Tətbiqi:
1.1. Hakim öz məhkəmə funksiyasını faktların müstəsna olaraq hüququn Ģüurlu surətdə dərk
edilməsinə uyğun qiymətləndirilməsindən, istənilən tərəfin istənilən məqsədlərlə etdiyi hər
hansı kənar təsir, niyyət, təzyiq, birbaĢa və ya dolayı hədə və ya müdaxilələrdən asılı
olmayaraq həyata keçirməlidir.
ġərh
Kənar müdaxilələr qərarlara təsir etməməlidir.
27. Əgər hakimlərin qərar qəbul etmə prosesi kənardan edilən qanunsuz təsirlərə məruz qalan kimi
görünə bilərsə, bu, cəmiyyətin məhkəmə sisteminə olan inamını sarsıdacaqdır. Məhkəmə orqanlarının
müstəqilliyinin təmin edilməsi və cəmiyyətin ədalət mühakiməsi sisteminə olan inamının saxlanması
üçün icra və qanunverici orqanların nümayəndələrinin, həmçinin hakimlərin çıxarılan qərarlara təsir edən
kimi təfsir oluna bilən hərəkətlərin yolverilməzliyini unutmamaları vacibdir. Hakimə təsir müxtəlif
üsullarla göstərilə bilər. Hakimin borcudur ki, qanunu öz hüquq düĢüncəsinə uyğun olaraq, daxili inamına
əsasən, faktlara öz qiymətini verməklə, qərarının nə dərəcədə populyar olacağı haqda düĢünmədən,
qərəzsiz və obyektiv tətbiq etsin. Məsələn, Cənubi Afrika cəmiyyətində ağırlaĢdırıcı hallarla qəsdən adam
öldürməyə görə ölüm cəzası təyin edilməsinin qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan cəza növü
kimi hesab edilməməsi barədə fikirlə əlaqədar Cənubi Afrika Respublikası Konstitusiya Məhkəməsinin
sədri bildirmiĢdir ki:
32
“QarĢımızda duran sual hökmün Cənubi Afrika əhalisinin əksəriyyətinin fikrincə necə olmalı
olmasında deyil. Məsələ belə hökmə Konstitusiya tərəfindən yol verilib-verilməməsindədir. Ġctimai rəy
hökmün öyrənilməsi nöqteyi-nəzərindən müəyyən əhəmiyyət kəsb edə bilər, lakin məhkəmələrin üzərinə
qoyulmuĢ Konstitusiyanın təfsir edilməsi və orada nəzərdə tutulmuĢ prinsip və dəyərləri qərəzsiz mühafizə
etmək vəzifəsini heç cür əvəz edə bilməz. Əgər ictimai rəyin belə bir həlledici əhəmiyyəti olsaydı, onda
konstitusion nəzarət qaydasında qərarların qəbul edilməsinə ümumiyyətlə zərurət olmazdı… . Məhkəmə
nəyin ictimaiyyətin xoĢuna gəlməsindən asılı olaraq seçim etməməli və Konstitusiyanın müstəqil arbitri
qismində çıxıĢ etmək vəzifəsindən yayınmamalıdır”.
Hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməlidir.
28. Məhkəmə iĢi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb
edə və geniĢ Ģəkildə iĢıqlandırıla bilər; belə vəziyyətdə hakim “fırtına mərkəzində” ola bilər. Bəzən, bu
cür aĢkarlığın təsiri altında ictimai rəy nəzərəçarpacaq dərəcədə bu və ya digər arzuolunan nəticəyə doğru
meyllənə bilər. Lakin hakim öz vəzifəsini icra edərkən hər hansı kənar təsirdən azad olmalıdır. Hakim
tətbiq edəcəyi qanunun və ya mübahisələrini həll etməli olduğu çəkiĢən tərəflərin ictimaiyyət, KĠV,
dövlət məmurları və yaxud onun ailə üzvləri və dostları tərəfindən bəyənilib-bəyənilməməsini nəzərə
almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düĢməməli, ictimaiyyətin narazılığına səbəb
olmaq və ya tənqidə məruz qalmaq təhlükəsindən çəkinməməlidir. Hakimlərin müstəqilliyi hər hansı
formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur.
Qərara təsir göstərməyə istənilən cəhd rədd edilməlidir.
29. Məhkəməyə göstərilən hər hansı təsir cəhdləri aĢkar surətdə məhkəmə zalında və yalnız iĢin
tərəfləri və yaxud onların vəkilləri tərəfindən edilməlidir. Bəzi hallarda hakimə iĢ üzrə çıxarılacaq qərarla
əlaqədar kənardan təsir göstərmək cəhdləri olur. Bu cür cəhdlərin haradan və kimlər tərəfindən – nazirlər,
siyasətçilər, məmurlar, jurnalistlər, ailə üzvləri və ya digər Ģəxslər – edilməsindən asılı olmayaraq onların
qarĢısı qəti surətdə alınmalıdır. Bəzən, müstəqillik üçün təhlükə hakimin konkret iĢə olan münasibətinə
gizlicə təsir göstərməyə və ya onun rəğbətini qazanmağa çalıĢan insanlardan irəli gələ bilər. Hakimə
istənilən bu cür birbaĢa və ya dolayı təsir cəhdlərinin qarĢısı alınmalıdır. Bəzi hallarda, xüsusən belə
32
S v. Makwanyane, Constitutional Court
of South Africa, 1995 (3) S.A. 391, per President Chaskalson.