Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə80/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

altmış  fəqir  qarnı  doyurmalı,  o  da  mümkün  olmasa  bir  qul  azad 
etməlidir.
İslam  dinində  mövcud  olan  bir  çox  dini  büsatlar  kimi 
orucluq  da  tarix  etibarilə  çox  qədimdir.  İlin  bir  ayında  yeməmək, 
içməmək,  pəhriz  saxlamaq  hələ  İslam  dinindən  əvvəl  qədim  ərəb 
və qeyriərəb millətlərin tayfaları arasında  mövcud olmuşdur.
VII 
əsrin 
əvvəllərində 
Ərəbistanda 
yaşamış 
ərəb 
qəbilələrini  birləşdirmək  üçün  İslam  dininin  əsasını  qoyan  həzrəti 
Məhəmməd 
əleyh is-salam 
onun 
zəruri 
şərtlərini 
işləyib 
hazırlayarkən islama  qədər ərəblər və  bir çox  başqa  ibtidai  xalqlar 
arasında  mövcud  olan  bir  çox  adətləri,  o  cümlədən  də  pəhriz 
saxlamağı  qəbul  etmiş,  zaman  keçdikcə  isə  bu,  özünün  məna  və
məzmununu  dəyişmişdir.  Qıtlıq  nəticəsində  ərəblər  arasında
#
yaranan  pəhriz  saxlamaq  islam  dini  tərəfindən  mənimsənildikdən 
soma  Allahın  müəyyən  etdiyi  ən  vacib  ibadətlərdən  biri  kimi 
zəhmətkeş  insanlar  arasında  təbliğ  olunmağa  başlanmışdır.  Şəriət 
qanunları  İslam  dinində  olan  orucluq  ayininin  tarix  etibarilə 
İslamdan çox-çox əvvəl olmasına  işarə edərək  İslam dininin  banisi 
həzrəti  Məhəmməd  əleyhis-salamm  öz  ifadələri  ilə  qeyd  edərək 
göstərir  ki,  “oruc  əvvəlki  ümmətlərə  vacib  olduğu  kimi  mənim 
ümmətimə də vacib olmuşdur”.
İslam  dininin  orucluq  ayini  insanı  müəyyən  müddət  dünya 
nemətlərindən  məhrum  edərək,  ona  xeyir-bərəkət  gətirən 
bəyənilmiş  adətlərindən  biridir.  Allaha  ibadət  adı  ilə  ramazan 
ayının  uzun  gecələrini  rahat  yatmayan  gecə  və  gündüz  ac-susuz 
qalmalarına  baxmayaraq  “Ya  Allah,  Ya  Rəbbəl  Aləmin”  sözləri 
dillərindən  düşməyən,  səhərdən  axşama  kimi  həm  zəhmətlə 
çalışmaq,  həm  də  ibadətlə  məşğul  olub  Allahı  zikr  etməklə  axirət 
rahatlığına çatmaq ümidi  ilə mənalı həyat keçirirlər.
Hər  bir  çətinliyin  arxasında yeni  bir  rahatlıq  durur.  Bunun 
üçün  də  orucluğun  arxasında  bağışlanmaq  və  sağlamlıq  durur. 
Çünki  çox  yeyib  mədəni  doldurmaq  insan  sağlamlığı  üçün  nə 
qədər  qorxuludursa  ac  qalıb  oruc  tutmaq  o  qədər  insan 
sağlamlığına  xeyirdir.  Dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvi 
deyirdi:
250



Həddən çox yeməyə sən etmə adət,
Mədəni doldurmaq  zəhmətdir-zəhmət.
Öz  əsərlərində  dini  mövzulara  tənqidi  yanaşmasına 
baxmayaraq  yazıçı-publisist  C.Məmmədquluzadə  də  orucluğun 
hər  bir  şeydən  pəhriz  saxlamalı  olmağın  və  axar  sərin  suyun 
içilməsindən 
məhrum 
olmağın 
dəyərini 
qiymətləndirərək 
“Xatiratında”  deyirdi:  “Dodaqlarım  yanır,  boğazım  quruyur... 
Duru  bulaq  suyu  dəmir  lülədən  şırıltı  ilə  axıb  tökülür  daşların 
üstünə.  Amma  heç  kəsin  cürəti  yoxdur  haman  sudan  içsin;  çünki 
indi  mahi-mübarəki-rəmazandıı*.  İndi  dodaqlar  gərək  quruya, 
onunçun ki,  mahi-mübarəki-rəmazandır” (62,  s. 403).
Orucluq  ayının  pəhrizində  mömin  müsəlmanlar  üçün  bütün 
günü  ac  və  susuz  qalıb  öz  bədənlərini  zəiflətməkdən  başqa  həm  də 
imkan olduqca müqəddəs Qurani-Kərimdən bir neçə sürə oxumaq və 
Allah  haqqında  təfəkkür  etmək  müstəhəbbi  bir  iş  sayılır.  Ona  görə 
Allah haqqında düşünməlidirlər ki, axirətdə oruc tutanlar baldan şirin 
və süddən ağ olan Kövsər suyu ilə  sirab olunacaqlar.  Şəriət hökmləri 
ramazan  ayında  oruc  tutub  səhərdən  axşama  kimi  ac  və  susuz 
qalmağın  insan  orqanizminə  xeyirdən  başqa  heç  kəsə  bir  zərər 
vermədiyini  göstərir.  İslam  dininə  görə  ramazan  ayında  oruc  tutan 
adam  nəinki  yemək  və  içməkdən  özünü  məhrum  etməlidir,  habelə 
oruc tutan kəs dərmanları da içməkdən imtina etməlidir.
Dini  təlimlər  orucluq  günlərində  elm  və  maariflə  geniş 
məşğul  olmaq,  çoxlu  kitab  oxumaq  kimi  dini  və  dünyəvi  işlərlə 
məşğul olmağı qadağan etmir.
Müqəddəs İslam dininin  göstərişlərinə əsasən,  ramazan ayı 
kim  özünü  gündüzlər  yemək-içməkdən  qorumaqla  əlavə  həmin 
ayın on doqquzuncu  gecəsi  ilə  otuzuncu  gecəsi  arasında yatmayıb 
qədr  gecəsini  “əhya'5  (“oyaq  qalmaq”)  saxlayarsa,  özünü  Allah 
yolunda çətinliyə  salaraq dua və sənaları layiqincə  yerinə yetirərsə 
onun  savabı  daha  da  böyük  olar.  Bu  savabın  nəticəsində  nəinki 
həmin  şəxsin  özü,  hətta onun  bütün  əcdadı  və  qohum-əqrabasının 
cəmi  günahları  bağışlanıla  bilər.  İslam  dininin  bu  hörmətli 
gecəsinin  yəni,  sonuncu  səmavi  kitab  olan  Qurani-Kərimin  nazil 
olunduğu  gecə  hörmətinə  mömin  müsəlmanlar  ramazan  ayının
251


axırıncı on (10)  gecəsini  ehtiramla yad  edirdilər.  Həmin ayda oruc 
tutmaq, namaz qılmaq  və dua oxumaqla  və həmçinin bunlara əməl 
etməklə  Allah  yaratdığı  öz  bəndəsinin  arzu  və  istəklərini  həyata 
keçirərək naümid  etmir.
Tanınmış  tənqidçi  yazıçı  Cəlil  Məmmədquluzadə  anasının 
sidq  ürəklə  Allaha  bağlı olduğunu  qeyd  edərək onun namaz və  oruc 
kimi  vacibatlarını  yerinə  yetirərkən  hansı  çətinlikləri  çəkdiyini 
xatırladır və bunların insana nə qədər sağlam ruh verdiyini qeyd edir: 
“...Anam  Allahın  qorxusundan  cınqırını  çıxarmazdı,  amma  gündüz 
zəhməti və orucluq aclığı bir yandan, gecə  ibadəti bir yandan, özü də 
bir gecə yox, on iki gecə yazıq arvadı əldən salardı və oturduğu yerdə 
çox vaxt qəşş edərdi və yıxılardı” (62, s. 414).
İslamın  ramazan  ayında  tutulan  orucun  xeyiri  barədə  din 
göstərir  ki,  ramazan  aymda  insan  orqanizmasında  olan  bütün 
mikroblar məhv edilir,  sinir sistemi nizamlanır,  insan istər-istəməz 
səbrli  və  təmkinli  olur,  insanın  aclığa  və  susuzluğa  müqaviməti 
çoxalır,  insan  günahlardan  silkinir  və  yeni  sağlam  həyat  tərzi 
keçirməyə başlayır.
Mömin  müsəlmanları  yüksək  əhval-ruhiyyədə  saxlayan 
orucluq onları  mənəvi  və  cismani  cəhətdən möhkəmləndirməkdən 
əlavə,  həm də  onlara maddi  xeyir verir.  Orucluqda müsəlmanların 
bir  ay  yemək  və  içməyə  “qənaət”  etmələrinə  görə  onlara  çoxlu 
nemətlər  nəsib  edilir.  Belə  ki,  oruc  tutub  ac  qalan  insanlar  fiziki 
cəhətdən  zəif o İsalarda  onlarda  ruh yüksəkliyi  daha  da  artıq  olur. 
Nəticədə  onlarda  zəhmətə  həvəs  yüksək  olur  və  səmərəli  məhsul 
əldə  etmək  bacarığı  təmin  edilir.  Bu  günə  kimi  bir  milyarddan 
artıq  müsəlman  camaatı  cismani  çətinliklərə  baxmayaraq  on 
səkkiz  saat  yay  günlərini,  qışın  isə  soyuq  günlərini  ac-susuz  oruc 
tutmaqla,  İlahi  məhəbbətin  tərənnümünü  dərk  edərək  özlərini 
təsərrüfatdan,  əməksizlikdən, zəhmətdən də  məhrum etməmişlər.
Dinin yüksək  göstərişi  sayəsində  mömin  müsəlmanlar tam 
min  dörd  yüz otuz  dörd  il ərzində  saf duyğularla  insanlara  sevinc 
gətirən  ramazan  aymda  bir  ay  oruc  tutmaqla  Yaradan  qarşısında 
əyilmək,  Ondan  yardım  diləməklə  gözəl  günlərini  səmərəli 
keçirmək sözün əsl mənasında təqdirə  layiqdir.
'  
252


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə