H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə9/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

Məsələn: Mersedes - Benz 220, 210, 211, 203, 202, 140, 168 avtomobillərinin texniki xidmət qrafikində (əlavə 3) hər bir aqreqat və ya sistemin hər 15000 km - dən bir diaqnostika edilməsi və ya texniki baxış keçirilməsi, o cümlədən mühərrikdə yağın və yağ süzgəcinin dəyişdirilməsi nəzərdə tutulur. Yəni Mersedes-Benz avtomobilləri üçün texniki xidmətin periodikliyi 15000 km qəbul edilir.

Toyota Lend Kruzer Prado 90, 120, 150 avtomobil- ləriinin texniki xidmət qrafikində isə texniki xidmətin periodikliyi 10 min km, o cümlədən mühərrik yağının dəyişdirilməsi hər 10 min km-dən bir, hər 40 min km-dən bir isə digər aqreqatlarda yağın, eləcə də alışdırma şamının dəyişdirilməsi nəzərdə tutulur ( əlavə 4) .

Cədvəl 3.2 - Subari Forester, cədvəl 3.3-də isə Mazda 2 avtomobillərinin dövri xidmətləri- vahid texniki xidmətin yürüş və aylar üzrə periodikliyi (dəyişmə-yoxlama intervalı) göstərilmişdir. Hər iki marka avtomobillərdə texniki xidmətin periodikliyi 5000 km qəbul edilmişdir. Bütün bu əməliyyatlar avtomobillərin servis kitabçasında əks olunur.

Azərbaycan Respublikasında avtomobillərə texniki xidmətin göstərilən yürüş normaları və ya avtomobillərin tipləri üzrə texniki xidmətin periodikliyi istismar şəraitindən asılı olaraq, mühitin tozlu, istismar rejiminin müxtəlif olması, o cümlədən avtomobillərin şəhərdaxili, şəhərətrafı və qarışıq rejimlərdə istismarı ilə əlaqədar olaraq seçilə və azaldıla bilər.



Qeyd edək ki, hazırda ədəbiyyatda yazilan, lakin praktikada icra olunmayan texniki xidmət növlərinin TX-1 və TX-2 yürüş normaları, məsələn, minik avtəmobilləri üzrə birinci istismar şəraiti üçün, müvafiq olaraq 4000 və 16000 km qəbul olunub.

Yəni hər dörd TX-1 -dən sonra TX-2 aparılır. Mövcud texnologiya üzrə TX-1 zamanı mühərrikin yağı dəyişdirilmir, tələbata uyğun yağ əlavə edilir . Lakin TX-2 zamanı, 16000 km yürüşdən sonra, mühərrikin yağının və süzgəcin dəyişdirilməsi nəzərdə tutulur. Deməli, nə texnologiya, nə də normativ qiymətlər hazırkı qiymətlərə uyğun gəlmir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bütün avtomobillərdə mühərrik yağı 5; 7,5 və ya 10 min km yürüşdən sonra dəyişdirilir.

Beləliklə, avtomobillərə vahid texniki xidmətin normativ yürüş normasının- periodikliyinin seçilməsində, mərkəzi iqlim zonası və birinci dərəcəli istismar şəraiti üçün, cədvəl 3.4-də verilən qiymətlərdən istifadə etmək olar.

Cədvəl 3.2


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə