Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

50
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
vil vermək»,  salam dərən  «salam vermək»,  cob dərən  «cavab 
vermək»,  icazə dərən  «icazə vermək»,  ses dərən  «səs vermək», 
xəbər dərən «xəbər vermək», fikir dərən «fikir vermək» və s. 
12.  Zərən  «vurmaq, çalmaq» feli il ə düzələnlər:  güllə  zə- 
rən  «güllə vurmaq», zırna zərən  «zurna çalmaq», təhnə  zərən 
«tənə   vurmaq»,   zəng   zərən   «zəng   vurmaq/çalmaq»,   qanat 
zərən «qanad çalmaq» və s. 
13.  Vəgüftən  «götürmək» feli ilə düzələnlər:  sügüş  vəgüf- 
tən  «söyüş götürmək»,  məhsul vəgüftən  «məhsul götürmək», 
mənfəət vəgüftən «mənfəət götürmək». 
14.  Ustarən  «almaq»  feli  ilə  düzələnlər:  xəbər  ustarən 
«xəbər almaq», qimet ustarən «qiymət almaq». 
15.  Vokardən  «açmaq» feli ilə düzələnlər:  qul-qanat vo- 
kardən  «qol-qanad açmaq», məclis vokardən  «məclis açmaq», 
ustul vokardən  «stol açmaq». Ustul vokardən  mürəkkəb felinin 
formalaşmasında     olduqca     maraqlı     linq vistik     hadisə    ilə 
qarşılaşırıq. Məlum olduğu kimi, rus dilindən Azərbaycan dili- 
nə  iki  söz  keçmişdir:  stol  və  stul.  Stol  sözünün  ifadə  etdiyi 
əşya yemək-içmək üçün nəzərdə tutulmuş  və istifadə edilən 
mebel növüdür (hərçənd  yazı stolu deyilən  əşya da məlumdur). 
Stul  isə  oturmaq  üçün  istifadə  edilən  əşyanın  adıdır. 
Azərbaycan dilində bu sözlər öz ilkin orfoqrafiyasını saxlasa 
da, danışıqda vəziyyət bir qədər başqa cürdür: stol  sözü  istol 
şəklində  tələffüz olunur və çox vaxt bu forma hər iki əşyaya 
(stola və stula) aid edilir. 
Tat dilində  ustul vokardən  mürəkkəb feli elə  tərtib edil- 
mişdir ki, ustul  sözü  stol  sözündən çox stul  sözünə yaxındır, 
amma bu, «stol» təsəvvürünün nəzərdə tutulduğunu başa düş- 
məyə mane olmur. 
16. Mundən  «qalmaq» feli ilə düzələnlər:  məhtəl mundən 
«məəttəl qallmaq», ağlər mundən «ağlar qalmaq». 


51
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
 
17.  Bəstən  «bağlamaq» feli il ə düzələnlər:  dogovor bəs- 
tən//müqavilə  bəstən  «müqavilə bağlamaq»,  şərt bəstən  «şərt 
bağlamaq». 
Burada da yenə də maraqlı bir dil hadis əsi ilə qarşılaşırıq: 
bəstən  feli biri ərəb, o birisi isə rus mənşəli sözlərlə mürəkkəb 
fel   əmələ   gətirmişdir.   Amma   bu   formaların   hər   ikisinin 
əsasında   Azərbaycan  ədəbi   dili   (müqavilə)  və  loru   danışıq 
dilinə (doqovor) mənsub olan ifadə formaları dayanır. 
İki və daha artıq sadə sözün birləşməsi ilə  əmələ  gələn 
mürəkkəb sözlərin də  tərkib hissələrinin mənşəcə müxtəlif dil- 
lərə aid olması  nəticəsində hibridləşmə baş verir. Tat dilində 
hər  iki  tərkib  hissəsi  isim  olan  mürəkkəb  isimlərdən  zanəmi 
«əmiarvadı» (tat. zən  «arvad» və az. əmi),  küxala  «xalaoğlu» 
(tat.  kü   «oğul»  və  az.  xala),   küəmi   «əmioğlu»,   isimlə  feli 
sifətdən     əmələ     gəlmiş     atributiv     isiml ərdən     qeytanbof 
«qaytantoxuyan»   (az.   qaftan,   tat.   bof   «toxuyan),   taxtavəy 
«yunu  tell  edən  alət»  (toxuculuq  termini  –  az.  taxta  və  tat. 
vəy),  gülləbur  «gülləkəsən alət» (az. güllə, tat. bur  «kəsən»), 
sifətlə ismin birləşməsindən yaranan mürəkkəb isimlərdən 
alagünə   «alyanaq»   (az.   ala,   tat.   günə   «yanaq»),   çöyrəçim 
«göygöz» (az. göy, tat. çim  «göz»),  kələmi  «böyük  əmi» (az. 
əmi, tat. kəl  «böyük»), siyətum «qara toxum» (az. tum, tat. siyə 
«qara»), yaxınmənalı sözlərdən yaranan mürəkkəb isimlərdən 
çül-biyaban  «çöl-biyaban»,  xori-hava  «yer-göy»,  iki  isim  və 
«bə» önqoşması ilə yaranan mürəkkəb sifətdən  çumoq bə  dəst 
«əliçomaqlı», kamun bə düş «çiyni kamanlı» hibrid sözlərdir. 
Burada belə bir məsələyə aydınlıq gətirmək lazımdır. Tat 
dilində analitik fellərin birinci tərəfinin Azərbaycan dilindən 
alınma sözlərlə ifadə olunmasından danışarkən belə bir fakta 
göz yümmaq lazım deyil ki, Azərbaycan dilinin özündə bu 
sözlərin bir çoxu alınmadır. Amma həmin sözlərin tat dilində 


52
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
işlənməsi Azərbaycan dilinin fəaliyyətinin özünəməxsusluqları 
ilə bağlıdır. 
 
II F Ə S İ L 
 
Tat dilində alınmalar 
 
Alınmalar  tat  dilinin  leksikasında   mü əyyən   yer   tutur. 
Onların arasında Azərbaycan dilindən alınmış söz və terminlər 
çoxluq təşkil  edir.  Eyni  zamanda   Az ərbaycan dili tat dilind ə 
başqa       dillərdən       alınmalardan      istifad ə      məqamlarının 
müəyyənləşdirilməsində   də   mühüm   rol   oynamışdır,   çün ki 
azərbaycanlılar və tatlar arasında canlı ünsiyyət vasitəsi 
Azərbaycan dilidir. 
M.L.Qrunberq yazır: «Hələ minilliklər dövründən Azər- 
baycan    ərazisində    yaşayan    irandilli    xalqların    leksi kasına 
Azərbaycan   dilindən   istənilən   qədər   terminsəciyyəli   sözlər 
daxil olmuşdur» (71, 118). Mü əllifə görə,  Şimali Azərbaycan 
tatlarının dilində bu gün də müşahidə olunan heyvandarlıqda 
işlənən terminlər, o cümlədən,  əbrəş, təpəl, kürə  və s. mənşəcə 
Azərbaycan sözləridir. 
Alınma terminlər bütün dövrlər üçün səciyəvi olub, mü- 
asir dövrdə  də  fəal mövqe tutmaqdadır. Belə ki, beynəlxalq 
miqyasda, eləcə  də ölkəmizin sərhədlərindən kənarda yaranan 
hər bir elmi yenilik, ixtira, k əşf və s. ümumdünya dil vahidl əri, 
predmet və ya məfhumla birlikdə dilimizə daxil olan alınma 
terminlər bu qəbildəndir (48, 333). 
Alınma sözlər onları  mənimsəyən dilin leksik tərkibində 
heç də  bərabər yer tutmur. Onlardan b əziləri onları alan xalqın 
dilində yenilik kimi qəbul edilərək, yeni mənalar və ya məna 
çalarlarını  bildirməyə   başlamış,  dilin  ümumi  söz  eh tiyatına 
daxil olaraq, onu zənginləşdirmiş, məcburi element kimi 
işlədilmiş  və bu xalqın mədəniyyəti səviyyəsinə  qədər 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə