HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə50/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   46   47   48   49   50   51   52   53   ...   337

81

 

 



bir məktub göndərdi və ona xəbər verdi ki, “əgər Qumun idarəçiliyini mənə versəniz və bunu öz əhdiniz və 

andınızla təsdiq etsəniz, şəhəri [sizə] təslim edərəm”. Elə ki aralıqda əhd-peyman bağlandı, o nankor məkr və 

hiyləyə başladı. O, Xoca Məhəmmədi razı saldı ki, əksəriyyəti qalada olan Qum əhalisini mühafizə üçün şə-

hərə göndərsin və beləliklə, camaatı şəhərdə pərən-pərən saldı. Özü isə say-seçmə adamlar və xocanın qarda-

şı oğlu Əmir Mahmudla mühafizə üçün şəhərdə oturub hər yerdə bir bəhanə ilə Əmir Mahmudun mülazimlə-

rini  qoydu.  Belə  ki,  Əmir  Mahmudun  yanında  beş-altı  nəfərdən  artıq  adam  qalmadı.  Bu  zaman  o,  Kəngan 

darvazasından çıxıb Əmir Mahmudu tutdu. Mirzə İsgəndərin qoşununun bir dəstəsi nankor Müzəffərin məs-

ləhəti  ilə  həmin  darvazanın  bayırında  yerləşən  Xoca  Əli  Səfi  xanəgahında

420

 məskən  salmışdı.  Onlar  məkr 



pusqusundan çıxıb onu İsfahana apardılar və xocanı qardaşı oğlu ilə birlikdə qətlə yetirdilər. Qumun idarəçi-

liyi Abdulla Pərvanəçiyə

421

 həvalə edildi və razılaşmaya əsasən, malların idarəsi (vergilərin toplanması) Mü-



zəffərə tapşırıldı. Mirzə İsgəndər bu il İsfahanı paytaxt etdi. İsfahanda bir başqa səfa peyda oldu.   

İran padşahı Qara Yusif Türkmanın əhvalının təsviri 

 

Bu il Qara Yusif Türkman Diyarbəkr tərəfə getdi və Pirbudaq üçün şahanə bir toy və padşahlara la-



yiq  bir  ziyafət  tərtib  etdi.  Pirbudaq  xan  yaxınlarından  və  xüsusi  adamlarından  ibarət  bir  dəstə  ilə  məclisdə 

oturub fərəh və sevinc qapılarını açdı. Xoş ahəngli mütrüblərdən ud və çəng nəğməsi yüksəldi. Ay üzlü sa-

qi

422


 əqiq  rəngli  saf  şərab  qədəhini  payladı  və  şərab  piyaləsini  günəşin  zərli  camı  kimi  dolaşdırdı.  Belə  ki, 

min qoyun və yüz madyan kəsildi. Digər ləvazimatı da bununla müqayisə etmək gərək. Türkman əmirlərinə 

və Azərbaycan əyanlarına şöhrətli atlar və zərnigar kürklər hədiyyə etdi. Ondan sonra hərəkət bayrağını Bit-

lis tərəfə qaldırdı. O diyarın hakimi Əmir Şəmsəddin qohum-əqrəbası ilə birlikdə xidmətkarlıq və fədakarlıq 

şərtlərini yerinə yetirdi. Qara Yusif, Tərcanın idarəçiliyini Qara Bahadıra həvalə edib sədd kimi əsgərlərlə 

oradan Həmidə

423

 yönəldi. Yol əsnasında Cermük



424

 qalasını ələ keçirib onların əksər adamlarını qətlə yetirdi. 

Ondan sonra Qəni (Erqani)

425


 qalasına yönəldi. Qara Osman da onu qarşılamağa çıxıb, çoxlu döyüşdən sonra 

məğlub  olaraq  qalaya  sığındı.  Qara  Yusif  oradan  geri  dönüb,  Əmir  Bistamın  müxalifliyi  səbəbindən  İraqa 

yönəldi. Sultaniyyəni xarab edib, rəcəb [ayının] 20-də (16.10.1413) Təbriz şəhərinə gəldi.  

Müxtəlif əhvalatlar 

 

Bu il Day Ming xanın yanından Herata elçilər gəldilər və Zağan bağında



426

 Şahrux padşahın hüzuru-

na çıxmaq şərəfi ilə baş ucalığı qazandılar. O həzrət Şeyx Məhəmməd Bəxşini onlarla birlikdə Xətaya gön-

dərdi.  


 

Həmçinin bu il Qara Yusif Türkman Təbrizdən Qəzvinə gəldi və oradan Həmədana yönəldi. Mirzə 

İsgəndər bəla əlamətli ordu ilə onu qarşıladı və ordusunun ətrafında xəndək qazdırdı. Qara Yusifin ordusu 

göründü. Mirzə İsgəndərin qoşunu çox qorxdu. O əsnada Qara Yusifi ağır bir xəstəlik tutdu və Azərbaycana 

tərəf qayıtdı. Elə ki Gavəruda çatdı, o diyarın hakimi Baba Hacı bəy onun hüzuruna gəlib tam hörmətlə qar-

şılandı. Ondan sonra Qara Yusif Təbrizə yollandı. Cəmadiyülaxır ayının 10-da (07.09.1413) o şəhərə daxil 

oldu.  

 

Həmçinin bu il Şahrux padşah Azərbaycana yürüş iradəsi ilə Heratdan Nişapura



427

 gəldi. Oradan İs-

gəndərə  bir  məktub  yazdı.  Məzmunu  belə  idi:  “Ali  bayraqlarımız  Qara  Yusif  Türkmanı  dəf  etmək  üçün 

Azərbaycana doğru hərəkət etməkdədir. Ey oğul, gərəkdir ki, sən də türkman ordusunun şövkətini qırmaq və 

bu xanədanın məmləkətinin düşmənlərini dəf etmək üçün səy göstərib çalışasan, heç bir bəhanə və üzrxahlıq-

                                                 

420

 Xanəgah, təykə, zaviyə – bir şeyx və ya mürşidin rəhbərliyi altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, sufi təri-



qətlərinin məkanı. 

421


 Pərvanəçi – sarayda fərman yazmaq işi ilə məşğul olan məmur. 

422


 Saqi – su verən, su paylayan və satan; içki məclisində şərab paylayan. 

423


 Həmid (Amid) – Türkiyənin Diyarbəkr şəhəri nəzərdə tutulur. 

424


 Cermük (Çermik) – Diyarbəkrdən şimal-qərbdə, Erqanidən cənub-qərbdə yerləşir. 

425


 Erqani – Diyarbəkr şəhərindən şimal-qərbdə, Elazığ və Diyarbəkr şəhərləri arasında yerləşir. 

426


 Zağan bağı (Qarğalar bağı) – Heratın qala divarlarının şimal-qərb bucağının xaricində yerləşirdi (Seddon, şərhlər, s.254). 

427


 Nişapur – İranın şimal-şərqində, Xorasan vilayətində, Məşhəd və Səbzəvar şəhərləri arasında yerləşən şəhər. 


82

 

 



la özünü bizə kömək göstərmək yolundan çəkindirməyəsən, Fars və İraq qoşunlarını cəmləyib, Rey nahiyə-

sində fələk şövkətli ordumuza qoşulasan”. 

 

Sözügedən məktubu mütaliə edən Mirzə İsgəndər elə təsəvvür etdi ki, Şahrux padşah İraqı zəbt et-



mək iddiasına malikdir. Ona görə də müxaliflik edərək, öz adına sikkə vurdurub xütbə oxutdu və bir dəstəni 

Simnana basqın etməyə, başqa bir dəstəni isə Quhistanı

428

 talamağa  göndərdi. Kafi İslamı yaxşı xələtlər və 



rəğbət  doğuran  atlarla

429


 Qəndəhar  və  Sistan  hakimlərinə  göndərdi  və  onlara  yolladığı  məktubların başında 

bu ibarələri yazdı: “əl-qaim bi əmril-müslimin və vəliyyi-əmirülmöminin Sultan İsgəndər”

430

.  


 

Sistan hakimi (Məlik Qütbəddin) onun elçisini tutub Şahrux padşahın dərgahına göndərdi. O həzrət 

həmin qışda Mazandaranda qışlaq etdi. 

 

Həmçinin bu il Qara Yusif Türkmanın oğlu Şah Məhəmməd Bağdaddan Şəhrizura



431

 gəldi. Məhəm-

məd Sarı Türkman çox döyüşdükdən sonra əsir alınıb Hit qalasında

432


 məhbus edildi.  

 

Bu il Baba Hacı bəy Gavərudi əhd-peymandan sonra oğulları və qardaşları ilə Qara Yusifin dərgahı-



na gəldi. O həzrət mürüvvətinin çoxluğu üzündən Gavərud bölgəsini altı yüz kəndlə birgə adı çəkilən şəxsə 

bağışladı. Hökmdarın fərmanı verildi ki, o, hökmdarın nişanlarına möhür vursun, onun razılığı olmadan döv-

lət ərkanı külli və cüzi işlərdən heç birini həll etməsinlər və onun qardaşı Hacı Məhəmmədə də güman etdi-

yindən daha artıq hörmət göstərdi.   



Ölümlər 

 

Bu il seyid mənşəli cənab, [biliklərini] ifadə etməyin ustası, feyz bəxş edən, üləmanın ümdəsi, şərəf-



lilərin və mütəfəkkirlərin öndəgedəni Əmir Seyid Şərif Əllamə Cürcani fani aləmdən əbədi cahana köçdü. 

 

779-cu ildə (10.05.1377 – 29.04.1378) Məhəmməd Müzəffərin oğlu Şah Şüca Qəsri-Zərddə olarkən 



Əmir Seyid Şərif onun ordusunun həndəvərinə gəldi. İstədi ki, şahla görüşsün və onu heç kimin vasitəçiliyi 

olmadan öz halından agah etsin. O əsnada Şah Şücanın hüzuruna getməkdə olan Mövlana Səədəddin Məsud 

Ünsini

433


 gördü. Özünü döyüşçü libasında ona göstərib dedi: 

 

- Mən qərib və oxatan (oxçu) bir adamam. Ümidim odur ki, fürsət düşdükdə mənim xahişimi [şaha] 



ərz edəsən.  

 

O, Mövlana Səəddinin üzəngisinin yanında bargahın qapısına qədər piyada getdi. Mövlana dedi: 



 

- Burada gözlə ki, mən içəri daxil olmaq üçün izin alım.  

 

Mövlana padşahın hüzuruna çıxmaq şərəfi ilə feyzləndikdə qərib oxatanın sözünü də ərz etdi. Şah 



Şüca dərhal onu çağırdı və Əmir Seyid Şərif dərgaha gəldi. Şah oxatanın halını soruşdu. O, öz şərəfli təbinin 

nəticəsi olan və [müxtəlif] əsərlərin müəlliflərinə qarşı etirazlarından ibarət olan bir dəftəri qoltuğundan çıxa-

rıb Şah Şücanın əlinə verdi. Şah Şüca bu səhifələri oxuyub Mir Seyid Şərifin halından agah oldu. Ona hör-

mət və ehtiram göstərdi, çoxlu nağd (pul) və cins (mal) ənam verdi və o cənabı özü ilə bərabər Şiraza aparıb 

öz darüşşəfasının tədris mənsəbini həmin fəzilətli seyidə həvalə etdi. Əmir Seyid Şərif on il Farsda fəzilət və 

kamal əhlinə dərs dedi. 

 

789-cu (1387) ildə Əmir Teymur Kürəkan Şirazı fəth etdikdə hökm buyurdu ki, o cənab Səmərqəndə 



təşrif aparsın. Seyidliyin pənahı olan, ifadə məharətinə və həqiqət sərvətinə malik cənab itaəti vacib olan fər-

mana əsasən, o şəhərə tələsib o həzrətin ölüm zamanına qədər orada qaldı. Həmin dövrdə onunla Mövlana 

                                                 

428


 Quhistan  (Kuhistan)  –  mənası  “dağlıq  ölkə”  demək  olub,  Xorasan  vilayətinin  bir  bölgəsi  idi;  Məşhəddən  cənubdakı  əraziləri, 

Turşizi və onun ətraf yerlərini əhatə edirdi (Seddon, şərhlər, s.249). 

429

 Mənbənin  Nuruosmaniyyə  və  Paris  nüsxələrində  müvafiq  surətdə  “əsbab”  və  “əsbabha”  (mallar)  yazılmışdır.  Lakin  Ə.Nəvai 



(s.204) “Mətləüs-səədeyn”ə əsasən, bu ifadəni əsbha (atlar) kimi təshih etmişdir. 

430


 Ə.Nəvai (Şərhlər, s.205) hesab edir ki, “vəliyyi-əmirülmöminin” ifadəsi İsgəndərin müstəqil bir padşah olaraq Misirdəki Abbasi 

xəlifəsinə beyət etdiyini və ya beyət etmək istədiyini göstərir. 

431

 Şəhrizur – müasir İran – İraq sərhədi yaxınlığında, İraqın Süleymaniyyə şəhərindən cənub-şərq istiqamətdə, Diyala çayı vadisin-



də yerləşən qədim şəhər. 

432


 Hit qalası – Bağdadın şimalında, Fərat çayı sahilində yerləşirdi (F.Sümer. Kara Koyunlular, s.64). 

433


 Bu şəxs, Şah Şücanın Məlik İzzəddin Lurun qızı ilə kəbinini kəsmiş, bundan əlavə, Şah Şücanın ərəbcə və farsca nəzm və nəsr 

əsərlərindən ibarət divanını tərtib etmişdir (Nəvai, şərhlər, s.206).   




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə