HəBİBİ ŞEİRLƏR



Yüklə 351,58 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix30.12.2017
ölçüsü351,58 Kb.
#18802
1   ...   5   6   7   8   9   10   11   12   13

____________Milli Kitabxana____________ 

63 


 

Al əlindən ayağı, qoy ayağında başuni,  

Saqiyi-zöhrə cəbin, gün yüzli məhsima gəlür. 

 

Qapusunda guşi həlqə qıldığım bu k-eşidəm,  



Ta ki deyə rəhm edüb şol aşiqi-rüsva gəlür. 

 

Xəstə dil olduğuna, qəm yemə, ey can, dəmbədən  



Zi səadət kim qulunu görməgə Mövla gəlür. 

 

Çün Həbibi gördü bu gün dilbərin didarını,  



Sanmanun

1

 könlünə ayruq qüsseyi-fərda gəlür. 



 

38 


 

Aşiqə məşuqinin cövrü səfası xoş gəlür,  

İki aləmdən ana bir mərhəbası xoş gəlür. 

 

Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəm  



Tutiyayi-cövhərindən xaki-payi xoş golür. 

 

Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm,  



Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür. 

 

Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənə  



Eşigində itlərünün macərası xoş gəlür. 

 

                                                            



1

 S a n m a - anın 

 

 



____________Milli Kitabxana____________ 

64 


 

Sana, ey zahid, behiştü hurü rizvani, mənə  

Ol büti-ziba nigarımın liqası xoş gəlür. 

 

Bu Həbibinin duasın müstəcab et, ey sənəm,  



Çün kərəm əhlinə dainin duası xoş gəlür. 

 

39 



 

Dur, ey mürği-səhər, billah, ağaz et,  

Sərağazın odunu cangüdaz et. 

 

Müxəyyər eylə üşşaqi nəvadə,  



Sifahan yüzünü göstər, hicaz et. 

 

K-o zəngüleylə mərğuli nigarın  



Səri-zülfini tutub rudsaz et. 

 

O gülrux qönçələbdən busə istə,  



A bülbül, hər nəfəs nazü niyaz et. 

 

Edərək busəligi eylə yürək,  



Şu udü çəngü nayi pərdəsaz et. 

 

Nigara, ayağından saçmı dər,  



Qubar olmuş rüusi sərfəraz et. 

  



____________Milli Kitabxana____________ 

65 


 

Şu müşkin zülfinin çinini çözgil, 

Bu miskin aşiqin ömrün diraz et. 

 

Fəhmindir nöqteyi-mövhum,  



Həbibi, Sən andan bir xəbər sor kəşfi-raz et. 

 

40  



 

Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,  

Ey mətləyi-təcəlla, vey nuri-bibidayət. 

 

Şəmi-rüxi-cəmalın bir nuri ləmyəzəldir,  



K-ənvarinə bulunmaz hərgiz anın nihayət. 

 

Ey nuri mehri-aləm, bir məhdürür ki, yüzün,  



Mehr ilə mahə eylər hər dəmbədəm sirayət. 

 

Hicrin şəbində məqsud yoluni yad qıldım,  



Bir guşədən görüngil, ey kövkəbi-hidayət. 

 

Sən müshəfi-həyatı yazdıqda dəsti-qüdrət,  



Yüzün səhifəsinə nəqş etdi yeddi-ayət. 

 

Kirpiklərinlə qaşın, zülfin hürufidir ki,  



Səbülməsanidə səhh oldu ol kitabət.  

 

Sünbül saçını çözmə kim, necə baş ayaqda  



Qalır ucundan anın bicürmü bicinayət. 

 

  




____________Milli Kitabxana____________ 

66 


 

Məşuqinin, ey aşiq, mehri odu yelinə  

Hər dəmdə abü xakə bax, eyləmə şikayət. 

 

Məşuqədən xəbər kim bilmək dilərsə, yansın  



Eşq oduna ki, aşiq budur əssəh rəvayət. 

 

Bipavü sər fənadə qalmışdürür Həbibi,  



Lütfünlə dəstigir ol, fəzlinlə et inayət. 

 

41 



 

Görəldən zülfi-ənbərbarın, ey dust,  

Pərişandır bu diləfgarın, ey dust. 

 

Yaşarduqca ləbi-ləlində xəttin,  



Qızarır atəşi-rüxsarın, ey dust. 

 

Nə şirin abu rəngü xalü xətdir,  



Şu ziba surəti-pərgarın, ey dust. 

 

Bu gün mahiyyəti sənsən həqiqət  



Bu həftü pəncü nöhlə çarın, ey dust. 

 

Əcəb afətdürür cani-cəhanə 



O çeşmi-caduyi-əyyarın, ey dust. 

 

Nə rövşən şəmsi-dinü mehri-cansan  



Ki, tutdu aləmi ənvarın, ey dust. 

 

  



 


____________Milli Kitabxana____________ 

67 


 

Olubdur qərqi-ənvari-təcəlla  

Həbibi görəli didarın, ey dust. 

 

Yüzün mahin görən mehrinə baxmaz  



O çərxi-atlasi-dəvvarın, ey dust. 

 

42 



 

Dil saçından oldu sevdayi mizac,  

Cana, şirin ləblərindən et əlac. 

 

Eyni candır əllərindən zəhri-nab,  



Sənsiz abi-zindəgi milhi-ücac. 

 

Ənbəri-sara saçından oldu xak,  



Nafeyi-Çin necəsi bula rəvac. 

 

Hüsnünin razın necə saxlaya dil,  



Gizləmək mümkünmi misbahi zücac. 

 

Cövhərindən xaki-pakin, ey sənəm,  



Erişən baş olmadı möhtaci-tac. 

 

Bu Həbibi dünyəvü üqbadə bəs  



Həsrətindən qeyrə etməz ehtiyac. 

 

Olmadan bu badü atəş xakimiz,  



Mahi-mehrinlə bulaydı imtizac. 

  



____________Milli Kitabxana____________ 

68 


 

Müsəddəs      

 

Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,  



Kafur əliylə dəstələmiş ənbərin kəmənd,  

Baxdım şikənci-türrəsinə zarü müstəmənd,  

Bir şəxsi-natəvan oturur gərdənində bənd, 

- Kimdir bu miskin, ol nə rəsəndir? - dedim, dedi: 

- Zülfim kəməndi tutsaği canındürür sənin. 

 

Çəkmiş cəmalə fərrü dəmü izzü cahını,  



Ənbərlə doldurub, başa əymiş külahını,  

Əbrin yüzündən aldı və ərz etdi mahını,  

Gördüm yüzündə daneyi-xali-siyahını, 

- Şol müşk lalə üzrə nədəndir? - dedim, dedi: 

- Canında əksi-daği-nihanındürür sənin. 

 

Ləlü göhər dişiylə yapışmış dodağinə,  



Müşki-Xütən həvəsdən ulaşmış yanağinə,  

Dürri-Nəcəf həvadən asılmış qulağinə,  

Çox danə-danə nəsnə tökülmüş ayağinə, 

 

  



 


Yüklə 351,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə