Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə86/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   80   81   82   83   84   85   86   87   88

tərəfindən  müsbət qəbul  edilir və  onlar iiçün şərait  yaradılırdı.  Qəbir 
üçün  yer  almaq,  sümükləri  dəfn  etdirmək  və  s.  məsələlərlə  əlaqədar 
olaraq müsəlmanların heç bir havayı  xərcləri çıxılmırdı.
Bu  mərasimin  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq 
müsəlmanların  nə  qədər  savab  işlərin  çəkilməsi  xüsusi  qeyd  etmək 
olar.  Bütün  şiə  Əmirəlmöminin  ölkələrində,  əzan  cümlə  bizim 
Qafqaz  şəhərlərində,  ələlxüsus  Bakıda,  Naxçıvanda,  Gəncədə  və 
başqa  şəhərlərdən  mərhum  və  mərhumələrin  sümüklərini  gordan- 
gora  daşımaq  qədimdə  bir  adət  olmuşdur.  Hələ  bundan  əvvəl  hər  il 
Kərbəla  ziyarətinə  gedən  müsəlman  qardaşların  əksəriyyətinin 
torbalarında  ya  atalarının,  ya  analarının,  qardaşlarının,  qohum- 
əqrabalarının sümükləri gedib Kərbəla torpağında dəfn olunurdu.
Müsəlman  doktrinasına  görə  insan  behiştə  düşmək  üçün  bu 
dünyada  lazımi  savab  qazanmalıdır.  Yaxşı  əməllərlə  insan 
kamilləşmiş  məqama  çata  bilər.  Şəkk  yoxdur  ki,  müqəddəs  dinə 
etiqad  edənləri  tənqid  atəşinə  tutanlar  az  olmamışdır.  Şübhəsiz  ki, 
XIX  əsrin  axırı  XX  əsrin  əvvəllərində  Azərbaycan  maarifçilik 
fəlsəfəsində meydana gəlmiş  iki qrupun; ənənəçilər və  moderniçilər 
adlanan  yeni  ideya  düşüncələri  üst-üstə  düşməmişdir.  Məhz  bunun 
nəticəsində  də  xalqımızın  öz  milli  mentalitet  ənənəçiliyini  davam 
etdinnək  əvəzində  moderniçilik  dünyagöründən  bəhrələnən  bəzi 
ədiblər müsəlman  olmaqlarına baxmayaraq, özlərini  müsəlmanlıqdan 
kənar  bir  şəxslər  hesab  edirdilər.  Buna  da  dəlilimiz  onun  oruc- 
namazdan  uzaq  qalmağı  və  sarsaq-sarsaq  komediyalar  ortalığa  salıb 
möhtərəm 
xanlarımıza, 
bəylərimizə, 
üləmalarımıza, 
ağsaqqallarımıza,  ağbirçəklərimizə,  din  xadimlərimizə,  insanların 
ənənəvi  prinsipdə  maariflənməsi  üçün  tərbiyələndirən  Molla  və 
Axundlara  sataşmaq  idi.  İndi  belə  güman  edək  ki,  o  üzdən  İraq 
ədiblərin sönük və dar çərçivədə dünyagörüşləri,  böyük Şeyx Nizami 
Gəncəvidən,  Mövlana  Məhəmməd  Füzulidən,  Mövlana  Cəlaləddin 
Rumidən,  Qəzzalidən  və  bir  də  irax,  İmam  və  Peyğəmbərdən 
samballı  adamlar  olmamışlar  ki,  bu  qədər  yüksək  mədəniyyət  sahibi 
olan  xalqı,  milləti,  onun  milli-mənəvi,  dini-əxlaqi  dəyərlərini  tənqid 
atəşinə  tutalar.  Xeyir,  əgər  hər  hansı  bir  insan  özünü  tərif etməklə 
özünü  başqalarından ağıllı  hesab edə,  böyüklük məqamına çatdıra  və 
başqalarını özündən zəif görüb ona qarşı pis münasibətdə olarsa onda
268
 
.


onun özü  nadanlığın ən  böyük zirvəsindədir.  Böyük Azərbaycan şairi 
Xaqani Şirvan i deyirdi:
Nadandı özünü tərif edənlər,
Çox bilirəm demə, bilsən də əgər.
Məkkə,  Kərbəla,  Xorasan  kimi  mərkəzi  ziyarətgahlardan 
başqa  müsəlman  ölkələrinin  hamısında,  o  cümlədən  Azərbaycanda 
da  bir  sıra  yerli  ziyarətgahlar  vardır  ki,  bunlar  xalq  arasında 
“İmamzadə”  və  “Pir”  adı  ilə  məşhurdur.  Bunların  bir  çoxu  öz 
mənşəyi etibarı  ilə İslamdan çox əvvəlki dövrlərə aiddir,  bir qismi  isə 
İslam  dininin  meydana  gəlməsi  və  başqa  ölkələrə  yayılması  ilə 
əlaqədar olaraq  meydana  gəlmişdir.  Ruhanilər  yerli  ziyarətgahlardan 
insanların  əxlaqi  tərbiyə,  mənəvi  saflığı  naminə  böyük  mənfəət 
götürməklərin  qeyd  etməklə  həmin  “pirlərin”  kəramətini  bir  daha 
çaldırmağa  çalışırlar.  Azərbaycanın  ayrılmaz  guşəsi  olan  qədim 
Naxçıvan  torpağında  əsrlər  boyu  müqəddəs  sayılan  “Əshabi-Kəhf’ 
məqamında  insan  üçün  əhəmiyyətli  olan  əxlaqi  qaydalardan, 
xüsusiyyətlərdən,  milli-mənəvi  dəyərlərdən  və  müsəlmanlar arasında 
müqəddəs  bilinən:  Allah,  peyğəmbər,  imam,  müctəhid,  şeyx,  imam 
cümə,  təharət,  nəcaət,  nəzr,  səbr,  meyyit  namazı,  qüsl,  üsuli-din, 
fırui-din və sair İslamın zəruri ehkamları çatdırılır.
Dünya  həyatının  faniliyindən,  axirət  həyatının  baqiliyindən 
hər  kimsəni  öz  ibrətamiz  nəsihətləri  ilə  başa  salan  imam  övladları 
xalqın  inamını  və  etiqadını qazanan Seyyidlərin rolu  danılmazdır.  Bu 
Seyyidlərdən  biri  milyonlarla  insanların  pərəstiş  etdiyi  Mir-Möhsün 
Ağadır  ki,  onun  qapısına  gedən  naümid  qayıtmayıb.  Bir  çox 
dindarlarla  yanaşı  böyük  şəxsiyyətlər  də  Ağa  Mir-Abu  Turab  oğlu 
Mir-Möhsünzadədən  (Ətağadan)  kömək  diləmək  məqsədi  ilə 
sağlığında  onun  özünə,  öləndən  sonra  isə  qəbrinə  çoxlu  nəzir 
verirdilər.  Həqiqətən  Allahdan  Ətağa  vasitəsi  ilə  kömək  diləmək 
böyük  bir  reallıqdır.  Onun  qəbri  hələ  də  inanılmış  bütün  müsəlman 
və 
yaxud 
qeyri-müsəlman 
adamlar 
tərəfindən 
ziyarətgaha 
çevrilmişdir.  Ətağa  haqqında  belə  demək  olar  ki,  onun  çoxda  dəb­
dəbəli  yaşayış  yeri  olmayan  bir  yerdə  yaşaması  insanlarda  təcüb 
doğurmurdu.  O  vaxt  Ağa  Bakının  içəri  şəhərində  yerləşən  Oktyabr 
inqilabının  on  illiyi  adlanan  küçədə  yaşayırdı.  Bir  müqəddəs  ocağın 
sahibi  “Ətağa” adlı  ağanın şəfaverici qapısı ali  məslək sahibi adlanan 
camaat  üçün  ziyarətgah  qərar  verilib  və  “Ağa”nın  qabağında  ona
269


qarşı  böyük  ehtiram  nümayiş  etdirilirdi.  İndi  isə  onun  müqəddəs 
qəbri-şərifi  insanlar üçün böyük bir ziyarətgah mənbəyinə çevrilib.
İslam  dinində  mövcud  olan  bu  kimi  mərasimlərin  elmi 
şəkildə  inkişaf  etdirib  yüksək  səviyyəyə  qaldırılmasında  elm  və 
təhsilin  roluna  böyük  əhəmiyyət  vermək  lazımdır.  Elmi  biliyin 
yüksəlməsi  nəticəsində vətənin maarifpərvər insanları o qədər savadlı 
olmalıdır  ki, 
bunun  nüfuzu 
sayəsində  əzizlərin  Kərbəlaya 
aparılmasını,  cəmi  mömin  insanların  behişt  hissiyatlannın  reallığı, 
onların  cəhənnəmi  də  və  behişti  də  haqq  olaraq  cəmiyyətin 
formalaşmasına yardım etsin.
Müasir  şəraitdə  din  və  dini  fəaliyyətlərin  yaşamasını  yeni 
quruluş  üçün ən zəruri və məqsədyönlü  bir sahə  hesab etmək olar.
Müqəddəs  İslamın  “müsəlman  müstəsnalığı”  təliminin 
təbliğinə  böyük  əhəmiyyət  verilmişdir.  Demək  olar  ki,  onun  əsrlər 
boyu  müsəlman  və  qeyri-müsəlman  olanlar  bir  yerdə  mehriban 
yaşamış,  ticarət əlaqələri  etmiş  və  səmimiyyəti  qoruyub  saxlamışlar. 
Hər  bir  dinə  məxsus  olan  insanların  inandığı  İlahi  kitab  (səmavi 
kitab)  müqəddəs  tutulmuş  və  onun  ayələrinin  bir  çoxu  məhz  bu 
məsələyə  həsr  olunmuşdur.  Həzrəti  Məhəmməd  peyğəmbər  əleyhis- 
salamın  bütün  yaradıcılığında  müsəlman  paklığı  yüksək  tutulmaqla 
yanaşı,  başqa  millətlərə  hər  hansı  bir  mənfi  münasibət  bəsləmək 
kəskin  surətdə  tənqid  edilmiş  və  əsl  demokratik  cəmiyyətin 
yaranması  üsulu  meydana  gəlmişdir.  Hindistanın  tanınmış  görkəmli 
siyasi  və  dövlət  xadimi  Cavahir  Nehru  bu  haqda  - belə  bir  fikrə 
gələrək  deyirdi:  “İslam  özü  ilə  insanlara  qardaşlıq  ideyası  və  bütün 
müsəlman  olanların  hamısının  bərabərliyi  ideyasını  da  gətirmişdir. 
Demək  olar  ki,  xalqa  müəyyən  dərəcədə  demokratiya  verilmişdir” 
(64, s.  152).
İslamın  beş  əsas  əxlaqi  prinsiplərindən  birinə  çevrilmiş 
“kafirlərə”  qarşı  “müqəddəs  müharibə”  və  ya  “cahad-qəzavət” 
müsəlman  xalqlarının  həyatında  çox  mühüm  əhəmiyyətli  rol 
oynamışdır.  İslam  dinində  göstərilir  ki,  “kafirlərlə  dostluq  etmə, 
müsəlmana  zərbə  vurub  xəyanət  edən  adamlarla  oturub-durma, 
onlara inanma.  Beləliklə,  müsəlman aləmi anlayır ki,  dünyanın başqa 
xalqları  arasında  böyük  bir  əlaqə  saxlamaq  lazımdır,  lakin  bu  şərtlə 
ki,  onlarla hər hansı bir əlaqə saxlamaqda dini ehkamın pozulmaması 
baş verməsin.
'270


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə