Həbsxana – cəmiyyətin daha çox



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix26.09.2017
ölçüsü2,49 Kb.
#2230
1   ...   27   28   29   30   31   32   33   34   35

128 
 
tirir. 
          –Yox,  qağa,  Allah  allahlığı  ilə  insanın  hər  gü-
nünü  xoş  etmir,  birini  ağ  edəndə  ikisini  qara  edir. 
Əmbə sən qorxma, pulsuz qalan deyilsən... 
          Başa  düşürdü  ki,  barakda  gedən  qumarı  Iltifat 
idarə  edir  və  hətta  bu  işdən  xəbəri  olan  əməliyyatçı 
zabitə də vaxtlı-vaxtında “haqq” çatdırır. Bir dəfə Il-
tifat həmin zabitə otaqların birində haqq çatdıran an-
da təsadüfən içəri daxil olmuş, qapını döyməməsinə 
görə  üzr  istəyərək  çölə  çıxmışdı.  O,  səhvə  yol  ver-
mişdi,  içəri  daxil  olmamışdan  əvvəl  qapını  döyməli 
idi. Onu cəza gözləyirdi, elə də oldu. 
          Bir  gün,  növbəti  axtarış  zamanı  balışının  içəri-
sindən adi, köhnə şpris tapıldığı üçün on beş günlü-
yə cərimə təcridxanasına  – qaranlıq, rütubətli kame-
raya salındı. Kameranın hündürlüyü bir qarış, eni iki 
qarış  olan  qalın  dəmir  barmaqlıqlı    pəncərəsindən 
içəriyə  günəş  işığı  düşmürdü.  Divarlar yarıya  qədər 
nəm  idi.  Beton  döşəmənin  üzəriylə  arabir  siçanlar 
qaçışırdı.  Ayaq  üstə  dayanmaqdan  bezirdin,  otur-
mağa yer yox idi. Divara bərkidilmiş dəmir döşəməli 
çarpayılar yatmaq vaxtı açılır, səhər saat altı olmamış 
nəzarətçinin əmri ilə dəhlizdəki sancaqla divara bağ-
lanıb bərkidilirdi. Gün ərzində üç dəfə bir qab su, ba-
landa, bir parça çörək qapıdakı qol girəcək deşikdən 
söyüşqarışıq ona bəxş edilirdi. 
           Ayaqyolu  içəridə  –  kameranın  qapıya  yaxın 


129 
 
küncündə  yerləşirdi.  Bəzən  krana  su  gəlməyəndə 
ayaqyolunun  üfunətindən  içəridə  baş  çatlayırdı. 
Ağarəhim  ilk  dəfə  idi  cərimə  təcridxanasına  düşür-
dü.  Haqqında  çox  eşitmişdi,  amma,  buranın  cəhən-
nəm  əzabından  belə  be-tər  olması  heç  vaxt  təsəvvü-
rünə  gəlməmişdi.  Bəxti  gətirdiyindən  qarşıdan  gə-
lən  bayrama  görə  onu  deyilən  vaxtdan  üç  gün  tez 
buraxdılar.  Halsız,  xəstə  vəziyyətində  baraka  qayıt-
dı.  Rəngi  saralmışdı,  arıqlıqdan  sifətinin  almacıqları 
irəli  çıxmışdı.  Öz  görkəminə  düşməsi  üçün  bir  aya 
qədər vaxt keçməli oldu. 
          Cərimə  təcridxanasından  qayıdandan  sonra, 
qumarda  əli  uğurlu  olmurdu.  Qazanmaqdansa  çox 
zaman  itirirdi.  Günlərin  birində  isə,  ilk  dəfə  böyük 
məbləğdə uduzmuşdu. 
          Əli-ayağı yerdən üzülmüşdü. Vaxt vermişdilər, 
vaxt tamam olana qədər “tavan altından” çıxmalı idi. 
Yoxsa  onu  böyük  biabırçılıq  gözləyirdi...  Iki  yolu 
vardı:  ya  hansı  yolla  olur-olsun,  hardansa  borc-xərc 
pul tapıb ödəməli, ya da qumarbaşının çıxaracağı qə-
rarın insafına uyğun onun adamlığına şərəfsizlik gə-
tirən  ağlagəlməz  gülünc  bir  hərəkətdən  başlamış 
“petux”  siyahısına  düşməsinədək  cəzalana  bilər.  Bu 
adla  tanınanlar  zonda  murdar  əski  günündə  idilər. 
Onlarla  özlərinə  tay  hesab  olunanlardan  savayı  heç 
kəs görüşmür, yoldaşlıq etmir,  hətta yanaşı  belə da-
yanmırdılar. Görən kimi kənara qovurdular. Gecələr 


130 
 
barakın  qapısı  tərəfdə  yatardılar,  gündüzlər  isə  iş-
gücləri  yalnız  silib-süpürmək  idi.  Tavan  –  qumar 
borcu  ucbatından  belə  günə  düşənlər  arabir  də  olsa 
olurdu. Ötən illərdə birisi deyilənə görə, “petuxluq” 
cəzasından  canını  qurtarmaq  üçün  özünü  maykası 
ilə çarpayının başına bağlayıb boğmuşdu. 
          O, bilmirdi nə etsin,dərdin kimə desin, kimdən 
pul istəsin, tavandan necə çıxsın?.. Təkcə onu qərar-
laşdırmışdı ki, əgər heç yerdən pul əldə edə bilməsə, 
biabırçılığı gözləməyəcək, özünü öldürəcəkdi. Elə iy-
rənc gündə yaşamaqdansa ölüm daha şərəfli idi. Ya-
dına  qardaşı  düşdü,  bu  dar  gündə  kimsə  onun  kö-
məyinə  çatmayacaqdı.  Nəzarətçilərdən  birinə  and-
aman,  yalvar-yaxar  edib  qardaşının  ünvanına  mək-
tub göndərdi: “Təcili özünü çatdırmasan, yaxın gün-
lərdə həyatla vidalaşmalı olacağam.” 
          Qardaşı  təlaşla  gəldi.  Qardaşı  ondan  çox  yox, 
iki yaş böyük idi, amma, ailəyə həmişə o kömək edir-
di.  Ağarəhim  zonda  yatdığı  müddətdə  anasını  dəfn 
etmişdi,  bacısına  toy  edib  gəlin  köçürmüşdü,  bacar-
dığından  Gülbənizə,  onun  uşaqlarına  kömək  edirdi. 
Özünün üç azyaşlı uşağı vardı. 
          Görüş  otagında  onu  görəndə,  elə  bil  dünyaya 
təzədən  gəldi.  Günahını  etiraf  etdi,  bir  də  belə  qələt 
etməyəcəyini söylədi. Qardaşı da keçdi günahından. 
Ancaq, bir şərt qoydu: 
          –De ki, sən öl, bir də qumar oynamayacağam!.. 


131 
 
          O,  çarəsiz  qalıb  ürəyində  and  içmədisə  də  dili 
ilə and içdi. Qardaşından pul götürüb, tavanı ödəyib, 
canını gözlənilən ağır “cəzadan” qurtardı. 
          On gün oynamadı. Qardaşının yanında and iç-
diyinə  görə  qəlbinə  zor  göstərib,  özünü  güclə  oyna-
maqdan  saxlayırdı.  Lakin,  qumar  dostları  onu  rahat 
buraxmırdılar,  elə  hey  ürəkli  olmağa  həvəsləndirib 
dingildədirdilər. On birinci gün çoxdan qoluna vura 
bilmədiyi  iynənin  dəmi  gəlmişdi  canına.  Pulu  da 
azalmışdı.  Özünü  saxlaya  bilməyib  andını  pozdu, 
yenidən qumara başladı. 
          Altı  ay  keçməmiş  ikinci  dəfə  böyük  məbləğdə 
uduzdu.  Bu  dəfə  qardaşına  ağır  xəstə  olduğunu, 
müalicə üçün pul lazım olması xəbərini göndərdi. Az 
keçmədi,qardaşı yenə gəldi. Görüş zamanı onun xəs-
tə olmadığını,yalan danışdığını, andı pozub  təzədən 
qumara qurşandığını başa düşdü. Pulları verib dedi: 
          –Ağarəhim, anamın ruhu xatirinə sənə bu dəfə 
də kömək edirəm. Amma, sən ki, mənim canıma and 
içdin, əməl etmədin, mənim bundan sonra, sən adda 
qardaşım  yoxdur.  Bir  də  mənə  xəbər  göndərmə,  – 
acıqlı, sağollaşmadan görüşdən çıxdı. 
          Elə  o  gedən  oldu,  bir  daha  gəlmədi.  Ağarəhi-
min o gündən sanki, qol-qanadı qırılıb çiyinlərindən 
asılı qaldı. 
          Çox  istəyirdi  ki,  özünə  qayıtsın,  düşdüyü  və-
ziyyətdən  çıxsın.  Bacarmırdı.  Ətrafındakı  əcaib  mü-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə