HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə40/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   36   37   38   39   40   41   42   43   ...   337

62

 

 



 

Həmçinin  bu  il  Pir  Əli  Taz  Bəlx  hüduduna  gəldi.  Şahrux  padşah  onun  üzərinə  bir  dəstə  göndərdi. 

Onlar Pir Əlini məğlub edib Herata qayıtdılar. [Pir Əlinin] vəfasız dostları olan Həzarə

309


 sərdarları onu öl-

dürüb kəlləsini Herata göndərdilər. 

Bu il Şahrux padşah Astarabada yollandı. O diyara gəlmiş Pirək padşah fərar etdi və o həzrət həmin 

şəhərin idarəçiliyini Mirzə Uluğ bəyə həvalə edib Herata qayıtdı.  

Həmçinin bu il Şahrux padşahın əmirlərinin bir qismi yağı oldu. O həzrət onları tutub qətlə yetirdi. 

Bu  il  Mirzə  Əbu-Bəkr  daha  öncə  qeyd  edilmiş  əhvalatdan  və  qoşununun  məğlubiyyətindən  sonra 

Yəzd yolundan Kirmana yönəldi. O diyarın hakimi Əmir İdigü Barlasın oğlu Sultan Üveys o ali mənşəli şah-

zadəni  qarşılamaq  əzmi  ilə  Kirmandan  çıxıb  Mirzə  Əbu-Bəkri  şəhərə  gətirdi.  Axırda  onların ittifaqı  nifaqa 

çevrildi. Kirmanlılar yağı oldular və şahzadənin qəsrini dövrəyə aldılar. Mirzə Əbu-Bəkrin məhəllələrdə yer-

ləşmiş nökərləri ona qoşulmağa fürsət tapmadılar. Əhd-peyman bağlandıqdan sonra Mirzə Əbu-Bəkr böyük 

bir kədər içində qəsrdən çıxıb Sistana

310


 yola düşdü. O zaman Sultan Üveys Kic və Məkrana

311


 basqın üçün 

qoşun göndərdi. Kirman şəhərini ordudan xali görən Mirzə Əbu-Bəkr o şəhərə yönəldi. Sultan Üveys çaş-baş 

qaldı.  Elə  həmin  gün  Kic  və  Məkrana  basqına  getmiş  aləmi  yandıran  qoşunlar  Kirmana  çatdılar.  Sultan 

Üveys Bəmə

312

 yönəldi və cəmadiyülaxır ayının 24-də (26.11.1407) Mirzə Əbu-Bəkrin qarşısına çıxdı. Kir-



man əsgərləri dilavərlərin qorxusundan öz ordugahlarının ətrafını qazıdılar. Bir gecə Mirzə Əbu-Bəkr hücu-

ma keçdi. Lakin bir iş görə bilməyib öz ordugahına qayıtdı. Ertəsi gün ordusunun əksəriyyətini Sultan Üvey-

sin qarşısında saxlayıb özü bir dəstə ilə pusquda durdu. Bu məsələdən xəbərsiz olan Sultan Üveys digər tərə-

fə meyil etdi. Mirzə Əbu-Bəkr elə zənn etdi ki, o, pusqudan duyuq düşmüşdür. Onun ürəyini tam qorxu bürü-

dü və iki tərəfin cavanları bir-birinə həmlə etməzdən öncə qaçıb aradan çıxdı. Kirman igidləri nadan şahza-

dənin əksər mülazimlərini qətlə yetirdilər. Mirzə Əbu-Bəkr Cirüftə

313

 getdi. Sultan Üveys öz qardaşı Sultan 



Hüseyni onu dəf etməyə göndərdi. Mirzə Əbu-Bəkr ona qalib gəldi. Sultan Üveys özü şəxsən oraya getdi. 

Dava-qırğın  əsnasında  qəzavü-qədər  Mirzə  Əbu-Bəkrin  səltənət  büsatını

314

 yığışdırdı  və  tale  (təqdir)  katibi 



onun adına ölüm fərmanı yazdı. 

811-Cİ İLİN (27.05.1408 – 15.05.1409) HADİSƏLƏRİ

315


 

Xorasan diyarında baş vermiş hadisələr və Şahrux padşahın Sistan tərəfə qoşun çəkməsi haqqında 

söhbət 

Bu il Şahrux padşah məiyyəti və ordusu ilə cəmadiyüləvvəl [ayının] 10-da (01.10.1408) hərəkət bay-

rağını Heratdan Sistana doğru qaldırdı. Fərah

316


 ətrafında cah-calalla dayandı. O diyarın hakimi Şah İsgəndər 

qalanın möhkəmliyinə, tərəfdarlarının və köməkçilərinin çoxluğuna güvənib qala darvazalarını bağladı. [La-

kin] o, bu beytin məzmunundan xəbərsiz idi: 

Nəzm 


                                                 

309


 Həzarə – Kabillə Herat arasında, Əfqanıstanın mərkəzi dağlıq hissəsində yerləşən tarixi vilayət.  

310


 Sistan – Xorasandan cənubda yerləşən tarixi vilayət. Hal-hazırda tarixi Sistan vilayətinin bir hissəsi mərkəzi Zabul (Zabil) ol-

maqla İranın tərkibinə daxildir, digər hissəsi isə Əfqanıstanın Nimruz əyalətini təşkil edir və mərkəzi Zərənc şəhəridir (Малик Шах-



Хусайн Систани. Хроника воскрешения царей /Тарих-и ихйа ал-мулук/. Перевел с персидского: Л.П.Смирнова. Москва, 2000, 

предисловие, прим. 1).      

311


 Kic və Məkran vilayəti – Sistan vilayətindən cənuba doğru, Ərəbistan dənizi sahilində yerləşən tarixi vilayət. Əslində vilayətin 

adı Məkran idi, Kic isə onun paytaxt şəhəri idi. Hal-hazırda tarixi Məkran vilayətinin qərb hissəsi İrana aiddir, Kic şəhəri də daxil ol-

maqla şərq hissəsi isə Pakistanın tərkibinə daxildir (Малик Шах-Хусайн Систани. Хроника воскрешения царей, прим. 72). 

312


 Bəm – Kirmandan cənub-şərqdə, Kuhbəndan silsiləsinin cənub yamaclarında yerləşən şəhər. 

313


 Cirüft – Kirman vilayətində, Bəmdən cənub-qərbdə yerləşir. 

314


 Büsat – hərfi mənada xalça, kilim, döşənək deməkdir. Mağazaların pəncərələrindən malların nümayiş etdirilməsinə və təmtəraq-

lı,  zəngin  vəziyyətə  də  büsat  deyirlər.  “Əhsənüt-təvarix”in  bir  sıra  yerlərində  büsat  sözü  məcazi  mənada  işlədilmişdir.  Həmçinin 

mənbələrdə  “büsatı  öpmək”  ifadəsindən  istifadə  olunur  ki, bu  da  müxtəlif  şəxslərin  şahın  hüzuruna  gələrək  onun  oturduğu  xalçanı 

öpmələrini, yəni ona təzim etmələrini, itaət bildirmələrini göstərmək üçün işlədilmişdir. 

315

 Nə Tehran, nə də Ankara çapında “811-ci il hadisələri” adlı başlıq yer almamışdır. Lakin əsərin ümumi strukturu və hadisələrin 



xronologiyası onu göstərir ki, məhz buradan etibarən h. 812-ci ilə qədər şərh edilən hadisələr h. 811-ci ilə aiddir və onlar “811-ci il 

hadisələri” sərlövhəsi altında təqdim edilməlidir. Bu fikrimizi Fəsih Xəvafinin “Mücməlüt-təvarix” əsəri də təsdiq edir. Adı çəkilən 

mənbədə  Şahruxun  10  cəmadiyüləvvəl  tarixində  Sistana  yürüşə  çıxması  811-ci  il  hadisələri  daxilində  verilmişdir  (Фасих  Хавафи. 

Муджмал-и Фасихи / Фасихов свод, с.147). 

316


 Fərah – müasir Əfqanıstanın qərbində, Fərəhrud çayı sahilində yerləşən şəhər. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə