HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə57/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   53   54   55   56   57   58   59   60   ...   337

95

 

 



və alaçıqlarına zaval və pərişanlıq tozu qondu. Bu üzdən türkman ordusu xəzinəni və cəbbəxananı qarət etdi. 

Onu kəfənləyib dəfn etmək işini də icra etmədilər. Onu çadırına atıb, hətta qızıl sırğa üçün qulağını kəsdilər. 

 

Əmirülüməra olan Əmir Qaraman [Qara Yusifin] ən sevimli xatunu olan Qədəm Paşa ilə birlikdə is-



tədilər ki, onun oğullarından birini səltənətə oturtsunlar. Lakin onlardan heç biri orada deyildi: Əmir Şah Mə-

həmməd Bağdadda idi; Mirzə İsgəndər Kərkükdə

493

 idi; İsfahan mirzə Adilcevazda idi; Mirzə Cahanşah Sul-



taniyyədə idi; Əmir Əbu-Səid isə Ərzincanda idi. [Bu səbəbdən] o fikir həyata keçmədi. Əmir Misirin oğlu 

və  Əmir  Qara  Yusifin  qardaşı  oğlu  Qazan  xəzinələrdəki  nəfis  əşyaları  ələ  keçirib  Avnik  qalasına  yönəldi. 

Əmir Qaraman və Qədəm Paşa Əlincəq qalası tərəfə getdilər. Digər qardaşı oğlu Zeynal bəy Yarəli oğlu Ər-

bil tərəfə getdi. Əmir Bayəzid Ayinlü Kürdüstan tərəfə hərəkət etdi. Məhəmməd Cəngi və Əmir İlyas Diyar-

bəkrə yollandılar. Səədlü camaatı İsfahan mirzəni səltənətə yüksəldib Bayəzid qalasını

494


 və oradakı xəzinəni 

ələ keçirdilər və Çuxursəəddə

495

 qışlaq etdilər. 



 

Qara Yusifin Sultaniyyə hakimi olan oğlu Mirzə Cahanşah, Şahruxun gəlişi xəbərini eşidincə qalanı 

möhkəmlətməyə  və  azuqə  toplamağa  başladı. Türkmanlar  Sultaniyyəni  qarət  edib  dükanların  qapılarını  və 

taxtalarını qalaya gətirdilər. Rəiyyətdən hansı birinin ki gücü-qüvvəti vardı, onlar qalaya daxil oldular. Qa-

lanları isə Gilan tərəfə dağılışdılar. Birdən Təbriz tərəfdən bir qasid qan axıdan və yaş tökən gözlərlə gəlib 

çatdı və xəbər verdi ki, “Qara Yusif Səidabadda

496

 dünyadan köçdü”. Türkmanlar və Cahanşah bu hadisədən 



heyran, sərgərdan və pərişan oldular. Mirzə Cahanşah qardaşı Əmir Şah Məhəmmədin hüzuruna getmək əz-

mi ilə Bağdad tərəfə yola düşdü. 

 

Qara Yusifin vəfatının xəbəri Ərzincana çatdıqda, o diyarın əhalisi Təhərtənin nəvəsi Yarəlini özləri-



nə əmir edib, Qara Yusifin [oğlu] Əmir Əbu-Səidi qarət edərək şəhərdən çıxardılar. 

 

Mirzə  İsgəndər  atasının  vəfatından  sonra  səltənət  taxtına  əyləşdi.  Atasının  xəzinəsini  qarət  edərək 



Bağdada getmiş el və ulus Şah Məhəmməddən iltifat görməyib, Mirzə İsgəndərə qoşuldu. O, Mardin tərəfə 

hərəkət etdi. 

 

Qara Yusif dünyadan köçdükdən sonra ertəsi gün Seydi Məhəmməd Kəccani və digər böyüklər və 



əhali Əmir Şahməlikin mülazimi Payəndəni həbsdən çıxardılar və ondan üzr istədilər. 

 

Qara Yusif vəfat edən zaman Şahrux padşah Reydə ibadətlə məşğul idi. Qəflətən fəryad etdi ki, “Qa-



ra Yusif Türkman öldü”. Onun tarixini qeyd etdilər

497


.  

 

Şahrux padşah, Mirzə Baysunquru Təbriz tərəfə göndərdi və özü də nəfis vücudu ilə üfüqdən doğub 



yüksəklik dərəcələrini qət edə-edə ekvatora üz tutan günəş kimi köçə-köçə Sultaniyyəyə yönəldi. Adlı-sanlı 

şahzadə Cuki mirzə, əmirlər, dövlət ərkanı və məmləkət hakimləri onun qələbə ayətli bayraqlarının kölgəsin-

də ulduzlar kimi bu tərəfə sarı üz tutdular. Zilqədə [ayının] 14-də (02.12.1419) Sayınqalaya

498


 çatdı və ayın 

15-də məiyyət və ordu ilə cah-calallı surətdə Sultaniyyəyə daxil oldu. Rəiyyət Cahanşahın gedişindən sonra 

can qorxusundan qalaya pənah aparmışdı. O həzrət mükəmməl mərhəməti üzündən rəiyyətə buyurdu ki, “or-

dumuzun hamısı keçib getməyincə qaladan çıxmayın” və Əmir Musanı o şəhəri mühafizə etmək üçün qoydu. 

 

Mirzə İbrahim sultan Fars və Kirman ordusu ilə Sücas yolundan Marağaya getdi. Mirzə Baysunqur 



döyüşsüz, davasız, fitnə-fəsadsız və qansız şəkildə Təbriz şəhərinə daxil oldu və İbrahim Cakunu İsfahan bə-

yin ardınca sürətli yürüş etməyə göndərdi. Onlar Muşun Avə [adlı yerində] İsfahan bəyə çatdılar. O, can qor-

xusundan mallarını və əşyalarını atıb Hamid ətrafında qardaşı Mirzə İsgəndərə qoşuldu. Şahrux padşah Sul-

                                                 

493

 Kərkük –  indiki İraq Respublikasının şimal-şərqində, Dəclə çayına tökülən Kiçik Zab və Tauq çayları arasındakı ərazidə yerlə-



şən və orta əsrlərdən etibarən İraqın türk əhalisinin vətəni olan bir şəhərdir. 

494


 Bayəzid qalası - Türkiyənin şərqində, müasir Türkiyə – İran sərhədi yaxınlığında, Maku şəhərindən şimal-qərbdə yerləşən Do-

ğubeyazıt nəzərdə tutulur. 

495

 Çuxursəəd – orta əsrlərdə Azərbaycanın tarixi ərazilərinin şimal-qərb hissəsini təşkil edən vilayət. Səfəvilər dövründə mərkəzi 



İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyiliyi mövcud idi.  

496


 Səidabad – Təbrizin üç mənzil cənub-şərqində, Ucanın isə iki fərsəx şimal-qərbində yerləşən kənd (F.Sümer. Kara Koyunlular, 

s.110). 

497


 Dövlətşah Səmərqəndinin öz təzkirəsində yazdığına görə, “bundan on gün sonra Qara Yusifin ölüm xəbəri gəldi” (Nəvai, şərh-

lər, s.239). 

498


 Sayınqala – İranın Qərbi Azərbaycan vilayətinin cənub-şərqində yerləşən və bu gün rəsmi sənədlərdə Şahindej adlanan yaşayış 

məntəqəsi. 




96

 

 



taniyyədən keçib Ərdəbildə Şeyx Xoca Əli Səfəvi ilə söhbət etdi və zihiccə ayının 9-da (28.12.1419) Qara-

bağda qışlaq yurduna gəldi. 

 

Qara Osman Bayandurun oğlu Əmir Əli bəy



499

 Təbrizdə dustaq idi. Qara Yusif, Şahrux padşahın xə-

bərini eşitdiyi zaman istədi ki, onu qətlə yetirsin. Əmir Qaraman ərz etdi:  

-  İndi  Şahrux  padşah  böyük  bir  ordu  ilə  gəlməkdədir.  Əgər  Qara  Osman  öz  oğlunun  qətli  xəbərini 

eşidərsə, o da qantökən ordusu ilə Təbrizə hərəkət edəcəkdir.  

Qara Yusif bu sözü qəbul edib onu həbsdə saxladı. Qara Yusifin ölümündən sonra Əmir Qaraman 

onu  həbsdən  çıxarıb  Mirzə  Baysunqurun  qabağına  gəldi  və  hörmətlə  qarşılandı.  O,  bir  neçə  gündən  sonra 

mirzənin izni ilə atasının yanına getdi. Mirzə Baysunqur, Baba Hacı bəy Gavərudini tabe etdikdən sonra Qa-

rabağa yollandı. 

Müxtəlif əhvalatlar 

 

Bu il Şir Məhəmməd-oğlan, Sarıq-oğlan



500

 və Sədri-İslam Səmərqəndə gəldilər. Mirzə Uluğ bəy on-

lara tam hörmət göstərib yenidən Moğolustan diyarına göndərdi. 

 

Həmçinin bu il Şirazda olan Xətay elçiləri izin alıb öz diyarlarına yollandılar. 



 

Bu il Mirzə Uluğ bəy rəsəddən nəticə çıxarmağa və zic

501

 hazırlamağa meyil göstərdi. Səmərqəndin 



şimalında məşriqə meyilli şəkildə qabil və layiq bir yer təyin etdi. Adlı-sanlı alimlərin məlumatı əsasında bir 

rəsədxana qurdu ki, o işi həyata keçirsin və onun binasını və özülünü öz dövlətinin təməli kimi davamlı və öz 

səltənəti kimi möhkəm etdi. Binasının möhkəmləndirilməsi və sütunlarının ucaldılması elə həyata keçirildi ki, 

“Dağların yerindən qopub oynayacağı gün”ə

502

 (qiyamət  gününə)  qədər  dağlar  kimi  zavala  uğramaqdan  və 



uçulub  dağılmaqdan  qorunmuş  olsun.  Doqquz  göyün  astronomiyasını,  yeddi  planetin şəkillərini, fələklərin 

onluq dərəcələrinə qədər dərəcələri, dəqiqələri və saniyələri, yeddi səyyarə ulduzlarının dövrlərini, sabit ul-

duzların surətlərini, yer kürəsinin astronomiyasını, iqlimlərin növlərini dağlarla, dənizlərlə, çöllərlə və ona 

aid olan digər nəsnələrlə birlikdə ürək oxşayan naxışlarla və bənzərsiz xətlə Şəddadın

503

 naxışlı qəsrinə oxşa-



yan o yüksək bünövrəli və uca görkəmli imarətdəki otaqların içinə (divarlarına) qeyd edib yazdırdı. Günəşin 

və s. ulduzların təqvimini rəsədlə müşahidə edərək, hikmətli cənab Xoca Nəsirəddin Tusinin hazırladığı yeni 

Elxani  zicinə  (“Zici-cədidi-İlxani”)  incilər  və  incəliklər  əlavə  etdi.  Günəşin  və  digər  ulduzların  təqvimi  ilə 

bağlı aşkar fərqlər ortaya çıxardı. Böyük alimlər həmin incə və mühüm işdə onun yardımçısı və köməkçisi 

idilər

504


. Bu böyük işin sorağı şəhərlərə və ölkələrə yayıldı və məşhur oldu. Şahzadə həmin zici düzəltməyə 

müvəffəq olub onu tamama yetirdi və [bu zic] “Zici-sultaniyi-Kürəkani” adlandırıldı. 



Ölümlər 

 

Qara Yusif döyüş meydanında qan içən bir aslan və əyləncə məclisində gövhər saçan bir bulud idi. 



Ədaləti və insafı ilə tanınmış, alicənab və səxavətli birisi kimi vəsf edilmişdi. 

Nəzm 


“Ay çöhrəli gözəllərin üzünə bənzəyən ədaləti sayəsində, 

Bir yerə cəm olmuşdu su və atəş”. 

 

Əxlaqının gözəlliyi baxımından bütün dünya əhlindən üstün idi və cəmi əmrlərində və qadağalarında 



Ulu Tanrının qorxusunu göz önündə saxlayardı. Ümumi camaatla və bütün insanlarla ədalətlə rəftar edərdi. 

Zalımları cəzalandırmağa, məzlumları himayə etməyə çalışırdı. Əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq 

təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkət-

lərin qorunması və yolların mühafizəsi üçün ədalətli naiblər və yetərincə qabiliyyətli məmurlar təyin edirdi. 

                                                 

499


 Əslində Qara Osmanın oğullarından Əli bəy deyil, Yaqub bəy əsir alınmışdı (Nəvai, şərhlər, s.240). 

500


 Paris nüsxəsi: “Sarı-oğlan”. 

501


 Göy cisimlərinin hərəkətini və vəziyyətini göstərən cədvəl. 

502


 Qurani-Kərim, “Tur” surəsi, 10-cu ayə. 

503


 Şəddad – dini mətnlərdə adı keçən və Ad qövmündən olan qədim Yəmən hökmdarı. 

504


 Bu işdə Uluğ bəyə dörd nəfər alim kömək etmişdir: Qazızadə Rumi adı ilə tanınan Səlahəddin Musa; atasının peşəsi səbəbi ilə 

Quşçu  adı  ilə  tanınan  Əlaəddin  Əli  ibn  Məhəmməd  Səmərqəndi;  Qiyasəddin  Cəmşid  Kaşani;  Müinəddin  Kaşani  (Nəvai,  şərhlər, 



s.242).   


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə