HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə51/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   47   48   49   50   51   52   53   54   ...   337

83

 

 



Səədəddin Təftazani

434


 arasında mübahisələr baş verdi və əksər məclislərdə Əmir Seyid Şərif təbinin hiddəti 

və zehninin zənginliyi səbəbindən cənab Mövlanaya qələbə çaldı.  

Nəzm 

“Yüksəyi və alçağı yaradan Tanrı, 



Hər əldən üstün olan bir əl yaratmışdır”. 

 

Əmir Teymur Kürəkan əbədi cahana köçdükdən sonra o Xeyrülbəşər



435

 övladlarının öndəgedəni və 

bilikli alimlərin rəhbəri yenidən Mavəraünnəhrdən Şiraza tələsdi. Şərəfli ömrünün müddəti yetmiş altı il ol-

muşdur. Əsərləri sırasında bunlar vardır: kəlam elmi haqqında “Şərhi-müvafiq” (“Müvafiq şərh”), “Haşiyə 

bər şərhi-təcridi-qədim” (“Qədim təcrid şərhinə dair haşiyə”), “Şərhi-kafiyə” (“Kifayətedici şərh”), “Haşiyə 

bər şərhi-mətale” (“Mətlələr şərhinə dair haşiyə”), “Haşiyə bər şərhi-təvale” (“Talelər şərhinə dair haşiyə”), 

“Haşiyə bər şərhi-şəmsiyyə” (“Şəmsiyyə şərhinə dair haşiyə”), “Haşiyə bər təsrif” (“Təsrifə

436


 dair haşiyə”), 

“Haşiyə  bər  kəşşaf”  (“Kəşşafa  dair  haşiyə”),  “Haşiyə  bər  mütəvəssit” (“Mütəvəssit”  əsərinə  dair  haşiyə”), 

“Haşiyə bər mütəvvəl” (“Mütəvvələ dair haşiyə”), “Haşiyə bər hikmətül-eyn” (“Varlıq hikmətinə dair haşi-

yə”),  “Haşiyə  bər  mühakimat”  (“Mühakimələrə  dair  haşiyə”),  “Haşiyə  bər  şərhi-müxtəsəri-Üzdi  dər  üsul” 

(“Üzdinin üsul haqqındakı müxtəsər şərhinə haşiyə”), Haşiyə bər şərhi-hidayeyi-Mirək Çəngi” (“Mirək Çən-

ginin “Hidayə” əsərinin şərhinə dair haşiyə”), məntiq haqqında farsca “Sərfiyyə və kübra” risaləsi

437

 və mə-


nalar haqqında “Şərhi-miftah” (“Açarların şərhi”). 

817-Cİ İLİN (23.03.1414 – 12.03.1415) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

Mavəraünnəhr diyarında baş vermiş hadisələrin təsviri 

 

Bu il Mirzə Uluğ bəy çoxlu qoşunlarla Əndicana



438

 hərəkət etdi. O diyarın hakimi Mirzə Mirək Əh-

məd müqavimət göstərməyə tab gətirməyib Uratəpə dağına

439


 pənah apardı. Mirzə Uluğ bəy Əxsi qalasını

440


 

ələ keçirib, oranın idarəçiliyini Payəndə Bukavula

441

 tapşıraraq Əndican tərəfə yönəldi. O diyarın idarəçiliyi 



Əmir Musaka ilə Əmir Məhəmməd Tabana verildi. Səadətli şahzadə Səmərqənd tərəfə qayıtdı. Uluğ bəyin 

çıxıb getməsindən sonra Mirzə Mirək Əhməd Moğolustan qoşunları ilə Əndican ətrafına gəlib, Əmir Musaka 

və Əmir Məhəmməd Tabanla döyüşərək onları qətlə yetirdi. Qalan əmirlər Əndicanı qorudular. Moğollar o 

diyarı çapıb-talayıb öz diyarlarına yola düşdülər. 



Şahrux padşahın İsfahan tərəfə hərəkət etməsi və Mirzə İsgəndərin dustaq edilməsi haqqında söhbət 

 

Bu  ilin  əvəllərində  yaxşı  xasiyyətli  padşah  Şahrux  Mazandarandan  çıxıb  hərəkət  bayrağını  İsfahan 



tərəfə  qaldırdı.  Öz  çoxluğu  ilə  çölü  və  dağı  təngə  gətirən  bir  ordu  və  can  alan  oxlarının  ucu  ilə  səmadakı 

Cövza düyününü açan və qartal qanadlı oxları ilə asimandakı Nəsreyn ulduzlarını yerə salan, pələng yıxan, 

aslan ovlayan adlı-sanlı cavanlarla köçə-köçə yola düşdü.  

Nəzm 


                                                 

434


 Səədəddin Məsud ibn Ömər Təftəzani (1322-1389) – Nisa bölgəsinin Təftəzan adlı yerində doğulmuş din alimidir (Öztürk, şərh-

lər, s.104). 

435


 Xeyrülbəşər (ərəbcə “insanların ən xeyirlisi” deməkdir) – Məhəmməd peyğəmbərin ləqəblərindən biri. 

436


 Təsrif  –  qrammatikada  felləri  zamanlara  görə  dəyişdirmək  (Ərəb  və  fars  sözləri  lüğəti.  Redaksiya  heyəti:  B.T.Abdullyev, 

Ə.Ə.Orucov, Y.Z.Şirvani. Bakı, 1985, s.631). 

437


 Risalə - kitabça, traktat. 

438


 Əndican – indiki Özbəkistan Respublikasının şərq qurtaracağında, Fərqanə vadisinin cənub-şərq hissəsində, Əndicançay sahilin-

də şəhər. 

439

 Uratəpə - indiki Tacikistan Respublikasının Soqd vilayətindədir. 



440

 Əxsi (Axsi) – indiki Özbəkistanın şərqində, Fərqanə vadisində, Nəmənqan şəhərindən cənub-qərb tərəfdə, Kasançayın Sırdərya-

ya töküldüyü yerin yaxınlığında tarixi şəhər. 

441


 Tarixi ədəbiyyatda bukavul barədə mövcud olan mülahizələr onun şənlik təşkilatçısı, süfrəyə və xörəyin dadına baxan, saqi və s. 

olduğunu  göstərir.  Lakin  XIII-XIV  əsr  mənbələrinin  məlumatlarından  göründüyü  kimi,  həmin  zaman  bukavullar  ordu  hissələrində 

yüksək mövqe tutmuşlar. Onlar ordunun quruluşu və effektli fəaliyyəti üçün dəqiq tədbirlər görməli, baş divandan ordu üçün ayrılmış 

təxsisatı  almalı,  qənimətləri  ordu  hissələri  arasında  ədalətlə  bölməli,  orduda  nizam-intizamın  möhkəmlənməsinə  çalışmalı  idilər 



(V.Z.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə, s.323-324). Səfəvilərin dövlət quruluşunu əks etdirən “Təzkirətül-müluk”da bukavul ter-

mininə rast gəlmirik. Bəzi Səfəvi qaynaqlarında bukavul termini birinci mənada, yəni saray təşrifat məmuru, eşikağasının sinonimi 

kimi işlədilmişdir. 



84

 

 



“Hamısı gözəllərin qaşları kimi kaman çəkən, 

Qəlblərə eşq kimi atəş vuran. 

Hamısı daş kimi adam yıxan və qan tökən

Hamısı türklərin gözü kimi fitnə salan. 

Hamısı yandırıcı atəş kimi ürək odlayan, 

Hamısı dilbərin qəmzəsi kimi ciyər deşən. 

Aşiqin dilbərdən ötrü axıdılan göz yaşı kimi, 

Cahanı bürüyən, qanlı və dilavərdir hamısı”. 

 

Bu  möhnətli  xəbər  Mirzə  İsgəndərə  çatdıqda,  Əmir  Yusif  Cəlili,  Əmir  Çolbanşahı,  Əmir  Abdulla 



Pərvanəçini və Əmir Bəyan Quçini

442


 şücaətli bahadırlardan ibarət bir dəstə ilə Savədə yerləşən və ona qarşı 

müxaliflik naxışını öz xəyal lövhəsinə çəkmiş olan Nəsrulla Səhrayini dəf etməyə göndərdi. 

 

Bu xəbər Həzrət Şahruxa çatdıqda, Əmir Həsən Sufi Tərxanı, Əmir Dövlət Xocanı, Əmir Çaharşən-



bəni və Əmir Seyid Əli Tərxanı on min cavanla Savə əhalisinin köməyinə getməyə təyin etdi. Mirzə İsgəndə-

rin  əmirləri  ondan  üz  döndərib,  aləmin  pənahı  olan  dərgaha  yönəldilər  və  Şəhriyar  qalası  ətrafında  qələbə 

şüarlı orduya qoşularaq böyük lütfkarlıqla qarşılandılar. 

 

İsfahanın ətrafı cahan hökmdarının gəlişinin təntənəsindən cənnət bağının bir nişanəsinə çevrildikdə, 



bir dəstə döyüşçü aləmin pənahı olan dərgaha gəlib ərz etdilər ki, “bizim evlərimiz İsfahan darvazasının ba-

yırındadır və əgər o həzrət (Şahrux) bizim köməyimizə bir dəstə [əsgər] göndərsə, onda [şəhərə] hakim ola-

caqdır”. Fərmana əsasən, Əmir Mizrab Bahadır və Əmir Xoca o tərəfə yollandılar. Mirzə İsgəndərin qaravul-

ları  şəhərdən  çıxıb  döyüşə  və  vuruşa  başladılar.  Bu  tərəfdən  Mirzə  Bayqara,  Lütfulla,  Təvəkkül  Bavərçi, 

Əmir Şeyx Əli və Əmir Çolbanşah Barlas o müqayisəyəgəlməz qoşunu yerindən dəbərdib darvazaya qədər 

qovdular  və  döyüşçülərin  ailələrini  və  köçlərini  hökmdarın  ordusuna  gətirdilər.  Səf  yaran  bahadırların  bu 

həmləsindən Mirzə İsgəndərin qəlbinə tamamilə qorxu hakim kəsildi. O, etdiklərindən peşman və törətdiklə-

rindən pərişan oldu. 

 

Ertəsi  gün  o,  naçar  şəkildə  ata  minib  Şahrux  padşahın  qarşısında  səf  çəkdi.  Elə  ki  gözü  o  həzrətin 



bayrağına  sataşdı,  özündə  ona  qarşı  müqavimət  gücünün  olmadığını  başa  düşdü.  Çarəsizlik  üzündən  qaçış 

vadisinə tələsdi. Qalib qoşun (çərik) o məğrur güruhdan çoxlarını gedər-gəlməzə göndərdi. Az qaldı ki, Mir-

zə İsgəndər əsir alınsın. Lakin o, min hiylə ilə özünü şəhərə saldı və tısbağa kimi başını o möhkəm qalanın 

içinə çəkdi. Qalanın dörd divarını özünə sığınacaq, daldalanacaq, qorunacaq yer və pənahgah etdi. Sərçə ki-

mi əzab qəfəsinin əsiri və bəla tələsinin dustağı oldu. Göyərçin kimi möhnət tələsinə və iztirab toruna düşdü 

və bu beytlərin məzmunundan xəbərsiz oldu: 

Nəzm 

“Quş bostandan qəfəsə gələrsə, 



Gərək uçmağa olan həvəsindən əl çəksin. 

Bir aslan ki, zəncirə bağlanarsa, 

Cüyür və ceyran ovlamaqdan qalar”. 

 

[Dünyanın insanla] məskunlaşmış dörddə bir hissəsinin padşahı İsfahanın ətrafına tələsib bargahının 



qübbəsini günəşin və ayın zirvəsinə ucaltdı. O zaman Şəhriyar qalasından Əmir Bistamın oğlu Bayəzid dər-

gaha gəldi və [hökmdarın] hüzuruna çıxmaq şərəfinə nail oldu. O əsnada üç yüz nəfər yaxşı silahlanmış sü-

vari döyüş iradəsi ilə qalanın içindən çıxdı. İlyas Xoca onları məğlub edib əksərini qətlə yetirdi. Amma özü 

də yaralandı. Ali mənşəli hökmdarın fərmanı ilə İsfahan divarlarını kəndirlə ölçüb onları əmirlərin arasında 

bölüşdürdülər. Sibələr

443


 (döyüş mövqeləri) düzəldib, ürək deşən oxların zərbəsi və sinəni odlayan mizrağın 

ucu ilə müxalifləri yaralayaraq onları bürclərin və divarların üzərindən uzaqlaşdırdılar. 

 

O əsnada Şirazın böyükləri və əyanları dostlara nəvaziş göstərən və düşmənləri yox edən hökmdarın 



tərəfinə keçib, Mirzə İsgəndərin adamlarını dustaq edərək xütbəyə və sikkəyə Şahruxun adı və ləqəbi ilə gö-

                                                 

442

 Ə.Nəvai  (Şərhlər,  s.209)  Bəyan  Quçinin  h.  809-cu  ildə  Mirzə  Əbu-Bəkr  tərəfindən  öldürüldüyünü  yazmış  və  “Mətləüs-səə-



deyn”ə əsasən, bu yürüşə qatılan əmirlərin adlarını belə sıralamışdır: Əmir Yusif Cəlil, Əmir Çolbanşah, Əmir Abdulla Pərvanəçi və 

Səədulla.  

443

 Sibə – səngər; qalanı və ya şəhəri mühasirə etmiş qoşunun tutduğu mövqelər. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə