialekt səviyyəsində başlanır;
ədəbi dil səviyyəsindəki münasibətlər nisbətən sonrakı dövr-
lərdə formalaşır. Tatların Azərbaycan ərazisində müxtəlif dia-
lekt mənsubiyyətinə daxil olan coğrafi regionlarda m əs-
kunlaşması onların di lində ən qədim türk tayfalarına məxsus
leksik alınmaların işl ənməsinə lazımi şərait yaratmışdır. Başqa
sözlə desək, Azərbaycan dili dialekt və şivələrinin
təşəkkülündə oğuz və qıpçaq tayfa dillərinin təsiri bu və ya
başqa dərəcədə tat dilinə keçmiş türk sözlərinin xarakterində
də xüsusi izlər buraxmış, alınmaların tarixi -areal izoqloslar
şəklində yayılmasına şərait yaratmışdır. Bu baxımdan həmin
izoqlosların müəyyənləşdirilməsi bir sıra alınma sözlərin
mənbə dildəki ilkin fonetik və semantik formalarını dəqiqliklə
bərpa etməyə imkan verir. Tat dilin ə Azərbaycan dilindən
keçmiş sözlər mənşə etibarı ilə müxtəlifdir. Azərbaycan dili
başqa dillərdən alınmaların mənimsənilməsində tat dili üçün
əsas vasitəçi rolunu oynamışdır. Təbiidir ki, Azərbaycan
dilindən alınmış, tarixi-linqvistik baxımdan diqq əti cəlb edən
bir sıra türk sözlərinin geniş planda nəzərdən keçirilməsi
Dostları ilə paylaş: |
|
|