H.ƏLİyev adina neft emali zavodunun modernizasiyasi və yeniDƏnqurulmasi layiHƏSİNİN Əmtq səNƏDİ


“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması”



Yüklə 15,6 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix06.02.2018
ölçüsü15,6 Kb.
#26713
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
63 
Abşeron  yarımadasında şibyələrin 25 növünün olması haqqında məlumat verilir, lakin Azərbaycanın ən 
quraqlıq regionlarında yerləşən müqavilə sahələrində bu növlərin nisbətən az miqdarda olması gözlənilir. 
Bundan  əlavə  Abşeron  yarımadası  flora  zənginliyinə  görə  Lənkəran,  Samur-Dəvəçi,  Xəzəryanı 
ovalıqlarından sonra 5-ci yeri tutur, yalnız Kür-Araz ovalığından irəlidədir. 
5.8.  Ərazinin faunası 
Layihə zonası çox geniş bir ərazini əhatə etmir. Bu sahə H.Əliyev adına NEZ-in balansındadır və əvvəllər 
istehsalat obyektləri mövcud olmuşdur. Kənd təsərrüfatına yararlı olmayan torpaqlardır. Relyefi düzənlik 
sahədir. 
Sahədə landşaftların, quşların, məməlilərin, sürünənlərin və amfibilərin yaşayış yerlərinin xarakterinə görə 
tədqiq edilmişdir. Çöl tədqiqat işləri 2016-cı ilin mart ayında aparılmışdır. 
Amfibilər 
Bu  sinfin  nümayəndələri  Azərbaycanda  cəmi  9  növdür.  Ədəbiyyatlarda  verilən  məlumatlara  əsasən 
Abşeron yarımadasında qurbağaların və quru qurbağalarının iki növü qeyd edilir. Müqavilə sahəsində şirin 
suyun olmaması səbəbindən hər iki növə çox nadir halda rast gəlinir.  
Yaşıl quru qurbağası Azərbaycanda bir-birindən fərqli olan şəraitlərdə yaşayır. Bu növü ilk dəfə olaraq alim 
Menetrik 1830-cu ildə Azərbaycanın şərqində Bakı ətrafında əldə etmişdir. Bu növə layihə ərazisində rast 
gəlinməmişdir. Yaşıl quru qurbağası alatoranlıq gecə heyvanıdır. 
Sürünənlər 
Abşeron  yarımadasında iyirmidən çox sürünənlər  qeydə alınıb. Tədqiqat səhəsində tısbağa, kərtənkələ 
növləri daxil olmaqla sürünənlərin bəzilərinə rast gəlinib. 
Bu sinfə mənsub olan növlərdən layihə ərazisi və ona həmsərhəd sahələrdə 4 növ yayılmışdır. Bunlardan 
1 növü kərtənkələlər dəstəsinə, 2 növü isə ilanlar dəstəsinə məxsusdur. 
Məməlilər 
Abşeron  yarımadasında  18  növ  vəhşi  məməlilərin  mövcudluğu  qeyd  edilib.  Müşahidələr  zamanı  layihə 
ərazisində məməlilərə rast gəlinməmişdir. 
Quşlar 
Abşeron yarımadasında quşların 168 növü və yarımnövü qeyd edilir. Quşların ümumi sayından 41 növü 
yuvalayan, 29 növü qışlayan, 84 növü təsvir edilən ərazidən miqrasiya edən, 10 digər növləri isə bu sahəyə 
ziyarət  edənlərdir.  Abşeron  yarımadasında  qeydə  alınan  quşların  8  növü  Azərbaycan  Respublikasının 
Qırmızı kitabına daxil edilib. 
Quşların öyrənilməsi məqsədilə layihə ərazisində tədqiqat işləri aparılmışdır. Tədqiqat “nöqtəvi hesablama” 
metodu  ilə  aparılmışdır.  Ərazidəki  quşların  növünü  onların  xarici  morfoloji  quruluşuna  görə,  gözlə 
görünməyən gizli yerlərdə olduqda isə səsinə görə müəyyən edilmişdir. Bəzi quşların növü uçarkən qanad 
çalma vəziyyətinə görə müəyyən edilmişdir. Layihə zonası ətrafında tədqiqat zamanı qeyd edilən növlərdən 
nisbətən qara sığırçın, dam sərçəsi, kənd qaranquşu, adi qarğa, çöl göyərçini və s. üstünlük təşkil edirdi. 
5.9.  Səs-küy 
Bu bölmənin məqsədi “H.Əliyev adına NEZ-nın modernləşdirməsi” layihəsi çərçivəsində ərazidə mövcud 
səs-küy səviyyəsinin müəyyənləşdirilməsi və səs-küy mühitinin ilkin vəziyyətini təsvir etməkdir. Bunun üçün 
ərazidə,  ətrafda  yerləşən  həssas  ərazilərdə  Ekologiya  İdarəsinin  Ekoloji  Tədqiqatlar  Ekspedisiyasının 
(ETE)  mütəxəssisləri  tərəfindən  monitorinqlər  aparılmış  və  ərazidə  səs-küy  səviyyəsinin  ilkin  vəziyyəti 
tədqiq  olunmuşdur.  Aparılmış  tədqiqatlar  müxtəlif  reseptorlar  üçün  Layihə  ilə  bağlı  potensial  təsirlərin 
nəzərdən keçirilməsinə imkan yaradacaq. 
Cədvəl 5.  12. Ərazidə müşahidə olunmuş səs-küy səviyyəsi 
Stansiya 
№ 
Koordinatlar 
Səs-küy,dB 

40°24'25.1"N 
49°54'31.5"E 
70 

40°24'30.1"N 
49°54'41.6"E 
68 


 
“H.Əliyev adına NEZ-in modernizasiyası və yenidənqurulması” 
layihəsi çərçivəsində qurğuların tikintisi və istismarı üzrə Ətraf 
Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
EKOLOGİYA İDARƏSİ 
64 

40°24'34.0"N 
49°54'51.5"E 
62 

40°24'28.8"N 
49°55'03.9"E 
64 

40°24'15.4"N 
49°55'01.1"E 
66 

40°24'14.5"N 
49°54'46.6"E 
60 
 
Səs qulağa təsir edən hava təzyiqinin dəyişməsidir. Səs təzyiqi səviyyəsinin ölçü vahidi dayaq hava təzyiqi 
üzərində  əsas  hava  təzyiqi  əmsalının  loqarifmi  hesab  olunan  desibeldir  (dB).  İnsanlar  eşitmə  zamanı 
müxtəlif  gərginliyə  malik  müxtəlif  tezlikli  oxşar  səs  təzyiqi  səviyyələrini  qavrayır.  Səsin  insan  beyninə 
yeridilməsi üçün, praktiki olaraq tezliklə ölçülən səs-küyün təzyiq səviyyəsi şkalasından istifadə edilir ki, 
həmin səviyyə subyektiv olaraq qavranılan səs səviyyəsinə uyğun gəlməlidir. Bu isə dB (A) vahidi ilə ifadə 
olunan A-ölçü sxemindən istifadə edilməklə ümumi şəkildə həyata keçirilir. 
Cədvəl 5.  13. Səs-küy mənbələri və onların səs təzyiqi səviyyələrinə dair nümunələr 
Səs-küy mənbəyi 
Təxmini səs təzyiqi səviyyə 
dB(A)–də (LA
eq

Qulaqlarda ağrı 
Hava cərəyanın təsir zərbəsi (30m)
 
Eşitmə aparatının zədələnməsi (qısamüddətli partlayış)
 
Rahatsızlıq, ilkin ağrı
 
Pnevmatik kömürsındıran çəkic, sepli mişar
 
Ağır tonnajlı dizel yük maşını (3 m məsafə)
 
Eşitmə aparatının zədələnməsi (uzunmüddətli partlayış)
 
Əsas avtomobil yolu (Gəzinti)
 
İntensiv şəkildə fəaliyyət göstərən restoran
 
Sərnişin daşıyan nəqliyyat vasitəsi (1 m məsafə)
 
Normal danışıq
 
Pıçıltılı danışıq
 
Nəfəsalma
 
Sakit otaq
 
140
 
140
 
120–135
 
120
 
100–110
 
80–90
 
85
 
70–80
 
70
 
65–75
 
45
 
35–45
 
25
 
20–30
 
 
Loqarifmik desibel şkalasına görə, səs-küy mənbəyinin ikiqat artması səs-küyün təzyiq səviyyəsinin 3 dB(A) 
artması ilə izah olunur. Bununla yanaşı, səs-küy mənbəyinin ikiqat artması insanlar arasında səs-küyün 
ikiqat  artması  ilə  bağlı  təəssürat  yaratmır.  Bu  isə  insanlarda  qavrama  hissinin  səs-küy  səviyyəsi  ilə 
müqayisə  edildiyi  fizioloji  araşdırmalarla  bağlı  əldə  olunan  məlumatlarda  öz  əksini  tapır.  Səs  təzyiqi 
səviyyəsinin artması aşağıdakı kimi qiymətləndirilmişdir: 
Cədvəl 5.  14. Səs təzyiqi səviyyəsinin artması 
< 3 dB(A) 
4 – 5 dB(A) 
6 - 9 dB(A) 
10 dB(A) 
 
Cüzi (qavranılmayan) 
Qavranılma həddi 
Kiçik cüzi artım 
Subyektiv olaraq səs-küyün ikiqat artması ilə ifadə 
olunan nəzərə çarpacaq dərəcədə artım 
 
Səs  təzyiqi  səviyyələrinin  geniş  şkala  üzərinə  daha  tez-tez  səpələnməsinə  baxmayaraq,  onlar  ümumi 
şəkildə ölçülmə zamanı orta energetik həddə malik Səsin Ekvivalent Enerjisi (LAeq) kimi göstərilir. LAeq 
səs-küy standartlarına qarşı səs-küyün qiymətləndirilməsi üçün istifadə edilən spesifik parametrdir. 
Ətraf  Mühitə  Səs-küyün  Təsiri  ilə  əlaqədar  Milli  və  Beynəlxalq  Standartlar  layihənin  4–cü  bölməsində 
verilmişdir. Azərbaycanda  ətraf mühitə səs-küyün təsiri ilə əlaqədar müəyyən olunmuş heç bir standart 


Yüklə 15,6 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə