HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə61/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   57   58   59   60   61   62   63   64   ...   337

103

 

 



mışdılar. [Türkmanlar] bir sıra piyadaları və süvariləri həlak torpağı üzərinə salıb, fillərə çoxlu yaralar vur-

dular. Onlar hətta öz döyüş atlarını qadınların dayandıqları yerə qədər çapdılar və neçə qatar dəvəni qabaqla-

rına salıb apardılar. Şahrux padşah bu halı müşahidə etdikdə filləri irəli qovub, bir dəstəni də mərkəzdən on-

lara qarşı vuruşmağa göndərdi. Fillər dünyanı dolaşan küləklər kimi irəli atıldılar və qraniti deşən dişləri ilə 

bahadırların bədənlərini dəlmə-deşik etdilər. 

Nəzm 


“O meydanda qorxusuz-hürküsüz fillər, 

Dişlə vurub böldülər adamı iki yerə. 

Fillərin iş görən xortumu

İki yüz məhşər şeypurunu xatırladırdı 

Dayanmadı heç kim fil səflərinin önündə, 

Bağlamadı bir kəs Nil dəryasının qabağını”

528



 



Əmir İbrahim Cahanşah və Mirzə Rüstəm də səy göstərdilər və aslan kimi vuruşdular. Sol cinahda 

(cəvanğar) Əmir Əlaədin Əleykə Kükəltaş, Əmir Firuzşah Tərxan və Əmir Fərmanşeyx öz yerlərini qorudu-

lar. Mirzə İsgəndərin sağ cinahı onlara hücum etdi. Onlar Əmir Butanı və Xoca Məhəmməd Müşərrəf Sim-

nanini hərbçilikdən yaxşı başı çıxmayan bir dəstə ilə birlikdə qətlə yetirdilər. Türkman qoşunlarının qiyaməti 

xatırladan ardıcıl həmlələri nəticəsində az qaldı ki, qalibiyyətli ordu öz qaydasına və adətinə zidd olaraq qa-

çış yolunu tutsun. 

 

O  əsnada  Şahrux  padşah  buyurdu  ki,  meydanın  ortasına  çadır  qursunlar  və  o  həzrət  ildırım  rəftarlı 



atından enib, günorta namazını qılaraq yenidən ata mindi və mərkəzdə qərar tutdu. O əsnada Əmir Şahməlik 

buyurdu ki, sevinc nağarası vursunlar və söz yaydı ki, Mirzə İsfahanı tutmuşlar. Türkmanlar bu yalan xəbəri 

eşitdikdə məəttəl və pərişan oldular. Mirzə Baysunqur düşmənin zəifliyindən agah olduqda böyük bir ordu 

ilə  rəqibin  üzərinə  getdi.  Şahrux  padşah  beş  min  süvarini  onlara  köməyə  göndərdi.  Özü  isə  bütün  qoşunla 

birdən həmlə etdi. Gərgin bir döyüş baş verdi. Mirzə İsgəndər çoxlu səy göstərdi ki, öz ordusunun nizam-in-

tizamını qorusun, amma buna nail olmadı. Zərurət ucbatından o, fərar vadisinə üz qoydu. Şahruxun ordusu 

onları təqib edib bir çoxlarını iti qılınc zərbəsi ilə həlak torpağı üzərinə sərdi

529


Beyt 


“Qılınc zərbəsi ilə onları ikiyə bölürdü, 

Bununla da onların sayını artırırdı. 

Gah onları zərbə ilə parçalayırdı, 

Gah onları yerlə yeksan edirdi”. 

 

Osman bəy, Məhmat



530

 Səədlünü əsir tutdu. Onun oğlu Əli bəy isə Məhmat bəy Səədlünün oğlu Pir-

qeybi tutdu. Onları Şahrux padşahın nəzərləri qarşısına gətirdilər. O həzrət Ulu Tanrıya şükürlər edib İraq, 

Fars, Xorasan, Kirman, Xuzistan,  Ümman  sahilləri, Mavəraünnəhr, Kaşğar, Toxarıstan,  Qəzneyn  və  Kabil 

vilayətlərinə, Sind

531


 və Hind diyarlarına fəthnamələr göndərdi. 

 

Ertəsi gün köç etdi. Yol əsnasında dünyanın fatehi olan şahın nəzəri türkman əsirlərinə düşdü. O, ha-



mısına  yaxşı  davranıb,  Xoy  yolundan Təbrizə  gələrək  o  diyarın  idarəçiliyini  Qara  Osmanın  oğlu  Əli  bəyə 

tapşırdı.  Ramazan  [ayının]  (09.09-08.10.1420)  əvvəllərində  müvəffəqiyyət  və  səadətin  müşayiəti  ilə  Sulta-

niyyədə cah-calalla dayandı. Zaman şairlərindən biri bu hadisə haqqında demişdir: 

Nəzm 


“İsgəndər bizim qoşunumuzu vurdu və qaçdı, 

Bizim şahımız məmləkəti tutdu və aradan çıxdı”. 

 

Zəfərə yoldaş olan hökmdar Qəzvinə çatdıqda, Mirzə İbrahim və Mirzə Rüstəm icazə alıb öz ölkələ-



rinə yola düşdülər. Şəvval [ayının] 19-da (27.10.1420) [Şahrux] səadət və uğurla Herat şəhərinə daxil oldu. 

                                                 

528

 Burada döyüş fillərinin həmləsi, Nil çayının daşdığı vaxt yaranan qarşısıalınmaz sellə müqayisə edilmişdir. 



529

 Şahrux bu qələbəni h. 824-cü ilin şaban / m. 1421-ci ilin avqust ayının başlanğıcında əldə etmişdir (Nəvai, şərhlər, s.255). 

530

 Məhmat – Məhəmməd adının türkləşmiş formasıdır (Nəvai, şərhlər, s.255). 



531

 Sind – Pakistanda tarixi vilayət. 

 



104

 

 



Şahrux sultanın getməsindən sonra Azərbaycanda baş vermiş hadisələr haqqında söhbət 

 

Elə ki Şahrux padşahın fərmanı ilə Qara Osmanın oğlu Əli bəy Təbrizdə yerləşdi, o əsnada Qara Yu-

sif Türkmanın oğlu İsfahan bəy ucsuz-bucaqsız bir ordu ilə hərəkət bayrağını Təbriz tərəfə qaldırdı. Əli bəy 

müqavimət göstərməyə taqət gətirməyib Diyarbəkr tərəfə fərar etdi və yolda döyüşə-döyüşə kürdlərin əlin-

dən xilas olub atasına qovuşdu. İsfahan mirzə tam əzəmətlə darüssəltənə

532


 Təbrizə daxil oldu və Əlincəq qa-

lasını da mühafizə etdi. 

 

Bu əsnada Mirzə İsgəndər Tovuq və Kərkükdə idi. O, bu xəbəri eşitdikdə Təbriz tərəfə hərəkət etdi. 



Mirzə İsfahan o yüksək şanlı padşahın gəlməsi üzündən fərar atını altına çəkib Ərzuruma

533


 və Avnik qalası-

na getdi. Onun da fərar etməsindən sonra İsgəndər Sökmənabadda

534

 dayandı və həmin məqamda Kürdüstan 



hakimləri onun dərgahına gəldilər. 

 

O  məkandan  köç  edib  Aladağa  yönəldi,  oradan  Mingöl  yaylağına



535

 getdi  və  ov  təşkil  etdi.  Bitlis 

əmirlərini tutub Kürdüstana yönəldi. Bitlis hakimi olan Şəmsəddin bəyi qalanın qapısına göndərdi ki, qalanı 

təslim etsinlər. Əmir Məhmat qalanı vermədi. Ona görə də Mirzə İsgəndər onun əmirlərindən bəzilərini qətlə 

yetirib Əxlata yönəldi. Əxlatda da yaxşı cavanlar vardı. Onlar da qalanı bağlayıb müxaliflik etməyə başladı-

lar.  Mirzə  İsgəndər,  Əmir  Şəmsəddini  qalanın  ətəyinə  göndərdikdə,  Əmir  [Şəmsəddin]  kəmərini  belindən 

açıb yenidən bağladı. Onun belə etməkdə məqsədi qalanın qorunmasına işarə etmək idi

536


. [Mirzə İsgəndər] 

bacarıqlı və çevik cavanları qala ətrafında qoyub Bitlisə yollandı. 



Qara Osman Bayandurun əhvalının cüzi bir qismi və onun Mardin qalasına qoşun çəkməsi haqqında 

söhbət 

 

Mirzə İsgəndərlə savaşdan sonra Qara Osman, Şahrux padşahdan izin alıb Diyarbəkrə qayıtmışdı. O 



ucsuz-bucaqsız bir qoşun toplayıb Mardin qalasını mühasirə etdi. Taxılı [heyvanlarına] yedirib, tarlaları yan-

dırdı. Oradan da qəfil bəla kimi Ərzincan üzərinə getdi. O diyarda da bir sakin qoymadı. O zaman Trabzon

537

 

sultanı  onun  ordugahına  gəldi.  Ərzincanı  dövrəyə  alıb  ərradə



538

 və  mancanaq  tərtib  etdilər.  O  əsnada  oğlu 

Yaqub bəy Kəmaxdan hüzura gəldi və Qarahisar

539


 onun soyurğalına

540


 əlavə edildi. O qalanı tutmağın çətin 

olduğunu aydınlaşdırdıqları zaman geri qayıdış təbilini vurdular. [Qara Osman] Həmiddə qışlaq etdi və o şə-

hərin idarəçiliyini İnaq Həsənə, Bayburdu isə qardaşı oğlu Qutluğ bəyə verdi. 

 

 



 

 

                                                 



532

 Darüssəltənə  –  “sultanlıq  məkanı”,  “səltənət  evi”,  səltənətin  mərkəzi,  hansısa  bir  qüdrətli  Şərq  monarxik  dövlətinin  paytaxt 

şəhəri. 

533


 Ərzurum – Türkiyənin şərqində, Ərzincanla Qars arasında, Qarasu çayı kənarında yerləşən şəhər. 

534


 İran  Azərbaycanında,  Xoy  şəhərinin  şərqində,  Türkiyə  sərhədinə  yaxın  bir  yerdə  olub,  Xoya  bir-iki  mənzil  məsafədə  idi. 

Buranın qurucusu Əxlat şahlarından Sökmən əl-Qütbidir və həmin məkan onun adı ilə bağlıdır. Sökmənabada türkcə Sökmən ovası 

da deyilirdi (Öztürk, şərhlər, s.146).  

535


 Mingöl  yaylağı  –  Türkiyədə,  Araz  çayının  mənbəyində  yerləşən  yaylaq  (Xacə  Zeynalabidin  Əli  Əbdi  bəy  Şirazi.  Təkmilətül-

əxbar, s.31).  

536


 Bu xəyanətinin müqabilində Mirzə İsgəndər, Əmir Şəmsəddini ölümlə cəzalandırdı (Nəvai, şərhlər, s.257). 

537


 Trabzon – Türkiyənin Qara dəniz sahillərində şəhər. O zamanlar burada bızanslıların Komnenlər sülaləsinin başçılığı ilə Trab-

zon Rum dövləti mövcud idi. 

538

 Ərradə – üzərinə top qoyulmuş araba. Ola bilsin ki, burada üzərinə mancanaq qoymaq üçün istifadə edilən arabalardan bəhs edi-



lir. 

539


 Qarahisar – bugünkü Girəsun vilayətinin Şəbinkarahisar ilçəsi nəzərdə tutulur. 

540


 Soyurğal (monqol-tatar dilində “ehsan, bəxşiş, hədiyyə, güzəşt” deməkdir) – monqollar dövründə meydana çıxmış və irsən ötü-

rülən feodal torpaq mülkiyyətidir. Meydana gəldiyi ilk dövrlərdə hərbi əyanlara iri ərazilər şəklində soyurğal verilirdisə, Səfəvilər za-

manında aparılan mərkəzləşdirmə siyasəti nəticəsində hərbi əyanlara irsi mülkiyyət olan soyurğal əvəzinə müvəqqəti mülkiyyət olan 

tiyulların verilməsinə başlandı. Səfəvilərin hakimiyyəti dövründə soyurğalların həcmi xeyli kiçilmişdi. Artıq bütöv vilayətlər deyil, 

kiçik ərazilər, ayrı-ayrı kəndlər soyurğal kimi verilirdi, həm də soyurğallar artıq hərbçilərə deyil, əsasən din xadimlərinə, alimlərə və 

inzibati işçilərə bağışlanırdı (daha  ətraflı bax: И.П.Петрушевский.  Очерки, с.145-183; О.А.Эфендиев. Институт «сойургал» и 



централистическая политика правителей Аккоюнлу и первых Сефевидов // Формы феодальной земельной собственности и 

владения на Ближнем и Среднем Востоке. Москва, 1979, c.168-175). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə