67
edərək onu öldürücü zəhərlə həlak etdilər
348
. Adı çəkilən əmir (Qara Yusif) Mardinin ələ keçirilməsindən
sonra Bayburdu
349
, Tərcanı
350
və İspiri Ərzincana əlavə edib (Ərzincan əyalətinə birləşdirib) o diyarın idarə-
çiliyini Pir Ömərə verdi ki, daha rahat, güclü və müstəqil şəkildə Osman bəyə qarşı müqavimət göstərə və
müdafiə oluna bilsin və o vilayəti onun iti qılıncının zərərindən qoruya bilsin. Həmin yayda Aladağda yayla-
yıb, xəzan (payız) fəslində zəfər nişanlı əsgərləri ilə Azərbaycan tərəfə qayıtdı.
Nəzm
“O
nahiyə fitnədən xilas oldu,
Aləm bundan rahatlıq tapdı.
Ona görə də yenə uğurlu şahin,
Təbrizə getmək üçün qanad açdı”.
O, igidlərin bir dəstəsini Şəki və Şirvana basqın etməyə yolladı. Məlik İzzəddin Şir, Əmir Qara Yusi-
fin yanına gəldikdə Qara Yusif Şirvan üzərinə ordu göndərməkdən daşındı.
Bu əsnada Sultan Əhməd Cəlair elçi göndərib xahiş etdi ki, Həmədan çəməni ona yaylaq olaraq ve-
rilsin. Lakin Sultan Əlaüddövlənin həbsi barədə qətiyyən bir şey demədi. Ona görə də Qara Yusif həmin söz-
lərə iltifat göstərməyib elçiyə izin verdi (elçini geri göndərdi) və o il Təbrizdə qışlaq etdi.
Müxtəlif əhvalatlar
Bu il Xarəzm padşahı Əmir Edigenin elçisi Herata gəldi və Mavəraünnəhrin fəthini təbrik etdi. O,
hüsn-rəğbətlə qarşılandı və öz diyarına qayıtdı. Eləcə də Fulad xanın mülazimləri Dəşti-Qıpçaqdan
351
elçilik
qaydasında gələrək şahindən və ov heyvanlarından ibarət çoxlu peşkəş gətirdilər. Şahrux padşah onlara xeyli
nəvaziş göstərib yola saldı.
Həmçinin bu il Şahrux padşah, Çingiz xanın oğlu Tuluy xanın [törətdiyi] qətliamdan bu ilə qədər vi-
ran qalmış Mərv
352
şəhərini abadlaşdırdı.
Ölümlər
Xəlil sultan ibn Mirzə Miranşah ibn Sahibqiran Əmir Teymur Kürəkan bu il Rey hüdudunda dünya-
dan köçdü. Səltənətinin müddəti dörd il olmuşdur. Məmləkəti Mavəraünnəhr idi.
Sultan Xəlilin səltənətinin zavala uğramasının səbəbi o oldu ki, şahzadə Şadmələk adlı alçaq bir qa-
dına
vurulmuş, Sahibqiranın zamanında gizli şəkildə onu özünə nikahlamışdı.
Amma qorxa-qorxa onunla gö-
rüşürdü. Səltənət taxtına əyləşdikdən sonra isə mülk işlərinin yüyənini Şadmələkin iqtidarının əlinə təslim et-
di, onun təhriki ilə Əmir Teymur xatunlarından bəzilərini zorla etibarsız (dəyərsiz) adamlarla evləndirdi və
malların xərclənməsində israfçılıq edib, Sahibqiran Əmir Teymur Kürəkanın illərlə yığdığı xəzinələri rəzil
adamlara bağışladı. Çubuq zərbəsi ilə məzlumların könlünü qıraraq topladıqları malları elə adamlara sərf etdi
ki, etibar meyarında onların heç bir çəkisi və dəyəri yox idi. Ona görə də əmirlər və dövlət ərkanı ona nifrət
etdi. Daha öncə qeyd edildiyi kimi, axırda öz mülazimi tərəfindən dustaq edildi
353
.
Sultan Əli ibn Pir padşah ibn Loğman padşah
354
ibn Toğa Teymur xan bu il Mirzə Uluğ bəyin müla-
zimləri ilə döyüşdə öldürüldü.
348
Burada haqqında bəhs edilən “Mardin sultanı”, Mardin Artuklu bəyliyinin son hökmdarı Şihabəddin Əhməddir (bax: C.Alpte-
kin. Artuklular // TDVİA, cilt: 3, yıl: 1991, s.417).
349
Bayburd – indiki Türkiyənin şərqində, Ərzurumla Trabzon arasında, Çorox çayı sahilində yerləşən şəhər.
350
Tərcan – Türkiyənin şərqində, Ərzurum və Ərzincan şəhərləri arasında, Fərat çayının yuxarı axarları ilə Qarasu çayı arasında
yerləşən bir yer adıdır.
351
Dəşti-Qıpçaq – orta əsrlərdə Dunay çayının mənsəbindən və Qara dənizin şimal sahillərindən başlamış, İrtış çayına və Balxaş
gölünə qədər uzanan və cənubda Xarəzm vilayəti və Sırdəryanın aşağı axarları ilə həmsərhəd olan tarixi vilayət.
352
Mərvi-Şahican (Mərv) – müasir Türkmənistan Respublikasının cənub-şərqində, Bayraməli və Marı (Mərv) şəhərləri yaxınlığın-
da tarixi şəhər-qala.
353
Əmirlər şahzadə Xəlili qızıl zəncirlə bağlamış və Şadmələkin qulağını və burnunu kəsmişdilər. Mirzə Xəlil sultanın vəfatı 16 rə-
cəb 814 / 3 noyabr 1411-ci ildə baş verdiyi yaxşı məlum olduğu üçün həmin hadisəni h. 812-ci ilə aid etmək yanlışdır
(Nəvai, şərh-
lər, s.173).
354
Loğman padşahın adı son Tehran nəşrində yer almamışdır və Ankara nəşrinə əsasən əlavə edilmişdir.
68
813-CÜ İLDƏ (06.05.1410 – 24.04.1411) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT
Havanın soyuqluğu və qışın şiddəti geri çəkilməyə üz qoydu və səba yelinin əsməsi ilə çəmən təzə-
tər və şad-xürrəm oldu.
Nəzm
“Səba yaşıllıqla bəzədi dünya bağını,
Cənnətin bağının bir nümunəsinə çevrildi cahan.
Bağda əsən yel ecazkarlıqla canlandırdı torpağı,
Su İsanın
355
bütün möcüzələrini [yuyub] apardı”.
Belə bir vaxtda Qara Yusif Türkman çoxlu qoşunlarla Ərzincana yönəldi və öz oğlu Şah Məhəmmə-
di Azərbaycanı mühafizə etmək üçün Ucanda qoydu. Ərzincanın ətrafı türkman hökmdarının gəlişi səbəbin-
dən cənnət bağçasına həsəd bəxş etdikdə o diyarın hakimi Təhərtən oğlu Şeyx Həsən şəhərə sığındı. Türk-
man ordusu müharibəyə başladı. Qırx gündən sonra Şeyx Həsən Ərzincanın əyan-əşrəfi ilə bol peşkəşlər gö-
türüb türkman hökmdarının dərgahına gəldi və darvazaların, dəfinələrin açarlarını onun vəkillərinə təslim et-
di. Qara Yusif o diyarın hakimliyini Pir Ömərə lütf etdi.
Qara Yusifin [Azərbaycanda] olmadığı zaman Sultan Əhməd Cəlair oyrat türkmanları, Kürdüstan və
Luristan
356
əşirətləri ilə ittifaq halında Bağdaddan Həmədana gəldi və oradan qantökən ordusu ilə Təbrizə
yola düşdü. Müharibə və mücadilə etməyə taqəti olmayan Şah Məhəmməd Xoy tərəfə qaçdı. Sultan Əhməd
qoca dünyanın əvvəlki qərinələrdə və keçmiş zəmanələrdə bənzərini müşahidə etmədiyi tam bir qələbəliklə
və həddən, gümandan artıq bir dəbdəbə ilə gəldi. Təqribən yüz dəvəlik qatar onun alaçıqlarını, saray pərdə-
lərini, bargah çadırını, digər yüklərini və əşyalarını çəkirdi. Dəvələrinin, atlarının və qatırlarının çoxunun
çulları Rumun naxışlı ipək qumaşından və Şam atlasından idi. Onun önündə yedək kimi doqquz at
357
aparır-
dılar ki, hamısının qızıl yəhərləri və daş-qaşlı yüyənləri vardı. Başının üstündə daş-qaşla bəzədilmiş çətir tut-
muşdular. Qırmızı qızıldan düzəldilmiş bir quş heykəlini çətirin başına vurmuşdular və quşun ağzına bahalı
bir inci qoymuşdular. Onun əmirləri və əyanları hamısı piyada gedirdilər. Onun ardınca yaraşıqlı cavanlar,
hüsn-camal sahibləri və qorçular hər biri zərbafta paltar geymiş və əlində bir növ silah tutmuş halda gəlirdi-
lər. Onun sağ tərəfində məmləkətin ixtiyar sahibi olan Şahin ağa addımlayırdı, sol tərəfində də Bağdad ağa
piyada gedirdi. Sultanın qarşısında və arxasında bir ox atışı qədər məsafədə heç bir süvari və piyada yox idi.
Hər neçə addımdan bir onun başına qırmızı qızıl və gümüş səpirdilər. Onun tacında bir ləl vardı ki, mütəxəs-
sislər belə onu qiymətləndirməyə aciz idilər. O, belə bir əzəmət və şövkətlə Təbriz dövlətxanasına gəldi. Şah
Məhəmmədi təqib etmək üçün getmiş bir sıra əmirlər Xoy ətrafında ona çatdılar. Çox döyüşdükdən sonra hər
iki dəstə müharibədən əl çəkib, getmək istədikləri tərəfə yönəldilər.
Elə ki bu möhnətli xəbər Ərzincanda Qara Yusif Türkmana çatdı, dövlət ərkanını toplayıb sülh və
hərb barəsində məşvərət etdi və dedi:
Nəzm
“Ey Rüstəmə
358
bənzər aslan igidlər!
Döyüşdən əndişə etməyin siz.
Tanrının lütfü bizə yar olduğu üçün,
Biz düşmən üzərində zəfər qazanacağıq.
Səy göstərmək bizdən, yardım Allahdan,
Nə üçün ayağımızı döyüşdən geri çəkək?!”
Əmirlər də cavabında dedilər:
Nəzm
“Ey cah-calal səmasının günəşi!
Ütarid
359
səninlə müqayisədə bir hilal kimidir.
355
İsa peyğəmbər nəzərdə tutulur.
356
Luristan – İranın qərbində tarixi vilayət. Paytaxtı Xürrəmabad şəhəri idi. Əhalisi irandilli lur xalqından ibarətdir.
357
Türklərin nəzdində doqquz rəqəminin xüsusi əhəmiyyəti vardı (Nəvai, şərhlər, s.176).
358
Rüstəm – Firdovsinin “Şahnamə” məsnəvisinin qəhrəmanlarından olan əfsanəvi pəhləvan Rüstəm Zal.
359
Ütarid – Merkuri planeti.