Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

66
Nazir Əhmədli
sə kəndindədir. Ulaşıqdakı 4 nömrəli ailə Qəmbər Mustafa 
oğlu ikinci siyahıda 5-ci sırada, 7 nömrəli ailə Vəli Bədəl 
oğlu ikinci siyahıda 9-cu sırada, 11-ci sıradakı Xəbər Həsən 
oğlu ikinci siyahıda 7-ci sırada, 12-ci sıradakı Məmmədalı 
Novruz oğlunun ailəsi Ağkilsədə 4-cü yerdədir. 
1831-ci ildə Ulaşıqda yaşayan ailələrdən 4-nün 1842-ci 
ildə Ağkilsə kəndində olması, doğrudan da yuxarıdakı mü-
lahizələri təsdiq edir.
12-ci sıradakı Məmmədalı Novruz oğlunu və onun oğ-
lanlarını yəqin ki, tanıdınız. Bu ailə Səhnəbanının ailəsidir. 
Onun əmisi və gələcək qayınatası Məhərrəm 20, atası Qur-
ban isə 6 yaşındadır.
Çox təəssüf ki, Ələsgərin atası,  əmisi, babası bilmə-
diyimiz hansısa səbəbdən bu siyahıda da  yoxdur. Burada 
iki ehtimal irəli sürmək olar: siyahıya alma zamanı məmur 
səhlənkarlığı üzündən bu ailəni qeydiyyata almayıblar. 
İkinci ehtimala görə isə, ola bilsin ki, həmin vaxt ailə Ula-
şıq kəndidə yaşamayıb və Ağkilsə  kəndinə  də Ulaşıqdan 
yox, başqa yerdən gəliblər. Amma haradan? İrəvan əyalə-
tinə (keçmiş İrəvan xanlığına) daxil olan bütün 15 mahalın 
siyahılarını, eləcə də Göyçə ilə qonşu olan Dərələyəz ma-
halının 1831-ci ilə aid kameral siyahılarını araşdırsaq da, 
axtarışlarımız nəticəsiz qaldı.
Qeyd etmək lazımdır ki, ailənin “Arazın o tayından” 
gəlməsi versiyası İ.Şopenin verdiyi məlumatla uyğun gəlir. 
Kameral siyahını tərtib edən Arxip Rıjkov adlı qeydiyyatçı 
katib “Şah Abbasın dövründən boş qalmış Göyçə mahalı-
nı  İrəvan Sərdarı 15 il qabaq (yəni 1816-cı ildə) qarapa-
paqlarla məskunlaşdırıb” yazsa da, İ.Şopen qarapapaqların 
Göyçə mahalına köçürülmə tarixini 1814-cü ilə aid edir(adı 
çəkilən əsəri, səh.446). 
Bir təsərrüfatçı kimi Sərdar Hüseynqulu xan haqqında 
çox yüksək fi kirlər söyləyən Şopen göstərir ki, əhalinin bu-


67
Haqq-nahaqq seçilər Haqq divanında
rada yerləşdirilməsi təkcə iqtisadi məsələ ilə bağlı deyildi, 
Sərdarın bu təşəbbüsündə başqa məqsəd də vardı. Rusiya 
İmperiyası 1804-cü və 1808-ci illərdə olduqca strateji əhə-
miyyət daşıyan İrəvan xanlığını tutmaq üçün iki dəfə cəhd 
etmiş və hər dəfə uğursuzluğa düçar olmuşdu. Rusların öz 
məqsədindən asanlıqla əl çəkməyəcəyini bilən İran Qacar-
lar dövləti və onun görkəmli nümayəndələrindən olan İrə-
van Sərdarı Hüseynqulu xan Qacar da müdafi ə  tədbirləri 
görürdü və bir sıra digər tədbirlər kimi, Göyçənin qarapa-
paqlarla məskunlaşdırılması da belə  tədbirlərdən biri idi. 
Vergidən azad olunmalarının  əvəzində, müharibə zamanı 
Göyçədə yerləşdirilən qarapapaqlar 1.000 nəfər süvari dö-
yüşçü çıxartmalı, xanlığın sərhədlərini Rusiyanın ilhaq et-
diyi Şəmşədil, Yelizavetpol və Qarabağ tərəfdən qorumalı 
idilər.  Əhalisi yenə  də qarapapaqlardan ibarət olan Dərə-
çiçək mahalının imkanları Göyçə mahalından az idi-onlar 
600 nəfər süvari döyüşçü çıxarmağa mükəlləf idilər.
Tədqiqatçı yazır:”İrəvan Sərdarı xanlğın  Şürəgəllə  
sərhəddini Qars paşalığına qədər Qafar xanın rəhbər-
liyi ilə ayrımlı və taşanlı tayfaları ilə, Abaran mahalın-
dakı sərhədləri İsmayıl xan Axsaxlının rəhbərliyindəki 
seyidli və axsaxlı tayfaları ilə, Pəmbək vilayəti və Qazax 
distansiyası ilə olan sərhədləri İsmayıl xanın və Mərdan 
xanın başçılığı altındakı qarapapaq tayfası ilə qoruyur-
du. Nəhayət, Göyçə mahalının  Şəmşədil distansiyası, 
Yelizavetpol dairəsi və Qarabağ vilayəti ilə  sərhədləri 
isə Nağı xanın başçılığı altındakı qalan qarapapaqlarla 
qoruyurdu(yenə orada, səh.450).
Xatırladaq ki, İsmayıl xanla onun oğlu Mərdan xanın 
idarəsi altındakı qarapapaqlar İrəvan xanlığının Dərəçiçək 
mahalında yaşayırdılar.Mərdan xanla atası  İsmayıl ağa 
1831-ci ildə tərtib edilmiş Kameral təsvirdə həmin mahalın 
Qaraqala kəndində qeydə alınmışlar. Bu isə o deməkdir ki


68
Nazir Əhmədli
İrəvan xanlığının 1827-ci ilin oktyabr ayının əvvəllərindəki 
süqutundan sonra xanlığın bir çox qəhrəman müdafi əçilə-
rindən, döyüşçülərindən fərqli olaraq, onlar İrana getmə-
miş(yaxud getmiş və geri qayıtmışlar) və ruslarla əməkdaş-
lığa üstünlük vermişlər.
“DƏRƏÇİÇƏK MAHALININ KAMERAL TƏSVİRİ.
1931-Cİ İL
№27.QARAQALA KƏNDİ.
Qarapapaqlar.
Bu kənd Ulaşıq kəndindən 6 verst yuxarıda, cə-
nub-qərbdə yerləşir
1.Mərdan xan İsmayıl ağa oğlu 40 y(onun arvadı və 
dörd qızı); üç oğlu var: Araz 20 y; Cəfər 8 y; Düşmən 1 
y; iki qardaşı: Məhəmməd 35 y(iki arvadı, qızı və oğlu 
Mədət 1 y); Əhməd 20 y; atası İsmayıl ağa Əli ağa oğlu 
80 y(onun iki arvadı və qızı)”.
(Erm.Milli Arxivi, F. 90, siy.1, saxl.vahidi 83).
Göyçə qarapapaqlarının başçısı Nağı xanın ailəsini 
mahalın  1831-ci ilə aid Kameral siyahısında görürük:
“GÖYÇƏ MAHALININ KAMERAL TƏSVİRİ. 
1831-ci̇ i̇l 
№3. RƏHMAN KƏNDİ.
Qarapapaq tayfası
Göyçə gölünün cənub sahilində Zeynal ağa kəndin-
dən sonra üçüncü kənddir. Torpağı  dəmyədir, gölün 
suyundan istifadə edirlər.
Buğda, arpa, darı, kətan və başqa şeylər əkirlər.
1.Praporşik Kazım ağa Nağı xan oğlu 22 y(onun 
arvadı və anası).


69
Haqq-nahaqq seçilər Haqq divanında
2. Kəndxuda Rəhman Hacı oğlu 60 y(onun arvadı); 
iki oğlu var: Hacı 30 y (onun arvadı); Əmrah 20 y”.
Sənəddə Nağı xanın adının olmaması çox güman ki, 
onun vəfatı ilə bağlıdır,  əgər  İrəvan Sərdarının tərəfdarı 
kimi qalıb İrana getmiş olsaydı, oğlu Kazım ağa və onun 
anası-Nağı xanın həyat yoldaşı Göyçədə qalmazdı. Kazım 
ağanın praporşik-çar ordusuna xas olan hərbi çinə malik 
olması isə onu göstərir ki, bu ailə çar ordusunun tərəfi nə 
keçmiş və İrəvan şəhəri ətrafında həlledici döyüşlərin baş 
verdiyi 1827-ci ildə 18 yaşında olan Kazım ağa bu ordunun 
tərkibində fəqlənmiş və hərbi rütbə almışdır...
(Göründüyü kimi, kəndin adı kəndxuda Rəhman Hacı 
oğlunun adı ilə adlandırılmışdır).
İrana qayıdanlardan başqa, İrəvan əyalətində 840 qara-
papaq ailəsi qalmışdı. Onlardan 577 ailə Göyçə mahalında, 
qalanların isə  əksəriyyəti Dərəçiçək mahalında yaşayırdı 
(145  ailə).
Orta əsrlərdə baş verən dağıdıcı müharibələrin başqa bir 
tərəfi  də vardı-qalib dövlət əraziləri öz əhalisi ilə məskun-
laşdırır, məğlub tərəf isə həmin ərazidəki əhalini də özünə 
məxsus olmaqda davam edən  ərazilərə köçürürdü. Bu isə 
dinc  əhali üçün olmazın  əzab-əziyyət, müsibətlər gətirir-
di. Hüseyn xanın bu əraziləri məskunlaşdırarkən, gətirdiyi 
əhali bu səbəbdən də İran Qacarlar dövlətinin təbəələrindən 
olması  təbii haldır və  İrəvan xanlığına köçürülən qarapa-
paqlar və o cümlədən ağkilsəlilər də İrandan, deyilənə görə 
Maku xanlığından gəlmişdilər. Bu barədə 1831-ci iliə aid 
Göyçə mahalının Kameral təsvirindəki “izahat yazısına” 
müraciət edək:


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə