Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə82/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

Zaman  keçdikcə  böyük  şair  və  yazıçılarımız  bu  matəm 
barədə  öz  zəngin  əsərlərin  yaratmış,  bu  da  öz  növbəsində 
Azərbaycan ədəbiyyatşünaslığında  mərsiyyə janrına çevrilmişdir.
Naxçıvan  əlyazma  mətnlərinin  əksəriyyəti  dini  zəmində 
yazıldığına  baxmayaraq  müasir  Azərbaycan  ədəbiyyatşünaslığı  üçün 
qiymətli  əsərlər  inciləri  kimi  sayılır.  Bu  baxımdan  orta  əsr  əlyazma 
mətnlərində 
Azərbaycan  şairlərinin 
yaratdığı 
mərsiyə  janrı, 
poeziyamızın  əsas  bir  qolunu  təmsil  edərək  gələcək  nəsil  üçün 
yaşatmışdır.  Azərbaycan  ədəbiyyatşünaslığında  əlyazma  mətnlərinin 
yaratdığı  mərsiyə  janrı  böyük  Nizami  şəxsiyyətində  parlaq  ulduza 
çevrilmişdir.  Nizaminin  yaratdığı  əvəzedilməz  sənət  əsərləri 
xalqımızın ədəbi-fikir tariximizdən xəbər verir.
“Nizami  Gəncəvinin  sönməz  yaradıcılıq  incilərindən  sayılan 
“Leyli  və  Məcnun”  əsərində  “Dər  vəfati  Leyli”  epizodunda  mərsiyə 
janrı  Orta  əsr  poeziyamızın  nadir  sənət  incilərindən  hesab  olunur” 
(69,  s.  49).  Həmçinin  Nizami  Gəncəvinin  Xaqani  Şirvaniyə  yazdığı 
heyfslənmə beyti mərsiyə janrının əsasından xəbər verir.
Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar,
Heyf, Xaqaniyə mən mərsiyə yazdım axir.
Böyük  Azərbaycan  şairi  Xaqani  Şirvaninin  qələmə  aldığı 
“Dər  mərsiyə  imam  Məhəmməd  Yəhya”  və  “Dər  mərsiyə 
Kafıyyəddin  Əmir”  (69,  s.  40-45)  əsərlərində  mərsiyə janrı  bir  daha 
xalqımızın  bu  janrda  yazıb  yaratdığı  şairlərin  istedadından  xəbər 
verməkdədir.
Dahi  söz  ustası  Məhəmməd  Füzulinin  yaratdığı  “Hədiqət-üs- 
sl'ıəda” (“Xoşbəxtlər bağı”)  kimi  irihəcmli əsəri məhz bu qəbildəndir. 
Hələ Füzuli  dövründə yazılan növhə şeri  sonralar böyük vüsət tapmış 
və  şairlərimizin  çoxu  bu  şer  növünə  rəğbət  göstərmiş,  həmin janrda 
öz  məharətlərini  sınamışlar.  Şerimizin  bu  sahəsində  qələm  çalan 
şairlərimiz  bəzən  qeyri-adi  müvəffəqiyyətlərə  nail  olmuş  və  əsrlərlə 
xalqımızın  hafizəsində öz yanıqlı şerlərilə həkk olunmuşlar.  Xüsusilə 
Dəxil,  Raci,  Qumri,  Pürğəm  və  Sərraf  təxəllüsü  ilə  məşhur  olan 
şairlərimiz öz yaradıcılığında qəzəl, müxəmməs və rübaiyə  geniş  yer 
vermələrinə  baxmayaraq,  yalnız mərsiyədə  misilsiz  məharət nümayiş 
etdirm işlər.
Azərbaycan  ədəbiyyatşünaslığında  misilsiz  iz  buraxan 
.  xalqımızın  sevimli  şairlərindən  Qasım  bəy  Zakir,  Seyyid  Əzim
256
'


*
Şirvani,  Mirzə  Ələkbər  Sabir,  Xurşudbanu  Natəvan  və  Hacı  Molla 
Məhəmməd  Naxçıvani  kimi  şairlərimiz  də  bu  mövzuya  müraciət 
edərək  layiqli əsərlər yazmışlar.
Füzulinin  dərin  bədii  və  elmi  təfəkkürə  malik  olan  mərsiyə 
janrında  yazdığı  əsərləri  getdikcə  daha  çox  geniş  yayılmış,  ona 
ümumdıinya  şöhrəti  qazandırmişdir.  Bütün  bunlar  Füzulinin  insan 
qəlbinin  mahir  alıcısı  olması,  onun  bəşəri  hissləri,  saf və  təbii  eşqi, 
həyati  tələblərdən  doğan  ictimai  mövzuları  yüksək  bədii  səviyyəyə 
qaldırması  ilə əlaqədardır.  Füzuli  qədim  Şərq və Yunan  filosoflarının 
bədii,  fəlsəfi  irsinə  yaxından  bələd  olmaqla,  onları  təfəkkür 
süzgəcindən  keçirmiş  və  yaxınlıq  ümumiləşdirmələri  əsasında  öz
əsərlərin  yazmışdır.  Bunula  belə  Füzulinin  mərsiyə janrında  qələmə

.
 


aldığı  “Hədiqət-üs-süəda”  əsəri  Şərq  islam  fəlsəfi-fikri  ilə  yanaşı 
qeyri  fəlsəfi  düşüncələri  də  özündə  birləşdirir.  İslamın  sönməyən 
çırağı  olan,  din  qoruyucusu  kimi  tarixə  düşən,  Kərbəla  hadisəsinin 
əsas  baş qəhrəmanı  imam  Hüseyn əleyhis-salam və onun əhli-beytinə 
dərin  düşüncələrlə  həsr  etdiyi  “Hədiqət-üs-süəda”  əsəri  özünün 
əsrarəngliyi  ilə  bu  gündə  sevilməkdə  davam  edir.  Füzuli  bu  əsəri 
yazmaqla  sanki  mənəvi  dünyasını  rahatlaşdırmışdır.  Bu  hadisəyə  öz 
münasibətin  bildirərək  “Mərsiyə  dər  həqqi-xamisi-ali-əba  lıəzrəti- 
seyyid-üş-şühəda” epizodunda belə deyir:
Mahi-mühərrəm oldu, şəfəqdən çıxıb hilal,
Qılmış əza, töküb üzə xun birlə əşki-al.
• •
Ovladi-Müstəfayə mədəd qılmamış Fərat, 
Keçirməsünmü yerlər bu ani  infıal?
Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla,
Əlbətdə,  çox hekayət olur məvcibi-məlal. 
ibrətlə bax qəmi-şühəda şərhin etməyə,
Hər səbzə Kərbəladə acıbdır zəbani-hal. 
Təcdidi-matəmi-şühəda qıldı ruzigar,
Zar ağla, ey könül, bu gün olduqca ehtimal. 
Mahi-mühərrəm oldu, müsərrəf həramdir,
Matəm bu gün şəriətə bir ehtiramdır.
Şad olmasın bu  vaqidə şad olan könül,
Bir dəm  bəlavü qüssədən azad olan könül.
Ey dərdpərvəri-ələmi Kərbəla Hüseyn,
Ey Kərbəla bəlalərinə mübtəla Hüseyn.
257


Yad et, Füzııli, Ali-əba  halın, eylə ah,
Kim, bərqi-ah  ilə yaxılır xərməni-günah.(70, s.  5-6) 
“Hədiqət-üs-süəda”  Füzuli  yaradıcılığında  özünəməxsus  bir 
yer  tutur.  Əsərin  dini  mahiyyətdə  olmasına  baxmayaraq,  XVI  əsr 
Azərbaycan nəsr dilinin öyrənilməsində çox mühüm  rolu vardır. Belə 
bir  faktı  da  qeyd  etmək  lazımdır  ki,  klassik  Azərbaycan  şer  dilində 
nisbətən,  nəsr  dili  az  öyrənilməmişdir.  “Hədiqət-üs-süəda”  əsəri  bu 
boşluğun doldurulmasında ən mühüm əhəmiyyətli mənbədir.
Həmçinin  müəyyən  məxəzlərdən  aydın  olur  ki,  həzrəti  imam 
Hüseyn  əleyhis-salamın  Kərbəla  çölündə  Allah  yolunda  özü  və  72 
nəfər  qəhrəmanın,  cəsur,  qorxmaz  tərəfdarlarından  biri  azərbaycanlı 
olmuşdur.  Bu  haqda  Füzulinin  şəhidlik  abidəsi  olan  “Hədiqət-üs- 
süəda”  əsərində  həmyerlimizi  “Müslimi-Azərbaycani"  kimi  təqdim 
edir.  Böyük  şairimiz  Azərbaycan  oğlunun  uca  şəhidlik  zirvəsinə 
yüksəlməsini, pəhləvanlıq və qəhrəmanlıq şücaətinin heyrətli  anlarını 
dərin  poetik  məna  çalarları  ilə  nəzmə  çəkmişdir:  “Andan  sonra 
Müslimi-Azərbaycani  saqiyi-bəzm-rəzm  olub,  nə  nəreyi-məstanə  ilə 
Gunbədi-Gərdunə  sədalar  bıraxıb  çox  bixəbərləri  cami-fənadan 
sərməst  etdi.  Gah  şəmşiri-atəşbarla  rəzm  edib,  gah  tiri  tizrəftarla 
müharibə  qılurkən  kəsrəti-cərahətdən  zəf olub  mərkəbindən  düşdü... 
Andan  sonra anın  nəqdi-pakı  və xələfi-salehi  meydanə  girib,  babayi- 
büzürgvarmın  intiqamını  alıb  bir  şəqi  zərbətiylə  bəzmi-gahi-bəqayə 
intiqil etdi”(71, s. 242).
Şair həmin kədərli səhnəni dərin qüssə  ilə belə anladır:
Xoş ol arif ki,  bildi mülki-dünyanın sərəncamın,
Həyatından təməttə bulmayıb  içdi  əcəl camın.  (71, s. 242) 
Sözün  fəlsəfi  mahiyyətini,  məna  və  dəyərini  Məhəmməd 
Füzuli  qədər  poetik  bir  dildə  əks  etdirən,  sözü  bədii  təfəkkürün 
süzgəcindən keçirib əlvan rənglərlə  boyayaraq  ondan alınmaz qəsrlər 
tikən  və  orada  sultanlıq  edən,  zaman  durduqca  da  sultanlıq  edəcək 
ikinci  ustad  bir  şair  olmamışdır,  nə  vaxtsa  olması  da  inama  sığmır. 
Sözdən  incilər düzən və bu  incilərlə  külli  kainatın bədii ponoramasını 
yaradan 
da 
M.Füzuli 
olmuşdur. 
Məhz 
Azərbaycan
ədəbiyyatşünaslığında Füzuli poeziyasının dərinliklərinə vardıqca hər 
bir  sözün  ayrıca  rəng  çalarlarına  malik  olduğunu  aydınca  görür  və 
dünyanın yalnız sözdən yarandığına bütün varlığınla  inanırsan.
258


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə