HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə60/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   56   57   58   59   60   61   62   63   ...   337

101

 

 



Yəzd hakimi Əmir Çakmak Şami, sol cinahında Əmir Firuzşah Tərxan, Qara Osman Bayandur və oğlu Əli 

bəy mövqe tutdular. [Şahrux] özü isə nəfis vücudu ilə mərkəzdə qərar tutdu. 

Nəzm 

“Buyurdu ki, ordunun mərkəzinin önündə



Döyüş filləri ilə bağladılar yolu”. 

 

Döyüş fillərini əsləhə və zirehlə (kəcim) bəzədilər, onların bellərində taxtlar qurdular və oxları qəza-



qədər oxu kimi heç vaxt xəta etməyən bir dəstə mahir oxçu onların üzərində oturdular. 

Nəzm 


“Sandıq qoydular filin belinə, 

Yer oldu başdan-başa Nil dəryası kimi. 

Döyüş gününün süvarilərindən min nəfər

Sandıq üzərində ox atan adamlar, 

Amansız igidlərdən ibarət bir qoşun seçib, 

Buyurdu ki, çərxi-fələk kimi kamanları işlətsinlər. 

Piyadalar dayandılar fillərin önündə, 

Əgər dağ irəli gəlsəydi, ikiyə bölünərdi. 

Daş ürəyi oxla əridirdilər, 

Tapmırdı heç kəs o yaraya əlac. 

Sonra onların arxasında döyüş süvariləri, 

Pərakəndə etdilər tirkeşi xədəngin qorxusundan”. 

 

O dağ görkəmli [fillərin] görünüşündən döyüş meydanının havası mavi rəngə boyandı. 



Beyt 

“O [fil] yerdə İsgəndər səddi kimi dayanmışdı, 

Göyə ucalan qaməti çinar kimi. 

Dağ kimi bədənləri dağlar silsiləsini xatırladırdı, 

Sürətdə fırtınanın qaldırdığı toz kimi idilər”. 

 

Şahrux padşahın piyada və süvarilərdən ibarət saysız-hesabsız ordusu coşğun dəniz kimi idi. Elə ki 



hər iki tərəfin qoşunları və səfləri düzləndi, ilk öncə Pir Hüseyn bəy Səədlü bir dəstə bahadırla Şahrux padşa-

hın sol cinahına hücum etdi. Əmir Firuzşah Tərxanla Qara Osman da irəli gedib onlara həmlə etdilər. Baha-

dırlar ürək deşən oxun və şölə saçan nizənin zərbəsi ilə bir-birini yaralayır və öldürürdülər. 

Şeir 


“İgidlərə tənə vurmaq üçün o hücum vaxtı, 

Ov oxu ağzını açmışdı. 

O yığıncaqdakı sənubər qamətlilərin bədəni, 

Oxdan gül qönçəsi ilə dolu oldu”. 

 

Səhranın səthi öldürülənlərin əzalarının parçalarından görünməz oldu. 



Beyt 

“Yerə o qədər baş, əl və ayaq düşdü ki

Heç bir yer bunlardan boş qalmadı”. 

 

Şahrux padşahın ordusuna məğlubiyyət üz verdi. Əmir Firuzşah Tərxan və Qara Osman Bayandur 



qaçış yolunu tutdular. Bu məğlubiyyətə görə Şahrux padşah əsla qəlbində kədərə yol verməyib dua əlini gö-

yə açdı, itaət üzünü yerə tutdu və [Allaha] çoxlu yalvar-yaxar etdi. Səyyarələr xosrovu (günəş) bu mavi qüb-

bənin (asimanın) orta həddinə çatdığı vaxtdan onun öz başını qərb üfüqünə çəkdiyi saata qədər qırğın atəşi 

son dərəcə alovlanmaqda və şölələnməkdə idi. 

Şeir 

“Elə ki günəş öz ayağını yerin ətəyinə apardı, 



Ayın əli tutdu asimanın ətəyindən. 

Göyün məkanında zənci şahı (qaranlıq) pusqu qurdu, 

Qara torpağın içində Rum məliki (aydınlıq) qərar tutdu”. 



102

 

 



 

O iki kinli ordu müharibə büsatı sərərək bir-birinin qarşısında qərar tutdular. Hər iki tərəf gözətçilər 

təyin  etdi  və  səhər  açılana  qədər  gözətçilik  etdilər.  Nəhayət,  Şərq  sultanı  (günəş)  özünün  nurani  bayrağını 

qaldırdı, yer üzünü zülmətin çör-çöpündən təmizlədi və nurların qılınc çalması ilə gecənin izdihamlı ordusu 

yox olub getdi. 

Şeir 


“Səmanın bu ocaq yandıran qatili günəş, 

Çıxınca əlində qan tökən qılınc tutmuş halda. 

Şərq sultanı (Şahrux) qəzəb üzündən qoydu, 

Qızıl saçan günəşini (tacını) öz başına. 

Yenidən hərəkətə gəldi hər iki ordu, 

Hay-huy səsləri qalxdı döyüş meydanından”. 

 

Cağatay qoşunları ordu səfini tərtib edib təqribən yarım fərsəx irəli gəldilər. O tərəfdən Mirzə İsgən-



dər Türkman ordusunun iki cinahını və mərkəzini həmin qaydada düzdükdən sonra qarşıya gəlib qərar tutdu. 

Bahadırların həmlə fırtınası və aslan igidlərin hay-huyu yer kürəsini yerindən oynatdı. Hərb dalğalarının təla-

tümündən qiyamət gününün surəti və məhşər çölünün əlamətləri göründü. Qanın nəmi və buxarı balığın (Sə-

mək)


 527

 belinə və Balıqlar bürcünün (Simak) qarnına çatdı. 

Nəzm 

“Döyüş günündə balığa qanın nəmi gedib çatdı, 



Ayın üzərinə isə döyüşün tozu qondu. 

Qan selinin çoxluğu yeri taqətdən saldı, 

Bu sel yeri-göyü bürüdü. 

Həriflər fəna camından qan içdilər, 

Aşiq kimi bu badədən məst oldular”. 

 

O gün Ömərşeyxin oğlu Mirzə Rüstəm sağ cinahda elə döyüşdü ki, dastan qəhrəmanı olan Rüstəmin 



ruhu ona afərin dedi. Əmir İbrahim Cahanşah sol cinahda mərdlik göstərdi və Mirzə İsgəndərin böyük əmir-

lərindən olan Pir Hüseyn bəy Səədlünü əsir tutdu. 

 

Gündüzün nur bəxş edən çöhrəsi gecənin ənbər qoxulu zülfünün qaranlıqlarında gizləndikdə Şahrux 



padşah buyurdu ki, zəfər şüarlı qoşunlar döyüş meydanında enib gözətçilik etsinlər. 

Beyt 


“Açdılar dəmir donlu igidlər, 

Gözətçilik etmək üçün zireh kimi iki yüz göz”. 

 

[Qaraqoyunlu ordusundan] fərar etmiş bir sıra adamlar ərz etdilər ki, Qara Yusifin oğulları ölümə kö-



nül vermişlər (ölümü gözə almışlar). Şərqin sultanı (günəş) qara çadırı yer sakinlərinin üzərindən çəkdikdə 

və yer üzünü qaranlığın çör-çöpündən təmizlədikdə Şahrux padşah əzəmət və cah-calal bayrağını yüksəltdi. 

O tərəfdən isə türkman qoşunu günəş zərrələri kimi saysız və yağış damcıları kimi çox idi. 

Şeir 


“Hamısı kaman çəkən, döyüşkən və ox atan, 

Hamısı mübariz, dəmiri əridən və cövşən geyən. 

Hamısı bədənini həlak çuxurlarına atmış, 

Hamısı xətər nişanələrinə könül vermiş” 

İzdihamlı və adlı-sanlı ordunun önündə dağ şəkilli, dərya misallı fillər səf bağladılar. [Qoşunlar] bir-

birinə qarşı oxla, nizə ilə, xəncərlə hücuma keçdilər. Sağ cinahdan Mirzə Sultan İbrahim, Rüstəm mirzə və 

İbrahim Caku, Mirzə İsgəndərin [ordusunun] İsfahan mirzə, Bayram bəy, Şahsüvar bəy və Korkan bəy Alpa-

vut tərəfindən qorunan sol cinahına həmlə etdilər və çoxlu döyüşdən sonra onları məğlub etdilər. Öz sol cina-

hını pərişan halda görən Mirzə İsgəndərin qəzəb atəşi alovlandı və o, Şahrux padşahın ön dəstəsinə (mənqə-

lay) həmlə etdi. Mirzə Baysunqur, Əmir Şahməlik və Şeyx Loğman Barlas fərar etdilər. Türkmanlar Şahrux 

padşahın [ordusunun] mərkəzinə üz tutdular. Mərkəzin önündə qızğın fillər və kamandar piyadalar səf bağla-

                                                 

527

 Səmək – Şərq əsatirlərinə görə, yeri öz üzərində saxlayan balıq (M.Müin. Fərhəngi-farsi, II c., s.1921). 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə