63
Qovlarsarı tədris-təcrübə təsərrüfatında basma toxumları 20.
V ayda
(60 x 10 x 1 sxemi ilə) səpilmiş (20 kq/ha hesabı ilə)
yüksək aqrotexniki qaydada beçərilmişdir.
Basma bitkiləri vegetasiya müddətində 2 dəfə (2. VIII ayda və
15. X ayda biçilib
yaş kütlə və quru yarpaq məhsuldarlığı təyin
olunmuşdur. Bu təsərrüfat şəraitində basma bitkisi I biçin zamanı
109,3
s/ha yaş kütlə, 15,4 s /ha quru yarpaq, II biçin zamanı isə
149,1 s/ha
yaş kütlə, 21,1 s/ha quru yarpaq məhsulu vermişdir. İki
biçində çəmi yaş kütlə məhsuldarlığı 258,4 s/ha, quru yarpaq
məhsuldarlığı isə 36,5 s/ha olmuşdur.
Cədvəldən görünür ki, münasib vaxtlarda biçin aparılarkən
basma bitkisinin quru
yarpaq məhsuldarlığı Qovlarsarı tədris-
təçrübə təsərrüfatında Kürdəmir rayonuna nisbətən 8,8 s/ha artıq
olmuşdur. Basma bitkisi Kürdəmir rayonu şəraitində yaş
kütləsinin 12,8 %-i qədər quru yarpaq çıxımı verir. Qovlarsarı
tədris-təcrübə təsərrüfatında isə basma bitkisi 14,1 % -i qədər
quru yarpaq
vermişdir.
Apardığımız tədqiqatlardan belə nəticəyə gəldik ki, basma
bitkisinin
yüksək keyfiyyətli yarpaq məhsulu almaq üçün Gəncə -
Qazax bölgəsində becərilməsi daha faydalı və məqsədəuyğundur.
64
VI FƏSİL. BASMA BİТKİSİ BECƏRİLMƏSİNİN İQТİSADİ
SƏMƏRƏLİLİYİ
Böyük iqtisadi əhəmiyyətə malik olan basma bitkisinin
respublikamızda becərilməsi bir tərəfdən respublikanı bu məhsulun
xaricdən idxal edilməsindən azad edər, digər tərəfdən isə bu bitkini
becərən təsərrüfatların iqtisadi göstəricilərinin möhkəmlənməsinə
səbəb ola bilər. Basma tozunun xaricdən alınması respublika üçün
çox baha
başa gəlir. Ona görə də bu bitkinin respublikamızın Gəncə -
Qazax və Şirvan bölgələrində becərilməsinin nə dərəcədə səmərəli
olmasını apardığımız tədqiqatlarda nəzərdən keçirmişik. Məlum olub
ki,
becərildiyi torpaq - iqlim şəraitindən və becərilmə üsullarından
asılı olaraq bitkinin hər hektardan məhsuldarlığı və buna uyğun
olaraq iqtisadi səmərəsi də müxtəlif olur.
Biçin vaxtının dəyişdirilməsi basma bitkisinin yarpaq
məhsuldarlığına təsir göstərir. Ona görə də bu bitkinin iqtisadi
səmərəsini hesablayan zaman bölgələr üzrə daha çox yarpaq
məhsulunun əldə olunduğu biçin vaxtlarının məhsuldarlığı (Şirvan
bölgəsində I biçinin 20. VIII, II biçinin 25. X ayda, Gəncə - Qazax
bölgəsində isə I biçinin 02. VIII, II biçinin isə 15. X ayda
aparılmasından alınan məhsuldarlıq) iqtisadi cəhətdən təhlil
edilmişdir.
Şirvan bölgəsində basma bitkisinin bir hektarından variantlar
üzrə orta hesabla 43403 – 64609 manat (AZN), Gəncə - Qazax
bölgəsində isə müvafiq olaraq 57872 - 85957 manat xalis gəlir əldə
olunmuşdur (2005 - ci il qiymətləri ilə). Bir sentner basma məh-
sulunun maya d
əyəri Şirvanda 1004,4 - 1134 manata, Gəncə - Qazax
bölgəsində isə orta hesabla 972 - 1085,4 manata başa gəlmişdir
(cədvəl 6. 1).
Hər bölgə üçün optimal vaxtlarda biçin aparılan zaman ən
yüksək iqtisadi səmərə hər iki bölgədə 60 x 10 x 1 sxemi ilə səpilmiş
basma bitkisindən alınmışdır. Şirvanda bu sxemlə səpilmiş basma
bitkisinin bir
hektarından alınan ümumi məhsulun qiyməti 93636
manat, Gəncə - Qazax bölgəsində isə 122796 manata bərabər olmuş-
66
- dur. Buradan
aydın olur ki, daha çox yarpaq məhsulu əldə etmək
üçün
basma bitkisinin 60 x 10 x 1 sxemi ilə əkilməsi istehsalat üçün
daha
səmərəlidir.
Apardığımız tədqiqatlardan məlum oldu ki, optimal biçin
vaxtında və səpin sxemində basma bitkisindən alınmış məhsul
vahidinin maya dəyəri Gəncə - Qazax bölgəsində Şirvan bölgəsinə
nisbətən 32,4 manat ucuz başa gəlmişdir (33).
Müxtəlif bölgələrdə becərilən basma bitkisinin iqtisadi
səmərəliliyinin hesablanmasından belə nəticəyə gəldik ki, hər bölgə
üçün
optimal vaxtlarda biçin aparılarsa, yarpaq məhsulu əldə etmək
üçün
basma bitkisinin Gəncə-Qazax bölgəsində becərilməsi Şirvan
bölgəsində becərilməsinə nisbətən daha səmərəli və rentabellidir.
67
NƏТİCƏLƏR
Gəncə - Qazax və Şirvan bölgələrində basma bitkisinin becəril-
məsinin aqrotexniki xüsusiyyətlərinə dair apardığımız çoxillik elmi -
tədqiqat işlərini araşdıraraq aşağıdakı nəticələrə gəlmək olar.
1. Basma toxumlarının laboratoriya cüçərmə enerjisi və qabili-
yyəti Gəncə - Qazax bölgəsində Şirvan bölgəsinə nisbətən 0,7 -1,4 %
yüksək olur.
2. Basma bitkisinin I
yarusundan yığılmış toxumların laborat-
oriyada çüçərmə enerjisi və qabiliyyəti yuxarı yaruslardan yığılan
toxumlara
nisbətən yüksək olur.
3.
Açıq sahədən Şirvan bölgəsində toplanmış basma toxumları
iki il saxl
andıqda çücərmə enerjisi və cücərmə qabiliyyəti 4,8 - 6,1 %
azalır. Gəncə - Qazax bölgəsində isə 5, 0 - 5,5 % azalma müşahidə
edilmişdir.
4.
Basma toxumlarının ən əlverişli səpin vaxtı açıq sahədə
Şirvan bölgəsində 20. IV ay, Gəncə - Qazax bölgəsində isə 20. V ay
hesab edilir.
5.
Basma toxumlarının Şirvan şəraitində açıq sahəyə səpin
norması 1 p. m-ə 1,6 qr, Gəncə-Qazax bölgəsində isə 1,2 qr.- dır.
6.
Basma toxumlarının açıq tarla şəraitində optimal basdırılma
dərinliyi Şirvanda 2,0 sm, Gəncə - Qazax bölgəsində isə 2,5 sm - dir.
7.
Hər iki bölgədə basma bitkisi ona verilən qida sahəsi nə qədər
artıq olursa o qədər də intensiv böyüyür və morfoloji göstəriciləri
yüksək olur. Lakin basma bitkisi Gəncə - Qazax bölgəsində Şirvan
böl
gəsinə nisbətən daha yaxşı böyüyüb inkişaf edir.
10.
Hər iki bölgədə basma bitkisindən daha yüksək yarpaq
məhsulu əldə etmək üçün optimal səpin sxemi 60 x 10 x 1 sxemi
hesab olunur.
11.
Vegetasiya müddətində basma bitkisində iki biçinin
a
parılması yarpaq məhsuldarlığının bir dəfə aparılan biçinə nisbətən
1,5 -
2,5 dəfə yüksəlməsinə səbəb olur. Basma bitkisindən daha yük-
sək yarpaq məhsulu əldə etmək üçün Şirvan bölgəsində I biçin av-
qustun 20 -
də, II biçin oktyabrın 25 - də, Gəncə - Qazax bölgəsində
isə I biçin avqustun 2 - də, II biçin oktyabrın 15 - də aparılmalıdır.
Dostları ilə paylaş: |