3.
insan haqqmda təlim
Orta əsrlərin mütəfəkkirləri insan və onun mahiyyəti haqqında çoxlu fikirlər
irəli sürmüşlər. Lakin onlar nə qədər rəngarəng olsalar da iki müqəd- dəm şərtə
əsaslanırdı: 1) insanın mahiyyətinin "allahın obrazı və bənzəri" kimi müəyyən
edilməsi; 2) insanın "zəkalı heyvan" kimi anlaşılması. Məhz bu mövqelərdən çıxış
edərək filosoflar insanda zəkanın, yoxsa heyvani tərəflərin üstün olması, insan üçün hansı
keyfiyyətlərin zəruriliyi, zəkanın və həyatın mahiyyəti məsələlərini izah edirdilər. Onlar
belə bir suala cavab verməyə çalışırdılar: əgər insan allahın surəti və bənzəridirsə, onda
allahın hansı keyfiyyətləri insan təbiətinin mahiyyətini təşkil edir. Çünki aydındır ki,
allahın sonsuzluğu, başlanğıcının olmaması, hər şeyə qadir olmaq kimi keyfiyyətləri
insana aid edilə bilməzdi.
Orta əsr xristian filosoflarının antropologiyası üçün səciyyəvi cəhət insanın
ikiləşmiş şəkildə qiymətləndirilməsidir: O, bir tərəfdən təbiətin öz daxilində
götürüldükdə birinci yeri tutur, onun ağasıdır. Digər tərəfdən isə, insan allahın surəti və
bənzəri olduğu üçün ümumiyyətlə təbiətin hüdudlarından kənara çıxır, ondan yüksəkdə
duaır (axı allah transendentdir, o öz yaratdığı dünyadan tam kənarda, əlçatmazlıqda
durur). Orta əsrlər dövrünün antropologiyasının antik dövrdəkindən əsas fərqi də
bundadır. Antik dövrün insan təliminin hər iki əsas cərəyanı (platonizm və
aristotelizm) onu başqa mövcudluqlar sistemindən kənarda götürmürdü. İnsana
hətta müəyyən bir sistemdə üstünlük də vermirdilər. Məsələn, platonçular insanın əsl
mahiyyətini, onun yalnız zəkalı ruh olmasında görürdülər. Həm də belə hesab edirdilər ki,
insan zəkalı mövcudatlar (ruh, mələk, şeytan, allahlar və s.) iyerarxiyasında aşağı yer
tutur. Yaxud Aristotelə görə insan hər şeydən əvvəl canlı bədəndir, ruha malik olan
heyvandır. Onun vəhşilərdən və həşəratdan fərqi yalnız nıhunun zəkalı olmasındadır.
Orta əsr filosofları isə insan ilə qalan kainat arasında keçilməz sədd
yaradırdılar. Onların fikrincə insan başqa dünyadan ("səma səltənətindən", "ruhlar
dünyasından", "cənnətdən" və s.) gəlmişdir və yenidən oraya qayıtmalıdır. Allah insana
bir tərəfdən zəka və azad iradə verir, yəni mühakimə yüıütmək, yaxşılığı və yamanlığı
fərqləndirmək qabiliyyəti verir. Allahın obrazı kimi insanın mahiyyəti məhz bundadır.
Digər tərəfdən allah insanın digər mövcudluqlar üzərində ağalıq etməsi üçün ona bədən və
ruh verir.
Xristian dini təliminə görə allahın oğlu Loqos və ya İsa Məsih çannıxa çəkilmiş
şəkildə ölümü ilə insan nəslinin günahını yumaq və beləliklə də insanları xilas etmək üçün
insan şəklində təcəssüm etmişdir. Qeyd olunmalıdır ki, bu ideya təkcə qədim bütpərəstlik
mədəniyyəti üçün deyil, həm də digər monoteist dinlər - iudaizm və islam üçün yaddır.
Xristianlıq yaranana qədər ilahi ilə insanın prinsipial şəkildə bir-birindən fərqli
olması, buna görə də iki əsasın birləşdirilə bilməyəcəyi haqqında tasəvvür mövcud
idi.
Xristian antropologiyasının digər bir əsas ehkamı insanın öləndən sonra yenidən
dirilməsidir. Ruhun ölməzliyi haqqında,
yəni bədən öldükdən sonra
50
ruhun başqa bədənə köçdüyü haqqında əvvəlki bütpərəstlik təsəvvürlərinin
əksinə olaraq,
orta əsrlərdə belə bir fikir yaranır ki, ölmüş insan müəyyən vaxt keçdikdən sonra bütöv
şəkildə öz bədəni ilə yenidən diriləcəkdir. Bu təsəvvür təsadüfi deyildi, çünki xristianlığa
görə ruh bədəndən ayrılıqda mövcud ola bilməz.
Xristian ehkamlarını sistem şəklinə salmağa və buna əsaslanaraq insan haqqında
təlim yaratmağa cəhd göstərən ilk filosof Origen (III əsr) olmuşdur. O göstərirdi ki,
insan ruhdan, qəlbdən və bədəndən ibarətdir. Ruh insanın özünə mənsub deyildir, ona
allah tərəfindən bəxşeyiş verilmişdir. O, daim yaxşılığa və həqiqətə can atır. Qəlb isə
insanın öz "Mən"ini təşkil edir. O, insanda fərdiliyin əsasıdır. Öz təbiətinə görə qəlb ruha,
bədən isə qəlbə tabe olmalıdır. Lakin qəlbin ikiləşmiş xarakterdə olması, xeyir ilə
arasında tərəddüq etməsi üzündən onun aşağı səviyyəsi tez-tez yuxarı səviyyə üzərində
üstıänlük təşkil edir. Beləliklə insanı öz istək və ehtiraslarının ardınca getməyə sövq edir.
Bu hal vərdiş, adət şəklini aldıqca, insan günahkar mövcudat olur. Yəni ilahinin yaratdığı
təbii qaydanı tərsinə çevirir, yüksək olanı aşağıya tabe edir və beləlikiə də dünyada
yamanlıq yaranır. Deməli, yamanlıq allahdan, təbiətin özündən və bədəndən irəli gəlmir.
Onu insanın özü yaradır, daha dəqiq deyilsə, yamanlıq allahın insana bəxşeyiş verdiyi
azadlıqdan sui istifadənin nəticəsidir.
Deyilənlərlə yanaşı orta əsrlər Qərb fəlsəfəsində asketizm (tərki-dünyalıq) da
özünü göstərmişdir. Lakin bu asketizm bədəndən imtina etmək demək deyildi (təsadüfi
deyildir ki, oıta əsrlərdə intihar etmək Əii ağır günah hesab olunurdu), Onun məqsədi
bədəni yüksək mənəvi əsaslara tabe ruhunda tərbiyə etmək idi.
Xristian allahında olduğu kimi insanda da iradə birinci yerdə dururdu. Buna görə
də orta əsr fəlsəfəsində
yunan antropologiyası üçün sociyyovi
olan etik
ra-
sionalizm yenidən
mənalandırılır. Əgər antik etikada məıkəzi yer biliyə verilirdisə, orta əsrlərdə onun j^crini
etiqad tutur. Deməli ağırlıq mərkəzi zəkadan iradə sahosin» keçirilir. Məsələn,
Avqustin göstərirdi ki, insanlarm mahiyyəti onisıin iradəsində ifadə olunur. İnsan
yaxşılığın nə demək olduğunu bilir, lakin iradəsi ona tabe olmur. Buna görə də insan
etmək istəmədiyi hərəkəti edir. İnsanın bu cür ikiləşməsini o, qəlbin xəstəliyi, onun
öz-özünə, yəni özündəki yüksək başlanğıca tabe olmaması adlandırırdı. Odur ki, orta əsr
təlimləri göstərirdilər ki, insan özünün günahla nəticələnən istəklərini təkbaşına, yəni
ilahinin köməyi olmadan dəf edə bilməz.
Göründüyü kimi artıq orta əsrlərdə' İtısan kosmosun üzvi tərkib hissəsi hesab
olunmurdu. O, kosmik həyatdan, təbiətdən ayrı götürülür, ondan yüksəkdə
qoyulurdu. Lakin o, özünün günahkar olması üzündən nəinki təbiətin ağası, heç
öz-özünün də ağası ola bilmir və ilahinin mərhəmətindən asılı vəziyyətə düşür. Buna görə
də insan hətta antik dövrdə bütpərəstliyin ona aid etdiyi bütün heyvanlardan yüksəkdə
durmaq statusuna malik deyildir. İnsanın bu cür ikili vəziyyəti orta əsrlər
antropologiyasının ən mühüm səciyyəvi cəhətidir. Antik təlimlər insan qəlbini, rulmnu
ya kosmik həyatla, ya da bütöv bir tam kimi götürülən cəmiyyət həyatı ilə müəyyən
münasibətdə götürürdü. Orta əsrlərdə isə
51