Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   64   65   66   67   68   69   70   71   72

Təqvimlər
Bizim istifadə etdiyimiz təqvim 1828-ci ilin Rus iş-
ğalından sonra tətbiq edilən miladi təqvimdir, yəni xristi-
anların peyğəmbəri (və Allahı!)  İsanın (İisius-Xristosun) 
doğumu, başqa sözlə miladı ilə hesablanır. İçərisində ya-
şadığımız 2017-ci il o deməkdir ki, İsanın doğulmasından 
2017 il keçib.
Müsəlmanlar hicri təqvimindən istifadə edirlər. “Hic-
ri” sözü “hicrət” sözündən götürülməklə,  “köç”, “köç-
mək” deməkdir və bu söz islam dininin yaradıcısı,  İslam 
peyğəmbəri Məhəmmədin (s.ə.s.) Məkkə  şəhərindən Mə-
dinəyə hicrət etməsindən, köç etməsindən yaranıb. Həmin 
hadisə miladi təqviminin 622-ci ilində baş vermişdir. Belə-
liklə, əgər biz 2017 rəqəmindən 622-ni çıxsaq, hicri tarixi-
ni göstərən rəqəmi almalıyıq və İranda tarix elə bu cürdür. 
2017-622=1395. Yəni xristian təqvimi 2017-ci il olan-
da  İranda 1395-ci il olur. Amma ərəblərdə, peyğəmbərin 
nəvələrində tarix bir az başqa cürdür.
İranda təzə il Novruz Bayramı ilə başlayır və 1 il ba-
yaq göstərdiyimiz kimi, 365 gün 6 saatdır. Yəni burada da 
Yer kürəsinin Günəş ətrafında tam bir dövrə vurması üçün 
keçən zaman 1 il hesablanır. Burada hesab nöqtəsi Günəş 
olduğuna görə, onun fars dilindəki anlamı “şəms” sözün-
dən istifadə edən iranlılar buna  “hicri-şəmsi” təqvimi de-
yirlər.
İranda və Əfqanıstanda istifadə olunan hicri-şəmsi təq-
vimi Şərqin böyük mütəffəkkiri və şairi  Ömər Xəyyamın 
iştirakı ilə hazırlanmış və müasir dövrə qədər üzərində bəzi 
dəqiqləşdirmələr aparılmışdır.


274
Nazir Əhmədli
İranda yeni ilin ilk günü bizim Novruz bayramı adlan-
dırdığımız gün, yəni mart ayının 21-dir(bəzən 22-i). İranlı-
lar həmin günü təsadüfən seçməmişlər, martın 22-də gecə 
ilə gündüz bərabərləşir, həmin gündən başlayaraq, gecə qı-
salır, gündüz isə uzanır və iyunun 22-i ən uzun gündüz olur, 
iyunun 22-dən başlayaraq gündüzlər qısalmağa, gecələr 
uzanmağa başlayır və sentyabrın 22-də gecə ilə gündüz ye-
nidən bərabərləşir. Amma gündüzlər qısalmaqda, gecələr 
uzanmaqda davam edir, dekabrın 22-si ən qısa gündüz və 
ən uzun gecə olur. Dekabrın 22-dən iyunun 22-nə qədər ye-
nidən gündüzlər uzanmağa, gecələr qısalmağa başlayır, və 
bu prosesdə gecə ilə gündüz martın 22-də bərabərləşir. Gö-
ründüyü kimi, martın 22-si Yer kürəsinin keyfi yyətcə yeni 
mərhələsi, yazın başlanması, təbiətin  oyanması prosesinin, 
yəni yeni həyat tsiklinin başlanğıcı olduğuna görə, doğru-
dan da onu yeni ilin başlanğıcı saymaq olar. İran təqvimin-
də də 12 ay var-martın 22-si İranın yeni ilinin ilk ayı olan 
fərvərdin ayının 1-dir, sonra ordubehişt ayı gəlir, 9-cu ay bi-
zim üçün maraqlı olan azər ayıdır. Miladi təqvimi ilə 1945-
ci il dekabr ayının 12-də, hicri-şəmsi təqvimi ilə 1323-cü 
il azər ayının 21-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə  
İran  İnqilabı baş vermişdi.  (Pişəvəri inqilabını çox vaxt 
baş verdiyi tarixlə əlaqədar olaraq 21 Azər hərəkatı da 
adlandırırlar).Bu aylardan ilk 6-sı 31 gündən, qalan 5-i 
30 gün, sonuncu ay isə 3 il 29, dördüncü il isə 30 gündən 
ibarətdir. Beləliklə. İran təqviminə görə il 365 gün 6 saat-
dan ibarət olur və müasir hesablamalarla üst-üstə düşür.
18 may 1048-ci ildə Xorasanda doğulduğu və 1131-ci 
ildə, 83 yaşında Nişapurda öldüyü yazılan Ömər Xəyyamın 
və onun müasirlərinin 900 il bundan əvvəl bu cür dəqiq təq-
vim tərtib etmələri heyrət doğurur. Axı o vaxtlar nə idiki 
kimi teleskoplar və başqa cihazlar vardı, nə də Yerin Günəş 
ətrafında fırlandığını bilirdilər. Məlum olduğu kimi, bunu 


275
Haqq-nahaqq seçilər Haqq divanında
XVI  əsrdə yaşamış polyak alimi Koopernik kəşf etmişdi. 
Onun həmin nəzəriyyəsi Heliosentrik nəzəriyyə adlanır 
(“Helios” yunanca “Günəş” deməkdir). Koopernikə qədər 
insanlar düşünürdülər ki, Yer kürəsi öz yerində dayanıb(-
bəzi dinlərdə onun bir öküzün, digərlərində balığın belində 
dayandığını iddia edirdilər), Günəş onun ətrafında fırlanır. 
Koopernik sübut elədi ki, Günəş deyil, Yer onun ətrafında 
fırlanır. Amma təbii ki, onun nəzəriyyəsi də qüsurlu idi-Ko-
opernik düşünürdü ki, Günəş hərəkətsiz dayanıb.
Ərəblərdə ilin hesablanması başqa cürdür və onlar Ye-
rin Günəş ətrafında fırlanması hadisəsindən deyil, Ayın Yer 
ətrafında fırlanması hadisəsindən istifadə edirlər.  Məlum 
olduğu kimi, onlarda növbələşdirməklə ayların 6-sı 29, 
6-sı isə 30 gündən hesablanır və 1 il (6x29+6x30=354) 354 
günə bərabər olur. Şəmsi ilindən 11 gün qısa olan bu il “ay” 
sözünün farscaya tərcüməsi olan “qəmər” sözündən götü-
rülərək, “hicri-qəməri” il adlanır.
Beləliklə, hər ikisinin 622-ci ildən başlamasına bax-
mayaraq, qəməri ilin 11 gün qısa olması, yəni tez başa 
çatması səbəbindən, bu tarixdəki illərin sayı daha çox ola-
caqdır. Bəs bunu necə müəyyən edək ki, məsələn,  İranda 
1395-ci il olanda Səudiyyə  Ərəbistanında neçənci il ola-
caq? Deyildiyi kimi, qəməri il 11 gün qısa olduğuna görə, 
əvvəlcə tapırıq ki, neçə 11 gün toplandıqda 1 qəməri il 
edəcəkdir? 354:11=32,18. Beləliklə, tapdıq ki, şəmsi ilin 
hər 32,18 ilində qəməri ilin sayı 1 il artacaqdır. Əgər şəms 
ilində 1395-ci ildirsə, onun qəməri illə neçə olacağını tap-
maq üçün 1395-i 32,18-ə bölüb 1395-in üstünə gəlməliyik: 
1395:32,18+1395=1438. Beləliklə, tapdıq ki, hicri-şəmsi 
ilinin istifadə olunduğu İranda 1395-ci il olanda Səudiyyə 
Ərəbistanında 1438-ci il olacaqdır.
Qədim Ərəbistanda islamdan qabaqkı təqvim başqa cür 
olsa da, dəqiqliyinə görə o da insanı heyrətə gətirir. Lap qə-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə