HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə52/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   48   49   50   51   52   53   54   55   ...   337

85

 

 



zəllik  və  zinət  verdilər  və bu  muştuluğu çatdırmaq  üçün  ali taxtın  ətəyinə  elçi göndərdilər.  O həzrət,  Əmir 

Həsən Sufini və Əmir Çolbanşah Barlası Mirzə İsgəndərin oğullarını gətirmək üçün Şiraza yolladı. 

 

İsfahan qalasının əhalisi hər gün [qaladan] çıxıb şiddətli döyüşlər aparırdılar. O əsnada Şahrux pad-



şah, Qiyasəddin Qazı Simnanini elçi sifəti ilə şəhərə göndərdi və sülhdən söz açdı. Mirzə İsgəndər qəbul et-

mədi. Amma bir neçə gündən sonra Əmir Təvəkkül Qutğunu iki-üç atla o həzrətin hüzuruna göndərib xəbər 

verdi ki, “həzrət (Şahrux) geri dönsün və ondan sonra mən qorxusuz-hürküsüz onun dərgahına tələsim”. 

 

Şahrux padşah dedi ki, “əgər o, mənim hüzuruma gəlsə, onu əziz tutaram və əgər digər bir tərəfə get-



sə, onu narahat etmərəm”. Lakin o, bu sözə də razı olmadı. 

 

İsfahanın mühasirəsi  əyyamı iki ay sürdü. Cəmadiyüləvvəl [ayının] 2-də  (20.07.1414) hər tərəfdən 



savaşa atıldılar. O gün səhərdən axşama kimi döyüş və vuruş atəşi son dərəcə alovlandı və şölələndi. Qali-

biyyətli  ordu  nərdivanlar  hazırlayıb  qalanın  üzərinə  hücum  çəkdi.  Küngürəsinin

444

 başı  Sürəyyadan  uca  və 



xəndəyinin dibi yerin nəm çəkmiş dərinliyindən alçaq olan qala divarının üstünə asanlıqla çıxıb müxalifləri 

pərən-pərən saldılar və qala divarları üzərində məşəllər yandırdılar. Bu əsnada Əmir Əbdüssəməd qaçıb Şah-

rux padşahın hüzuruna gəldi. 

 

Mirzə İsgəndər bu xəbəri eşitdikdən sonra can qorxusundan İsfahanı atıb, fərar yolunu tutaraq biya-



ban guşəsindən keçməklə aradan çıxdı. Qalib qoşunun bir dəstəsi o məğlubu tutub, aləmin pənahı olan dərga-

ha gətirdi. Hərçənd ondan söz soruşsalar da, cavab vermədi. O həzrət onu qardaşı Mirzə Rüstəmə tapşırdı. 

Amma Mirzə Rüstəm mürüvvətsizlik torpağını insaniyyət gözünə töküb qardaşının [gözlərinə] mil çəkdi.  

 

O həzrət (Şahrux) İsfahan hakimliyini Mirzə Rüstəmə, Həmədan vilayətini Mirzə Bayqaraya və Qu-



mu Mirzə Səəd Vəqqasa həvalə etdi. Daha sonra qələbəni elan edən bayraqlar Şiraz tərəfə hərəkətə gəldilər. 

[Şahrux] o diyarın idarəçiliyini də İbrahim sultana tapşırıb Herat tərəfə qayıtdı. 



Müxtəlif əhvalatlar 

 

Bu il Şahrux padşah İmam Rzanın müqəddəs Məşhədini (Məşhədi-müqəddəseyi-Rizəviyyə), Nisanı, 



Əbivərdi (Bavərd)

445


 və bütün Mazandaranı Mirzə Baysunqura verdi.  

 

Həmçinin  bu  il  Qara  Yusif  Türkmanın  qasidi  Şahrux  sultanın  dərgahına  gəlib,  onun  dövlətsevərlik 



(sədaqət) yolu ilə getdiyini göstərən bir məktub gətirdi. 

 

Həmçinin  bu  il  Qara  Yusif  Türkmanın  böyük  əmirlərindən  sayılan  və  tiyul



446

 şəklində  Sultaniyyə, 

Ərdəbil və Muğan ölkəsinə malik olan Əmir Bistam Cagirlü, Şahrux padşahın dərgahına gəlib, tam ehtirama 

layiq görülərək öz diyarına geri döndü. 

 

Həmçinin Məlik Kəyumərs Rüstəmdari çoxlu peşkəşlə asiman ucalığındakı dərgaha gəldi. 



818-Cİ İLİN (13.03.1415 – 29.02.1416) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

 

Bu il Qara Yusif Türkman öz say-seçmə və yaxın adamlarından Mərdanşahı Şahrux padşahın dərga-



hına göndərdi. [Mərdanşah] ağıl, uzaqgörənlik, fəhm, fərasət, təbdir gözəlliyi və danışıq səlisliyi baxımından 

Azərbaycan vilayətində istər seçkin adamlar, istərsə də sadə camaat arasında böyük şöhrətə malik idi. 

Nəzm 

“Hikmət əhlinin düşüncəsi kimi uzaqgörən



Aqibəti düşünənlərin təbiəti kimi əmin. 

İncəlikləri bilənlərin rəyi kimi sirləri açan,  

Bir tədbirlə yüz qoşunu məğlub edən”. 

 

[Qara Yusif onun vasitəsilə Şahruxa] ərz etdi ki, “əgər o həzrət Sultaniyyə vilayətini mənə verərsə, o 



zaman dövlətsevərliyin vəzifəsi nədirsə, onu yerinə yetirərəm”. Şahrux padşah, Mərdanşaha hörmət göstərib 

                                                 

444

 Qübbənin ən yüksək yeri. 



445

 Nisa  və  Əbivərd  –  indiki  Türkmənistanın  cənubunda  yerləşmiş  tarixi  şəhərlər.  Əbivərd  hal-hazırda  Aşqabaddan  120  km.  cənub-

şərqdə, Kaaxka şəhərinin 8 km-də yerləşir. Qədim Nisa şəhərinin xarabalıqları isə Aşqabaddan qərbdə, Türkmənistanın Bagir kəndi ya-

xınlığında  aşkar olunmuşdur  (V.F.Minorsky. “Tadhkirat al-Muluk”, p.168; О.Экаев.  Туркменистан  и  туркмены  в  конце  XV  –   в 



первой половине XVI века /по данным «Алам ара-и Сефеви»/. Ашхабад, 1981, s.31).  

446


 Tiyul  –  Səfəvi  dövründə  geniş  yayılmış  şərti  torpaq  sahibliyi  forması.  Tiyul,  əsasən  dövlətə  göstərdikləri  xidmət  müqabilində 

hərbi əyanlara verilirdi (daha ətraflı bax: И.П.Петрушевский. Очерки, с.184-221). 




86

 

 



geri qayıtmasına izin verdi və [Qara Yusifə] xəbər göndərdi ki, “əgər öz oğlunu mənim hüzuruma yollasan, 

sənin xahişini qəbul edəcəyəm”. Bu sözdən Qara Yusifin qəzəb atəşi alovlandı. İstədi ki, Sultaniyyəyə gəlsin. 

Ona görə də Şahrux padşah, Əmir Cahanşah Barlası iyirmi min süvari ilə Reydə olan İlyas Xocaya köməyə 

göndərdi. Əmir Bistam Cagirlü türkman ordusunun qorxusundan Sultaniyyəni öz oğluna tapşırıb Quma gəldi. 

Mirzə Səəd Vəqqas onu tutub ali taxtın ətəyinə ərizə yolladı. Əmir Bistamın həbsi o həzrətin (Şahruxun) xo-

şuna gəlmədi. Ona görə də Əmirzadə Səəd Vəqqas, Əmir Bistamı özü ilə götürüb Qara Yusifin yanına getdi. 

Türkman hökmdarı onlara tam hörmət göstərdi və Əmir Bistamın oğlu Əxi Fərəci Quma göndərdi ki, şahza-

dənin  hərəmini  Azərbaycana  gətirsin.  Mirzə  Səəd  Vəqqasın  möhtərəm  hərəmi  olan  Mirzə  Miranşahın  qızı 

Ağabəyim onları tutub, o fitnənin səbəbkarı olan Teymur Şeyxi, Qutluq Xocanı və Şeyx Əli Zindəni qətlə 

yetirdi və onların başlarını Herata göndərdi. 



Mirzə Bayqaranın Şahrux padşaha qarşı müxaliflik etməsi haqqında söhbət 

 

Bu  il  Mirzə  Bayqara  öz  qardaşı  Mirzə  İsgəndərin  təhriki  ilə  könül  lövhəsinə  istiqlal  xəyalı  çəkdi. 



Mirzə Rüstəm bu hadisədən agah olduqda bir dəstə [qoşun] göndərdi ki, Mirzə İsgəndəri tutub İsfahana gə-

tirsinlər. Mirzə Bayqara düşməni məhv edən bir dəstə bahadırla Şiraza doğru hərəkətə gəldi. 

 

Mirzə  İbrahim  sultan  zəfər  nişanlı  qoşunların  gəlişindən  xəbər tutduqda  hazırlıqlı  ordu  və  növrəstə 



cavanlarla Beyza nahiyələrində Mirzə Bayqaranın qarşısında səf çəkdi. Mirzə İbrahim sultan bir dəstə igidlə 

həmlə edib Mirzə Bayqaranın sağ və sol cinahlarını məğlub etdi. Mirzə Bayqara bir dəstə igidlə Mirzə Sultan 

İbrahimin [ordusunun] mərkəzinə həmlə etdi. Onlar buna tab gətirməyib fərar yolunu tutdular. 

Nəzm 


“Əgər ayağı yerdə olan ağac olsa belə, 

Yerə yıxılar, əgər əsərsə bərk külək. 

Gəminin ağırlığı dağ kimi olsa da,  

Bu nəhəngi dəryanın fırtınası şövkətsiz edər”. 

 

Mirzə Bayqara onların məğlubiyyətindən sonra, rəbiüləvvəl [ayının] (11.05-09.06.1415) axırlarında 



Şiraz şəhərinə daxil oldu. O əsnada Mirzə Rüstəm fitnənin xəmir mayası olan Mirzə İsgəndəri axirət aləminə 

göndərdi.  

 

Elə ki bu xəbərlər kama çatmış padşahın qulağına yetişdi, Əmir Şahməliki Rey tərəfə göndərdi ki, o 



hüdudun əmirlərini toplayıb ali orduya gətirsin. O həzrət məşvərətdən sonra sonsuz qoşunların toplanması 

haqqında fərman verdi. Cəmadiyülaxir [ayının] 17-də (24.08.1415) Heratdan Şiraza doğru hərəkət etdi. 

Nəzm 

“Qələbəyə yoldaş olan bir qoşun yola düşdü



[Elə bir qoşun] ki, dənizdən aya toz qaldırardı”. 

 

Əmir Şeyx Loğman Barlas Xüttəlan, Qunduz



447

 və Bəğlan qoşunları ilə zəfər nişanlı orduya qoşuldu 

və yol əsnasında Qara Yusif Türkmanın casusunu tutub o diyarın vəziyyətini öyrəndi. 

 

Qalib məiyyət Nişapurdan keçdikdə, Əmir Seyid Əli Kiya Amol



448

 və Saridən xidmətkarlıq yolu ilə 

o xoşbəxtlik səmasının günəşinin dərgahına gəldi. Həmçinin Əmir Bistamın qardaşı Əmir Məsum tam qələ-

bəliklə Ərdəbildən gəlib çatdı və Təbrizdə olan Qara Yusifin əhvalını ərz etdi. Zəfər bayraqlı hökmdar (Şah-

rux) dağı və səhranı qət etdikdən sonra şaban ayının 21-də (26.10.1415) böyük bir ordu ilə Şiraza çatdı. Mir-

zə Bayqara şəhərə sığındı. Dənizin və qurunun hökmdarı bu xəbəri eşidincə sürətli yürüş etdi. 

Nəzm 

“O şahın həvəsi daha da kəskinləşdi ki



O tikandan xali etsin yolunu”. 

 

Ramazan [ayının] 3-də (06.11.1415) çoxsaylı qoşunlarla Səadət meydanında



449

 dövlət çadırını ucalt-

dı. Mirzə Bayqara zəfər bayraqlı hökmdarın gəlişindən sonra iztiraba düşüb bildi ki, qəflət girdabına batmış-

                                                 

447

 Xüttəlan – Pamirdə, Vəxş və Pənc çayları arasında tarixi vilayət (indiki Tacikistandadır); Qunduz – Əfqanıstanın şimal-şərqin-



dədir. 

448


 Amol – İranın Mazandaran vilayətində şəhər. 

449


 Səadət meydanı – Şirazın Səadətabad darvazası xaricində yerləşirdi (Nəvai, şərhlər, s.217). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə