Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə85/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   80   81   82   83   84   85   86   87   88

Z İ Y A R Ə T İ N   M Ü X T Ə L İ F  N Ö V L Ə R İ
“İslanım müqəddəs abidələrini,  Həzrəti Məhəmməd (s)
peyğəmbərin məscidini ziyarət etdiyim üçiin 
bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm "
Heydər Əliyev
Naxçıvan əlyazmaları  geniş  və  universal  əhəmiyyətli  mətnlər 
sırasındadır.  Bu  universallığı  ilə  seçilən  əlyazmalardan  biri  də 
“Məfatihul-Cinan”  (“Cənnətlər  açarı”)  əsəridir  ki,  böyük  həcmə 
malik olan bir mənbə hesab edilir.  Əsərin  müəllifi  Şeyx Abbas Qumi 
İslam  dinində  ən  geniş  yayılmış  mərasimlərdən  biri  də  “müqəddəs” 
ziyarətgahlara  getmək  və  orda  olan  müqəddəsləri  ziyarət  etmək 
barədə mövzuları  açıqlamışdır.  Məkkə  şəhərində  yerləşən  müqəddəs 
Kəbə  evində  saxlanılan  metiorit  qara  daş  parçasına,  peyğəmbər  və 
onun  nəslindən  olan  müxtəlif  əşyalara  hörmət  edilməsi  bu  cür 
“müqəddəs”  ziyarətgahlar  cümləsindəndir.  Ziyarətgahların  ehtiramı 
gözlənilməklə  yad  edilən  bir  neçə  “müqəddəs”  yerlərin  adları  o 
adamlara  verilməklə  əbədiləşir.  Bu  “müqəddəs”  yerlərdən  ən  üstünü 
sayılan  Məkkə  şəhərində  yerləşən  “Kəbə”  evidir  ki,  oranı  ziyarət 
edən  “Hacı”  müqəddəs  titulunu  qazanır.  Məkkənin  müqəddəsliyi 
Qurani-Kərimin  Ali-İmran  surəsinin  97-ci  ayəsində  bəyan  edilir: 
“Onda  ibrahimin  məqamı  vardır.  Kim  ora  daxil  olsa  amandadır. 
Allahın  insanların  -  əlbəttə  ora  getmək  imkanı  olan  kəsin -  boynuna 
düşən  haqqı  budur  ki,  o  evə  gedərək  oranın  Həcc  əməllərini  yerinə 
yetirsinlər.  Kim  nankorluq  etsə,  həqiqətən,  Allahın  alənıdəkilərə 
ehtiyacı yoxdur” (16, s.  62) deyə buyrulmuşdur.
Müsəlman  aləmində  “Hacc”  yüksək  adından  sonra  İslamın 
saf  amallar  uğrunda  yaşaması  mübarizəsi  naminə,  fanatizm  və 
xürafatdan  yaxa  qurtarmaq  əzmini  öz  canı  bahasına  qurban  verib 
şəhidlik  zirvəsinə çatan  İmam  Hüseyn  əleyhis-salamın  ziyarətgahıdır 
ki,  oram  ziyarət  edən  “Kərbəlayi”  müqəddəs  titulunu  qazanır. 
Bundan  sonra  peyğəmbər  nəslinin  qərib  vilayətdə  səkkizinci  nəvəsi
265


olan  İmam  Rza  əleyhis-salamın  ziyarətidir  ki,  oranı  ziyarət  edən 
“Məşhədi"  müqəddəs  titulunu  qazanmış  olur.  “Müqəddəs”  yerlərə 
ziyarət  etmək  mərasimi  də  İslam  dinində  mövcud  olan  digər 
mərasimlər kimi öz tarixi  kökləri etibarı  ilə qədim dinlərə bağlıdır.
Adı  çəkilən  əsərdə  müəllif  islam  dinini  qəbul  etmiş  şiə 
məzhəb  xalqların müqəddəs  saydığı  Məkkə,  Mədinə,  Nəcəf,  Kərbəla 
və  Məşhəd  şəhərinin  İslam  dininə  etiqad  edən  zəhmətkeşlər  üçün 
mənəvi  saflıq  və  səadət  mərkəzləri  adlandırmışdır.  Var-dövlətin 
çoxalması  ilə  könüllü  olaraq  xums  və  zəkatın  çıxıb  evdə  öz 
uşaqlarının,  ailəsinin  azuqəsini  verməklə  ağır  və  ehtiyac  içərisində 
qalmamaq  şərti  ilə  günahlardan  çəkinməklə  təmizlənmək  və  o 
dünyada  bağışlanmaq  üçün  ziyarətə  getmək  yaxşı  əməllərdən  hesab 
edilir.  Çünki  İslamda  ziyarətə  getmək  və  hər  hansı  müqəddəs  yerin 
ziyarətin 
etmək 
böyük 
xoşbəxtlikdir. 
Azərbaycan 
xalqının 
ümummilli  lideri  Heydər  Əliyev  deyirdi:  “İslamın  müqəddəs 
abidələrini,  Həzrəti  Məhəmməd  (s)  peyğəmbərin  məscidini  ziyarət 
etdiyim  üçün  bir müsəlman kimi özümii xoşbəxt hesab  edirəm ”(63, 
s. 27).
Din  “müqəddəs”  yerləri  ziyarət  etməklə  müsəlmanları 
mənəvi 
cəhətdən 
yüngülləşdirir, 
insanın 
mənəvi 
aləminin 
zənginləşməsi  ilə  dünya  səyahəti  müsəlmanın  noosfer  fəaliyyətinin 
genişlənməsinə  səbəb  olur.  Din  ziyarət  etməyin  .çox  əhəmiyyətli 
olduğunu  göstərərək  zəhmətkeş  müsəlmanların  uzun  illər  arzu 
etdiklərini həyata keçirir və gerçəkləşdirir.
Uşaqlarını  məktəblərə  qoyub  dərs  oxutmaqla  yanaşı  qalan 
imkanlarını  ömrünün  mənalı  keçməsi  naminə  Məkkə.  Mədinə, 
Kərbəla,  Xorasan  və  başqa  müqəddəs  yerlərə  pul  xərcləyən 
müsəlman 
valideynlərinin 
sevinclə 
dolu 
olan 
vəziyyətini 
qiymətləndirməmək  olmaz.  Uşaqların  məktəblərdə,  mədrəsələrdə  və 
universitetlərdə  oxuyub  Şərq  dillərini  bilməklə  yanaşı  valideyinləri 
ilə  müqəddəs  yerləri  gəzib  və  yenidən  qayıdıb  məktəbdə  yeni 
dünyagörüşün  formalaşması  məhz  onların  müqəddəs  yerlərə 
getmələrinin  səbəbi  olmaqla  atalarının  Məşhəd  və  Kərbəla  kimi 
ziyarətgahlara  dəfələrlə  gedib  mənalı  dünya  səyahətinin  əldə 
edilməsi 
və 
digər 
tərəfdən 
elmi-biliklərin 
maariflənməsi 
istiqamətində səmərəli xərc çəkmələridir.
266


Müqəddəs  Qurani-Kərimdə  Həcc ziyarətinə  gedənlərin  daxili 
aləminin  təmiz  pak  niyyətlərlə  açıb  göstərən  bir  neçə  ayələr 
mövcuddur.  Yetərincə  malı-dövləti  olan  və  evdə  qadınının, 
uşaqlarının yanında  illik xərclərini qoyan ailə başçısı  müqəddəs  Həcc 
ziyarətinə  gedə  bilər.  “Həqiqətən,  insanlar  üçün  ilk  bina  olunan  ev 
(məbəd)  Məkkədəki  evdir  ki,  o,  şübhəsiz,  bütün  aləmlərdən  ötrü 
bərəkət  və  doğru  yol  qaynağıdır.  Orada  aydın  nişanələr -   İbrahimin 
məqamı  vardır.  Ora  daxil  olan  şəxs  əmin-amanlıqdadır  (təhlükədən 
kənardır).  Onun yoluna (ərzaq,  minik və  sağlamlıq  baxımından) gücü 
çatan  hər  bir  kəsin  həccə  gedib  o  evi  ziyarət  etməsi  insanları  Allah 
qarşısında  borcudur.  Kim  bunu  (bu  borcu)  inkar  edərsə  (özünə  zülm 
etmişdir).  Əlbəttə,  Allah  aləmlərə  (heç  kəsə)  möhtac  deyildir”  (16, 
Ali-Imran surəsi, ayə 96-97, s. 61).
Müəllif  “Məfatihül-Cinan”  əsərində  müsəlman  şəriəti  ilə 
bərabər  göstərir  ki,  halal  zəhmətlə  qazanılmış  sərvətlərin  ziyarətgah 
yollarında  sərf  edilməsi  insan  mənəviyyatının  kamilləşməsinə, 
güclənməsinə  müsbət  təsir  göstərir.  O,  ziyarətgahlara  getməyin 
iqtisadiyyata  göstərdiyi  müsbət  təsir  onun  mal-dövlətinin  bərəkət 
tapmasına səbəb olur.
“Müqəddəs”  yerlərə  ziyarətə  getmək  iqtisadi  göstəricidən 
asılıdır.  Hər  hansı  bir  şəxs  iqtisadi  cəhətdən  zənginləşərsə  Həccə 
getmək nəinki  könüllü, əksinə onun üçün vacib olar.  Belə ki, ziyarətə 
gedən  zəvvarların  bir  qismi  Ərəbistan  çöllərində  isti  hava  şəraitinə 
uyğunlaşmalı,  digər  qismi  isə  aylarla  Ərəbistan  səhralarının  qumlu 
çöllərinə  tablaşmalı  və  vacib  əməlləri  yerinə  yetirməlidirlər. 
Ziyarətgahlara  gedib  qayıtmağın  yaratdığı  abı-hava  insanlarda 
müsbət əxlaqi  nəticələri  bir daha şöhrətləndirir.
Müəllif  əsərdə  onun  fəlsəfi  mahiyyətin  verməklə  qeyd  edir 
ki,  şiəməzhəb  müsəlmanlar  arasında  belə  bir  etiqad  vardır  ki, 
həqiqətən  kim  İmamların  qəbrinin  yanında  və  yaxud  ətrafında  dəfn 
olunarsa,  o qiyamət günü  sorğu-suala çəkilən zaman qorxmaz və çox 
asanlıqla  cavab  verə  bilər.  Ona  görə  də  sağlığında  bir  çox  səbəblər 
üzündən  həmin  yerlərin  ziyarətinə  gedə  bilməyənlər  qəbirlərini  öz 
vətənlərində  əmanət  basdırırdılar.  Sonradan  onların  ən  yaxın 
qohumları  o ziyarətə  gedərkən  həmin  sümükləri  də  aparıb  müqəddəs 
yerlərdə  dəfn  edərdilər.  Şiə  ölkələrindən  bu  şəhərlərə  dəfn  olunmuş 
əmanət  sümüklərin  gətirilməsi  yerli  hökümət  orqanları  və  varlıları
267


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə