Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   80   81   82   83   84   85   86   87   88

«
Quran  və  onun  əsasında  yaradılan  müsəlman  qanunları  bütün 
dünya  xalqlarının  coğrafiya  və  etnoqrafiyasını  iki  hissəyə  bölərək 
sadə  və  asan  bir  formul  ilə  ifadə  edirlər:  müsəlmanlar və  müsəlman 
olmayanlar,  islam  dini  müsəlman  olmayan  millətlərə  həmişə  müsbət 
münasibət  bəsləmiş  və  onları  islam  mədəniyyəti  ilə  maariflən­
dirmişlər.
Heç  də  həmişə  qeyri-müsəlmanlar,  müsəlmanlara  yaxşı 
münasibət  bəsləməmişdi,  elə zaman  olub  ki,  onları  özlərinə  düşmən 
hesab  ediblər.  Bu  uzun  bir  müddət  ərzində  həmişə  deyilmiş  və  bizə 
təlqin  edilmişdir  ki,  üzdəniraq,  mənfur erməni  millətinin  müsəlmana 
bəslədiyi  kin-nifrət,  qəzəbi  danılmazdır.  Ona  görə  də  kim  desə  ki, 
ermənilər və  ona  bənzərlər  bizim  düşmənimizdir,  burada  o qədər  bir 
hünər  göstərməyib,  o  səbəbə  ki,  bu  sözü  biz  uşaqlıqdan  kürsü 
başında Fatma nənələrimizdən də eşitmişik.
Məhz  bu  səbəbdən  də  tarixi  köklərimizi  təkrar etməsək,  yeni 
sözləri  ortaya  qoymaq  çətin  olar.  Çünki  Azərbaycanın  böyük 
maarifçi  mütəfəkkiri  Abbasqulu  Ağa  Bakıxanov  deyirdi:  “Vətən 
tarixini  öyrənmək  milli  özünüdərkə,  vətənpərvər  hisslərin  inkişafına 
təkan  verir”  (20,  s.  86).  Bu  baxımdan  lazımdır  ki,  hamıya  məlum 
olan 
düşmənlərimizi 
heç  zaman  zehni-idrakımızdan 
kənara 
qoymayaq  və  az  da  olsa  öz  ətrafımıza  baxıb  görək  öz  içimizdə  nə 
kimi xüsusiyyətlər var.
Odur ki, müsəlmanlar özlərinin  əsl düşmənlərini  kənar yerlərdə, 
müsəlman olmayan xalqların  içərisində axtarmaqla yanaşı, öz aralarında 
da  axtarmalıdırlar.  İslama  sitayiş  edən  millətlərin  düşməni  əcnəbilər, 
“kafirlər”  olmaqla,  birinci  növbədə  onların  gözünü  bağlayaraq  aldadan, 
inkişaf etmiş  xalqlarla  əlaqəsini  məhdudlaşdıran,  mənəvi  paklıq  rəmzi 
olan İslam dininin yaratdığı həmrəylik əleyhinə zidd kəsilən qeyri-insani 
“nəfs”  keyfıyyətlərdi.  Müsəlmanlar  “kafirlik”  və  “murdarlıq”  adı  ilə 
dünyanın  başqa  xalqlarından  ayıraraq  onların  mütərəqqi  inkişafına 
kömək  olan  və  ümumiyyətlə  tərəqqisinə  ciddi  şəkildə  nail  olan  böyük 
mütəfəkkirləridir.  Ona  görə  də  müsəlmanların  yanında  ən  möhtərəm 
şəxs  hesab  edilən  mütəfəkkirlərin  bütün  təbəqələrinin  əxlaqlı 
hərəkətlərindən,  yaxşı  əməllərindən,  mənalı  işlərindən,  ibrətamiz 
hərəkətlərindən danışmaq və onu açıb göstərməmək mümkün deyildir.
Onu da göstərmək olar ki, Naxçıvan,  Ordubad və hətta İrəvan 
kimi  böyük  müsəlman  şəhərlərində  hər tərəfli  müsəlman  vəkili,  Şərq
271


aləmində  tanınmış  müsəlman  həkimi,  savadlı  müsəlman  oxumuşu 
mövcud  olmuşdur.  Bunun  səbəbkarı  isə  müsəlman  təhsili  görmüş, 
onun elmini  “Vacib”  hesab edən və müsəlmanları  onlarla yaxın əlaqə 
saxlamağa  çalışaraq  yaxınlaşmağa  vadar  edən  hörmətli  və 
qabaqgörən mütəfəkkirlər olmuşdur.
Mütəfəkkirlər  başqa  millətlərin  o  cümlədən  ermənilərin 
pislikləri, 
onların 
“natəmiz” 
olmasını 
irəli 
sürdükləri 
və 
müsəlmanların  onlarla  yaxmlaşmamasını,  bəzi  əlaqəsini  qadağan 
etməklə,  müsəlman  əqidəsinin  nə  qədər  saf və  təmiz  olması  demək 
idi.  Həmçinin  “murdarlıq”dan  uzaq  olmaq  məsələsini  müsəlmanları 
bütün  sahələrdə  inkişaf etdirmək,  hər  hansı  bir  xəstəliklərdən  uzaq 
olmaq  prinsipi  qeyd  edilirdi.  İslam  dini  əxlaqı  adamlara təlqin  edirdi 
ki,  müsəlman  olmayanlar-xristianlar,  yəhudilər  və  s.  natəmizdirlər, 
murdardırlar.  Buna  görə  də  başqa  millətlərlə,  başqa  dinlərə  qail 
olanlarla  əlaqədə  olmaq  günahdır.  Odur  ki,  dindar  müsəlmanlar  rus 
və  erməninin  yaş  əlini  murdar,  rus,  gürcü  yağını,  pendirini  murdar, 
müsəlmanlarınkını  isə təmiz,  pak  hesab  edirdilər.  Hətta  müsəlmanlar 
belə  bir  əqidədə  idilər  ki,  müsəlman  olmayanların  qabları  da 
murdardır,  ondan  istifadə  etmək  olmaz.  Müsəlman  əqidəsi  göstərir 
ki,  müsəlmanları  belə  bir təmiz və sağlamlıq  vəziyyətə  salan  İslamın 
ehkamları  və  onları  əldə  rəhbər  tutan  möhtərəm  mütəfəkkirlərdir. 
Bütün  varlığı  ilə  cəhalətin  buxovlarından  azad  etmək  müsəlmanları 
pak  amallar  uğrunda  belə  başa  salmaq  olmuşdur  ki,  dünyada  bir 
təmiz  var  bir  də  murdar.  Təmiz  odur  ki,  həm  cismi,-həm  də  mənəvi 
təmizliklə  yanaşı  etiqadca  da  müsəlman  olsun.  Murdar  odur  ki, 
zahiri  çox  pakizə  və  təmiz  də  olmuş  olsa,  onun  etiqadı  müsəlman 
deyil, ermənidir, rusdur, gürcüdür və başqa qeyri-müsəlmandır.
İslam  əqidəsi,  müsəlmanlarla  rusların,  ermənilərin  və  başqa 
qeyri-müsəlmanların  həm  özlərini  hərəkət  və  rəftarlarını,  əxlaq  və 
davranışlarını,  həm  də  onların  həyat  və  məişətini,  yaşayış  tərzini 
qarşı-qarşıya  qoyaraq  etiqadlı  olana  üstünlük  verir,  onlara  rəğbət 
bəslənilir.  Müqəddəs  dinin  ayinlərində  dəfələrlə  göstərilmişdir  ki, 
müsəlman  aləmi  heç  də  bir  müsəlmanın  hesab  etdiyi  kimi  deyil, 
ümumi  inkişaf  əxlaq  normalarından  ibarətdir.  Onu  bu  normalara 
çatdırmaq  üçün  birinci  növbədə  insan  özünü  kəsafət  və  çirkablardan 
təmizləməlidir.
272


NƏTİCƏ
Əsərin məntiqi nəticəsi onu  göstərir ki,  öz xalqım  sevən və 
ona  ümid  bəsləyən  Azərbaycan xalqının ümummilli  lideri  Heydər 
Əliyev  şəxsiyyəti  böyük  insanlar,  siyasi  liderlər,  dövlət  xadimləri 
tərəfindən  yüksək  səviyyədə  qiymətləndirilmişdir.  Nikolay  Bay­
bakov  dahi  şəxsiyyət  haqqında  deyirdi:  “Mən  Azərbaycanı,  Azər­
baycan  xalqını  Heydər  Əliyev  qədər  sevən  ikinci  adam  tanı­
mıram”.
Millətinə,  dilinə,  dininə daim bağlı olan,  ona hörmət  bəslə­
yən,  Azərbaycan  xalqının  milli  düşüncəsində  qürur  mənbəyinə 
çevrilən  ümummilli  lider  Heydər  Əliyevin  böyük  nüfuzu  və  mə­
qamı  həmişə  uca  tutulmuşdur.  Asiya  Müsəlmanları  Komitəsinin 
sədri,  Küveytin  vəqflər  və  islam  işləri  nazirinin  müavini  Adil 
Abdulla əl-Fəlah dahi  şəxsiyyət haqqmda deyirdi:  “Dünya şöhrətli 
siyasi  xadim  Heydər  Əliyev  nəinki  Azərbaycanda,  həm  də  bütün 
dünyada  layiqli  qiymət  qazanmışdır.  Sevinirəm  ki,  Allah  Azər­
baycana  belə  bir  müdrik  rəhbər  bəxş  etmişdi.  Onun  sözləri  və 
fikirləri  tarixə  qızıl  hərflərlə  yazılmışdır.  Heydər  Əliyev  İslam 
aləmində çox böyük nüfuz sahibi idi”.
Pakistan  Parlamentinin  sabiq  sədri  Kilyani  dahi  şəxsiy­
yətin  böyük  nüfuzundan  danışarkən  demişdir:  “Heydər  Əliyev 
bütün Yaxm Şərqdə və islam aləmində  böyük nüfuza malikdir”.
Dahi  şəxsiyyətin  varlığı  bütün  Türk  dünyası  üçün  sevinc, 
onu  cismən  itirməyimiz  isə  hamımız  üçün  kədərdir.  “Azərbay­
canın  bu  gün  yürütdüyü  uğurlu  və  tarazlaşdır ilmiş  xarici  siyasə­
tinin  memarı  olan  Heydər  Əliyevi  itirməyimiz  tarixi  və  mədəni 
tellərlə  bir-birinə  bağlanmış  olan  xalqlarımızı  dərindən  kədərlən­
dirmişdir”  deyən  qardaş  Türkiyə  Cümhuriyyətinin  başçısı  Ab­
dullah  Gül,  dahi  şəxsiyyətin  ruhu  qarşısında  öz  hörmət  və  ehtira­
mını bildirmişdir.
Bu  gün  fəxr  ilə  yad  etdiyimiz  Müstəqil  Azərbaycan  Res­
publikasının  memarı  və  qurucusu  Heydər  Əliyev  daha  böyük  si­
273


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə