H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə3/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

Ədəbiyyat siyahısı - işin gedişində istifadə olunan mənbələrin əlifba sırası üzrə düzülüşündən ibarət olur. Siyahıda mənbə haqqında tam məlumat verilməlidir. İstifadə edilən mənbələrin sayı 10-12 addan az olmamalıdır. Son illərdə nəşr olunan ədəbiyyata üstünlük verilməlidir.

1.3. Xüsusi hissənin tərtib edilmə qaydaları
Buraxılış işinin konstuksiyanın layihələndirilməsi ilə bağlı hissəsi, bir qayda olaraq layihələndirilən zona və ya şöbələrdə istifadə edilən avadanlığa aid olur.

Konstruksiya hissəsi: texniki xidmət, diaqnostika və cari təmir işlərində istifadə olunan müxtəlif növ stendlərin, tərtibatların, qurğuların, mexanizmlərin və s. layihələndiril-məsinə, yenidən tərtibinə və ya təkmilləşdirilməsinə həsr oluna bilər.

Məsələn, avtomobili, aqreqatları və cihazları diaqnostika etmək üçün, eləcə də mühərrik və digər aqreqatları söküb-yığmaq üçün stendlərin; müxtəlif növ hidravliki və elektromexaniki qaldırıcı və aşırıcıların; qaraj daxilində istifadə olunan səyyar qaldırıcı və arabacıqların və s. kimi konstruksiyaların təkmilləşdirilməsi və ya yenidən konstruksiya edilməsi mövzusunda tapşırıqlar verilə bilər.

Əvvəlcə verilən tapşırığın-konstruksiyanın mövcud variantı müfəssəl öyrənilməli, onun üstün və zəif cəhətləri

göstərilməklə təkmilləşdirilməsinə ehtiyac əsaslandırılma-

lıdır.


Yeni variantın konstruktiv həllinin təsviri- cizgisi təqdim edilərkən onun ayrı-ayrı elementlərinin möhkəmliyə hesabı aparılmalıdır.

Qrafiki hissə 1-2 vərəq A1 formatında bütün standart və maşınqayırma cizgilərinə qoyulan tələblər əsasında yerinə yetirilməlidir.Qrafiki hissənin birinci vərəqi konstruksiyanın ümumi görünüşü, ikinci vərəqi isə konstruksiyanın düyün və qovşaq hissəsinə, təkmilləşdirilən elementə aid olmalıdır.

Xüsisi hissədə elmi-tədqiqat xarakterli işlərin nəticələri, hesablanması, metodikası, qrafiki, paylanma funksiyaları, histoqramlar, müxtəlif faktorların optimallaşdırma parametrlərinə təsir dərəcəsinin ranq düzülüşü, aktiv və passiv eksperimentlərin matrisi və nəticələri, reqressiya tənliyinin qurulması və adekvatlığının yoxlanmasını xarakterizə edən qrafiki materiallar, eləcə də optimal həll axtarışının qrafikləri və oblastı göstərilə bilər.

Xüsusi hissənin hesabat-izahat hissəsində aşağıdakı məsələlər əhatə olunmalıdır:




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə