HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə66/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   62   63   64   65   66   67   68   69   ...   337

113

 

 



 

Xülasə, hava işıqlanandan sonra köşkün başında dayanıb padşahın nə zaman taxta çıxacağını gözlə-

yən adamlar qəfildən kurkə, dühül, dəmamə (təmbur), sinc, ney və zəng çaldılar. Həmin üç darvazanı açdılar 

və  xalq içəri  yüyürdü.  Onların  qaydası  belədir  ki, padşahı  görməyə  yüyürərək  gedərlər.  Beləliklə,  bu  mey-

dandan  ikinci  meydana  getdilər.  Ora  təqribən  üç  yüz  addım  idi.  Orada  digərindən  daha  əzəmətli  və  qabağı 

açıq olan bir köşkün qarşısına taxt gətirdilər. Çevrəsi dörd zər

579

 miqdarında  olan  taxtın  ətrafı  başdan-başa 



çadırın ətrafı kimi sarı atlasla örtülmüş, tamamına Xətay zərnişanı, əjdaha, simurq

580


 və Xətay naxışları çə-

kilmişdi. Taxtın üzərinə qızıldan bir kürsü qoymuşdular və soldan, sağdan xətaylılar səf bağlayıb dayanmış-

dılar. Əvvəlcə tümən, minlik və yüzlük əmirləri dayanmışdılar. Sayları təxminən yüz min olardı və hər biri 

əlində  bir  zər  uzununda  və  dörddə  bir  zər  enində taxta  tutmuşdu  və  həmin  taxtadan  savayı,  digər  bir  yerə 

baxmağa  ixtiyarları  yox  idi.  Onların  ardında  daha  200  min  nəfər  vardı  ki,  cəbbə geymiş,  nizə  tutmuşdular. 

Bəzi digərləri isə əllərində sıyırılmış qılınc tutaraq dayanmışdılar və səf qurmuşdular. Bu kafirlər kütləsi o 

qədər sakit idi ki, elə bil, orada heç bir canlı yox idi.  

 

Sonra padşah hərəmin içindən çıxıb gəldi. Gümüşdən bir nərdivan gətirdilər. Onun beş pilləsi vardı. 



Onu həmin taxta dayadılar. Sonra taxtın üzərinə qızıldan bir səndəli qoydular. Padşah taxtın başına çıxdı və 

həmin səndəliyə oturdu. Padşah orta boylu idi, saqqalı nə böyük idi, nə kiçik idi. Amma onun saqqalının iki 

yüz-üç yüz tükü elə uzun idi ki, səndəli üzərində oturmasına baxmayaraq, üç-dörd halqa vurmuşdu. Taxtın 

solunda və sağında saçlarını başlarının ortasında düyünləmiş, boynu və çöhrəsi açıq, qulaqlarında böyük və 

gözəl  mirvaridlər  olan  iki ay  üzlü  qız  əllərində  kağız  və  qələm  tutub  padşahın nə  deyəcəyinə  və  nə  hökm 

edəcəyinə müntəzir idilər. Padşah hər nə dilə gətirsəydi, onlar qələmə alırdılar. Padşah hərəmə getdikdə isə 

onlar həmin yazıları ona təqdim edirlər və hökmü dəyişməyin lazım gəlmədiyini dəqiqləşdirdikdən sonra hə-

min yazıları fərman şəklinə salıb göndərirlər ki, divan əhli onlara əməl etsin. 

 

Xülasə, padşah taxtda qərar tutduqdan və xətaylılar iki tərəfdən səf çəkib dayandıqdan sonra bu elçi-



lər  camaatını  və  bağlanmış  dustaqları  padşahın  qarşısına  gətirdilər.  İlk  öncə  dustaqların  yarğu  (mühakimə) 

olunması həyata keçirildi. Onların sayı yeddi yüz nəfər idi. Bəziləri zəncirə vurulmuş, bəzilərinin bir əli və 

boynu taxtaya salınmış, bəzən isə beş-altı nəfərin boynu bir uzun taxtadakı dəliklərin içinə salınaraq bağlan-

mış, başları taxtadan bayıra çıxarılmışdı. Hər kəslə öz günahının dərəcəsinə və qədərinə görə rəftar edilmişdi. 

Hər biri üçün bir müvəkkil təyin olunmuşdu. Həmin müvəkkil o günahkarın saçından tutmuşdu və padşahın 

nə hökm edəcəyini gözləyirdi. Sonra [padşah] bəzilərinin zindana salınmasını buyurdu, bir qisminin isə öldü-

rülməsini hökm etdi. Bütün Xətayda heç bir əmir və daruğanın kimisə öldürməyə hökmü və həddi yox idi. 

Günah iş görmüş adamı tuturdular, günahını bir parça taxtaya yazıb boynundan asırdılar, onu zəncir və bo-

yunduruğa  vurdular  və  onların  kafir  əqidəsinə  görə  onun  günahının  cəzası  nə  idisə,  bunun  təyin  olunması 

üçün o günahkarı hətta bir illik yol belə olsa, Xanbalığa, şahın taxtının qarşısına göndərirdilər. Oraya çatana 

qədər heç kimsə onu başqa yerə apara bilməzdi. 

 

Xülasə,  dustaqlar  getdikdən  sonra  elçiləri  irəli  apardılar.  Belə  ki,  padşahın  taxtına  çatmağa  on  beş 



gəz miqdarında məsafə qalmışdı. Əlində taxta tutmuş əmirlərdən biri yerə diz vurub Xətay xətti ilə elçilərin 

yazılı əhvalını oxudu. Məzmunu belə idi ki, bunlar uzaq yoldan, xilafətin pənahı olan xaqan həzrətlərinin və 

onun oğullarının hüzurundan elçi kimi gəlmişlər, padşah üçün hədiyyələr gətirmişlər və onun taxtının ətəyinə 

baş qoymağa gəlmişlər. 

 

Elə ki şərhi-hal tamam oldu, padşahın tümən əmirlərindən və müqərrəblərindən olan, ərəbcə, farsca, 



türkcə, moğolca və xətayca bilən, padşahla elçilər arasında kəlməçi (tərcüməçi) olan və padşahın on iki diva-

nından birinə başçılıq edən Mövlana Hacı Yusif Qazı irəli gəldi və öz tabeçiliyində olan bir neçə nəfər dil bi-

lən müsəlman ilə müsəlmanların  ətrafında dayandı. Dedilər ki, “əvvəlcə ikiqat olun, sonra da başınızı yerə 

qoyun!”. Elçilər üç kərə başlarını yerə qoydular, amma alınlarını yerə çatdırmadılar. Ondan sonra səltənət sa-

hibi olan əlahəzrət xaqanın və əmirzadə Baysunqurun məktubunu sarı atlas parçaya bürünmüş halda iki əllə 

yuxarı qaldırdılar. Qayda belə idi ki, cənab padşaha aid olan hər şeyi sarıya bürüyərdilər. Mövlana Qazı gəldi, 

                                                 

579


 Nuruosmaniyyə nüsxəsi: “dörd gəz”.  

580


 Simurq – Qaf dağında yaşadığı bildirilən əfsanəvi bir quşdur. 


114

 

 



o məktubu aldı və xacəsarayın

581


 əlinə verdi. Xacəsaray isə [məktubu] padşahın yanına apardı. Padşah ondan 

aldı, açdı və gördü. Sonra yenidən onu xacəsaraya verdi. 

 

Ondan sonra padşah taxtdan endi və səndəlidə oturdu. Üç min ədəd üst geyim dəsti gətirdilər. Onları 



öz əmirlərinə, yaxınlarına və onların oğullarına geydirdi. Daha sonra elçilərdən yeddi nəfəri irəli apardılar. 

Əvvəlcə  Əmir  Şadi  Xoca  Gögcə,  sonra  Sultan  Əhməd,  Xoca  Qiyasəddin,  Ərğudaq,  Ərdüvan  və  Tacəddin 

Bəxşini.  Onlara  dedilər  ki,  “diz  çökün!”.  Padşah  onlardan  əvvəlcə  həzrət  sultanın  əhvalını  soruşdu.  Ondan 

sonra soruşdu ki, “Qara Yusif [Şahruxa] elçi göndərib vergi (mal) verirmi?”. Cavabında dedilər ki, “bəli, elçi 

göndərir və vergi verir; dacilər də onun elçilərinin gəldiyini və mal gətirdiklərini görmüşlər”. Sonra soruşdu 

ki,  “orada  taxılın  qiyməti  bahalıdırmı,  yoxsa  ucuzdurmu?  Nemətlər  boldurmu?”.  Cavabında  dedilər  ki, 

“ucuzdur və nemət boldur”. Dedi ki, “bəli, padşahın ürəyi öz Tanrısı ilə düz olduğu üçün Haqq-taala da ona 

səadət və nemət bəxş etmişdir”. Sonra dedi ki, “Qara Yusifə elçi göndərmək istəyirəm, çünki orada yaxşı at-

lar var; yollarda əmin-amanlıqdırmı?”. Dedilər ki, “bəli, əmin-amanlıqdır; amma əgər Şahrux sultanın hök-

mü olarsa, gedə bilər”. Dedi ki, “onu bilirik”. Ondan sonra dedi ki, “uzaq yoldan gəlmişsiniz, qalxın və aş 

yeyin!”. Orada elçiləri ilk oturduqları yerə apardılar. Hər biri üçün ayaqlı sini və səndəli qoydular. Hər bir si-

ninin içinə, daha öncə deyildiyi kimi, noğul və s. qoydular.  

 

Aş yedikdən sonra onları, hər biri üçün ayrılmış mənzilə (“yam”) apardılar. Haqqın və dinin yardım-



çısı olan əmirzadə Uluğ bəyin nökərləri Sultanşah və Bəxşi Məlik oraya yaxın bir yamxanada yerləşdirildilər. 

Bu yamxanadakı hər mənzildə dəbdəbəli bir çarpayı, atlas və ipək yataq və yastıq, ipək tərlik, xalçalar, eninə 

və uzununa bükülə bilən və qırılmayan incə həsirlər vardı. Hər kəsə bu cür bir mənzil ayırdılar, qazan, kasa, 

çömçə, ayaqlı sini verdilər. Hər gün on nəfər üçün bir qoyun, bir qaz, iki toyuq, adambaşı şəri ölçü ilə iki 

batman

582


 un, bir kasa düyü, iki böyük kündə halva, bir parç bal, sarımsaq, soğan, sirkə, duz, Xətayda yetişən 

əlvan tərəvəzlər, iki  kuzə  dirasun

583

,  bir tabaq noğul,  hamısı  hüsn sahibi  olan,  səhərdən  axşamacan  və ax-



şaman səhərəcən iki ayaq üstündə dayanan və bir an belə gözdən itməyən bir neçə cəld və çevik xidmətkar 

təyin olunmuşdu. 

 

Ertəsi gün zilhiccə ayının 9-u (15.12.1420) idi. Hələ gecə idi ki, “secin”lər gəldi. “Secin” padşah or-



dugahında elçilərin mülazimləri olan xidmətkarlara deyərlər. Onlar hər yerdə elçilərin ehtiyaclarını (“gərək-

yaraq”larını) təmin edirlər. Burada isə onlara “şağavul” deyərlər

584

. Onlar [elçiləri] oyatdılar ki, “qalxın, pad-



şah ziyafət (toy) verir”. Hər biri üçün yəhərli atlar gətirdilər. Elçiləri mindirib padşahın ordugahına apardılar 

və onları sarayın birinci həyətində oturtdular. Gündüzə qədər o məclisə üç yüz min miqdarında adam toplaş-

dı. 

 

Elə  ki  gündüz  oldu,  orada  mövcud  olan  üç  darvazanı  açdılar  və  elçiləri  ədalət  taxtının  ətəklərinə 



apardılar. Onlar padşah üçün beş dəfə yerə baş qoydular. Padşah taxtdan aşağı endikdə, yenidən elçiləri bayı-

ra çıxardılar və dedilər ki, “özünüzü yüngülləşdirin; çünki əgər ziyafət vaxtı qəfildən ehtiyacınızı qarşılama-

ğa möhtac olsanız, o zaman məclisi tərk edib gedə bilməzsiniz”. 

 

Sonra gəldilər, pərakəndə oldular və yenidən toplaşıb içəri keçdilər. Həyətdən və ilk meydandan ke-



çib ədalət taxtının yerləşdiyi ikinci həyətə çatdılar və oradan da keçib üçüncü həyətə daxil oldular. Buranın 

olduqca geniş bir səthi vardı. Yeri yonulmuş gözəl və yaraşıqlı daşlardan ibarət idi. Qarşıda döşəməsi altmış 

gəz miqdarında olan böyük bir platforma vardı. Xətay qaydasına görə oradakı köşklərin üzü cənuba doğru idi. 

Onların memarlıq üslubu belədir ki, imarətlərin üzünü cənuba doğru tikərlər. Platformanın içində əzəmətli 

bir taxt qoyulmuşdu. Belə ki, hündürlüyü adam boyundan uzun idi və biri öndən, ikisi isə soldan və sağdan 

olmaqla üç tərəfdən o taxta gümüş nərdivanlar söykədilmişdi. Orada iki xacəsaray dayanmışdı və müqəvva 

kağızdan bir şey bağlamışdılar ki, qulaqlarının dibinə qədər gedib çıxırdı. Bundan başqa, nisbətən kiçik bir 

taxtı  da  o  taxtın  üzərinə  qoymuşdular  ki,  padşah  onun  üzərində  otursun.  Bu,  taxt  üzərinə  qoyulmuş  bir 

səndəli kimi idi. Amma səndəlidən daha böyükdür, guşəsi və mütəkkəsi çoxdur, ayaqları qəribədir. Onun so-

                                                 

581

 Xacəsaray – hərəmxanada xidmət göstərən axta nökərlər. 



582

 Batman – çəki vahidi. Zamana və məkana görə müxtəlif çəkilərə malik olmuşdur. Bir Təbriz batmanı 2,994 kq-a bərabər idi. 

583

 Düyüdən düzəldilən acı bir içki (Nəvai, şərhlər, s.286). 



584

 Türküstanda (Orta Asiyada) elçilərin və digər qonaqların qarşılanması və yerbəyer edilməsi, habelə onlara xidmət göstərilməsi 

ilə  məşğul  olan  məmurlar  “şağavul”  adlanırdılar  (А.Б.Вильданова.  Подлинник  бухарского  трактата  о  чинах  и  званиях  // 

Письменные памятники Востока. Москва, 1970, с.43). 



Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə