HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə49/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   45   46   47   48   49   50   51   52   ...   337

79

 

 



Qılınclarının şüası ildırım və koslarının

410


 hay-küyü göy gurultusu olan” 

bahadırlarla və öz adamları cümləsindən olan miraxurlarla birlikdə mənqəlay [təyin] etdi. Qara Yusif, Baba 

Hacı bəy Gavərudiyə Ərdəbili mühafizə etməyi tapşırdı. 

 

Şeyx İbrahim Kür çayı kənarında düşərgə qurub öz ətrafında xəndək qazdırdı. Qara Yusifin ordusu 



çaydan külək kimi keçib müxaliflərə həmlə etdi

411


. Əmir Qaraman və Əmir Bistam tam qələbəliklə müxalif-

lərin çadırları arasına girdilər. Şirvanlılar döyüşə və vuruşa başladılar. Bahadırların nərəsi, qazilərin

412

 təkbir 


(“Allahu-əkbər”) və təhlil (“La ilahə illəllah”) nidası, şirvanlıların və gürcülərin bağırtısı fələklər fələyinin 

qulağını  kar  etdi  və  hərbi kosun  avazı  ilə  döyüş  neyinin  sədası  dağa  zəlzələ  və o  şövkətsiz  güruha  vəlvələ 

saldı. Qara Yusifin ordusunu seyr edən Sultan İbrahim düşüncəsiz hərəkətindən peşman oldu. Çünki qarşı-

sında izdihamlı qoşunlardan və şövkətli güruhdan ibarət coşqun bir dərya görmüşdü. Atların kişnərtisindən 

və igidlərin qışqırığından havaya hay-küy düşmüşdü. Küstəndil bir dəstə rəzillə ad-san [qazanmaq] üçün sa-

vaş meydanına qədəm qoydu. Onlar fədakarlıq göstərdilər və inadkarlıq kəmərini bellərinə bağlayıb doğru 

dinin  nurunu  söndürməyə  səy  göstərdilər

413


.  Döyüş  meydanının  səthi  igidlərin  və  atların  əzalarından  gö-

rünməz oldu. Nilufər rəngli xəncərin üzü gürcülərin çöhrəsində zəfəran rənginə boyandı. Daş kimi ağır gürz 

dəbilqəni və başı birlikdə əzdi.  

Nəzm 


“Zəfər axtaranlar atəşin üstündəki civə kimi titrəməyə başladılar, 

Cahan yanar oldu gizlin, dəmir ürəklərdəki atəş kimi. 

Dil damaqda susuz qalmış, atəş üstündəki nal kimi, 

Dəbilqənin altındakı igidlər həvəngdəki sürmə kimi idilər. 

Zirehin dar halqasından qan fışqırmağa başladı, 

Elə bil ki, atəş suyu süzülür ələk kimi. 

Qan içənlərin nizələri sinələri fəqir-füqəranın sinəsi kimi deşir

Döyüşçülərin qılıncının ucu yuxu və badə kimi igidləri yıxırdı. 

Oynadı igidlərin gözü zər kimi öz kasasından, 

Nərd büsatı oldu meydan və nərd daşı oldu igidlərin bədəni”.  

 

Şirvanlılar və gürcülər Qara Yusif Türkmanın bayrağının aslanının qorxusundan tülkü kimi arxaları-



nı çevirib qaçmağa başladılar və hökmdarın Hümaya

414


 bənzər çətirinin əzəmətindən dələ kimi hər tərəfə da-

ğılışdılar. Onlar öz çeşidli mallarını və növbənöv nəfis əşyalarını yerə atıb qaçmışdılar. Belə ki, döyüş mey-

danı qızıl əşyalar, gümüş qablar və çadırlarla dolu idi. 

Nəzm 


“Əlvan paltarın əksindən hava İrəm bağı kimi, 

Yer yaqut yığınından nar gülü kimi qırmızı. 

Müşk vəzisinin və kafur qoxusunun çoxluğundan, 

Olmuş səba yeli əttar

415

 dükanı kimi”. 



 

Qara  Yusifin  ordusu  gürcüləri  də  mühasirəyə  alıb,  kəsici  qılınc  və  can  alan  nizə  zərbəsi  ilə  o  pis 

inanclıların əksərini həlak torpağı üzərinə salaraq Küstəndili əsir etdi. Sultan İbrahim xəndəyə yıxıldı və əli 

sındı. Bu əsnada bir türkman ona yetişdi. Əlinin ağrısının şiddətindən özünü ona göstərdi. O şəxs onun boy-

nuna bir örtük salıb onu Qara Yusifin hüzuruna gətirdi. Onun adlı-sanlı oğullarından və ali mənşəli əmirlə-

rindən  Qəzənfər,  Əsədulla,  Xəlilulla,  Mənuçöhr,  Əbdürrəhman,  Nəsrulla,  Haşım,  Qazı  Padar  və  Əmir  Hu-

                                                 

410


 Kos – iri bir zərb aləti olub,  əsasən hərbi yürüşlərdə istifadə olunardı (A.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti, 

s.107-108). 

411


 Başqa mənbələrə görə, bu döyüş h. 816-cı ldə deyil, h. 815-ci ilin ramazan ayının ortasında (19.12.1412) baş vermişdir  (F.Sü-

mer. Kara Koyunlular: Başlangıçtan Cihan-Şah’a kadar. Ankara, 1992, s.92). 

412


 Qazi (ğazi) – din yolunda müharibə edib qalib gələn döyüşçü. 

413


 Burada “Qurani-Kərim”in “Tövbə” surəsinin 32-ci ayəsinə və  ya “Səf” surəsinin 8-ci ayəsinə işarə edilmişdir: “Onlar Allahın 

nurunu öz ağızları ilə söndürmək istərlər”. 

414

 Hüma – Şərq mifologiyasında və divan ədəbiyyatında üstün xüsusiyyətləri ilə yer alan əfsanəvi quş (C.Kurnaz. Hüma // TDVİA, 



cilt: 18, yıl: 1998, s.478). 

415


 Əttar – dərman maddələri, ədviyyat, ətriyyat və müxtəlif bitki yağları hazırlayan və satan adam. Burada “əttar dükanı” deyildik-

də ətriyyat dükanı nəzərdə tutulur. 




80

 

 



şəng əsir edildilər. Şirvanlılar savaşda süstlük göstərdikləri üçün Qara Yusif onlara pis davranmadı. Gürcü 

məhbuslarının isə hamısını qətlə yetirdi. Küstəndilin boynunu Pirbudaq öz əli ilə vurdu. Sultan İbrahimi isə 

həbs edib Təbrizə apardı. 

 

Bir gün Sultan İbrahim əlinin ağrısından şikayət etdi. Sultan Pirbudağın atabəyi olan və Sultan İbra-



himi  nəzarət  altına  saxlayan  Əmir  Qara  [bunu  Qara Yusifə]  ərz  etdi.  Qara  Yusif  onu çağırdı.  Şirvan  valisi 

türkman hökmdarının yanına gəldikdə yaraşıqlı cavanlar və gözəl hüsn-camal sahibləri buyruğa əsasən əllə-

rində kasa ilə onu qarşıladılar. Sultan İbrahim qorxusuz-hürküsüz surətdə elə ürək oxşayan kəlmələr dilə gə-

tirdi ki, Qara Yusif ona valeh oldu. Bu əsnada Əxi Qəssab dedi: 

 

- Sultan İbrahim divan naiblərinin hansı şərtlərini qəbul etmişsə, biz onu ödəməyə zamin oluruq.    



 

Qara Yusif, Əxi Qəssabın sözünü qəbul etdi. Axırda [Qara Yusif, Sultan İbrahimin] nəcib əxlaqı və 

səmimi peşmançılığınını nəzərə alıb onun xoşagəlməz hərəkətlərini bağışladı və ayağından bəndi açdırıb ona 

öz yanında yer verdi. Sultan İbrahim min iki yüz İraq tüməni [ödəməyi] qəbul etdi və bunu dövlət xəzinəsinə 

göndərəcəyini bildirdi. Həmin qışda o, Qara Yusifin hüzurunda qalıb, baharda Şirvana yola düşdü. 

Şahrux padşahın Bədəxşana qoşun göndərməsi 

 

Bu il Şahrux mirzə, İbrahim sultanı, Əmir Mizrabı, Əmir Firuzşah Tərxanı və Əmir Əli Türkmanı bir 

dəstə  bahadırla  Bədəxşanı zəbt  etməyə  göndərdi.  Yüksək  şanlı  əmirlər  Bəğlandan  keçib  Kəşm

416


 şəhərində 

dayandılar. 

 

O  diyarın  valisi  Şah  Bəhaəddin  qohumları  və  yaxınları  ilə  sərt  dağlara  və  qalın  meşələrə  sığındı. 



Əmirlər  ləl  mədənindən  (kani-ləl)  keçib,  Ceyhun  çayının  mənbəyi  olan  şəhərin  yaxınlığında  dayandılar. 

Əmirlər o diyarın idarəçiliyini Şah Bəhaəddinin qardaşı Şah Mahmuda verib Herata qayıtdılar

417



Şahrux padşahın Xarəzmə qoşun göndərməsi 



 

Bu il Şahrux padşah, Əmir Əleykə Kükəltaşı və İlyas Xocanı çoxlu qoşunlarla Xarəzmi zəbt etməyə 

göndərdi. O diyarın hakimi olan Əmir Edigenin oğlu Mübarəkşah bu xəbəri eşitdikdə iztiraba düşüb, iş baca-

ran elçilərini əmirlərin yanına göndərərək peşkəş və savəri

418

 verməyi qəbul etdi. O əsnada Seyid Əli Tərxa-



nın və İlyas Xocanın nökərləri bir tərəfə getmişdilər. Onlar Xarəzm əhalisinin bir dəstəsini səbəbsiz yerə qət-

lə  yetirdilər.  Ona  görə  də  şəhərlilər  yağı  olub  söz  yaydılar  ki,  Çingiz-oğlan  bizə  köməyə  gəlir.  Bu  üzdən 

əmirlər qalanın ətrafından köçdülər. Xarəzmlilər onları təqib etdilər və çoxlu mallar ələ keçirdilər. Əmir Edi-

genin oğlu Mübarəkşah o malların əksərini onlardan aldı. Bu səbəbdən onlar ona qarşı da müxaliflik etməyə 

başladılar. Şahrux padşah, Əmir Şahməliki o diyarı idarə etməyə göndərdi. Şəhərlilər döyüşmədən qalanı təs-

lim etdilər. Əmir Şahməlik orada yerləşdi. 



İraq və Farsdakı vəziyyətin təsviri və Mirzə İsgəndərin Qumu tutması 

 

Bu il Mirzə İsgəndər, Xoca Məhəmməd Quminin yanına iş bacaran adamlar göndərib xocanın müla-



zimlərindən olan son dərəcə qabiliyyətli, yaraşıqlı və məlahətli bir cavanı tələb etdi. Xoca heç vəchlə razı ol-

madı. Ona görə də Mirzə İsgəndər ulduzların sayından daha çox olan bir ordu ilə Qum ətrafına gəldi və onun 

nahiyələrini ələ keçirdi. O, Giv qalasının Əli Dəməsər adlı kutvalını həbs edib Qum darvazası önünə apardı. 

Qum döyüşçüləri mərdanə vuruşdular və Mirzə İsgəndər bir iş görə bilmədi. Elə bu zaman Savə

419

 hakimi 


Nəsrulla Səhrayi “hərgah Qum fəth edilsə, növbə Savəyə də çatacaq” düşüncəsi içərisində, Məhəmməd Qu-

mi  ilə  arasının  yaxşı  olmamasına  baxmayaraq,  öz  əmisi  oğlu  Kor  İmadı  bir  miqdar  qoşunla  cəld  yardıma 

göndərdi. O səbəbdən Xoca Məhəmmədin qüvvəti və şövkəti artmış oldu. Mirzə İsgəndər Qum ətrafından 

qalxdı və İsfahana getmək istədi. Xocanın etibarlı adamı olan Müzəffər Fərahani, Mirzə İsgəndərin hüzuruna 

                                                 

416


 Bəğlan – Əfqanıstanın şimalında, Qunduzdan cənubdadır. Kəşm (Kişm) – Əfqanıstanın şimal-şərqində, Bədəxşan vilayətində-

dir.  


417

 Bu abzas son Tehran nəşrində yoxdur. 

418

 Peşkəş və savəri – rəiyyətin tabe olduğu feodala və ya hökmdara, həmçinin vassalın öz ağasına itaət əlaməti olaraq hədiyyələr 



təqdim etməsi öhdəliyini özündə ehtiva edən vergi növüdür.  

419


 Savə – İranda, Həmədanla Rey arasında yerləşən şəhər. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə