HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə32/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   28   29   30   31   32   33   34   35   ...   337

46

 

 



yönəldi. Mirzə Ömərdən əvvəl Salıq və Calıq cövşən

205


 geymiş dilavərlərlə Təbrizə gəlib rəiyyətin mallarına 

əl uzatdılar. Şəhərlilər də onlara qarşı çıxmağa başlayıb, vergi toplamaq üçün gəlmiş Xoca Pir Əlini qətlə ye-

tirdilər  və  küçələri  bağlayıb  (küçəbənd  edib,  barrikada  qurub)  döyüşə  və  vuruşa  hazırlaşdılar.  Mirzə  Ömər 

şəhərlilərin yanına yaxşı nitq qabiliyyətinə malik adamlar göndərib sülhdən söz açdı. Təbriz camaatı dedi: 

 

- Mirzə Ömər bizim şahzadəmizdir. Əgər şəhərə gəlsə, hakim olar. Amma türkmanları [şəhərə] bu-



raxmarıq! 

 

Mirzə  Ömər  türkmanlara  savaş  atəşini  alovlandırmağı  əmr  etdi.  Onlar  döyüş  iradəsi  ilə  küçəbənd 



(barrikada) üzərinə gəldilər. Qazı Qiyasəddin və Xoca Əbdülhəyy Qəzvini bir dəstə piyada ilə ürək deşən və 

can odlayan ox zərbəsi ilə qaragün türkmanları pərən-pərən saldılar. Bir neçə gün vəziyyət bu minvalla da-

vam  etsə  də,  itaət  və  tabeçilik  xəyalları  Təbriz  camaatının  ağlının  ucundan  belə  keçmədi.  O  əsnada  Mirzə 

Əbu-Bəkrin gəlişi xəbərinin doğru olduğu aydınlaşdı. Mirzə Ömər Marağa tərəfə qaçdı. 

 

O əsnada Mirzə Əbu-Bəkr, Mirzə Miranşahı səltənətdən kənarlaşdırıb, özü padşahlıq taxtına əyləşdi. 



Əmir Bəyanı bir süvari dəstəsi ilə qabaqcadan Təbrizə göndərdi. [Şəhərin] avaraları və qara camaatı onun da 

daxil olmasına imkan vermədilər. Əmir Bəyan Şənbi-Qazanda yerləşdi. Bu arada kin meydanının iki min igi-

di ilə birlikdə Şeyx Qəbbani və Qazı İmadəddin, yanında dörd yüz nəfər olan Əmir Bəyanla döyüşüb məğlub 

oldular. Əmir Bəyan eşitdi ki, Şeyx Qəssab qara camaatdan ibarət bir dəstə ilə birlikdə vuruşmaq üçün gəl-

məkdədir. O, onlara sarı üz qoyub, iti qılınc zərbəsi ilə o bədbəxtlərin əksərini axirətə göndərərək Şənbi-Qa-

zana qayıtdı. 

 

Ertəsi gün Əmir Dolday, Mirzə Miranşahın



206

 yanından gəlib dedi ki, Miranşahın şəhərə daxil olması 

yaxındır. Ona görə də müxaliflər öz müxalifliklərindən peşman olub əmirləri şəhərə gətirdilər. Əmir Dolday, 

Şeyx Qəssabla Xoca Əbdülhəyyi tutdu və onları cəzalandırmaq istədi. Əmir Bəyan imkan  vermədi. Mirzə 

Əbu-Bəkr çoxlu ordu ilə cəmadiyülaxir [ayının] (24.11-23.12.1405) sonunda Təbrizə daxil oldu. 

Mirzə Ömər və Mirzə Rüstəmin Mirzə Əbu-Bəkrlə müharibə etmələri haqqında söhbət 

 

Mirzə Ömər zəfər nişanlı əsgərlərin qorxusundan Marağanı qoyub, bol kədər içində Həmədan yolun-



dan İsfahana getdikdə Mirzə Rüstəm ona izzət və ehtiram göstərdi. Ondan sonra həmin iki xoşbəxt bir-biri 

ilə ittifaq halında Savuxbulaq

207

 tərəfə sürətli yürüş etdilər və o zaman Sarıqamışda olan Sultanbəxt bəyimi, 



Mirzə Miranşahın ailəsini və köçünü

208


 götürüb geri qayıtdılar. Təvəkkül Barlas arxadan gəlib çoxlu döyüş-

dən sonra bir iş görə bilmədi. Onlar qənimətlərlə birlikdə sağ-salamat İsfahana gəldilər. Mirzə Ömər Şiraza 

yola düşdü. Mirzə Pir Məhəmməd ona böyük hörmət göstərdi və onlar birlikdə o şəhərdə qışlaq etdilər. 

 

Ailəsinin və köçünün qarət edildiyi xəbəri Mirzə Əbu-Bəkrə çatdıqda Təbrizdən İsfahana doğru hə-



rəkət bayrağını ucaltdı və Cürbadəqan

209


 ərafında dayandı. O tərəfdən Mirzə Ömərlə Mirzə Pir Məhəmməd 

yağış damcıları qədər ordu ilə Mirzə Əbu-Bəkrin ordusunun iki mənzilliyinə gəldilər. 

 

O  əsnada  xəbər  çatdı  ki,  Əmir  Bistam  tam  qələbəliklə  Təbrizə  irəliləməkdədir.  Ona  görə  də  Mirzə 



Əbu-Bəkr  əhd-peyman  bağlanması  üçün  şahzadələrin  yanına  qasidlər  göndərib  Azərbaycan  tərəfə  qayıtdı. 

Onlar elçiyə iltifat göstərməyib onun ardınca sürətli yürüş etdilər. Dərgüzin hüdudunda o iki qiyamət əlamət-

li qoşun bir-birinin qarşısında səf çəkdi. Hər iki tərəfin bahadırları qılınca və xəncərə əl atdılar. Almaza bən-

zər qılınclar bahadırların başını yarmağa və ölüm nişanəli oxlar əcəlin peyki kimi canların üzərinə yürüməyə 

başladı. 

Nəzm 


“Ovçu oxları ilə cəsur kişilər, 

Özlərini savaş səflərinə vurdular. 

Almaza bənzər qılıncın sərçeşməsindən, 

                                                 

205

 Cövşən – zireh. 



206

 Ə.Nəvai (Şərhlər, s.124) burada Miranşah əvəzinə Mirzə Əbu-Bəkrin adının yazılmasını daha məqsədəuyğun hesab edir. 

207

 Savuxbulaq (Savucbulaq, Soyuqbulaq) – Cənubi Azərbaycanda, Urmiya gölündən cənubda yerləşən şəhər. Rey yaxınlığında da 



bu adda bir yer vardır. 

208


 “Mətləüs-səədeyn”ə görə, “Mirzə Miranşahın bir hərəmini” (Nəvai, şərhlər, s.125). 

209


 Cürbadəqan (Cürbadqan, Cərfədqan) – Həmədanla İsfahan arasında yerləşən Gülpayəgan qəsəbəsinin adının ərəbləşmiş şəklidir. 


47

 

 



Zireh qan dənizinə döndü”. 

 

Parlaq  xəncər  tozanağın  qaranlığında çıraq  kimi  parlayır,  atəşin şüası  kimi  tozun  dumanından  bərq 



vurur, zəmanə dikbaşlarının və dövran pəhləvanlarının başını bədəndən ayırır, mülk çəmənində düşmənlərin 

ömür fidanını kəsir, qanla yer üzünü lalə və ərğəvan

210

 rənginə boyayır və sarı torpağı qırmızı rəngə çevirir-



di. Göyün Nəsreyn ulduzları

211


 ördək  kimi  qan  gölünə  qərq  olmuşdu  və  asimanın Balıq [bürcü]  qan  dənizi 

üzərində üzürdü. O gün səhərdən axşamacan döyüş və vuruş atəşi son dərəcə alışdı və şölələndi. Belə ki, hər 

iki tərəfdən dörd min süvari və piyada qətlə yetirildi. Nəhayət, gecənin qara rəngli qarğası gündüzün gümüş 

simalı yanağını öz qol-qanadı ilə örtdü və qürub sağsağanı dünyanın çöhrəsini qır və qatranla boyadı. 

Nəzm 

“Zəmanə döndü məhşər gününə



O zamana ki, günah məktubu oxunacaq. 

Çatmadı gecənin zülmətindən, 

Aşiqlərin ürəyindən dodağa ah. 

Qaranlıq gecədə bu mübarək çöhrəli şah (günəş), 

Mavi göydən aşağı endiyi zaman, 

İgidlər dəmir libaslarını çıxardılar, 

Gözətçilik üçün iki yüz göz zireh kimi oldu”. 

 

Səhər çağı hər iki ordu coşub-daşdı. 



Nəzm 

“Sərkərdələr bayraqları çəkdilər, 

Məhşər gününün əlaməti peyda oldu”. 

 

Döyüş əsnasında Mirzə Əbu-Bəkr yeddi yüz nəfər yaxşı silahlanmış süvari ilə Mirzə Pir Məhəmmə-



din mərkəzinə həmlə etdi. Şahzadə ona tab gətirməyib İsfahan tərəfə fərar etdi. Mirzə Əbu-Bəkrin ordusu on-

ları təqib edib bir çoxlarını qətlə yetirdi. Mirzə Əbu-Bəkr savaşda süstlük göstərdikləri üçün Ömər Tabanı, 

onun oğlunu və qardaşını gedər-gəlməzə göndərdi. Ona görə də Əmir Hüseyn Barlas fərar edib özünü İsfaha-

na yetirdi. 

 

Mirzə Əbu-Bəkr şəhərin bir fərsəxliyində dayandı və üç gündən sonra aləmi yandıran qoşunları ilə 



şəhər bağlarının olduğu yerə gəlib savaşa başladı. Şəhərlilər ox və sapand zərbələri ilə onları küçəbənddən 

(barrikdadan) uzaqlaşdırdılar. Ertəsi gün Mirzə Əbu-Bəkr bir dəstə əsgərlə ata minib, Küçəbağa daxil olaraq 

şəhər əhalisindən iki min nəfəri hiddətlə qətlə yetirdi və mötəbərlərdən üç nəfəri dustaq edib öz ordugahına 

qayıtdı. 

 

İsfahanlılar bu savaşdan qorxaq-hürkək oldular. Onların ürəkləri şəhərin divarı kimi para-para və xa-



rab, dodaqları fındıq kimi quru və susuz oldu. Gözlərindən Zindərud

212


 kimi yaşlar axmağa başladı. Ona görə 

də  aman  diləyərək  qəbul  etdilər  ki,  Savuxbulaqdan  gətirdiklərini  geri  versinlər  və  Miranşahın  adına  xütbə 

oxudub sikkə vurdursunlar. Mirzə Əbu-Bəkr qəbul etməyib yenidən savaşa başladı. Şəhərlilər bağları qoyub 

qalaya sığındılar. Mirzə Ömər başa düşdü ki, Mirzə Ömərşeyxin övladlarının Mirzə Əbu-Bəkrə qarşı müqa-

vimət taqəti yoxdur. Buna görə də o, Şahrux padşaha xidmətkarlıq ehramını bağlayıb Xorasana yola düşdü. 

 

O  əsnada  xəbər  gəldi  ki,  Şeyx  Hacı  İraqi  Sultaniyyəni  mühasirə  edib,  Əmir  Şeyx  İbrahimlə  Əmir 



Bistam isə Təbrizi ələ keçiriblər. Onların gəlişinin şərhi belədir ki, onlar Mirzə Əbu-Bəkrin İsfahanı mühasi-

rə  etdiyini  eşitdikdə  köçhaköçlə Təbriz  ətrafına  gəldilər.  Mirzə  Əbu-Bəkr  tərəfindən  o  şəhərin hakimi  olan 

Əmir Məhəmməd Dəvati, Əmir Bistamın yanına elçilər göndərib sülhdən söz açdı. Əmir Bistam bu sözə ilti-

fat  göstərməyib  şəvval  [ayının]  20-də  (10.04.1406)  səadət  və  uğurla  Təbrizə  daxil  oldu  və  camaatla  yaxşı 

davrandı.  Lakin  araqarışdıranların  fəsadı  nəticəsində  Şeyx  İbrahimlə  Əmir  Bistam  arasında  mübahisə  tozu 

qopdu. Əmir Şeyx İbrahim, Əmir Bistamın qardaşlarını həbs etdi. Ona görə də adı çəkilən əmir (Bistam) Sə-

                                                 

210


 Ərğəvan – qırmızı bir gül adı. 

211


 Nəsreyn – iki Nəsr ulduzu nəzərdə tutulur. Bunların birinə Nəsri-vaqe, digərinə Nəsri-tair deyirlər. Bu iki ulduzun adı Avropa 

dillərində təhrif olunmuş şəkildə Vega və Altair adlanır (Nəvai, şərhlər, s.126). 

212

 Zindərud (Zayəndərud) – İranın mərkəzindən axan, İsfahandan keçən bir çayın adıdır. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə