Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə83/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   80   81   82   83   84   85   86   87   88

Azərbaycan  ədəbiyyatşünaslığında  olduğu  kimi  dünya 
ədəbiyyatında  qəzəl  və  poemaları  ilə  şöhrət  qazanan  şair  mərsiyə 
janrında da qələmini sınamış, əsl ustad  olduğunu təsdiq etmişdir.
Azərbaycan  əlyazma  mətnlərində 
mərsiyə  janrının  bəzi 
xüsusiyyətləri demək olar klassik ədəbiyyatla  həmyaşıddır.  Bu janrın 
əsas  növhələri  Nizami,  Xaqani,  Nəsimi  və  Füzulidən  başlamaqla  öz 
intibah dövrün yaşamışdır.  Sonralar bu janr ədəbiyyatımızda  qüdrətli 
şairlər  tərəfindən  davam  etdirilərək  böyük  inkişaf  yolu  keçmişdir. 
Ancaq  təsüf hissi  ilə  demək  lazımdır  ki,  sovet  hakimiyyəti  illərində 
İslam dininə  olan qadağalarla bağlı  ən  böyük zərbə  bəlkə  də mərsiyə 
janrında  yazılan  ədəbiyyatımıza  dəymişdir.  Beləki  o  dövrdə  ərəb 
əlifbası  ilə  yazılmış  bütün  əsərlər  yandırılarkən  mərsiyə  janrında 
yazılan  əlyazma  mətnlərinin  böyük  əksəriyyəti  məhv  edilmişdir. 
Lakin  insanların  hafizəsindən  tam  da  silib  atmaq  mümkün 
olmamışdır. 
Nəhayət,  son 
dövrün 
yadigarlarından 
olan
Məhəmmədhüseyn  Şəhriyar  mərsiyə  ədəbiyyatına  müraciət  edərək 
onu  yenidən  yazılı  şəkildə  dirçə İtməyə  müvəffəq  olmuşdur. 
Azərbaycanın  xalq  şairi  Qabil  də  Qanlı  yanvar  hadisələrindən 
qəhərlənərək  bu  janra  müraciət  etmiş  və  “Xalqımı,  millətimi 
giilləbəran eylədilər” adlı mərsiyəsini yazmışdır.
Göründüyü  kimi mərsiyə janrı bütün dövrlərdə öz aktuallığını 
qoruyub  saxlamış,  insanların  dərdini,  kədərini,  ağrı-acısını  bədii 
rəngarəngliklə özündə əks etdirmişdir.
Xalqımızın unudulmaz şairi  Mirzə Ələkbər Sabir Azərbaycan 
ədəbiyyatı  tarixində  əsasən  satira  janrının  ən  qüdrətli  nümayəndəsi 
kimi  tanınır.Bəlkə  çoxları  bilmir  ki,  böyük  satira  ustası  həm  də  qəlb 
sızladan,  insanın  ruhuna  təskinlik  gətirən  gözəl  mərsiyə  nümunələri 
də  yaratmışdır.  Bu  baxımdan  onun  “Yaralı”  adlı  mərsiyəsi  olduqca 
təsirediçidir.  Şair  burada  Kərbəla  müsibətini  ürək  ağrısıyla  nəzmə 
çəkərək  imam Hüseyn əleyhis-salamın  məktəbini,  onun getdiyi  xətti- 
hərəkətiııi,  şəhidlik  məqamını  ön  plana  çəkir,  əhli-beyt  sevərlərinə 
vətən  sevgisini,  əqidə  və  xeyirxah  amallar  yolunda  canından  belə 
keşməyi təlim  etdirir.  Şair mərsiyə janrının  mətlə  beytində  belə  xitab 
edir:
Nəzəri lütf ilə bax sahəti Şirvanə Hüseyn,
Qıl Kərəm həşridə bu cəmi-pərişanə Hüseyn,
Yaralı quş kimi Sabir gəlüb əfqanə Hüseyn,
259


Bəzmi matəmdə açıb nohə deyərlər yaralı.
XIX  əsr  nohə  ədəbiyyatının  məşhur  nümayəndələrindən  biri 
tanınmış  Hacı  Molla  Məhəmməd  Naxcıvani  də  yaratdığı  əsərlərinin 
əksəriyyətini  mərsiyə janrına həsr etmişdir.  Şərq aləmində tanınan  və 
sevilən  “Səhabəd-dümu”,  “Qürrətul-əbsar”,  “Kəşkülü-nurJ  kimi 
əsərləri  buna  bariz  nümunədir.  Kərbəla  hadisəsinə  aydınlıq  gətirən 
müəllif deyir:
Xuda, gəlib bu Hüseyn aləmə şəhadət üçün,
Qəbul edibdi şəhid  olmağı şəfaət üçün.
O vaxtın hörmətinə Kərbəlada qan içəcək,
Əliyyi Əkbərinin qəddinə kəfən biçəcək.(37,  s. 478)
Bu  mövzuda  adları  çəkilən  şair  və  yazıçılarımız  xeyli 
yaradıcılıq  işləri  aparmaqla  bir  daha  Azərbaycan  əlyazma 
mətnlərində  mərsiyə janrının  bəzi xüsusiyyətlərini  ən ali  poetik dildə 
qələmə  almışlar.  Poeziyamızın  bir  qolunu  təmsil  edən  mərsiyə 
janrının tədqiqi günümüzün ən aktual mövzularındandır.
Bütün  bu  fəlsəfi  fikirlərin  məntiqi  nəticəsidir  ki,  xalqımız  öz 
tarixi  keçmişini,  adət-ənənələrini,  milli  dəyərlərini  unutmur,  yaddan 
çıxarmır və onun təhrif olunmasına yol vermir.
2 6 0
-


Q U R B A N   B A Y R A M I N I N  
M Ü H Ü M   Ə H Ə M İ Y Y Ə T İ
Məlum  olduğu  kimi,  islam  dininin  ən  geniş  yayılmış 
adətlərindən  biri  də  Qurban  bayramıdır.  İctimai  cəmiyyət  belə  hesab 
edir  ki,  islam  dininin  başqa  ayin  və  mərasimləri  kimi  Qurban 
bayramı da zəhmətkeşlərə  ideoloji  təsir göstərməklə,  onların şüurunu 
dini  duyğularla  və  real  gerçəkliklə  əzmləşdirməkdən  başqa,  həm  də 
dinin  maariflənməsi  istiqamətində  atılan  böyük  mənəvi  yardımdır. 
Məhz  bu  baxımdan  Azərbaycan Respublikasının  Prezidentinin  2006- 
cı  il  18  dekabr  tarixli  489  nömrəli  fərmanının  2-ci  hissəsinə  əsasən 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  və  Qafqaz  Müsəlmanları 
İdarəsinin  məlumatına  uyğun  olaraq  Azərbaycan  Respublikası 
Nazirlər Kabineti 2012-ci  ildə Novruz,  Ramazan,  Qurban  bayramları 
haqqında  07  dekabr  2011-ci  il  tarixli  198  nömrəli  qərar  qəbul 
etmişdir  ki.  bunların  da  əsas  mahiyyəti  və  əhəmiyyəti  olduqca 
böyükdür.
1400  il  bundan  əvvəl  nazil  olmuş  sonuncu  səmavi  kitab 
Qurani-Kərimin  şərh  etdiyinə  görə  Qurban  bayramı  bəşəriyyətdə  ən 
böyük  müqəddəs  bayramdır  ki,  buna  da  İslam  aləmində  “Eyd  əl- 
əzha”  (“Qurban  bayramı”)  və  yaxud  “Eyd  əl-kəbir”  (Böyük  bayram) 
deyilir.  Bu  bayram  dinə  etiqad  edən  bütün  insanlar  üçün ən  əziz  gün 
sayıldığına  görə  onu  müqəddəs  bir  mərasimə  çevirmişlər.  Tarixi 
faktlarla  yanaşı  milli  sərvətimiz  olan  Naxçıvan  əlyazma  mətnlərində 
göstərilir  ki,  Qurban  bayramı  islam  dinindən  qabaq  meydana  gəlsə 
də,  onun  əsas  ehkamları  İslam  dini  ilə  sıx  bağlıdır.  Qurban  bayramı, 
hicri-qəməri  təqvimi  ilə  zilhiccə  ayının  10-da  böyük  sevinclə  qeyd 
edilir.  Bu  bayram həzrəti  İbrahim  əleyhis-salamın əhdinə  vəfa edərək
ш
oğlu  ismayıl  əleyhis-salamı  Allah  yolunda  qurban  kəsməyə  hazır 
olması  və  İlahidən  oğluna  əvəz  göndərilmiş  qoç  qurbanlığı  kəsməsi 
ilə  əlaqədar  qeyd  edilir,  odur  ki,  bu  bayrama- İsmayıl  qurbanı  da 
deyilir.
Əlyazma  Risalələrdə  göstərilir  ki,  Qurbanlıq  heyvan  qoyun, 
keçi,  dana  və dəvədən  ibarət  ola bilər:  dəvədirsə  - beşillik,  danadırsa
261


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə