63
“Əgər sultan meydandan qaçsa qalaya,
Axırda onu oradan utancla çıxararlar”.
Qalibiyyətli qoşun (çərik) bir həmlədə o məğrur güruhu məğlub edib küçəbəndi ələ keçirdi. Şah İs-
gəndər qalib qoşunların qorxusundan özünü qalaya salaraq qapını bağladı. Bir neçə gündən sonra aman istə-
yib qalanı təslim etdi. Ondan sonra cahan padşahı Sistana yola düşdü. O diyarın qalasını ələ keçirdi. Daha
sonra isə səadətli hökmdar Hirmənd çayı
317
kənarında dayandı və bəndləri sındırdı. Bunlar Rüstəm
318
zama-
nında düzəldilmiş üç bənd idi.
Mavəraünnəhr diyarında baş vermiş hadisələr haqqında söhbət
Bu il Xəlil sultan eşitdi ki, Əmir Xudadad Hüseyni igidlik meydanının bir dəstə igidi ilə Xocənd
319
çayı kənarına gəlib. Ona görə də Əmir Allahdadı və Əmir Arğunşahı üç min süvari ilə o qəddarı dəf etməyə
göndərdi. Onlar zəfər nişanlı qoşunla düşmənin qarşısına gəldilər və sultanın yanına adam göndərib yardım
istədilər. Ona görə də adlı-sanlı şahzadə yaxşı silahlanmış dörd min süvari ilə tam sürətlə yola çıxıb Şiraz
kəndində
320
dayandı.
Xəlil sultanın gəlişindən xəbər tutan Əmir Xudadad qarşısına gəlmiş əmirlərə hücum çəkib, gecə
vaxtı Xəlil sultanın üzərinə sürətli yürüş edərək son namaz vaxtı güclü bir qoşunla fəlakətin astanasında olan
olan orduya yetişdi. Xəlil sultan can qorxusundan qaçış yolunu tutub Şirazın viranə qalasına girdi. Əmir Xu-
dadad elə həmin gün viranəliyi tutub Xəlil sultanı ələ keçirdi və [bu barədə] fərmanlar və hökmlər yazıb, on-
lara Xəlil sultanın möhürünü basaraq Turan məmləkətlərinin hər tərəfinə göndərdi.
Ona görə də qalibiyyətli padşah (Şahrux) həmin ayın (zilqədənin) 21-də (07.04.1409) Bəhram kimi
qəhredeci ordusu ilə Mavəraünnəhr tərəfə hərəkət etdi. O əsnada Əmir Şeyx Nurəddin güclü bir qoşunla zə-
fərə yaxın olan orduya yönəldi. Əmir Xudadad zəfərə yoldaş olan bahadırlar dəstəsi ilə onların üstünə tökü-
lüb, onun qoşununu tar-mar edərək Səmərqənd tərəfə geri döndü. Hökmdarın məiyyəti Ceyhundan keçdik-
dən sonra Xudadad uca mənşəli padşahın qorxusundan Xəlil sultanın [əl-qolunu] bağlayaraq hərəkət bayrağı-
nı Türküstana
321
doğru qaldırdı. Şahruxun qədəmləri sayəsində Səmərqənd şəhəri cənnətə bənzər oldu. Əmir
Şeyx Nurəddin və Əmir Mübəşşir onun hüzuruna gəldilər və böyük əmirlər silkinə daxil oldular.
Mirzə Ömərşeyxin oğlu Mirzə Pir Məhəmmədin əhvalı haqqında söhbət
Bu il Mirzə Pir Məhəmməd sayı ulduzlar qədər [çox] olan ordu ilə Şüştərə yönəldi. O diyarın hakim-
ləri Xoca Səid Barlas, Şeyxzadə və Təvəkkül onu qarşılamağa tələsib xidmətkarlıq kəmərini bellərinə bağla-
dılar. Mirzə Pir Məhəmməd Şüştər şəhərindəki Darüləmarədə (əmir iqamətgahında) yerləşdi və Dizfulla
322
Hüveyzənin
323
fəthindən sonra Şiraz tərəfə qayıtdı.
Mirzə Pir Məhəmmədin çıxıb getməsi xəbərini eşidən Sultan Əhməd Cəlair Hüveyzəyə tərəf sürətli
yürüş edib qəflətən qalanı dövrəyə aldı. Qala camaatı zəfər şüarlı əsgərlərin qorxusundan fərar yolunu tutdu.
Sultan Əhmədin qoşunları onların əksərini qətlə yetirdilər. Pir Hacı Kutval
324
Dizful qalasını qoyub Şüştər tə-
rəfə qaçdı. Səlasil
325
qalasının valisi Əmir Üveys qalada qalmayıb Ramhörmüzə
326
getdi. Çünki Pir Məhəm-
mədin əmirləri orada idilər. Onlar da Şiraz tərəfə qaçdılar. Sultan Əhməd piyadalardan [ibarət] bir dəstəni
qətlə yetirdi, yerdə qalan rəiyyəti Şüştərə köçürdü, qalanı yerlə yeksan etdi, Xuzistan
327
qalalarının idarəçili-
yini Maqsud Nizədara tapşırdı və Bağdad tərəfə geri döndü.
317
Hirmənd (Hilmənd) çayı – Əfqanıstanda, Hinduquş dağlarının Baba silsiləsindən başlayıb, Hamun gölünü su ilə təmin edir və
İran ərazisində, Zabul şəhəri ətrafında, axarsız Sistan çökəkliyində qurtarır.
318
“Şahnamə” qəhrəmanı Rüstəm nəzərdə tutulur.
319
Xocənd – Tacikistanın şimalında, Sırdərya çayı sahilində şəhər. Bəzən Sırdərya çayı “Xocənd çayı” adlanmışdır.
320
Səmərqənd ətrafında yerləşən bir kənd (Ə.Nəvai, şərhlər, s.162).
321
Türküstan – müasir Qazaxıstanı, Orta Asiyanı, Əfqanıstanın bir hissəsini və Çinin şimal-qərbini əhatə edən tarixi vilayət.
322
Dizful – İranın qərbində, Xürrəmabadla Əhvaz arasında yerləşir.
323
Hüveyzə (Əhvaz) – İranın cənub-qərbində, Karun çayının aşağı axarlarında yerləşən və Xuzistan vilayətinin mərkəzi olan şəhər.
324
Bəzi qaynaqlarda “Pir Hacı Kükəltaş” yazılmışdır (Ə.Nəvai, şərhlər, s.163).
325
Səlasil – İranın Şüştər şəhəri yaxınlığında tarixi qala.
326
Ramhörmüz – Xuzistan vilayətində, Əhvaz şəhərindən şərqdə yerləşən şəhər.
327
Xuzistan – İranın cənub-qərbində yerləşən vilayət.
64
Sultan Əhməd Xuzistanda olduğu zaman oğlu Bağdaddan icazəsiz olaraq Azərbaycana yollandı. Qa-
ra Yusif Türkman mülazimlərindən bir dəstəsini göndərdi ki, Əlaüddövləni Bağdad diyarının sərhədinə çat-
dırsınlar. Xoy
328
hüdudunda kürdlər onu tutub Məlik İzzəddinin
329
yanına apardılar. İki aydan sonra Qara
Yusif, Məlikə belə yazdı: “Əlaüddövlə, Sultan Əhmədin hökmü olmadan bu sərhədə gəlmişdi. Ona görə də
ona üz göstərmədim. Sən də onu Bağdada göndər!”. Bu səbəbdən Məlik İzzəddin şahzadəyə rüxsət verdi.
Əlaüddövlə Ərdəbil tərəfə yönəldi ki, Şeyx Şərəfəddin Əli Səfəvi ilə söhbətdə vaxt keçirsin. Təbriz nahiyəsi-
nə çatdığı vaxt türkman camaatı onu tutub Qara Yusifin hüzuruna göndərdi. Onun fərmanı ilə Adilcevaz
330
qalasında məhbus edildi.
Mirzə Rüstəmlə Mirzə İsgəndərin Pir Məhəmməd qarşısında məğlubiyyətə uğradıqları zaman Mirzə
Rüstəm, Şahrux padşaha pənah aparıb Sistan bölgəsində zəfər nişanlı orduya qoşuldu. Mirzə İsgəndər Əndi-
xuda getdi. O diyarın hakimi Seyid Əhməd Tərxan onu münasib bir məkanda yerbəyer edib onun haqqında
Herata xəbər çatdırdı. Cənab Şahrux dağ boyda mərhəməti üzündən fərman yazdı ki, Seyid Əhməd Tərxan
ona mane olmasın və istədiyi yerə getməsinə imkan versin. Mirzə İsgəndər qardaşından şəfqət görmək ümidi
ilə Şiraza yollandı və Tanrının lütfü ilə şam namazı vaxtı, ramazan [ayının] 26-da (12.02.1409) Səadət darva-
zasından Şiraza daxil olub Hacı Hüseyn Təbibin evinə getdi. İftar vaxtı Mirzə Pir Məhəmmədə xəbər çatdı.
Yeməkdən əl çəkib onu çağırdı və ona növbənöv iltifatlar göstərdi. Onun üçün padşahlıq ləvazimatı və ya-
raq-yasağı tərtib etdirərək Murdəstan məhəlləsində, Ramazan ağa Axtaçının
331
evində ona yer verdi.
Müxtəlif əhvalatlar
Bu il Xətay
332
padşahının elçiləri Sahibqiran Əmir Teymur Kürəkan üçün başsağlığı vermək məqsədi
ilə bol peşkəşlə Herata gəldilər və öz padşahlarının sözünü Şahrux padşaha ərz etdilər. O həzrət onlara tam
ehtiram göstərib, geri qayıtmaları üçün izin verdi.
812-Cİ İLDƏ (16.05.1409 – 05.05.1410) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT
Bu il yeddi ölkənin padşahı (Şahrux) bəla saçan ordusu ilə bədbəxt Xudadadın ardınca Moğolustan
(Monqolustan) tərəfə hərəkətə gələrək Mirzə Rüstəmi, Əmir Seyid Əli Tərxanı, Əmir Şahməliki və Əmir
Nuşirəvanı bir dəstə igidlə mənqəlay kimi yola saldı. Uratəpə
333
yaylağı fələk şövkətli ordunun dayanacaq
yeri olduqda Əmir Şeyx Nurəddin cahan padşahının fərmanı ilə Xudadadı istəmək üçün Moğolustana yollan-
dı. O əsnada qeyb karxanasından elə bir surət üz verdi ki, onun misli heç kəsin xəyal aynasında təsəvvür
edilmirdi.
Onun şərhi belədir ki, Xudadad Moğolustan padşahı Məhəmməd xandan yardım istədi. O, bu işi öz
qardaşı Şəmi-Cahana tapşırdı. O isə özünün ən yaxın adamlarına dedi:
- Xudadad Hüseyni haqtanımaz və vəfasız bir adamdır. O, Sahibqiran sultanın öz üzərindəki haqqını
unudaraq onun övladına qarşı müxaliflik və üsyankarlıq edir.
Sonra isə dərhal onun şərlə dolu başını bədənindən ayırıb Əmir Şahməlikin yanına göndərdi və o cə-
nab yüyənini döndərib ali orduya qayıtdı. Səadətli hökmdar Özcənd
334
bölgəsinin hakimliyini Mirzə Ömər-
şeyxin oğlu Mirək Əhmədə həvalə etdi və Əmir Şeyx Nurəddin rüxsət alıb Otrar
335
tərəfə getdi.
Xudadadın qətlindən sonra Xəlil sultan onun müvəkkillərini öz tərəfinə çəkib həmin qalada (Əlan-
kuh qalasında) möhkəmləndi. Əmir Şahməlik cahan şahının fərmanı ilə o qalanı mühasirəyə aldı. Xəlil sultan
328
Xoy – Cənubi Azərbaycanda, Urmiya gölündən şimal-qərbə tərəf yerləşən şəhər.
329
Məlik İzzəddin – kürd rəislərindən idi.
330
Adilcevaz – Türkiyənin şərq hissəsində, Van gölünün şimal sahilində şəhər.
331
Axtaçı – yəni miraxur. Ramazan ağa, Müzəffərilər sülaləsindən Şah Şücanın miraxuru olmuşdur (Ə.Nəvai, şərhlər, s.165).
332
Xətay – Şərqi Türküstan. İndi Çin Xalq Respublikasının şimal-qərb ərazisini təşkil edir. Orta əsr mənbələrində bəzən bütövlük-
də Çin “Xətay” adlandırılır. Rusca “Kitay” sözü də buradan yaranmışdır. “Əhsənüt-təvarix”də “Xətay padşahı” adı altında Çin hökm-
darı nəzərdə tutulur.
333
Uratəpə (Uratübe) – Tacikistanın şimalında, Xocənd şəhərindən cənub-qərbdə yerləşir.
334
Özcənd və ya Özkənd – Fərqanə nahiyəsinin şərq qurtaracağında, çox münbit bir ərazidə yerləşirən şəhər (Nəvai, şərhlər,
s.166).
335
Otrar – Orta Asiyada tarixi şəhər olmuşdur və xarabalıqları müasir Qazaxıstan Respublikasının Timur dəmir yolu stansiyasından
7 km. şimal-şərqdə, Sırdərya çayının orta axarında yerləşir.