HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə59/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   55   56   57   58   59   60   61   62   ...   337

99

 

 



Seyid Rzanın əmisi oğlu Əmir Heydər Kiya və Məlik İzzəddin Şir bir-birinin ardınca çoxlu peşkəşlə kama 

çatmış padşahın zəfər şüarlı ordusuna gəldilər.    

 

Fərvərdin [ayında]



516

 aləmi bəzəyən günəş Balıq bürcündən Qoç bürcünə çatdıqda qışın qoşunu yaz 

ordusunun ön dəstləri qarşısında geri çəkildi, yüngül ayaqlı külək fərraşlığa qədəm qoydu, çevik  əlli bulud 

naqqaşlıq etməyə əl uzatdı, qüdrət əli yer üzünün ağ paltarını yaşıl libasla əvəz etdi və çəmənin yaxşı çöhrə-

sini bitkilərin yaşıl rəngi ilə bəzədi. Üfüqlər padşahı (Şahrux) rəbiüləvvəl [ayının] 19-da (03.04.1420)

517


 qış-

laqdan çıxıb Təbrizə yönəldi. Hökmdar tərəfindən fərman verildi ki, Mirzə İbrahim sultan və Əmir Şahməlik 

iyirmi min süvari ilə Mirzə Əbu-Səidin və Mirzə İsfahanın yurdu olan Naxçıvan və Səlmatu

518


 tərəfə hərəkət 

etsinlər. Əmirlər buyruğa əsasən, o diyara tərəf hərəkət etdilər. O əsnada Mirzə İsfahanın mülazimləri fələk 

şövkətli orduya gəlib padşaha sədaqət ərz etdilər. O həzrət onlara hörmət göstərib geri göndərdi. 

 

Qaraköpək



519

 mənzilində  ərz  etdilər  ki,  Yarəhməd  Qaramanlı  cəhalətinin  və  nadanlığının  çoxluğu 

üzündən müxaliflik və itaətsizlik göstərməyə başlamış, Gəncədə və Bərdədə olan əmirlərin mülazimlərini qa-

rət etmişdir. Ona görə də (Şahrux) Mirzə Baysunqura onları dəf etmək göstərişi verib o tərəfə göndərdi. Yar-

əhməd sayı yağış qədər olan ordunun gəlişindən xəbərdar olub Səfərzən qalasına

520


 pənah apardı. Mirzə Bay-

sunqur qalanı mühasirə etdi. İki-üç gündən sonra Yarəhməd acizlik və çarəsizlik üzündən inadı tərk edib aşa-

ğı endi. Mirzə Baysunqur onu aləmin pənahı olan dərgaha çatdırdı. O həzrət (Şahrux) onu Əmir Çaharşənbə-

yə tapşırdı. 

 

  O əsnada Təhərtənin nəvəsi Əmir Əlinin elçiləri və Gürcüstan hakimi İvaninin mülazimləri cəmadi-



yüləvvəl [ayının] başlanğıcında (14.05.1420) hökmdarın ordusuna gəldilər və elə həmin zaman Əmir Şahmə-

likin qasidləri xəbər gətirdilər ki, Qara Osman, Mirzə İsgəndərə məğlub olmuşdur. [Dünyanın insanla] məs-

kunlaşmış dörddə bir hissəsinin padşahı cəmadiyüləvvəl [ayının] 3-də (16.05.1420) Araz çayını keçib Mastə-

kul


521

 civarında dayandı. Cəmadiyüləvvəl [ayının] 23-də (05.06.1420) Bayəzid qalasının çevrəsi qurunun və 

dənizin hökmdarının dayanacaq yerinə çevrildi. Ora elə bir qaladır ki, uca bir dağ başında yerləşir və hündür-

lüyü o dərəcədədir ki, səba küləyi onun ətəyindən belə keçə bilmir. İstehkamı o qədər möhkəmdir ki, mü-

kəmməl biliyə malik uzaqgörən ağıl belə oranı fəth etmək fikrinə qapıla bilməz. 

Nəzm 


“Aşiqlərin əhdi kimi hasarı möhkəm, 

Göyün mətanəti kimi təməli davamlı. 

Asimanın yeddi qatı kimi yeddi divarı var, 

Bürcləri baş qaldırıb ulduza. 

Onun yolundan fikir peyki yorulmuş

Acizliklə yarı yoldan qayıtmış. 

Ora çıxan qıvrım-qıvrım və dar yol, 

Dilbərin zülfü və gözü kimi ağlı başdan alar. 

Oraya qoymuşlar poladdan bir qapı, 

Sərtlikdə xəsisin qəlbi ilə bərabər”. 

 

Xülasə, zəfər şüarlı  əsgərlər həmin gün şəhərbəndi alıb istila bayrağını yüksəltdilər və Mirzə Bay-



sunqurun mülazimləri cəsarətlərinin çoxluğundan dağ belindəki qaya üzərində yerləşən bir neçə bürcə doğru 

hərəkət edib bürcü deşdilər. Dağ başında olan neçə nəfər şövkətli bahadır özlərini qalaya çatdırıb qalanı tut-

dular və qələbə şüarlı qoşunların əlinə çoxlu qənimət düşdü. 

                                                 

516

 Fərvərdin – İran günəş təqviminin ilk ayı (21 mart – 20 aprel). 



517

 Əslində bu hadisələr h. 824 / m. 1421-ci ilə aid olmalıdır (İ.Aka. Şahruh Mirza, s.120-125). 

518

 “Mətləüs-səədeyn”də bu yerin adı belə yazılmışdır: “Türkman əsilli Səəd oğlunun qədim yurdu olan Sərmatu” (Nəvai, şərhlər, 



s.247).  Əslində  burada  Sürməli  bölgəsi  (Türkiyənin  indiki  İğdır  vilayəti)  nəzərdə  tutulmuşdur  (bax:  F.Sümer.  Kara  Koyunlular, 

s.118).  

519


 Qaraköpək – indiki Füzulu rayonunda kənd. Başqa adı Şəkərcik və ya Şəkərli olmuşdur. 

520


 F.Sümerə görə, bu, “Gürcüstan torpağındakı Esferzen qalasıdır” (F.Sümer. Kara Koyunlular, s.118). 

521


 Bəzi nüsxələrdə Masyəkul yazılıb (Nəvai, şərhlər, s.248). 


100

 

 



 

Ondan  sonra  ləyaqətli  hökmdar  Aladağa  yollanıb,  İrənci  dağının  ətəyindən  adlayaraq,  Abaqa  sara-

yından (Sərayi-Abaqa) keçməklə Əxlata

522


 yönəldi.  Yol  əsnasında  Əmir  Qanaşirini  Adilcevaz  qalasını  fəth 

etməyə göndərdi. Adı çəkilən əmir o qalanı tutub əzəmətli orduya yollandı. 

 

Mirzə İsfahan Muş səhrasında dəniz kimi coşan və ildırım kimi gurlayan ordunun gəlişi üzündən o 



vilayəti tərk edib Diyarbəkrdə Mirzə İsgəndərə qoşuldu. Onu təqib edən Əmir İbrahim Caku onun mallarını 

ələ keçirib fələk şövkətli orduya döndü. Muş qalasının kutvalı Əmir Əbdürrəhman da qalanı təslim etdi. Bit-

lis valisi Əmir Şəmsəddin və Qara Osman özünün Əli bəy və Bayəzid bəy [adlı] oğulları ilə birlikdə bir-birin 

ardınca hökmdar ordusuna qoşuldular. O həzrət dərgahına gəlmiş Diyarbəkr hakimlərinə hörmət göstərib xə-

lət verdi və onlara [getmək] icazəsi verərək, öz nəfis vücudu ilə Təbrizə yönəldi. 

 

O əsnada xəbər çatdı ki, Qara Yusif Türkmanın oğulları bir dəstə bahadırla Əxlat ətrafına gəlmişlər. 



Əmir Xəlilulla Şirvan tərəfə, Əmir İsfəndiyar Dərbənd tərəfə, Qustay Arrana, Məliki-Əzəmin (Məlik İzzəd-

din  Şirin)  oğlu  Məlik  Məhəmməd  Kürdüstana,  Əmir Şəmsəddin  Bitlisə  və  Əmir  Məhəmməd  Kürd  Əxlata 

yola  düşdü.  Onların  hamısı  şərəf  və  izzətlə  qiymətli  xələtlərə,  şahanə  gövhərlərə,  yorğa  atlara,  rəngbərəng 

papağa, daş-qaşlı kəmərə, cürbəcür ikramlara və növbənöv ənamlara layiq görülməklə ucaldılıb yola salındı-

lar.   

 

O zaman Əmir Şeyx Qəbbani son dərəcə iş bilən adam olduğu üçün dərgaha gəldi, münasib peşkəş-



lər təqdim etdi və keçmiş ixlasının gözəlliyini layiqli xidmətlərlə birləşdirdi. O həzrət (Şahrux) Mirzə İbra-

him sultanı və Əmir Şahməliki Əleykə Calıqla Seyid Əhməd Dizəki dəf etməyə göndərdi. Onlar [bu şəxslə-

rin] elini və ulusunu tutub, hökmdar ordusuna qoşuldular.  

 

Yüksək şanlı əmirlər Qara Osmanla birlikdə məruzə edib dedilər:  



- Məmləkətin xaraba qalmağının səbəbkarı Qara Yusifin oğullarıdır. Nə qədər ki onlar yox edilmə-

yiblər, məmləkətdə rahatlıq olmayacaqdır. 

Nəzm 

“Bu məmləkətin xarabalığı onlardan olmuşdur, 



Onlardan cahan pərişan olmuşdur. 

Rəiyyət onların zülmündən gileylənir, 

Qurdu sürüyə gözətçi etmə sən!” 

 

Ona görə də cahan hökmdarı hərb yarağını, nağaranı və s. hazırlamağı əmr edib Ərciş



523

 tərəfə döndü. 

İlyas Xocanı və Qara Osmanı bir dəstə bahadırla mənqəlay etdi. Ayın 14-də (25.07.1420) Herat tərəfdən xa-

tunlar gəlib hərəmdə yerləşdilər. Mənqəlay əmirlərinin yanında olan Əmir Məhəmməd Xoca Çöhrə

524

, Mirzə 


İsgəndərin qaravulları ilə döyüşüb, iki nəfəri dustaq edərək o həzrətin hüzuruna gətirdi. Qara Yusifin oğulları 

neçə dəfə elçilər göndərib sülhdən söz salsalar da, bir faydası olmadı. 

 

O həzrət tədricən onların üzərinə köç etdi. Nəhayət, seşənbə günü, rəcəb [ayının] 27-də (07.08.1420) 



fələk şövkətli ordu Ağadəvə

525


 mövqeyində dayandı. Türkman qoşunu Ələşkərd

526


 hüdudundakı Yəqşi (Yak-

şı, Yaxşı) mövqeyində yerləşib xəndək qazımışdı. [Şahruxun qoşunları] birdən ata minib, öz yüklərini (“ağ-

ruq”) qoyaraq iki fərsəx irəli gəldilər və ordunun səfini qurdular. Türkman ordusu Xorasan ordusunun fillə-

rindən  qorxub  çəkinirdi.  Çünki  onların  atları  heç  vaxt  fil  görməmişdi.  Böyük  öküzləri  saman  çuvalları  ilə 

[yükləyib] filə bənzətdilər, bəziləri gildən fil heykəli düzəltdilər və atları onların üzərinə çapdılar ki, fildən 

qorxmasınlar.  Mirzə  İsgəndər  bir  dəstə  igidlə  mərkəzdə  qərar  tutdu.  Sağ  cinahda  Pir  Hüseyn  bəy  Səədlü, 

Korkan Alpavut, Sərkan Alpavut və Pir Məhmat Səədlü öz tabeçiləri ilə yerləşdilər. Sol cinahda İsfahan mir-

zə, Bayram bəy və oğlu Şahsüvar bəy dayandılar. O tərəfdən isə Şahrux padşahın [ordusunun] ön dəstəsində 

(mənqəlay) Baysunqur mirzə, Əmir Şahməlik, Şeyx Loğman Məlik və Şeyx Loğman Barlas, sağ cinahında 

Şiraz valisi olan oğlu İbrahim sultan, İsfahan valisi Rüstəm mirzə, Şibirğan tiyuldarı Əmir İbrahim Caku və 

                                                 

522


 Əxlat və Adilcevaz – Şərqi Anadoluda, Van gölünün şimal-qərb sahilində şəhərlər. 

523


 Ərciş – Türkiyənin şərqində, Van gölünün şimalında yerləşən şəhər. 

524


 Qaynağın mətnində yanlışlıqla Çurə (və ya Çevrə) yazılmışdır. Əslində Çöhrə olmalıdır (bax: İ.Aka. Şahruh Mirza, s.123). 

525


 Tehran nəşrində yanlışlıqla “Ağmadu” kimi yazılmışdır. Ağadəvə – Aladağın ətəyində bir yer adıdır (M.Öztürk, şərhlər, s.139). 

526


 Ələşkərd – Şərqi Anadoluda, Kağızmandan cənubda yerləşən ovalıq. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə