Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə84/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   80   81   82   83   84   85   86   87   88

-   ikiillik,  qoyun  və  ya  keçidirsə  -  birillik,  yaxud  bu  yaşlara  yaxın 
olmalıdır.  Dəvə  və  dananı  yeddi  adam  birləşib  qurban  kəsə  bilər. 
Üstündə  bir  eybi  olan  (kor,  şikəst,  axtalanmış,  buynuzu  sınıq,  dişi 
tökülmüş,  çox  arıq  və  s.)  heyvanı  qurban  kəsmək  caiz  deyil  (düzgün 
deyil).  Qurban  kəsərkən  belə  niyyət  edilir:  “Bismillah,  bu  qurbanı 
kəsirəm  (çox  adam  iştirak  edirsə  -  kəsirik),  qübətən  iləllah”.  Sonra
_ 9 _
“Bismillah”  və  “Əllahu  əkbər”  deyə  bu  duanı  oxuyurlar:  “Inni 
vəccəhtu  vəchiyə  lilləzi  fətərəs-səmavati  vəl-ərzə,  hənifən  miislimən 
və  ma  ənə  minəl-müşrikin.  İnnə  cəlati  və  nüsuki  və  məhyayə  və 
məmati  lillahi  Rəbbil-aləmin,  la  şərikə  ləhu  və  bizalikə  ümurtu  və 
ənə  minəl-müslimun,  əllahummə,  minkə  və  ləkə.  Bismillahi  vəllahu 
əkbər”  (Mən  tovhidi  iqrar  edən  müsəlman  kimi  və  müşriklərdən 
olmadığım  halda  üzümü  göyləri  və  yeri  yoxdan  vücuda  gətirənə 
tuturam.  Həqiqətən,  namazım  da,  ibadətlərim  də,  diriliyim  də, 
ölümüm  də  Aləmlərin  Rəbbi  Allah  üçündür.  Onun  şəriki  yoxdur. 
Mənə  bu  əmr  edilib,  bir  halda  ki,  mən  özümü  Allaha  təslim 
edənlərdənəm.  ilahi,  bu  Səndəndir  və  Sənədir.  Allahın  adı  ilə.  Allah 
böyükdür!).  Qurbanı  kəsdikdən  sonra  bu  duanı  oxuyurlar: 
“Allahummə,  təqəbbəl  minni”  (İlahi,  qurbanımı  qəbul  et)  və  yaxud 
bir  neçə  adam  şərik  olarsa  “Allahummə,  təqəbbəl  minna”  (ilahi, 
qurbanımızı qəbul et).
Hələ  islamdan  əvvəl  ibtidai  insanlar təbiətlə  mübarizədə  aciz 
olduqlarından,  özlərini  təbiətin  qulu  hesab  etmiş  və'buna  görə  də 
təbiəti  “mərhəmətə”  gətirmək  üçün  heyvan,  bəzən  də  insan  qurbanı 
kəsirmişlər.  Qurban  kəsmək  adəti  sonradan  islama  qədər  mövcud
olan  dinlər  tərəfindən  qəbul  edilmişdir.  Xüsusən  tarix  etibari  ilə
• 

islamdan  qabaq  olan  Yəhudi  dinində  bu  haqda  ibrahim  (Abram)  və 
İsmayıl  hadisələri  barədə  inanc yaradılmışdır.  İslam  dinində mövcud 
olan  Qurban  bayramı  öz  nəzəri  qidasını  bu  hadisədən  almış  və 
ərəblərin  işğal  etdikləri  ölkələrdə  islam  dinini  qəbul  edənlər arasında 
yayılmışdır.
islam  dinində  mövcud  olan  Qurban  bayramının  tarix  etibarı 
ilə  çox  qədim  olduğu  və  peyğəmbər  həzrəti  Məhəmməd  əleyhis- 
salamın  dövründə  geniş  maraq  doğuran  bu  bayram  ən  sevimli  günə 
çevrilmişdir.
Naxçıvan əlyazma  mətnlərində  əhəmiyyətli  dərəcədə  mühüm 
•  hesab  edilən  Qurban  bayramının  yaranması  tarixini  izah  etməklə
262


bərabər  göstərmək  olar  ki,  bu  bayram  Yəhudi  dinində  də  insanların 
Allaha  və  Onun  göndərilmişlərinə  itaət  etmək  üçün  yaradılmışdır, 
insanlar arasında  birlik  yaratmaq  üçün  ibrahim  əleyhis-salam  dindən 
ağıllı  bir  adət  kimi  istifadə  edərək  iman  gətirən  insanlara  müraciət 
edərək  deyirdi  ki,  Allah  mənə  oğlum  İsmayılın  əvəzində  ildə  bir 
qoyun  qurban  kəsməyimi  əmr  etmişdir.  Siz  də  Allahın  razılığını  ələ 
gətirmək  üçün  Allahın  bu  buyurduqlarına  əməl  etməyiniz  tövsiyə 
edilir.  İbrahim  əleyhis-salamın  bu  tövsiyəsi  ilə  inanan  zəhmətkeş 
insanlar  onun  göstərişlərinə  əməl  etməyə  başlayır  və  beləliklə, 
insandan  qada-bəlanı  uzaqlaşdıran  qoyun  qurbanları  kəsilməsi  icra 
edilirdi.
“Qurban”  Xudavəndi  aləmin  bayramıdır,  mümkünü  olan 
müsəlman  gərək  qurban  kəssin  deyən  və  bunun  İslam  dinindəki 
bayramların  hamısından  mənalı  və  müqəddəs  bir  tarix  olduğunu 
söyləmək  lap  yerinə  düşər.  Çünki  həzrəti  İbrahim  Xəlilin  (Allahın 
dostu  ləqəbi)  yadigarı  olan  Qurban  bayramı  bütün  müsəlman  əhalisi 
üçün  səciyyəvi  xarakter  daşıyır.  O  mənada  ki,  bütün  dünyanın  hər 
yerində  olan  “kurey i-ərz in”  (yer  kürəsinin)  müxtəlif yerlərində  sakin 
olan  müsəlmanlar  qurban  kəsməyə  məşğuldurlar.  Bununla  belə
•  
•  
Ш
“Aləmi-islama”  (islam  aləminə)  nəzər  edəndə  vüsətli  bir  mənzərə, 
camaat  mədəni,  dostluq  məhəbbəti,  insanların  elmi  cəhətdən 
maariflənməsi,  qeyrətli  üməralar,  ticarət  düzgünlüyü,  ziraət 
(əkinçilik) qaydasında və s.  rast gəlirik.
Qurban  bayramının  yaxınlaşması münasibəti  ilə  müsəlmanlar 
öz  insani  borclarını yerinə yetirməklə  bu  bayramın əzəmət, şərafət və 
hörmətinə  dair  dürəfşan  söhbətlər  və  nəsihətlər  aparmaqda,  bu 
bayramın  nə  qədər  müqəddəs  olduğunu  dərk  edərək  göstərirdilər ki, 
bəşəriyyətdə  həmişə  sevilə  bilən  bu  müqəddəs  gün  öz  mahiyyətinə 
görə  çox  əhəmiyyətlidir.  Qurban  bayramı  münasibəti  ilə  uzun  illərlə 
əzizlərini  itirmiş  insanlar  öz  valideyinlərini  ziyarət  etməklə  onları 
rəhmətlə yad  edir və Allahdan  onların  bağışlanması  üçün  dualar edib 
və  Quran  tilavət  edirlər.  Hər  bir  müsəlman  özünü  borclu  bilərək 
Qurban  bayramının  yaxınlaşmasını  xəbər  verməlidir  ki,  Qurban 
bayramı barəsində məlumatı olsun.
Hər  bir  zəngin  zəhmətkeş  müsəlmanın  borcudur  ki,  Qurban 
bayramında  İslam  dininin  başqa  şərafətli  günləri  kimi  kasıb  və 
yoxsulların  qarnını  doyursun.  Bunun  yoxsullar  üçün  çox  böyük  bir
263


əhəmiyyəti  vardır,  çünki  onları  ancaq  sevindirmək,  onların  qəlbini 
ələ  gətirmək  ən  böyük  bir  vasitədir.  Zilhiccə  ayının  yaxınlaşması 
münasibəti  ilə  müqəddəs  islam  hümmətinin  qurbanlıq  qoyunlar  alıb 
tədarük  görmələrini,  bıçaqları  itiləyib  Allah  yolunda  qurban  qanı
axıtmağa  hazır  olduqlarını,  yoxsullara  əl  tutmaqla  Allah  hörmətinə,
• 

ibrahim  Xəlil  xatirinə,  ismayıl  eşqinə  qurban  kəsmələrini  sevincli 
həyat  bayramı,  itaət  bayramı  və  yoxsullara,  xəstələrə  və  qoca 
kimsəsizlərə  qulluq  etmək  bayramı  adlandırılan  bu  gün,  İbrahim 
Xəlil  bayramı  kimi  milyonlarca  ali  mütəfəkkir  yetirən  müsəlman 
dünyası  üçün  çox  əhəmiyyətlidir.  Hər  bir  yetərincə  dolanışığı  olan 
müsəlman  həqq  və  həqqaniyyət  axtarışında  olmalı,  bu  bayram 
günlərində  qurban  kəsib  yoxsullara  bir  pay  verməklə  savab  işlərlə 
məşğul  olmalıdır.  O  səbəbə  fəqirlərin  süfrəsi  başmda  əyləşib  onlarla 
yeyib-içmək,  əlsiz-ayaqsızları  yada  salmaq,  onların  hər  bir  çətinliyə 
rast  gələnini  doyuzdurmaq,  bütün  xeyir  işlərdə  özünü  kənar 
saxlamamaq,  söz  yox  ki,  Qurban  bayramı  yoxsullarla  ünsiyyət 
yaratmaq  üçün  bir vasitədir, çünki doğrudan da Allah sevən bu qədər 
savab  işlərin  yerinə  yetirilməsi  üçün  yoxsulları  yedirdib,  içirməyin 
Allahın  razılığını  qazanmaq,  Onun  məhəbbətini  əldə  etmək  nə qədər 
zəruri və əhəmiyyətlidir.
Dinimizin  Qurban  bayramı  haqqında  buyurduğu  bu  ehkamlar 
açıq  göstərir  ki,  Qurban  bayramı  yoxsulları,  kasıbları və  kimsəsizləri 
doydurmaq  və  dinə  etiqad  edən  hər  bir  insanın  Allahdan  asılılığını 
daha  da  qüvvətləndirmək  üçün  bir  vasitə  olduğunu  başa  düşməsidir. 
Dini  duyğularla  yaşayan  müsəlmanlar  belə  hesab  edirlər  ki,  dinin 
bütün  bayram  və  mərasimləri,  o cümlədən də zilhiccə ayında  kəsilən 
qurbanlar  zəhmətkeşlərə  həm  maddi,  həm  mənəvi  cəhətdən  xeyir 
verdiyi  halda  onun  savabı  isə  Allah  yanında  böyük  mənəvi 
qiymətdir.
264


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə