Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə81/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   77   78   79   80   81   82   83   84   ...   88

M Ə H Ə R R Ə M L İ K  M Ə R A S İ M İ N İ N  
F Ə L S Ə F İ   M A H İ Y Y Ə T İ
Azərbaycan 
xalqının 
inanc 
məsələlərindən 
biri 
də 
məhərrəmlik  ayıdır.  Xalqımız  bir  qayda  olaraq  o  ayda  şəhid  olmuş 
peyğəmbər övladlarına  hörmət və  ehtiram əlamətini  bildirərək  şənlik 
hesab  edilən  hər  hansı  bir  ünsürlərdən  özlərini  çəkindirir  və  matəm 
saxlayırlar.  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
müsəlman  aləmində  faciəli  və  haqsız  yerə  qətlə  yetirilən  şəhidlərin 
ildönümünü  yad  edərək  öz  fəlsəfi  fikirlərin  belə  təsvir  etmişdir: 
“Müsəlman  aləmində faciəli,  müqəddəs  bir  günün  xatirəsi  qeyd 
olunur.  Bu gün Həzrəti Məhəmməd (s) peyğəmbərin nəvəsi Həzrəti
Ш
imam  Hüseynin  (ə)  qətlə yetirildiyi gündür.  Biz  ulu  babalarımızın 
Vətən,  torpaq,  haqq,  ədalət  yolunda  şəhid  olduğu  günü  yad 
edirik"(63, s.  134).
Həmçinin Naxçıvan  əlyazmalarının fəlsəfi mahiyyətinə nəzər 
saldıqda  görürük  ki,  bu  matəm  ilə  əlaqədar  xeyli  yazılı  materiallar 
vardır.  Bunlardan  əsas  mühm  hesab  edilən  “Qumru”  kitabıdır  ki, 
müəllif  Fazili  Dərbəndi  öz  yaradıcılıq  nümunəsi  çox  yüksək 
səviyyədə  göstərmişdir.  Əsərin  demək  olar  ki,  əksər  hissələri 
matəmlə əlaqədardır.
Həmin  günün  matəm  saxlanılması  dinin  ən  geniş  yayılmış 
adətlərindən  biri,  məhərrəmlik  təziyədarlığı  və  bununla  əlaqədar  yas 
saxlamaq, sinazən deyib sinə vurmaq və ən önəmlisi şadlıq etməkdən 
çəkinərək  həya  etmək  mühüm  əlamətlərdəndir.  İllərdən  bəri 
məhərrəmlik  təziyədarlığının 
keçirilməsi, 
onun 
mahiyyətinin 
açıqlanması  ilə  bərabər  onun  əmələ  gəlməsi  və  tarixinin  də 
aydınlaşdırılması  zəruridir.  Düzdür  vaxtı  ilə  məhərrəmlik  və 
təziyədarlıq  ayininin  əmələ  gəlməsi,  onun  siyasi  mənası  haqqında 
ateist  və  materialist  olmuş  bəzi  ədiblər  keçirilən  bu  matəm  barədə 
çox  tənqidi  fikirlər  irəli  sürərək  öz  mənfi  fıkrlərini  söyləmişlər. 
Amma  buna  baxmayaraq  müsəlmanlar  tərəfindən  İmamların  ölüm 
gününün  böyük  bir  matəm  məclisinə  çevrilməsinin  əhəmiyyəti
4
olduqca  zəruridir.  Belə  hesab  etmək  olar  ki,  məhərrəmlik
253


təziyədarlığı  öz  tarixi  kökləri'etibarı  ilə  Həzrəti  Məhəmməd  əleyhis- 
salamın  rehlətindən  (dünyadan  köçməsi)  sonra  dinin  müqəddəsliyi 
uğrunda  gedən  mübarizə  ilə  bağlıdır.  Həzrəti  Məhəmməd  əleyhis-
9
salamın  rehlətindən  sonra  haqq,  ədalət  rəmzi  olan  müqəddəs  İslam 
dininin  yüksək  səviyyədə  idarə  olunmasında  layiqi  olmayan  adamlar 
xilafətdə  siyasi  hakimiyyətə  sahib  olmaq  üstündə  onun  xələfləri 
arasında  ixtilafa  başladılar.  Bu  ixtilaflar  qan  axıtmaq  bahasına  həll 
olundu.  Bu  qanlı  vuruşmalarda  həlak  olmuş  Peyğəmbərin  əsl 
vəsilərinin  şərəfinə  düzələn  təziyadarlıq  sonralar  İslam  dininin  şiə 
məzhəbini qəbul etmiş müsəlman xalqlarında daha da mübariz olmaq 
əzminə çevrilmişdir.  Həqiqətlər tam aydınlığı  ilə göstərir ki,  bu tarixi 
hadisənin  dərin  mənasını  anlamaqla  belə  qənaətə  gəlmək  olur  ki, 
Həzrəti Məhəmməd əleyhis-salamdan sonra həzrəti  Əli əleyhis-salam 
və  onun  ardıcıllarının  apardığı  mübarizə  siyasi  hakimiyyətə  sahib 
olmaq deyil,  əksinə zülmə qarşı haqqı, ədaləti üzə çıxarmaqdır.
İslam  dininin  təfsirçiləri  tarixi  həqiqətləri  doğru  və  düzgün 
şərh edərək belə bir real gerçəkliyi  izah etmişlər ki,  həqiqətən haqq  iş 
və  Alahın  buyuruqlarını  yerinə  yetirmək  uğrunda  vuruşan  İmamlar 
şəhid  olmağı  könüllü  sürətdə  özlərinə  yol  seçmişlər.  Onların 
məzmunlu  izahına  görə  Haşimilər  qəbiləsi  kifayət  qədər  qoşun 
toplayıb  çox  asanlıqla  müxalifət  tərəfə  qalib  gələ  bilərdi.  Lakin 
İmamlar  bunu  istəmədi.  Ona  görə  ki,  İmam  səyyidüş-şühəda  bunu 
bilirdi  ki,  bu  bivəfa  dünya  üç  günlükdür,  bunun  hər  bir  hərəkət  və 
cəlalının  axırı  yenə  ölümdür,  şəhid  olub  axirətdə  əbədi  bir  səadət 
qazanmaq hər şeydən üstündür.
Dinin bütün ehkamları kimi,  onun ayrı-ayrı ayinləri  də fəlsəfi 
hikmətlərlə  doludur.  Din  təfsirçiləri  göstərirlər  ki,  Allah  yolunda 
imamlar  könüllü  olaraq  şəhid  olmağı qəbul  etmişlər.  Bununla yanaşı 
şəhid  olan  İmamların  şəninə  düzəldilmiş  təziyadarlıq  İmamların 
haqq,  ədalət  uğrunda  getdiyi  yolun  tərəfdarı  kimi  qeyd  olunur. 
Haqqın,  ədalətin  carçısı  olan  İmamlar  öz  haqq  səslərini  belə  izhar 
edirdilər:  “doğrudur,  məlunlar  mənim  başımı  kəsib  nizəyə  vurub 
gəzdirərlər,  amma bu  əmrin  özü  Allahın  öz  məsləhəti  ilə  olub,  çünki 
mən  özüm  o  saat  behiştdə  əyləşib  Quranın  dərin  mənalı  ayələrini 
talib edərəm”.
VII  əsrdə  Kərbəlada  haqq,  ədalət  uğrunda  mübarizə  apararaq 
şəhid  olmuş  İmamların  yad  edilməsi  uzun  illər  şiəməzhəb
254


4
müsəlmanların  xatirindən  çıxmamış  və  hər  il  məhərrəm  ayında 
böyük  izdihamla  yad  edilir.  İnandırıcı  fakt  ondan  ibarətdir  ki, 
həqiqətən haqq  iş üstə mübarizə edən  İmamlar şimr kimi bir əxlaqsız, 
qeyri-insani  davranışa  malik olan adam  tərəfindən  qətlə yetirilmişdir. 
Həqiqi  müsəlmanlar təziyə  saxlamaqla,  yad  etməklə  İmamların  haqq 
səsinə səs verir və dinin pak məsumlarını uca tutaraq  mədh edirlər.
Müxtəlif təfsirçilər məhərrəmlik təziyədarlığının yaranmasına
qida  verən  tarixi  hadisələri  təhlii  edərək  belə  bir  nəticəyə  gəlirlər  ki,
haqq,  ədalət uğrunda  çalışan  adam  hər  bir  bəşər övladı  üçün  əzizdir,
məkan və zamanından asılı  olmadan.  Bu  mənada həmişə haqq, ədalət
tərəfdarı  olan  Azərbaycan  xalqının  milli 
köksündən,  milli
mentalitetindən  gələn  bu  təziyədarlıq  hər  zaman  böyük  izdihamla
səsləşir  və  ictimaiyyət  tərəfindən  təbii  qəbul  edilərək  unudulmur.
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  deyirdi:  “Biz
bundan 
sonra 
da 
Qurani-Şəri/in,  Həzrəti  Məhəmməd  (s)
peyğəmbərin  qoyduğu yol ilə gedəcək  və  haqq,  ədalət  Vətən yolunda
%
şəhid  olmuş  Həzrəti  imam  Hüseynin  (ə)  və  onun  bütün 
silahdaşlarının 
qəhrəmanlığını, 
şəhidliyini 
heç 
vaxt 
unutmayacağıq”(63, s. 135).
Məhərrəm  ayının  günləri  elə  bir  gündür  ki,  “hər  kəs  İmam 
yolunda  bir  qətrə  göz  yaşı  töksə,  axirətdə  onun  cəmi  günahları 
bağışlanar’  deyiminə  əsas  gətirmək  olar.  Çünki  İmamlar  şəhid 
olmaqla  bildirirdilər  ki,  din  və  onun  ehkamları  hürriyyət  əldə  etmək 
və  əsarətdən  yaxa  qurtarmaq,  yer  üzündə  ədalətə  haqq  qazandıran, 
onu  müdafiə  edən  bir  ideoloji  vasitədir.  Ona  görə  də  bütün  İmamlar, 
dinin  bütün  ehkamlarına  və  ondan  səmərəli  və  ağıllı  istifadə  edərək 
bəşəriyyət qarşısında böyük şücaət göstərmişlər.
Xuda, gəlib bu  Hüseyn aləmə şəhadət üçün,
Qəbul edibdi şəhid olmağı şəfaət üçün.
Azərbaycan  xalqının  milli  ənənəsinə,  adətinə,  məsləkinə  və 
dininə çevrilmiş  İmamların bu təziyədarlıq mərasimi böyük əminliklə 
qorunub  saxlanılmaqla  hər  il  yüksək  səviyyədə  yad  edilir. 
Ümummilli  lider  Heydər  Əliyev  deyirdi:  “Əmin  olduğumu
bildirirəm  ki,  xalqımız  öz  milli  ənənələrinə,  adətlərinə,  dininə, 
məsləkinə həmişə sadiq qalacaqdır”(63, s.  135).
255


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə