H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə5/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

2. Avtonəqliyyat müəssisələrinin istehsal-

texniki bazası

2.1. Avtonəqliyyat müəssisələrinin təsnifatı

İstehsal fəaliyyətindən asılı olaraq avtonəqliyyat müəssisə- ləri (ANM) aşağıdakı növlərə bölünür:

1. Avtomobil istismar müəssisələri;

2. Avtomobil xidmət müəssisələri;

3. Avtomobil təmir müəssisələri.

Avtomobil istismar müəssisələri (AİM) yük və sərnişin daşımaları ilə yanaşı, hərəkət tərkibinin texniki xidməti, cari təmiri, saxlanması, yanacaq, yağ və texniki materiallarla təminatı və s. ilə əlaqədar olan işləri də yerinə yetirir.

Daşımanın xarakterinə və hərəkət tərkibinin tipinə görə AİM yüngül-minik-taksomotor, avtobus, yük, qarışıq və xüsusi (tibbi və kommunal xidməti maşınları və s.) müəssisələrə bölünür.

İstehsal fəaliyyətinin təşkilinə görə AİM kompleks və kooperasiyalı növlərə də bölünür.

Avtomobil xidmət müəssisələri (AXM) hərəkət tərkibinə texniki xidmət və cari təmir işlərini, eləcə də onların saxlanma, istismar materialları ilə təchizatı və s. ilə əlaqədar olan istehsal fəaliyyətini yerinə yetirir. AXM - ə texniki xidmət mərkəzləri və ya stansiyaları, avtoservislər, yük avtomobil dayanacaqları, yanacaq doldurma stansiyaları, motellər, kempinqlər, avtovağzallar və s. aid edilir.

Avtomobil təmir müəssisələri (ATM) ixtisaslaşdırılmış müəssisələr olub, avtomobil aqreqatlarının və avtomobillərin baza (bazis) detallarının mərkəzləşdirilmiş halda əsaslı təmiri, qeyri-standart avadanlığın istehsalı və təmiri ilə əlaqədar işləri yerinə yetirir.




2.2. Avtonəqliyyat müəssisələrinin istehsal -

texniki bazalarının inkişaf istiqamətləri
Avtomobil parkını texniki saz vəziyyətdə saxlamaq üçün avtonəqliyyat müəssisələrinin mənsub olduqları və hərəkət tərkiblərinin saxlanması, onlara texniki xidmət və təmir işləri aparmaq, eləcə də işçilərin çalışmasına lazım olan şərait yaratmaq üçün tələb olunan binalar, tikintilər, avadanlıq, ləvazimat və alətlər toplusu ANM-in istehsal-texniki bazası adlanır.

İstehsal-texniki bazaların (İTB) əsas vəzifəsi nominal əmək və material xərcləri ilə hərəkət tərkibinin texniki hazırlığını tələb olunan səviyyədə saxlamaqdan ibarətdir.

İTB-nin inkişaf səviyyəsi, əsasən ANM-in istehsal fəaliyyətinin ölçüləri və təşkil formaları ilə təyin edilir. Ümumi - ictimai nəqliyyatda tərkibində 200-300 avtomobil olan ANM daha çox üstünlük təşkil edir.

Tərkibində müxtəlif tip hərəkət tərkibi (yük avtomobilləri, avtobuslar, taksi avtomobilləri) olan qarışıq ANM-də, eləcə də hərəkət tərkibi çox markalı olduqda TX və CT işlərinin yerinə yetirilməsi və istehsal-texniki bazasının təşkili məsələləri çətinləşir.

Avtomobil nəqliyyatında İTB-nin inkişafı yeni ANM-in layihələndirilməsi və tikilməsi, mövcud müəssisələrin rekonstruksiya edilməsi və texniki təminatın yüksəldilməsi hesabına təmin edilməlidir. Təcrübə göstərir ki, mövcud

müəssisələrin rekonstruksiya edilməsi və ya texniki təminatının yüksəldilməsi anoloji olan yeni ANM-in tikilməsindən 3 dəfə ucuz başa gəlir.

AN-də İTB-nin müasir vəziyyəti kompleks ANM-in inkişafı ilə, eləcə də ixtisaslaşdırma və kooperasiya prinsiplərinin zəif olması ilə xarakterizə olunur.

AN-nin istehsal-texniki bazalarının inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük ehtiyac vardır. ANM-in İTB-nin gələcək inkişafı həm yeni müəssisələrin tikilməsi, həm də mövcud müəssisələrin rekonstruksiya edilməsi hesabına təmin edilməlidir.

Göstərilən məsələlərin həlli ANM-in texnoloji layihələn- dirilməsinin öyrənilməsini və mənimsənməsini tələb edir.

ANM-in texnoloji layihələndirilməsinin əsasını texnoloji hesabat və müəssisənin planlaşdırılması məsələləri təşkil edir.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə