HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə44/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   40   41   42   43   44   45   46   47   ...   337

69

 

 



Hökmü icra etməkdən yox qorxumuz

Hökm vermək sizdən, icrası bizdən. 

Bizim təmənnamız Kavus

360


 mülkü deyildir, 

Mərdlikdə məqsədimiz namusdan başqa bir şey deyil”. 

 

Qara Yusif onları bir-bir bağrına basıb, hamısını yaxşı vədlərlə şad etdi. Ondan sonra polad geyimli, 



dəmir libaslı ordu ilə dəmirə qərq olmuş halda, hay-küylü bir şəkildə Təbrizə doğru hərəkətə gəldi və “Səpə-

lənmiş çəyirtkələr kimi”

361

 qırx köç mənzilindən sonra Şənbi-Qazan ətrafında dayandı. 



Nəzm 

“Elə ki gümüş kəməndli bu ay məşəli, 

Bu hündür qaladan yerə düşdü. 

Göründü üfüqdən aləmi işıqlandıran günəş, 

Çıxardı başını yaxasından gündüz”. 

 

Qara Yusif külək kimi qaçan və tez dövr edən çərxi-fələk misallı yer kürəsini dolaşan parlaq qara 



rəngli atına mindi. 

Nəzm 


“Fələk kimi aləmi dolanan və ay kimi mənzilləri adlayan. 

Sabit ulduzlar kimi bələdçilik edən və Ütarid kimi iş bilən. 

Onun nalının tozundan yer üzü zireh geyər

Onun qaldırdığı tozanaqdan asiman örtüyə bürünər”. 

 

Sonra isə müzəffər qoşunlarını tərtib etməklə məşğul oldu. O iki ordu bir-birinin qarşısında dayanıb 



səflər çəkdilər. Hər iki tərəf şeypur çalmağa, nağara və təbil (gübürgə və dühul) vurmağa başladı. 

Nəzm 


“Təbilçi fələyin qumrusu kimi şövqdən

Təbilin ipini boynuna taxmış. 

Cahan doldu gərənayın

362


 naləsi ilə, 

Və o nərədən fələk yerindən oynadı. 

Bayraqlar baş qaldırdı yuxarı sərv kimi, 

Başdan-başa bayraqlar qanad çırpır kəklik kimi”. 

 

Nizələrin şimşəyindən, qılıncların parıltısından və oxların işartısından günəşin gözü qamaşdı və xə-



yalın gözü qaraldı. 

Beyt 


“Şəfəqdən kam alan nizə çubuqları, 

Qan damarını deşən bir alov kimidir”. 

 

Mərd  igidlər  və  hərb  meydanının  bahadırları  qəzəbli  arılar  kimi  bir-birinin  üstünə  tökülüşdülər.  İti 



oxlar adlı-sanlı pəhləvanların barmağından çıxıb uçmağa başladılar.  

Nəzm 


“Qartal lələyinin köməyi ilə uçan ox, 

Hər igidin könül quşunu ovlayırdı. 

Səma dəmbədəm qana bələnmiş mizrağın ucundan, 

Ulduzların gözü üçün qırmızı dərman düzəldirdi. 

Tənə dilini cövşənə uzatmışdı nizə, 

Qılıncın dodağı dəbilqənin şəklinə təbəssüm edirdi”. 

 

Qiyamət əlamətli türkman  qoşunlarının həmlələri qarşısında Sultan Əhmədin ordusu aciz qaldı. Bu 



əsnada Qara Yusif Türkman, o cəsur və müzəffər şahsüvar, günəş kimi qılıncını çəkib Sultan Əhmədin üzəri-

nə at çapdı. Allahın köməyinin gücü və padşahın həmləsinin şiddəti Sultan Əhmədin şövkətinin təməllərini 

                                                 

360


 Kavus (Key Kavus) – Kəyanilər sülaləsindən olan əfsanəvi İran hökmdarı. 

361


 Qurani-Kərim, “Qəmər” surəsi, 7-ci ayə. 

362


 Gərənay – qədim tarixə malik olan, hərbi yürüşlərdə geniş surətdə istifadə edilən, borusu üzərində heç bir çalğı dəliyi olmayan 

və gur səs çıxaran nəfəsli musiqi alətlərimizdəndir (A.İ.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. Bakı, 2004, s.91). 




70

 

 



sarsıtdı. Onun ordusu savaş meşəsinin aslanlarından və döyüş zirvəsinin pələnglərindən ibarət olsa da, fərar 

vadisinə tələsdilər və onların çoxu tale oxundan yaralanmış, zəncir kəməndinə bağlanmış halda yıxılıb-qalxa-

raq, heyran və sərgərdan olaraq biyaban tərəfə qaçdılar. Sultan Əhməd döyüş meydanında tənha qaldı. Axır-

da o da qaçış yolunu tutdu. Türkmanlardan biri ona çatıb, iki zərbə vuraraq onu atdan saldı və onun silahını 

və qiymətli paltarlarını alıb özünü buraxdı. Sultan can qorxusundan bir bağdakı oyuqda gizləndi. 

 

Həmin vaxt ayaqqabıçı (ayaqqabı tikən) bir qoca bir ağacın başına çıxıb o halı müşahidə edirdi. O, 



ağacdan yerə enib sultana dedi: 

 

- Bu nə haldır? 



 

Sultan dedi: 

 

- Sakit ol və bunu heç kimə söyləmə! Bu sirri məxfi saxla! Bu şəhərdə mənim mülazimlərim çoxdur. 



Axşam olanda gedib onlardan at istəyərik və Bağdada yola düşərik. Sənə yaxşı ehtiram göstərərəm və Bəqu-

363



 bölüyünü sənə verərəm. 

 

Ayaqqabıçı qoca evinə getdi. Onun bir qarısı vardı ki, noxudla fala baxardı. Əhvalatı ona danışdı. O 



qarı dedi: 

 

-  Bizimlə  Bağdad  və  Bəqubə  arasında  uzun  bir  yol  var.  Hal-hazırda  oradan  bizə  bir  fayda  yetməz. 



Çox güman ki, axşam onun başına xeyli adam toplaşacaq və onu bir də görməyəcəksən. Yaxşısı budur ki, 

Qara Yusifin hüzuruna gedəsən, vəziyyəti ona danışasan və yaxşı bir mükafat (cəldu) alasan.  

 

Ayaqqabıçı  qoca,  arvadının  sözünü  qəbul  edərək  Qara  Yusifin  dərgahına  yollandı.  O  əsnada  Qara 



Yusif Türkman, sultanın miraxurlarını

364


 toplamışdı və onlardan sultanın əhvalını, onun yanında neçə at gə-

tirdiyini, indi yanında neçə at ola biləcəyini və onun atlarından neçəsinin öz qoşununun əlinə düşdüyünü so-

ruşurdu. Birdən ayaqqabıçı qoca, Qara Yusifin yanına gəlib dedi: 

 

- Sultan Əhməd filan bağın oyuğunda gizlənmişdir. 



 

Qara Yusif son dərəcə heyrət və sevinclə dedi: 

 

- Bu nə sözdür? Sultan indiyə qədər neçə fərsəx yol qət etmiş olar.  



 

Ayaqqabıçı qoca yenidən israr etdi və dedi: 

 

- Siz etibarlı bir adamınızı göndərin ki, mən onu ona təslim edim. 



 

Qara  Yusif  onun  təkidindən  sonra  Şeyx  Dursunu,  Şeyx  Hacını,  Mahmud  İnağı  və  Satılmışı onunla 

göndərdi. Onlar sultanı oyuqdan çıxardılar. Sultan çılpaq idi. Ona bir köynək, bir qəba geyindirib başına köh-

nə bir taqiyə qoydular və bir atın belinə mindirib Qara Yusifin hüzuruna gətirdilər. Qara Yusif qalxıb qarşı-

sında ona yer verdi və dedi: 

 

- Sənin sözünə və əməlinə etimad yoxdur. Dəfələrlə “Qurani-Məcid”ə and içdin ki, bizimlə düşmən-



çilik etməyəcəksən, lakin etdin.  

 

[Qara Yusif] onun törətdiyi xoşagəlməz hərəkətləri sadaladı. Daha sonra onu yerindən qaldırıb bir 



küncdə yerləşdirdi. O əsnada Pirbudaq xan məclisə daxil oldu və əmirlər dedilər: 

 

- Sənin ölkən Pirbudaq xana çatacaq. Azərbaycan məmləkətinin Pirbudaq xana təhvil verilməsi haq-



qında qızıl suyu ilə bir fərman yaz!  

Onların təklifinə əsasən, öz xətti ilə fərman yazdı. O zaman Qara Yusif dedi: 

 

- Biz Şah Məhəmmədi Azərbaycanda qoymuşduq. Sən onu [buradan] çıxardın. İndi öz köhnə yerini 



ona bağışla! 

 

O barədə də öz əli ilə başqa bir fərman qələmə aldı. Məzmunu belə idi: “Bağdadda olan əziz oğulla-



rım Məhəmmədlə Əbülqasim və Tikrit qalası

365


 kutvalları bilsinlər ki, Bağdad taxtgahını və İraqi-Ərəb diya-

rını əziz böyük oğlum Qiyasəddin Şah Məhəmməd Bahadıra verdim. Gərəkdir ki, onun gəlişindən agah olan-

da, dərhal yaraq və peşkəşlə onu qarşılamağa çıxsınlar, açarları, qalaları və xəzinələri ona təslim etsinlər və 

müxaliflik qapılarını bağlasınlar”. 

                                                 

363


 Bəqubə  (Baqubə)  –  İraqda,  Nəhrivan  yaxınlığında  yerləşən  bir  bölgə.  Həmdulla  Müstövfi  “Nühzətül-qülub”  əsərində  Bəqubə 

haqqında yazır: “Mötəbər bir vilayətdir və mərkəzi Bəqubə qəsəbəsidir... Çoxlu bağları və xurmalıqları var” (Nəvai, şərhlər, s.179). 

364

 Əmiraxur (miraxur) – mehtər, at baxıcısı. Əmiraxurbaşı (miraxurbaşı) – şahın at tövləsinin rəisi, baş mehtər. 



365

 Tikrit – İraqda, Samirə şəhərindən 30 mil şimalda, Dəclə çayının qərb tərəfindədir (Nəvai, şərhlər, s.180).    




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə