HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə67/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   63   64   65   66   67   68   69   70   ...   337

115

 

 



lunda və sağında üzəri qübbəli manqala bənzəyən hündür bir şey qoyulmuşdur. Həmin taxt, manqal və sən-

dəlinin  hamısı taxtadan  yonularaq  düzəldilmişdir  və qızılı  suya  çəkilmişdir.  Fəqət  bu  müddət  ərzində  onun 

qızılı suyu heç korlanmamışdır. Bundan savayı, o imarətdəki sütunların, pillələrin və taxtaların hamısını iki-

üç  rənglə  elə  boyamış  və  elə  yağ  sürtmüşdülər  ki,  Xorasan  və  İraq  ustaları  qətiyyən  elə  bir  yağı  və  rəngi 

düzəldə bilməzdilər. Padşahın qarşısına ayaqlı sinilər, yeməklər, noğullar və nəxlbəndlər qoymuşdular. Tax-

tın solunda və sağında tirkeş və qılınc qurşanmış, qalxan bağlamış halda nüfuz sahibi olan dacilər, onların 

arxasında əllərində uzun nacaxlar tutmuş əsgərlər, onların da arxasında əllərində sıyrılmış qılınc tutan digər 

adamlar dayanmışdılar. Onların fikrincə, sol tərəfdə dayananların mövqeyi sağ tərəfdə dayananlardan daha 

yüksək olduğu üçün elçilərə də sol tərəfdə yer vermişdilər. Ən çox hörmət etdikləri şəxs üçün üç ədəd ayaqlı 

sini qoyurdular. Ondan daha aşağı dərəcəli adam üçün iki ədəd ayaqlı sini qoyurdular. Digərlərinə isə sadəcə 

bir ədəd ayaqlı sini ayırmışdılar. Gərək ki, həmin gün min və ya hətta daha artıq sayda ayaqlı sinini adam-

ların önünə qoymuşdular. 

 

Bundan başqa, padşahın taxtının qarşısında, platforma pəncərəsinin önündə böyük bir kurkə qoymuş-



dular. Səndəlinin üstündə bir şəxs dayanmışdı və onun böyründə saz əhli (musiqiçilər) əllərində müxtəlif saz-

lar (musiqi alətləri) tutmuş halda müntəzir dayanıb gözləyirdilər. Taxtın önündə yeddi çətir vardı, hər biri bir 

rəngdə və olduqca dəbdəbəli idi. Bundan əlavə, platformanın xaricində soldan və sağdan təqribən iki yüz min 

nəfər cəbbə (əsləhə) geymiş adam dayanmışdı. Padşahın taxtının qarşısında bir oxun çətinliklə yetişə biləcəyi 

bir məsafədə eni və uzunu on gəz olan cunbalıq (alaçıq) kimi bir şey vardı. Onun divarı sarı atlasdan idi və 

içində padşah üçün xörək və dirasun hazırlayırdılar. Hərgah padşah üçün xörək, dirasun və ya hər hansı bir 

nemət (qida) gətirsəydilər, saz əhlinin hamısı birdən musiqi çalmağa başlardı və bununla birlikdə o yeddi çə-

tir çarx kimi dövrə vurardı. Belə bir müşayiətlə xörəkləri götürüb yola düşərdilər və [padşahın hüzuruna] ye-

tişərdilər. Xörəyi və dirasunu ayaqları olan böyük qablara tökmüşdülər və qabların üzərinə eyni cinsdən qa-

paq qoymuşdular. 

 

Bu cür hazırlıqlar tamamlandıqdan sonra elçilər ayaq üstdə durub gözlədilər. Taxtın arxasında hərə-



min bir qapısı vardı. Oraya böyük bir pərdə asmışdılar. O pərdənin üzərinə iki tərəfdən ipək ip bağlamışdılar. 

İpin ucu iki xacəsarayın əlində idi. İpin ortasında bir bəkərə

585

 vardı. İpi çəkdikləri zaman pərdə bükülmüş 



həsir kimi insan boyu qədərincə bükülürdü. Padşah hərəmdən çıxdıqda sazları çaldılar. O oturduqda isə hamı 

susdu. Padşahın başının üstündə on gəz hündürlükdə bir pərdə bağlamışdılar ki, onun böyüklüyü on dörd gəz 

ölçüsündə kölgəlik (sayəban) böyüklüyündə idi, sarı atlasdan toxunmuşdu və onun üzərinə “basma” üsulu ilə 

bir-birinə həmlə edən dörd əjdaha rəsmi vurmuşdular. 

 

Padşah taxtda oturub yerbəyer olduqdan sonra elçiləri taxtın yanına apardılar və buyurdular ki, “başı-



nızı yerə qoyun!”. Onlar beş dəfə başlarını yerə qoydular. Sonra padşah işarə etdi ki, otursunlar. Hər biri öz 

əvvəlki yerində ayaqlı sinilərin önündə oturdular. Ayaqlı sinilərin üzərində olan [qidalardan] savayı, quzu, 

qaz və dirasun gətirdilər. Oyunçular oyuna başladılar. 

 

Əvvəlcə  qızlar  kimi  üzlərinə  qırmızı  və  ağ  boyalar  sürtmüş,  qulaqlarına  mirvarid  halqalar  taxmış, 



Xətay işi olan qızılı libaslar geymiş, əllərində rəngli kağızdan və ipəkli qumaşdan düzəldilmiş nəxlbəndlər, 

güllər və lalələr tutmuş oğlanlar Xətay tərzində rəqs etməyə başladılar. Ondan sonra təxminən on yaşında iki 

oğlan iki taxta üzərində mayallaq aşıb müxtəlif oyunlar göstərdilər. Daha sonra bir şəxs kürəyi üstə uzanıb 

ayağını  yuxarı  qaldırdı.  Onun  ayağının  altına  bir  neçə  böyük  qamış  qoydular.  Başqa  birisi  qamışları  əli  ilə 

tutdu. On iki yaşlı bir oğlan gəldi və onların üzərinə çıxdı. O qamışlar yeddi gəz uzunluğunda idi. O, qamış-

ların üzərində müxtəlif oyunlar göstərdi. Axırda da onları bir qamış qalana qədər bir-bir atdı. Onun üzərində 

mayallaq aşıb oyunlar göstərdi. Bu qeyri-adi hərəkətlərdən sonra qəflətən özünü qamışın üstündə xəta etmiş 

kimi apardı. Belə ki, hamı onun üçün “yıxıldı” dedi. Bu zaman kürəyi üstündə uzanıb ayağının üzərində qa-

mışı saxlayan adam yerindən sıçrayıb onu havada tutdu. 

 

Bundan əlavə, çoxlu xanəndə və saz əhli yan-yana dayanmışdı. Bir şəxs yatuğan çaldı və Xəyat üsu-



lunun və ahənginin xilafına olaraq, on iki əsl məqam (muğam) ifa etdi. Başqa birisi onun kimi qaval, digəri 

də musiqar çaldı. Sonra yenə bunlardan birinin bir əli musiqarda, musiqarçının bir əli qavalda, qavalçının bir 

                                                 

585


 Pərdənin yuxarı qaldırılmasını təmin edən vasitə. 


116

 

 



barmağı digərinin ağzında olan neyin dəlikləri üzərində, neyçinin ağzı neydə olsa da, əlində on dördlük zəng 

(çahardəh parə) çalmaqda idi. Hər biri məqamın xaricinə çıxmadan bu üsulla çaldı. Bu məclis ilk namazın 

axırına kimi sürdü. Padşah məclisdə oyunçulara və xanəndələrə ənam verdi. Buyurdu ki, çav

586


 gətirsinlər və 

onlara nağd şəkildə pul verdi. Padşah qalxdı və hərəmə getdi. Elçilərə isə izin verdi. O bargahın meydanının 

ortasında ala qarğa, qara qarğa, çalağan, alabaxta, qumru və göyərçindən ibarət neçə min quş yerə tökülmüş 

meyvələri dənləyirdilər və adamlardan heç qorxmurdular. Axşam düşdükdə isə onlar sarayın həyətindəki hə-

min ağaclarda rahatlanırdılar və kimsə onları incitmirdi. 

 

Xülasə, elçilər 823-cü ilin 8 zilhiccə günündən (14.12.1420) 824-cü



587

 ilin cəmadiyüləvvəl [ayının] 

əvvəllərinə (04.05.1421) qədər beş ay ərzində şəhərdə qaldılar. Həmin müddətdə ilk gündən müəyyənləşdi-

rilmiş ülufə tamam-kamal şəkildə günbəgün onlara çatdırıldı. Həmin günlərdə onlara bir neçə dəfə də ziyafət 

(toy) verdilər və hörmət göstərdilər. Hər ziyafətdə oyunçular əvvəlkindən daha artıq canfəşanlıq göstərdilər. 

 

İlk ziyafətin ertəsi günü Qurban bayramı idi. Xanbalıq şəhərində padşah müsəlmanlar üçün bir məs-



cid tikdirmişdi. Elçilər və şəhərdəki bir dəstə müsəlman o məscidə gedib namaz qıldılar. İki gün sonra elçilə-

rə yenə də ziyafət verdilər. Ziyafət zamanı elçilərə hünərlərini göstərdilər, bir-birindən fərqli oyunlar nüma-

yiş etdirib, görünməmiş hoqqabazlıqlar etdilər. 

 

Padşah zilhiccə [ayının] 17-də (23.12.1420) bir dəstə günahkarı cəza yerinə (“siyasətgah”) göndərdi. 



Xətay kafirlərinin qaydası belədir ki, hansı günah müqabilində hansı cəzanın veriləcəyi onların dəftərlərində 

yazılmışdır. Ona görə də bəzilərinin boynunu vururlar, bəzilərini dar ağacından asırlar, bəzilərini də parça-

parça  edirdilər.  Əgər  hökm  olunsa  ki,  birisini  əzabla  öldürsünlər,  əvvəlcə  saçını  təmizləmək  (yox  etmək) 

üçün onun başına bir qədər əhəng sürtərlər. Sonra başının ətrafını bıçaqla kəsərlər. Başının dərisini üzüb, sa-

rıq kimi çıxararlar. Ondan sonra dərisi üzülmüş başın üzərinə bir az əhəng töküb onu (müttəhimi) üç yerdən 

dar ağacına bağlayarlar: əvvəlcə boynundan, sonra belindən və daha sonra ayaq baldırından. Əllərini isə ar-

xadan bağlayarlar. Cəlladlar onlarla üzbəüz dayanarlar. Əgər yüz nəfərin ölümünə hökm verilsə, əlbəttə ki, 

onları yüz cəllad öldürər. Qayda deyildir ki, bir cəllad iki nəfəri öldürsün. [Müttəhim] bu cür bağlandıqdan 

bir az sonra cəllad əlində bıçaq və qarmaqla gələrək qarmaqla onların sinəsinin üzərindən bir parça əti tutur 

və bıçaqla onu kəsir. Sinəsinin üzərində ölçüsü dırnaq qədər olan, pələng dərisinin üzərindəki xallara bənzə-

yən yaralar açılır. Yeyə şəklində düzəldilmiş qaba bir çubuğu onların sinəsi üzərinə iki əllə möhkəm sürtərək 

oradan  qanı  su  kimi  axıdırlar.  Daha  sonra  qaynar  su  qazanı  hazırlayırlar.  Aftava  ilə  qaynar  suyu  digər  bir 

şəxs həmin yaraların üzərinə tökür və bir başqası da əlindəki süpürgə ilə onu yuyur. Bu zaman o kafirlər [ağ-

rıdan] nərə çəkərlər, bəziləri isə susub dözərlər. Elə ki bu əməli etdilər və yaraları isti su ilə təzələdilər, onun 

çiyninə iki bıçaq batırırlar. Açılan dəliyin dağlanması üçün oraya qızdırılmış dəmir şiş soxurlar. Ondan sonra 

şişi çəkib, gül suyunu şüşəyə tökmək üçün istifadə etdikləri mis qabın borusunu şişin yerinə qoyaraq oraya 

qaynar su tökürlər. Suyun istiliyindən qırmızı  ət ağarır. Bu əməllərdən sonra  əgər hələ ölməmişsə, yenidən 

kəsməyə başlayarlar. 

 

Xülasə, o günün axırınacan həmin şəxsə bu cür işgəncələr verirlər və əgər əzabının daha çox olması-



nı istəsələr, onu ertəsi günə qədər belə saxlayarlar və bu əzablardan sonra öldükdə, qarnını yarıb bütün or-

qanlarını çıxarırlar və qabırğalarını ayırırlar. Hər qabırğanı ayırdıqları zaman bıçağı qəssablar kimi ağızların-

da tuturlar. Axırda onun bütün qabırğalarını ayırdıqdan sonra balta gətirirlər və o sümükləri doğrayırlar. Son-

ra araba gətirib, o leşləri ona yükləyərək şəhərin xaricində olan çuxura tökürlər. 

 

Günahkarlar barəsində çox ehtiyat edirlər. Belə ki, padşahın on iki divanı var. Əgər bir şəxs hansısa 



günahda ittiham olunursa, gərək on iki divanın hamısında onun düşmənləri ilə üzləşdirilməsi nəticəsində gü-

nahkar olmağı haqqında qərar qəbul edilsin. Məsələn, əgər on bir divanda bir kəsin günah işlədiyi haqqında 

qərar verilsə, lakin sonuncu divanda belə bir qərar verilməsə, altı aylıq yol məsafəsində, bundan uzaqda və 

yaxında olsa belə, o şəxsi təhqiqat aparılması üçün gətirərlər və öldürməyib həbsdə saxlayarlar. Sonra gəlib 

özünü müdafiə etsin deyə onun [məhkəməyə] gətirərlər ki, bu proses (qəziyyə) sona çatsın. Günahkarların 

çoxu onların həbsxanasında ölür və padşahın hökmü olmadan, ölmüş adamı torpağa tapşıra bilməzlər.  

                                                 

586


 Çav (çao) – kağız pul. 

587


 Mətndə 823 yerinə səhvən 822-ci il, 824 yerinə isə səhvən 823-cü il yazılmışdır. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə